73
Misal:
Çonkanın Belçikaya qarşı işi
179
etnik Roman mənşəli sığınacaq axtaranların Konvensiyaya dair 4 saylı
Protokolun 4-cü maddəsinə zidd kollektiv çıxarılması ilə əlaqədar idi ki, qarşıda duran inzibati və praktiki
maneələr iddiaçılara öz sığınacaq iddialarına Belçikada nail olunmasına mane olmuşdur. İşin birinci
instansiyada baxılması zamanı iddiaçlar öz işləri ilə tanış olmaq, dinləmələr zamanı tərtib edilmiş protokolla
bağlı məsləhətləşmələr aparmaq və ya öz şərhlərini protokola daxil etmək imkanı əldə etməmişdirlər.
Daha yüksək instansiya qarşısında mövcud olan hüquqi müdafiə vasitələri isə avtomatik təxirə salma
gücünə malik deyildi. Bununla əlaqədar olaraq Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasına dair 4
saylı Protokolun 4-cü maddəsi ilə birlikdə bu Konvensiyanın 13-cü maddəsinin də pozulması qənaətinə
gəlmişdir.
Müəyyən hallarda bir hüquqi müdafiə vasitəsi Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsində əks
olunmuş tələbləri təmin etmədikdə buna milli qanunvericiliyə əsasən nəzərdə tutulmuş hüquqi müdafiə
vasitələrinin bir cəmi vasitəsi ilə nail olmaq mümkündür.
180
4.1.3.
Avtomatik təxirə
salma gücünə malik şikayətlər
Avropa İttifaqı qanunvericiliyinə əsasən
Sığınacaq prosedurları Direktivinin
46-cı maddəsi məhkəmə və ya
tribunal qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququnu nəzərdə tutur. Bu Avropa İttifaqı
Fundamental Hüquqlar Xartiyasının 47-ci maddəsinin mətninə də uyğundur. Direktiv üzv dövlətlərdən
müvafiq şikayətin təqdim olunması müddəti bitənədək, həmçinin şikayətlə bağlı qərar qəbul edilənədək
ərizəçilərə öz ərazilərində qalmaq icazəsinin verilməsini tələb edir. 46(6)-cı maddəyə əsasən əsassız və ya
yolverilməz şikayətlərin müəyyən növləri ilə əlaqədar müvafiq dövlətdə avtomatik olaraq qalmaq hüququ
mövcud deyil və bu cür hallarda şikayətin baxılması müddəti ərzində şikayətçinin ölkə ərazisində qalıb-
qalmaması barədə qərar çıxarmaq səlahiyyəti şikayətə baxan orqana verilməlidir. Buna oxşar istisna
Dublin
Əsasnaməsinə
uyğun göndərilmələr barədə qərarın qəbul edilməsi ilə əlaqədar də mövcuddur ((EU)604/2013
saylı Əsasnamənin 27(2)-ci maddəsi). Məhkəmə
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən belə bir
qənaətə gəlmişdir ki, əgər şəxs onun sığınacaq almaqla bağlı müraciətinə aldığı rədd cavabından şikayət edirsə,
həmin şikayət ərizəsi avtomatik təxirə salma gücünə malik olmalıdır, çünki ona qarşı həyata keçiriləcək geri
qaytarılma tədbiri 3-cü maddəyə zidd olaraq mümkün bərpa edilməz fəsadlara gətirib çıxara bilər.
Misal:
Gebremedhinin [Gaberamadhien] Fransaya qarşı işində
181
Avropa İnsan Hüquqları Məhkəməsi
iddiaçının Eritreyada ləyaqəti alçaldan rəftara məruz qalması riski ilə əlaqədar iddialarının Avropa İnsan
Hüquqları Konvensiyasına əsasən "mübahisə olunan" şikayətin təqdim edilməsi üçün kifayət qədər əsaslı
olduğunu hesab etmişdir. Bununla əlaqədar olaraq iddiaçı 3-cü maddə ilə birlikdə götürülmüş 13-cü
maddəyə istinad edə bilərdi. 13-cü maddənin müddəaları əcnəbinin geri göndəriləcəyi ölkədə 3-cü
maddəyə zidd olaraq ləyaqəti alçaldan rəftara məruz qalması riski ilə üzləşəcəyini ehtimal etmək üçün real
səbəblər mövcud olduqda onun çıxarılması barədə qərara qarşı təxirə salma gücünə malik hüquqi müdafiə
vasitələrinə çıxışının təmin olunmasını tələb edir. Bu cür risklə üzləşəcəyini iddia edən sığınacaq axtaranlar
Fransanın ərazisinə buraxılmaq icazəsi ilə artıq təmin olunduqda Fransa qanunvericiliyi yuxarıda qeyd
olunan tələbə müəyyən dərəcədə cavab verən proseduru nəzərdə tutur. Buna baxmayaraq, həmin
prosedur bu cür riskin mövcudluğunu iddia edən, lakin hava limanına gəldikdən sonra sərhəddən
buraxılmamış şəxslərə şamil olunmur. Əcnəbilər sığınacaq almaq məqsədilə ərizə təqdim etmək üçün
Fransa ərazisində olmalıdırlar. Əgər onlar sərhəddən buraxılmamışdırlarsa, ilk
növbədə ölkəyə daxil olmaq
icazəsini əldə etməyənədək belə bir ərizə ilə müraciət edə bilməzlər. Onlar bunun üçün zəruri sənədlərə
malik olmadığından sığınacaq səbəblərini əsas gətirərək ölkəyə daxil olmaq icazəsi əldə etmək üçün
müraciət etməlidirlər. Bundan sonra dövlət orqanları nəzərdə tutulan sığınacaq müraciətinin "aşkar şəkildə
əsassız" olub-olmadığını müəyyən etmək üçün yoxladıqları zaman onlar "gözləmə zonasında" saxlanılırlar.
Dövlət orqanları müraciəti "aşkar şəkildə əsassız" hesab etdikdə əlaqədar şəxslərin ölkəyə gəlmək
müraciətinə rədd cavabı verirlər. Bundan sonra həmin şəxslər sığınacaq üçün müraciət etmək imkanı əldə
179
Çonkanın Belçikaya qarşı
(
Čonk
a v. Belgium)
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 51564/99 saylı, 5 fevral 2002
-ci il tarixli
işi.
180
Kudlanın Polşaya qarşı
(
Kudła v. Poland
)
[GC] Avropa
İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 30210/96 saylı, 26 oktyabr 2000
-
ci il tarixli işi.
181
Gebremedhinin [Gaberamadhien] Fransaya qarşı
(Gebremedhin [Gaberamadhien] v. France)
Avr
opa İnsan Hüquqları
M
ə
hk
ə
m
ə
sind
ə
ki
25389/05 saylı, 26 aprel 2007
-
ci il tarixli işi.