olunması daxildir.
Problemi görmək onun həllini
tapmaqdan çətindir. Birinci üçün qavrayış, ikinci
üçün isə ağıl gərəkdir. Həqiqətən, elmdə ümumi
inkişaf, əsasən, həqiqi iqtisadi zərurətdən qoyulan
problemlərin ardıcıl həlli qaydasında baş verir.
İstənilən dövrlərdə elə adi və zəruri prob lemlər
mövcud olur ki, məsələn, kub formalı Delf
səcdəgahının iki dəfə böyüdülmə sin dən kub kökaltı
hasil olmuşdur. Yaxud Fransada bara
maqurdu
xəstəliyinin müalicə olunması Lui Pasterin
xəstəliklərin mikrob nəzəriyyəsi haqqında kəşfinə
gətirib çıxardı. Elmdə qəbul olunmuş klassik
problemlərin kəmiyyətinin məhdudlaşdı
rıl
ması
təhlükəsi mövcuddur. Alimlər nəslinin toplanmış
əzmkarlığı hesabına bu problemlərin həlli və
gələcəkdə işlənməsi mümkün olmuşdur. Elmin
tarixinin böyük zaman kəsiyində məhz bu
tendensiya məhdud hüdudda qorunub saxlanıl
-
mışdır. Elə bu hüduddan çıxan yeni problemləri
aşkar edən elm yeni sahələr zəbt etmişdir.
Bernal yazırdı: “Keçmişin böyük alimləri,
məsələn, Nyuton, Faradey, Darvin, Qaliley və
başqaları problemləri tapmaq və həll etmək
məsələlərini öz planlarına uyğun olaraq, qarşıya
məqsəd qoyurdular. Məsələn, Faradey fəaliyyə tinin
ilk çağlarında ümumi problemləri – təbiətin ayrı-
ayrı qüvvələri sayılan işıq, istilik, elektrik və
maqnetizm arasındakı əlaqələri aşkar etməyi
qarşısına məqsəd qoymuşdu. O bunlara cüt-cüt
baxmaqla, demək olar ki, bütün planlarını yerinə
yetirə bildi”.
Elmi ənənələrin toplanması
Bernal yazırdı: “Biz elmə institut kimi baxan
zaman bir aspekti dəqiq ayıra bilmədik: elmi və
texniki inkişafın cəmiyyətin yerdə qalan
nailiyyətlər aspektindən fərqi nədən ibarətdir”.
Elmin bu xüsusiyyəti kumulyativ (latınca
cumulatio “toplamaq”) xarakter daşıyır. Alimlərin
metodları əvvəlcədən toplanmış zəngin bilik və
təcrübə ehtiyatına malik olmasa idi, kiçik dəyər
daşımış olardı. Elm – məlum faktlar, qanunlar və
nəzəriyyələr kompleksindən artıq bir şey deyil. O
nə qədər tənqid olunsa, nə qədər dağıdılıb yaradılsa
belə, həmişə yeni faktları, qanunları və nəzəriy -
yələri kəşf edir. Bunun müqabilində bütöv quruluş
(korpus) dağılmağa məruz qalmır. Elmin məhz bu
kumulyativ xarakteri onu din, hüquq, fəlsəfə və
incəsənət kimi başqa bəşəri institutlardan fərqlən -
dirir. Söyləmək lazımdır ki, sonuncuların elmə
nisbətən daha qədim tarixi və ənənəsinin olmasına
baxmayaraq, prinsipcə onlar kumulyativ deyillər.
Dinin işi “əbədi” həqiqəti qoruyub saxlamaqdadır.
İncəsənətin mahiyyəti daha çox fərdin fəaliyyəti ilə
bağlıdır, nəinki məktəbin. Alim isə həmişə şüurlu
şəkildə qəbul olunmuş həqiqəti dəyişməyə çalışır.
Onun işi tez bir zamanda geniş vüsət alır və fərdi
fəaliyyət xarakterini itirir. Təkcə rəssamlar deyil,
şairlər və digər insanlar keçmişə xas olan incəsənət,
musiqi və ədəbi əsərləri orijinaldan, yaxud
tərcümədən çox həvəslə oxuyur və qulaq asırlar.
Əksinə, çox az sayda alimlər, elm tarixçiləri və
nadir hallarda başqaları elm sahəsində böyük tarixi
işləri öyrənirlər. Elmin hər bir köhnə və yeni
nailiyyəti istənilən vaxt təyin olunmuş material və
cihaz vasitəsilə yoxlanıla bilər. Elmdə həqiqət
kriteriyasını vaxtilə Bekon belə göstərirdi: “Elmin
maddi aləmə tətbiqi fayda gətirməlidir”.
Maraqlıdır ki, elm və elm tarixi haqqında
məntiqi əsaslandırılmış fikirlər Azərbaycanın
dünyaya bəxş etdiyi üç görkəmli alimin də elmə aid
məqalələrində öz əksini tapmışdır. Bunlar əslən
bakılı olan Nobel mükafatı laureatı Landau, dünya
şöhrətli akademik, dünyada resirkulyasiya
nəzəriyyəsinin banisi Murtuza Nağıyev və Bernalın
elmi məktəbini keçmiş, AMEA-nın müxbir üzvü
Xudu Məmmədovdur.
Elm, alim, elmin gələcəyi haqqında həmin
alimlərin dəyərli fikirləri elm təşkilatçıları və
gələcəkdə alim olmaq istəyənlər üçün çox faydalı
ola bilər. Digər tərəfdən hər bir ölkənin elm tarixi
zamanında, təhrifsiz, mübaliğəsiz, yaddaşlarda
qalacaq və öyrənilməsi istəniləcək şəkildə
yazılmalıdır. Bu həm vaxtilə yaşamış və yaratmış
alimlərin haqqının itməməsi, həm də bu gün
fəaliyyət göstərən hər bir alimin zamanında
dəyərinin qiymətləndirilməsi baxımından faydalıdır.
Mütəllim Abbasov,
pedaqoji elmlər doktoru
42
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
43
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Hal-hazırda dünyanın inkişaf etmiş
ölkələrinin əsas prioritetlərindən biri elmi-texniki
inkişafın dayanıqlılığının təmin edilməsidir.
Dünyada bu istiqamətdə çoxsaylı layihələr və
proqramlar işlənilir. “Elm dünyası” jurnalının 2-ci
sayında jurnalın baş redaktoru AMEA-nın prezi -
denti, akademik Akif Əlizadənin müsahibəsində
Azərbaycanda elmin gələcək inkişafından və
innovasiyaların tətbiqindən mülahizələr dərc
edilmişdir.
Elmi ictimaiyyət üçün son dərəcə maraqlı
olan bu müsahibədə akademik A.Əlizadə qeyd
edir ki, Azərbaycan Elmlər Akademiyası 2020-ci
ilin perspektivi baxımından öz fundamental
tədqiqatlarının prioritetlərini aydın və dəqiq
müəyyənləşdirməlidir. Həmin prioritetlərə
aşağıdakılar aid edilmişdir:
/
Respublikanın dayanıqlı inkişafının əsasını
təşkil edən, ölkənin enerji təhlükəsizliyinin yük -
səl dilməsinə və enerji komplekslərinin səmərəli
fəaliyyətinə yönəldilmiş elmi tədqiqatlar;
/
Ölkənin faydalı qazıntı yataqlarının aşkar
olun ması, yataqların xammallarının tərkibinin
elmi əsaslarla öyrənilməsi və səmərəli emal
texnologiyalarının işlənib hazırlanması;
/
Neft və qazın kimyası, bərpa olunan kom -
po nentər əsasında bioyanacaqların yaradıl ması
istiqamətində tədqiqatlar;
/
İnformasiya-kommunikasiya texno
-
logiyaları sahəsində elmi tədqiqatlar;
/
Həyat elmləri (tibb və insan sağlamlığı);
/
Ölkənin milli təhlükəsizliyinə və müdafiə
qabiliyyətinin artırılmasına yönəldilmiş elmi
tədqiqatlar;
/
Ətraf mühitin mühafizəsi sahəsində elmi
tədqiqatlar;
/
İctimai və humanitar elmlər – tarix,
ədəbiyyat, dilçilik sahəsində elmi tədqiqatlar;
Bununla yanaşı həmsöhbətimiz bildirmişdi
ki, dünya dövlətlərinin əksəriyyətinin elmi-
texniki siyasətində elmi tədqiqatların maliyyələş -
dirilməsi hakim mövqeyə malikdir. Sənaye baxı -
mın dan inkişaf etmiş ölkələrdə elmə qoyulan
xərc
lərin dinamikasının təhlili göstərir ki,
cəmiyyətin tərəqqisi birbaşa elmə sərf olunan
vəsaitin həcmindən asılıdır. Bunu nəzərə alaraq
dövlət, bir qayda olaraq, elmə böyük vəsait ayırır.
Bu xərclərin yuxarı həddi ümumi milli məhsulun
2,2%-dən (Almaniya) başlayaraq 5% (İsrail)
arasında dəyişir. Amerika iqtisadçısı F.Şererin
formalaşdırdığı “texniki tərəqqinin təbii qanunu”
birmənalı olaraq elmi tədqiqatların maliyyələşdi -
rilmə həcmlərində dəqiq ifadə olunmuş tenden -
siya əyani olaraq izlənilir: ayrıca götürülmüş hər
bir ölkədə elmə sərf olunan xərc miqdarca milli
məhsul istehsalını qabaqlamalıdır.
Azərbaycanda iqtisadi inkişaf tempi heyrə -
tamiz olsa da, təəssüf ki, ölkəmizdə elmin maliy -
yə ləşdirilməsi hələ də “qalıq prinsipi” üzrə həyata
keçirilir. Azərbaycan Respublikası Dövlət Sta -
tistika Komitəsinin rəsmi məlumatına görə, əgər
1980–1990-cı illər ərzində dövlət büdcəsindən
elmə ayrılmış maliyyə vəsaitinin həcmi ümumi
milli məhsulun (ÜMM) 0,3-0,5 %-ni təşkil
edirdisə, bu rəqəm 1995-ci ildən başlayaraq,
ÜMM 0,2% səviyyəsinə enmişdir. Əlbəttə, bu
həcmdə vəsait nəinki elmi inkişaf etmiş dövlətlər
sırasında texnoloji sıçrayışa nail olmaq, hətta
mövcud olan elmi potensialı, elementar olaraq
qorumaq üçün də əsla kifayət deyildir. Eyni
zamanda elmin maliyyələşdirmə həcminin sadəcə
olaraq artırılması bazar iqtisadiyyatı şəraitində
elmin rəqabət qabiliyyətinə nail olması üçün heç
də qənaətbəxş tədbir sayıla bilməz. Ayrılan
vəsaitlərin paylanmasında elə bir səmərəli me -
xanizm yaradılmalıdır ki, bu, vəsaitlərin az
əhəmiyyətli tədqiqatlara sərf olunmasına imkan
verməyib, milli maraqlara cavab verən prioritet
istiqamətlərə yönəldilsin. İnstitutlara vəsait
ayırarkən onların multidissiplinar elmi-tədqiqat
Dayanıqlı elmi-texniki
inkişaf nə deməkdir?