94
büküb çevirirlər. Qaynamaqda olan suya qabaqcadan qaynadılıb hazırlanmıĢ no-
xudla küĢvərələri töküb qarıĢdırırlar. 25 - 30 dəqiqədən sonra küĢvərə hazır olur.
KüĢvərəyə quru nanə və sirkə-sarımsaq töküb yeyirlər.
KƏLLƏPAÇA (XAġ). Kəlləpaçanı əsasən qoyun baĢ-ayağından, Ģirin
bağırsaq və qarnından biĢirirlər (indi mal ayağından da biĢirirlər). Bütün bunları
təmizləyib biĢirəndən sonra bəzən ətləri sümükdən ayırırlar,ancaq kəlləpaça
sümüklə birlikdə daha ləzzətli olur. Kəlləpaça ümumiyyətlə sirkə-sarımsaqla
yeyilir.
CIZBIZ Cızbız qoyunun Ģirin bağırsağı, qarnı, qara ciyəri, ürək və
böyrəklərindən böyük tavada biĢirilir. Cızbıza bəzən xırda kartof və soğan da
qatılır. Onu təndir çörəyi ilə yemək daha ləzzətli olur.
ÇIĞIRTMA. Əti və ya toyuğu tikə-tikə doğrayıb pörtdədir, yağda
yarımqızarmıĢ hala gətirib qabdan çıxardırlar. Əvəzində qabdakı yağa soğan töküb
qızardırlar. Qızararkən üzərinə abqora, duz və sarıkök töküb, sonra qovrulmuĢ əti
də onların üzərinə əlavə edib birlikdə qarıĢdıraraq od üzərinə qoyurlar. Ət biĢən
kimi ayrılıqda istənilən qədər yumurtanı çalıb, onların üzərinə töküb dəmə
qoyurlar. Çığırtma plov və çörəklə yeyilir
BOZARTMA (BASDIRMA). Əti parça-parça doğrayıb, su, ət yağ və
soğanla bir qabda qaynadırlar. Su bir az qaynayıb çəkiləndən sonra əti, yağı soğanı
qovurub üzərinə duz, istiot səpərək dəmə qoyurlar. Onu çörəklə yeyirlər.
NAR-QOVURMA. Eyni ilə bozartma kimi hazırlanır, ancaq bunun
üzərinə nar giləsi də tökülür.
QUġ ƏTĠNDƏN BĠġĠRĠLƏN XÖRƏKLƏR
CÜCƏ-KABABI. Cücəni təmizləyir, ona duz, istiot, turĢu sürtüb, bir
tərəfə qoyurlar ki, dad götürsün. Sonra soğanı döyüb-sıxıb suyunu çıxarır, qozu
təmizləyib döyürlər. Soğanla qozu bir-birinə qatıb üzərinə alça turĢusu, duz, istiot
töküb qarıĢdırırlar. Bu qarıĢığı cücənin içərisinə doldurub, ayaqlarını qarnına salıb,
sonra ĢiĢə keçirərək od üzərində və ya isti təndirdə biĢirirlər. Cücə kababı plov ilə
yeyilir.
ÇƏLMƏK KABABI. Çəlmək kababının bütün hazırlanmq iĢi cücə kababı
kimi gedir. Ancaq onu çəlməkdə yağ və buğla biĢirirlər. Çəlmək kababı əsasən
plov ilə yeyilir.
MURĞU-TURġ (MÜTƏLCƏM). Çoxlu cəfəri, keĢniĢ, göy soğan
doğranılıb döyülür, sıxıb suyu çıxarılır. sıxılmıĢ cəfəri qarıĢığını yağda qovurub
üzərinə abqora, qara turĢu, sarıkök, duz əlavə edib qarıĢdırırlar. Toyuğu parça-
parça doğrayıb ona qarıĢdırırlar. Bunların da üzərinə əlavə göyərtidən götürülən
suya, bir az Ģirni tökərək, xırda odda dəmə qoyurlar və arabir qarıĢdırırlar. BiĢib
götürülənə qədər üzərinə qoz ləpəsi töküb qarıĢdırırlar. Murğu turĢ plovla yeyilir.
95
FĠSĠNCAN. Toyuğun üzərinə 4 -5 baĢ quru soğan, 3 -4 dənə yarılmıĢ turĢ
nar, qara turĢu, duz, 2 - 3 fal boranı qatıb, üzərinə su töküb bunların da üzərinə
odda qızardılmıĢ nal və ya bir parça dəmir ataraq qabın ağzını örtüb birlikdə
qaynadırlar. Toyuq biĢəndən sonra qazandan toyuğu, soğanı, boranını, dəmiri
çıxarıb, qalan suyu süzür, dibindəki nar gilələrini tullayırlar. Boranı ilə soğanı
birlikdə əzib döyülmüĢ qozla qarıĢdıraraq toyuğun suyunun üzərinə töküb suyu
azalana qədər qaynadırlar. Sonra toyuğu da qarıĢığın içərisinə ataraq xırda alovlu
ocaqda dəmə qoyurlar. Fisincan plovla yeyilir.
QIZARTMA. Cücəni ikiyə, toyuğu dörd yerə bölüb tavaya yağ tökub, od
üzərinə qoyurlar. Yağ qaynamağa baĢlarkən doğranmıĢ toyuq parçalarını tavadakı
yağa düzüb ağzını örtüb aĢağı odda biĢirilir. Toyuğun bir üzü qızardıqdan sonra o
biri üzünə çevirirlər və hər iki üzünü qızardırlar. Qızartma çörəklə yeyilir.
ġORBA. Toyuğu qaynadaraq sudan çıxarıb, qalan suyuna düyü ilə alça,
xırda kartof, duz, istiot töküb qarıĢdırırlar. Düyü, kartof biĢəndən sonra od
üzərindən götürülən zaman qaynanmıĢ toyuğu qazana atıb yenə bir az qaynadandan
sonra üzərinə göyərti doğranır. ġorba ilə yeyilir.
MÜSƏMMƏ. Toyuq təmizlənir, duzlanıb ayrıca saxlanılır, Sonra soğanı
doğrayıb çoxlu yağda qızardırlar. Soğan qızara-qızara üzərinə abqora, sarıkök, duz
tökərək qovururlar. Soğan qızarandan sonra toyuğu parça-parça edib qaynamaqda
olan soğanın içərisinə qoyur, bir neçə dəfə qarıĢdırırlar. Üzərinə bir az Ģirni töküb,
ağzını örtərək dəmə qoyurlar.
UNDAN HAZIRLANAN YEMƏKLƏR
TƏNDĠR ÇÖRƏYĠ. Unu ələkdən keçirib üzərinə duz, acı xəmir və ilıq su
töküb vəzləyirlər, tamam qarıĢıb xəmir olanda üstünü örtüb bir müddət
qıcqırmasını gözləyirlər. Sonra gündələrə yoğurub, yenə üstünü örtüb, kündələrin
də qıcqırması gözlənilir. Daha sonra gündələri əllə yastılayıb qabaqcadan
qızardılmıĢ təndirə yapırlar, 25 -30 dəqiqəyə çörək biĢib hazır olur.
KÜLÇƏ ÇÖRƏK. Unu ələyib üzərinə yağ, yumurta, süd, acı xamra və
duz tökərək xəmir hazırlayırlar, üstünü örtüb gəlməsini gözləyirlər. Sonra
xəmirdən 150-180 q olmaqla gündələr hazırlanır. Bir qədərdən sonra gündələri əllə
uzununa yastılayıb üzərinə 2 -3 yerdən çəngəllə naxıĢ vurulur, həm də üzərinə yu-
murta və xaĢxaĢ sürtərək, qızdırılmıĢ təndirə yapırlar. 25- 30 dəqiqədən sonra
qızarmıĢ külçə hazır olur.
ġOR ÇÖRƏYĠ. ƏlənmiĢ unun üzərinə yumurta, qatıq, duz, acı xamra və
süd töküb yoğuraraq, alınan xəmirin qıcqırmasını gəlməsini gözləyirlər. Sonra
xəmirdən xırda gündələr qayrılır, yuxa açılaraq məcməyiyə yağ sürtülür, açılan
yuxa yağlı məcməyiyə sərilir. Beləliklə, hazırlanan yuxaların aralarına yağ sürtərək
bir-birinin üzərinə 10-a qədər yuxa qoyaraq onları bıçaqla uzunluğu 15 və eni 5 sm