Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
80
Bu işdə Avropa İnsan Hüquqları
Məhkəməsi Avropa Şurasının xüsusilə də həddindən artıq yoxsul yaşayanların
ədalət mühakiməsi sistemindən istifadə imkanlarının asanlaşdırılması üçün hüquqi yardımla bağlı tövsiyələrinə
istinad etmişdir.
200
Misal:
M.S.S.-in Belçika və Yunanıstana qarşı işində
201
Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçının geri
qaytarıldığı Yunanıstanda vəkilə ödəmək üçün maddi vəsaitinin olmadığını müəyyən etmişdir; ona hüquqi
məsləhətlər və istiqamətləndirmələr təklif edən beynəlxalq təşkilatlardan istifadə etmək imkanları barədə
məlumat verilməmişdir. Hüquqi yardım göstərən vəkilin olmamasını da buraya əlavə etdikdə bütün bunlar
Yunanıstanın hüquqi yardım sisteminin təcrübədə səmərəsiz olduğunu göstərmişdir. Bununla da, Avropa
İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə birlikdə 13-cü
maddəsinin də pozulduğu qənaətinə gəlmişdir.
Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyası hüquqi yardım və
dəstəkdən istifadə hüququnun inkişaf etdirilməsi işinin əsasını təşkil edir. Xartiyanının 51-ci maddəsinə əsasən
bu sənəd Avropa İttifaqının üzv dövləti tərəfindən Avropa İttifaqı qanunvericiliyi icra olunduğu zaman tətbiq
edilir. Xartiyanın 47-ci maddəsi nəzərdə tutur ki, "hər kəsin məsləhət almaq, müdafiə edilmək və təmsil
olunmaq imkanı olmalıdır […]" və “ədalət mühakiməsi sistemindən səmərəli istifadəni təmin etmək zərurəti
ilə əlaqədar hüquqi yardım kifayət qədər resursları olmayan şəxslər üçün əlçatan olmalıdır […]."
Avropa İttifaqı qanunvericiliyinə əsasən ədalətli məhkəmə araşdırması hüququ Avropa İnsan Hüquqları
Konvensiyası ilə əhatə olunmayan sığınacaq və miqrasiya işlərinə də şamil olunmalıdır. Hüquqi yardım
məsələsinin Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 47-ci maddəsinə daxil edilməsi bu məsələnin
tarixi və konstitusion əhəmiyyətini vurğulayır. 47-ci maddəyə dair İzahedici Məruzə hüquqi yardımla əlaqədar
Strasburq presedent hüququnu,
xüsusən də Aireyin işini
202
nəzərə çatdırır.
4.5.1.
Sığınacaq prosedurları ilə əlaqədar hüquqi yardım
Avropa İttifaqı qanunvericiliyinə əsasən
Sığınacaq prosedurları Direktivinin
22(1)-ci maddəsi ərizəçilərə öz
ərizələrinə aid məsələlərlə əlaqədar hüquq məsləhətçiləri ilə məsləhətləşmələr aparmaq hüququ verir.
Direktivin 20-ci maddəsinə uyğun olaraq müvafiq orqan tərəfindən mənfi qərar qəbul edildiyi təqdirdə Avropa
İttifaqının üzv dövlətləri şikayətin təqdim edilməsi, həmçinin şikayətlə bağlı dinləmələrin aparılması üçün
ərizəçiyə pulsuz hüquqi yardımın və təmsilolunma imkanının verilməsini təmin etməlidirlər. Nəzərəçarpan
uğur perspektivləri olmayan şikayətlərlə əlaqədar pulsuz hüquqi yardım və/və ya təmsilolunma imkanları
verilməyə də bilər (20(3)-cü maddə). Üzv dövlətlər müəyyən şərtlərə, məsələn, maddi məsələlərə və ya vaxt
məhdudiyyətlərinə riayət etməni tələb edə bilərlər (21-ci maddə).
Direktivin 23-cü maddəsi hüquqi yardımın və təmsilolunma imkanlarının həcmini, o cümlədən, hüquq
məsləhətçisinə ərizəçinin şəxsi işi ilə tanış olmaq, həmçinin öz müştərisi ilə praktiki cəhətdən görüşmək
icazəsinin verilməsi məsələlərini də nəzərdə tutur (əgər o saxlanılma müəssisələri və tranzit zonaları kimi
qapalı yerlərdə saxlanılırsa). Ərizəçiyə sığıncaqla bağlı şəxsi müsahibəyə milli qanunvericilik əsasında icazə
verilmiş hüquq məsləhətçisini və ya başqa konsultantı dəvət etmək imkanı verilir.
Avropa Şurası Nazirlər Komitəsinin "Sürətləndirilmiş sığınacaq prosedurları kontekstində insan hüquqlarının
müdafiəsinə dair" Təlimatları
203
da hüquqi yardım və dəstək hüququnu tanıyır.
200
Avropa Şurası Nazirlə
r Komit
əsinin "Ədalə
t mühakim
ə
si sistemind
ə
n istifad
əni asanlaşdıran tə
dbirl
ər haqqında üzv dövlə
tl
ə
r üçün"
R(81)7 saylı, 1981
-ci il tarixli Tövsiy
ə
si;
Sialkovskanın160 Polşaya qarşı
(
Siałkowska v. Poland
)
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki
8932/05 saylı, 22 mart 2007
-
ci il tarixli işi.
201
M.S.S.-in Belçikaya v
ə
Yunanıstana qarşı
(M.S.S. v. Belgium and Greece)
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 30696/09 saylı, 21
yanvar 2011-
ci il tarixli işinin 319
-cu paraqra
fı.
202
Aireyin İrlandiyaya qarşı
(Airey v. Ireland)
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 6289/73 saylı, 9 oktyabr 1979
-
cu il tarixli işi.
203
Avropa Şurası Nazirlə
r Komit
ə
sinin
"Sür
ə
tl
əndirilmiş sığınacaq prosedurları kontekstində
insan hüquqlarının müdafiə
sin
ə
dar" 1 iyul
2009-ci il tarixli T
əlimatları.