13
ĠLK PĠONER EVĠ
1921-ci ildə bizim pioner evi indiki Kommunist küçəsindəki Qulunun evləri
idi (Kommunist küç.. № 5, indi uĢaq xəstəxanasıdır).
Bu binanın ikinci mərtəbəsində raykom və komsomol otağı yerləĢirdi,
birinci mərtəbədə isə allahsızlar ittifaqı (sədri qozbel, keçəl bir kiĢi idi). Qadınlar
evi (Женотдел), ĢüĢəbənddə isə pioner evi yerləĢirdi. Dəstə rəhbəri çəkməçi Rza
idi (Rus Rza).
14
Görkəmli
Ģəxsiyyətlər
15
TALIġĠNSKĠLƏRDƏN BĠR NƏSĠL
SEYYĠD CƏMALƏDDĠN QARAXAN.
Kərimxan Zənd bir gün
Seyyid Cəmaləddini çağırıb bütün TalıĢ mahalına onu xan təyin etmək istəyir.
Seyyid Cəmaləddin Ģaha deyir:
-
ġah sağ olsun, biz seyidik, xanlıq bizə düĢməz.
Kərim xan Seyyid Cəmaləddinin zahiri görkəminə görə, yəni rənginin qara,
hündürboy, enlikürək olduğu üçün ona ―Qaraxan‖ ləqəbi verərək, 1760 – 1770-ci
illərdə bütün TalıĢ mahalının idarəsini ona tapĢırmıĢdır.
Qaraxanın dörd oğlu olmuĢdur: Mir Mustafa xan, Mir Əsgər bəy, Mir
Mehdi bəy və Mir Bağır bəy.
Qaraxan böyük oğlu Mir Mustafa xanı vəliəhd edib, onu TalıĢ mahalının
hakimi təyin etmiĢ, beləliklə Mir Mustafa xanın isə yeddi oğlu olmuĢdur.
Mir Mustafa xandan sonra onun oğlu Hacı Mir Abbas bəy bütün Astara
mahalına xanlıq etməyə baĢlayır.
HACI MĠR ABBAS BƏY
Ərəbistan bazarından iki qardaĢı qul kimi
satın alır. Bu qullar qaçmasın deyə onları toxunma səbətdə dəvənin belində gəmiyə
qədər çatdırır, sonra oradan Odessaya, Odessadan Lənkərana gətirib çıxarır. Birini
ġahağacda qoyur. Bu qul isə sonralar azad olaraq ġahağacda evlənir. Ondan olan
Ərəbov Mustafanın oğlu Ərəbov Yaqub hazırda ġahağacda yaĢayır və müəllim
iĢləyir. Hacı Mir Abbas bəy ikinci qardaĢı isə Nəminə aparıb Səlim Səltənət
TalıĢxanova göndərir. Lakin qulu axtalatdırır və bu vaxt onu qan aparır və ölür.
AĢağıda qeyd olunan Ģəxslər Hacı Abbas bəyin oğlan və qızlarıdır:
Mir Tağı xan TalıĢinski, Mir Cavadxan TalıĢinski. Mir Ġshaq xan TalıĢinski,
Mir Musa xan TalıĢinski, Mir Abdulla xan TalıĢinski (buna ―Xanı bəy‖ ləqəbi də
vermiĢdilər); qızları: Mir Tacıxanım, Mir Pitan xanım, Mir Zəhra xanım, Mir
Bilqeys xanım.
Hacı Mir Abbas bəyin Lənkəranda kərpicdən tikilmiĢ qırx otaqlı evi Ģura
höküməti dövründə corab artelinə çevrilmiĢdir. Bu ev səhləkarlıq nəticəsində od
tutub yandı və yaxud yandırdılar. Hazırda onun ətrafında evlər tikiblər (Böyük
bazarda).
MĠR TAĞI XAN
böyük qardaĢ olduğundan atası Mir Abbas bəydən
sonra bütün mahal Mir Tağı xan TalıĢinskinin adına keçir. O, əvvəllər Peterburqda
yaĢayırmıĢ və orada Yevdokiya adlı polyak qadınına evlənibmiĢ. Lakin ondan
övladı olmamıĢdır. Ona görə də Lənkərana gələndə qardaĢının qulluqçularından
biri ilə evlənir, ondan da bir oğlu olur. Adını Mir Əhməd xan qoyur. Mir Tağı xan
Peterburqda ali təhsil almıĢdı. O, ildə bir – iki dəfə Lənkərana gəlib burada
qoyduğu vəkillərdən hesabat alıb gedərmiĢ. Mir Tağı xan Petroqradda vəfat edib,
qəbri tatar qəbiristanlığındadır.
16
MĠR CAVAD XAN Peterburqda hüquqĢünaslıq ixtisası qazanmıĢdır. O,
əvvəllər Qubada hüquqçu iĢləyir, oradan da Abbasqulu Ağa Bakıxanovlardan bir
qızla evlənir. Mir Mustafa adlı bir oğlu olur. Mustafa Fransada həkimlik oxuyur,
evlənməmiĢ vərəm xəstəliyindən yeddi günün içində ölür. Qəbri üzərində Qubada
böyük Sərdaba tikilib, üzərində bu sözlər yazılıbdır:
―Həkim Mir Mustafa xan Mir Cavad xan oğlu TalıĢinski Lənkəranlı‖.
Mir Cavad xan Qubadan Bakıya köçərkən arvadı Bakıya gəlməyib, oğlu ilə
Qubada qalır, ona görə də Mir Cavad xan onu boĢayıb Lənkərana gəlir, burada
MəĢədi Mirzə Məmmədin qızı Xanımla evlənib onu Bakıya aparır. Özü Bakıda
Ģəhər dumasında hüquq məsləhətçisi iĢləyir. Onun xanımdan üç övladı olur: Mir
Murtuza, Mir Raziyyə və Mir RəĢid. O, Lənkəranda vəfat etmiĢ, orada dəfn
olunmuĢdur.
Mir Zəhra Xanım TalıĢinskaya general Ġbrahim bəyin arvadı idi. General
özü Böyük bazarda məscidin yanında təkyə tikmiĢdi. Öləndə vəsiyyətinə görə
həmin təkyənin altında dəfn edilmiĢdi. Məscid bu yaxınlarda bərpa edilərkən
həmin təkyə sökülmüĢ, altından generalın sümükləri, ĢaĢkası, xəncəri və baĢqa
əĢyaları çıxmıĢdır.
Mir Ġshaq xan Lənkəranda yaĢayıb, mahaldan gələn gəlirlə dolanıbdır.
Övladları bunlardır:
Mir Mövsümxan TalıĢinski, Mir Cahangir xan TalıĢinski, Mir Abbas xan
TalıĢinski, Mir Fatı xanım - əri Davud xan TalıĢxanov – kontor iĢçisi idi; Mir Səbi
xanım - əri Pərviz bəy TalıĢxanov – bu da kontor iĢçisi və ərizə yazan idi.
Mir Musa xan TalıĢinski. Mir Musa xan mahalın hesabına dolanıb. Az
savadlı idi. Övladları: Mir Ġsmayıl xan TalıĢinski – Mingəçevirdə iĢləyirdi, orada
da vəfat edibdir. Mir Davud xan TalıĢinski – idarələrdə katib iĢləyirdi.
Mir Əsgər xan Nəmində (Ġran) anadan olmuĢ, ona babası Mir Mustafa
xandan irs kimi çatan Lənkəran vilayətinin bir hissəsinə, yəni Lənkəran çayından
Biləsuvaracan (indiki PuĢkin rayonu) bütün vilayət xanlığına baĢçı olmuĢdur.
1920-ci ildə bolĢeviklər hakimiyyətə gələndən sonra Mir Əsgər xan götürə
bildiyi sərvəti atlara yükləyib arvadı ilə birlikdə faytonla Nəminə qaçır. Onları
Nəminə az qalmıĢ meĢənin içində qaçaqlar saxlayır, apardıqları qiymətli Ģeyləri,
hətta arvadının boyunbağını belə alıb aparırlar. Özü arvadla lüt gəlib Nəminə çıxır,
orada olan dövlətə sahib olur. Bütüb bunlara baxmayaraq, Mir Əsgər xan bu böyük
müsibətə davam gətirmir, ana yurdda üçüncü gün bağrı çatlayıb ölür.
Özündən sonra onunXanımdan olan üç oğlu Lənkəranda qalır, amma
hökümət onlardan ikisini – Əsədxanla Ġsrafil xanı sürgün edir. Ġsmayıl xan isə
xəstə olduğundan Bakıya köçür. Əsgər xanın iki qızı qalmıĢdır: Tuğra və KiĢvər.
Tuğra xanım – Mir Əhməd xan TalıĢinskiyə, KiĢvər xanım isə keĢləli doktor Ġsa
bəy Əlibəyova ərə gedir. Doktor Ġsa bəyin evində hazırda ġəhər Ġcraiyyə komitəsi
yerləĢir.
Dostları ilə paylaş: |