Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   2   3   4   5   6   7   8   9   ...   33

13 
 
ĠLK PĠONER EVĠ 
 
1921-ci ildə bizim pioner evi indiki Kommunist küçəsindəki Qulunun evləri 
idi (Kommunist küç.. № 5, indi uĢaq xəstəxanasıdır). 
Bu  binanın  ikinci  mərtəbəsində  raykom  və  komsomol  otağı  yerləĢirdi, 
birinci  mərtəbədə  isə  allahsızlar  ittifaqı  (sədri  qozbel,  keçəl  bir  kiĢi  idi).  Qadınlar 
evi  (Женотдел),  ĢüĢəbənddə  isə  pioner  evi  yerləĢirdi.  Dəstə  rəhbəri  çəkməçi  Rza 
idi (Rus Rza). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


14 
 
 
 
 
 
 
 
 
 
Görkəmli  
Ģəxsiyyətlər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


15 
 
TALIġĠNSKĠLƏRDƏN BĠR NƏSĠL
 
 
SEYYĠD  CƏMALƏDDĠN  QARAXAN. 
Kərimxan  Zənd  bir  gün 
Seyyid  Cəmaləddini  çağırıb  bütün  TalıĢ  mahalına  onu  xan  təyin  etmək  istəyir. 
Seyyid Cəmaləddin Ģaha deyir: 
-
 
ġah sağ olsun, biz seyidik, xanlıq bizə düĢməz. 
Kərim xan Seyyid Cəmaləddinin zahiri görkəminə görə, yəni rənginin qara, 
hündürboy, enlikürək olduğu üçün ona ―Qaraxan‖ ləqəbi verərək, 1760 – 1770-ci 
illərdə bütün TalıĢ mahalının idarəsini ona tapĢırmıĢdır. 
Qaraxanın  dörd  oğlu  olmuĢdur:  Mir  Mustafa  xan,  Mir  Əsgər  bəy,  Mir 
Mehdi bəy və Mir Bağır bəy. 
Qaraxan  böyük  oğlu  Mir  Mustafa  xanı  vəliəhd  edib,  onu  TalıĢ  mahalının 
hakimi təyin etmiĢ, beləliklə Mir Mustafa xanın isə yeddi oğlu olmuĢdur. 
Mir  Mustafa  xandan  sonra  onun  oğlu  Hacı  Mir  Abbas  bəy  bütün  Astara 
mahalına xanlıq etməyə baĢlayır. 
HACI  MĠR  ABBAS  BƏY 
Ərəbistan  bazarından  iki  qardaĢı  qul  kimi 
satın alır. Bu qullar qaçmasın deyə onları toxunma səbətdə dəvənin belində gəmiyə 
qədər çatdırır, sonra oradan Odessaya, Odessadan Lənkərana gətirib çıxarır. Birini 
ġahağacda qoyur. Bu qul isə  sonralar azad olaraq ġahağacda evlənir. Ondan olan 
Ərəbov  Mustafanın  oğlu  Ərəbov  Yaqub  hazırda  ġahağacda  yaĢayır  və  müəllim 
iĢləyir.  Hacı  Mir  Abbas  bəy  ikinci  qardaĢı  isə  Nəminə  aparıb  Səlim  Səltənət 
TalıĢxanova göndərir. Lakin qulu axtalatdırır və bu vaxt onu qan aparır və ölür. 
 AĢağıda qeyd olunan Ģəxslər Hacı Abbas bəyin oğlan və qızlarıdır: 
Mir Tağı xan TalıĢinski, Mir Cavadxan TalıĢinski. Mir Ġshaq xan TalıĢinski, 
Mir Musa xan TalıĢinski, Mir Abdulla xan TalıĢinski (buna ―Xanı bəy‖ ləqəbi də 
vermiĢdilər);  qızları:  Mir  Tacıxanım,  Mir  Pitan  xanım,  Mir  Zəhra  xanım,  Mir 
Bilqeys xanım. 
Hacı  Mir  Abbas  bəyin  Lənkəranda  kərpicdən  tikilmiĢ  qırx  otaqlı  evi  Ģura 
höküməti  dövründə  corab  artelinə  çevrilmiĢdir.  Bu  ev  səhləkarlıq  nəticəsində  od 
tutub  yandı  və  yaxud  yandırdılar.  Hazırda  onun  ətrafında  evlər  tikiblər  (Böyük 
bazarda). 
MĠR  TAĞI  XAN 
böyük  qardaĢ  olduğundan  atası  Mir  Abbas  bəydən 
sonra bütün mahal Mir Tağı xan TalıĢinskinin adına keçir. O, əvvəllər Peterburqda 
yaĢayırmıĢ  və  orada  Yevdokiya  adlı  polyak  qadınına  evlənibmiĢ.  Lakin  ondan 
övladı  olmamıĢdır.  Ona  görə  də  Lənkərana  gələndə  qardaĢının  qulluqçularından 
biri ilə evlənir, ondan da bir oğlu olur. Adını Mir Əhməd xan qoyur. Mir Tağı xan 
Peterburqda  ali  təhsil  almıĢdı.  O,  ildə  bir  –  iki  dəfə  Lənkərana  gəlib  burada 
qoyduğu vəkillərdən hesabat  alıb gedərmiĢ. Mir Tağı xan  Petroqradda vəfat edib, 
qəbri tatar qəbiristanlığındadır. 
  


16 
 
MĠR  CAVAD  XAN  Peterburqda  hüquqĢünaslıq  ixtisası  qazanmıĢdır.  O, 
əvvəllər  Qubada  hüquqçu  iĢləyir,  oradan  da  Abbasqulu  Ağa  Bakıxanovlardan  bir 
qızla  evlənir. Mir Mustafa  adlı bir oğlu olur. Mustafa  Fransada  həkimlik oxuyur, 
evlənməmiĢ vərəm xəstəliyindən yeddi günün içində ölür. Qəbri üzərində Qubada 
böyük Sərdaba tikilib, üzərində bu sözlər yazılıbdır: 
―Həkim Mir Mustafa xan Mir Cavad xan oğlu TalıĢinski Lənkəranlı‖. 
Mir Cavad xan Qubadan Bakıya köçərkən arvadı Bakıya gəlməyib, oğlu ilə 
Qubada  qalır,  ona  görə  də  Mir  Cavad  xan  onu  boĢayıb  Lənkərana  gəlir,  burada 
MəĢədi  Mirzə  Məmmədin  qızı  Xanımla  evlənib  onu  Bakıya  aparır.  Özü  Bakıda 
Ģəhər  dumasında  hüquq  məsləhətçisi  iĢləyir.  Onun  xanımdan  üç  övladı  olur:  Mir 
Murtuza,  Mir  Raziyyə  və  Mir  RəĢid.  O,  Lənkəranda  vəfat  etmiĢ,  orada  dəfn 
olunmuĢdur.  
Mir  Zəhra  Xanım  TalıĢinskaya  general  Ġbrahim  bəyin  arvadı  idi.  General 
özü  Böyük  bazarda  məscidin  yanında  təkyə  tikmiĢdi.  Öləndə  vəsiyyətinə  görə 
həmin  təkyənin  altında  dəfn  edilmiĢdi.  Məscid  bu  yaxınlarda  bərpa  edilərkən 
həmin  təkyə  sökülmüĢ,  altından  generalın  sümükləri,  ĢaĢkası,  xəncəri  və  baĢqa 
əĢyaları çıxmıĢdır. 
Mir  Ġshaq  xan  Lənkəranda  yaĢayıb,  mahaldan  gələn  gəlirlə  dolanıbdır. 
Övladları bunlardır: 
Mir  Mövsümxan  TalıĢinski,  Mir  Cahangir  xan  TalıĢinski,  Mir  Abbas  xan 
TalıĢinski, Mir Fatı xanım - əri Davud xan TalıĢxanov – kontor iĢçisi idi; Mir Səbi 
xanım - əri Pərviz bəy TalıĢxanov – bu da kontor iĢçisi və ərizə yazan idi. 
Mir  Musa  xan  TalıĢinski.  Mir  Musa  xan  mahalın  hesabına  dolanıb.  Az 
savadlı idi.  Övladları: Mir Ġsmayıl xan TalıĢinski  –  Mingəçevirdə  iĢləyirdi,  orada 
da vəfat edibdir. Mir Davud xan TalıĢinski – idarələrdə katib iĢləyirdi. 
Mir  Əsgər  xan  Nəmində  (Ġran)  anadan  olmuĢ,  ona  babası  Mir  Mustafa 
xandan irs kimi çatan Lənkəran vilayətinin bir hissəsinə, yəni Lənkəran çayından 
Biləsuvaracan (indiki PuĢkin rayonu) bütün vilayət xanlığına baĢçı olmuĢdur.  
1920-ci ildə bolĢeviklər hakimiyyətə  gələndən sonra Mir Əsgər  xan  götürə 
bildiyi  sərvəti  atlara  yükləyib  arvadı  ilə  birlikdə  faytonla  Nəminə  qaçır.  Onları 
Nəminə  az  qalmıĢ  meĢənin  içində  qaçaqlar  saxlayır,  apardıqları  qiymətli  Ģeyləri, 
hətta arvadının boyunbağını belə alıb aparırlar. Özü arvadla lüt gəlib Nəminə çıxır, 
orada olan dövlətə sahib olur. Bütüb bunlara baxmayaraq, Mir Əsgər xan bu böyük 
müsibətə davam gətirmir, ana yurdda üçüncü gün bağrı çatlayıb ölür. 
Özündən  sonra  onunXanımdan  olan  üç  oğlu  Lənkəranda  qalır,  amma 
hökümət  onlardan  ikisini  –  Əsədxanla  Ġsrafil  xanı  sürgün  edir.  Ġsmayıl  xan  isə 
xəstə  olduğundan  Bakıya  köçür.  Əsgər  xanın  iki  qızı  qalmıĢdır:  Tuğra  və  KiĢvər. 
Tuğra  xanım  –  Mir  Əhməd  xan TalıĢinskiyə, KiĢvər  xanım isə  keĢləli doktor Ġsa 
bəy Əlibəyova ərə gedir. Doktor Ġsa bəyin evində hazırda ġəhər Ġcraiyyə komitəsi 
yerləĢir. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə