N.Ölçər: – Atam Azərbaycan folkloruna
bağlı adam idi. Radioda davamlı olaraq Azər ‐
baycan musiqisini dinləyərdi. Məsələn, «Aman
ovçu» mahnısını çox sevərdi. Dostları ilə qur ‐
duğu «Azeri kardeşler yardımlaşma derneği»
var idi. Həftəaxırı söhbətləri olardı. Mühacir
ailələr bir yerə yığışar, milli rəqslər oynanılardı.
Balaca idim o vaxtlar mən, atam anamla məni
oraya apardı. Məcidiyəköy deyilən səmtdə bir
evdə yığışardılar. Evimizə tez‐tez Bakıdan olan
Mir Yaqub bəy gələrdi. O, Fransada hüquq üzrə
doktorluq müdafiə etmişdi. Başqa evimizə
Kazan tatarlarından Ayaz İsaki bəy gəlirdi. Bizə
daha çox mühacirlər gələrdi. Rus dilində
danışırdılar. Elmi‐siyasi mövzularda söhbətlər
edirdilər. Köhnə dostları, şərqşünaslar gələrdi,
adətən.
R.İlyasov: – Әhməd müəllim Rəsulzadə,
Әhməd Ağaoğlu, Әli bəy Hüseynzadə və digər
məşhur mühacir azərbaycanlılarla görüşürdü?
N.Ölçər: – Müstəqillik günü bir yerdə olur‐
dular. Müstəqillik günü yığışar, yemək yeyər,
söhbətlər edərdilər. Hər ilin 28 may ayında
dərnəkdə müstəqillik günü yüksək səviyyədə
qeyd olunurdu.
R.İlyasov: – Atanızın təsisçisi və redaktoru
olduğu məşhur «Azerbaycan Yurt Bilgisi»
jurnalı ideyası necə ortaya çıxdı?
N.Ölçər: – Bunu tam deyə bilmərəm. Mən
yatılı məktəbə gedirdim. Həftə axırı atamı
görərdim. Yay ayları da atam dialektologiya
tədqiqatları üçün Anadoluya gedər, yay axırı
gələrdi. Sonra da xaricdə təhsil aldım. Atamla
yaşlılığında daha çox bir yerdə olduq. Bütün
fəaliyyətlərini bilirəm və vətəni ilə bağlı
tədqiqatları vasitəsilə həsrətini qoruyurdu.
Türk Dil Qurumu yenidən bu jurnalı nəşr etdi.
R.İlyasov: – Sizcə, bu jurnal bu ad altında
yenidən nəşr oluna bilərmi?
N.Ölçər: – Bunu deyə bilmərəm. Bu mənim
ağlıma heç gəlmədi indiyə kimi. Atamın
kitabları yenidən nəşr olunur. Әlbə ə ki, atam
bu jurnalın redaktoru və naşiri idi.
R.İlyasov: – Gəncəyə getdinizmi?
N.Ölçər: – Bakıya getdim, ordan da Şəkiyə
getdim. Prezident Abdullah Gül 2–3 il əvvəl
rəsmi səfər zamanı məni də dəvət etdi. Gəncəyə
gedəcəm. Әslində, tərəddüd edirəm. Zehnimdə
atamın xəyalları var, mənə dedikləri var,
küçələr var, daima çörək aldığı bir yer var. İn‐
diki Gəncənin həmin Gəncə də olmadığını
bilirəm. Ona görə də hələ də tərəddüd edirəm.
R.İlyasov: – Ata ocağından Gəncədə qalan‐
lar varmı?
N.Ölçər: – Qardaşlarının uşaqları və nəvələri
var, qohumları var, ancaq mən tanımıram.
Baxın, qohumluq‐əqrəbalıq ele bir şeydir ki, bir
yerdə olduğunuz zaman, xatirələrinizi bölüş ‐
dü yünüz zaman məna kəsb edir. Onun xari ‐
cində illər sonra biri gəldiyində ki, mən sizin
qohumunuzam, artıq o, bir baxıma insana yad
kimi gəlir. Bu, psixoloji bir vəziyyətdir. Birlikdə
böyüməyib, keçmişdə bir yerdə olmadıqca,
xatirələri bölüşmədikcə qohumluq‐əqrəbalıq
deyilən tellər də, qan bağı da bir məna ifadə
etmir. Onun üçün Gəncəyə gedib‐getməməkdə
tərəddüdlərim var. Atamın dediyi Gəncəyə dair
zehnimdə canlandırdığım bir Gəncə var. Bilirəm
o Gəncə artıq indi yoxdur. Bir əsr keçmişdir
üstündən. Məsələn, Bakıya getdiyimdə xəyal ‐
larım və xatirələrim can lanmadı. Sanki xarici
bir şəhərə getmişdim. Hər hansı bir Avropa
şəhərinə. Ancaq bu da nor
maldır. Ancaq
insanın xəyalları, xatirələri başqa cürədir. Onun
üçün bir daha xəyallarımın canlana bilməyəcə ‐
yini düşünərək Gəncəyə get mirəm. İnşallah bir
gün gedərəm...
R.İlyasov: – Neçə uşaq olmusunuz evdə?
N. Ölçər: – Tək uşaq olmuşam. Çayınızı için...
R.İlyasov: – Təşəkkür edirəm. Azərbay ‐
candakı çayın tamı var bu çayda. Türkiyədə
çay daha tünd içilir (gülüşmələr).
N.Ölçər: – Atam da açıq çay içərdi. Tünd
çayı sevməzdi..
R.İlyasov: Atanız, Әhməd müəllim bir gün
Azərbaycanın müstəqil olacağına inanırdı?
N.Ölçər: – İnanırdı, inanmaq istəyirdi.
Әlbə ə ki, ümidi olduğu üçün bu qədər
Azərbaycanla bağlı elmi tədqiqatlar aparır,
yazılar yazırdı. Başqa cürə ola bilməzdi. Niyə
bu qədər yazı yazsın, məqalələr çap etdirsin?
55
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
İnsanlar unutmasın deyə yazırdı. Deyirdi ki,
kommunist sistemində milliyyətçiliyə yer yox‐
dur. Unutdurulur milli qəhrəmanlar, onun
üçün yazıram deyirdi. Türkiyədə 60‐cı illərin
sonu 70‐ci illərin başında sol, sosialist görüşlər
ətrafında qızğın mübahisələr gedirdi. Hə a bir
gün bu barədə müzakirə edərkən dedi ki, sizin
başa düşmədiyiniz problem budur ki, Rusiya ‐
dakı kommunizm rus milliyyətçiliyidir. Kom‐
munizm Fransadan gəlsə, qəbul edərəm. Sizin
Türkiyədə anlamadığınız budur...
R.İlyasov: – Әlavə nə deyə bilərsiniz?
N.Ölçər: – Vallah, atamın mənim üzərimdə
əməyi çoxdur. Böyüməyimdə, elm adamı
olmağımda çox köməyi olmuşdur. Yol göstəri ‐
ciliyi olmuşdur. Mən onu alimliyindən əvvəl bir
ata kimi tanıdım. Yəni hər zaman mənə dəstək
olacaq bir ata kimi. Uşaqlar necə atalarına
baxdısa, mən də ona elə baxdım. Atam gülər ‐
üzlü idi, tutqun bir adam deyildi. Atam, sözün
əsl mənasında, insandı... Tələbələri ilə maraq ‐
lanırdı. Birinin pulu olmadığında ona kömək
edər, bir‐birini sevən tələbələri arasında prob‐
lem olduğunda onların mehriban olması üçün
çalışardı. Bir çox tələbələrinin nişanlanmasında
və evlənməsində kömək etmişdir. Onun ən
yaxın tələbələrindən olan, hə a ona oğlum dediyi
professor Osman Fikri Sərtqaya ilə görüşmənizi
tövsiyə edirəm. O da sizə çox xatirələr deyər.
R.İlyasov: – Maraqlı müsahibə və səmi ‐
miyyətiniz üçün minnətdaram.
N.Ölçər: – Çox sağ olun, mən də təşəkkür
edirəm.
Professor Әhməd Cəfəroğlunun ən yaxın
tələbəsi olan Professor Osman Fikri Sərtqaya
ilə İstanbul Universiteti ədəbiyyat fakültəsin ‐
dəki otağında 18 oktyabr 2013‐cü il tarixində
görüşüb müsahibə aldıq. Aşağıda bu müsa ‐
hibəni təqdim edirik:
R.İlyasov: – Hörmətli professor, mərhum
professor Әhməd Cəfəroğlunun qızı Nazan
xanımla görüşümüz zamanı o sizin Әhməd
müəllim ilə çox yaxın olduğunuzu söylədi. Bu
yaxınlıq haqqında qısaca danışa bilərsinizmi?
O.F.Sərtqaya: – Mən 17 yaşımda bu univer‐
sitetin Türk dili və ədəbiyyatı fakültəsinə daxil
olmuşam. O ildən indiyə qədər də burada
işləyirəm. Nazan xanımın söylədiyi kimi,
mənim professor Cəfəroğlu ilə çox yaxın
münasibətlərim olub. Hə a mərhum Әhməd
müəllim dəyərdi ki, oğlum olsaydı, Osman
kimi olmasını istərdim... Cəfəroğlunun alim
kimi yetişməmdə çox böyük əməyi olmuşdur.
O, eyni zamanda digər tələbələrini də çox sevər,
onlara əlindən gələn köməyi göstərərdi.
R.İlyasov: – Azərbaycanda yaşadığı illərlə
bağlı nə danışardı?
O.F.Sərtqaya: – Çox danışmazdı və ailəsi
orada qaldığı üçün belə kədərli mövzulara
toxunmazdı çox vaxt. Çox şən və səmimi
müəllim idi. Bəzən boş vaxtlarında «mənə
Gəncəli deyərlər...» mahnısını zümzümə
edərdi. Mənə də ilk tövsiyələrindən biri bu
olmuşdu ki, elmlə məşğul olduğun zaman heç
bir ölkəyə dair siyasi fikirlərini açıqlama. Bir
gün gələr, o fikirlər sənin əleyhinə işlənə bilər.
Mən bu haqlı tövsiyənin daha sonralar türkoloq
kimi Sovet İ ifaqına elmi səyahətlərim zamanı
faydasını gördüm. Sovet Elmlər Akademiya ‐
sında mənim üçün millətçi – «nasionalist» rəyi
verilməsinə baxmayaraq, elm adamı olaraq
sovet dövründə oralara gedib türkologiya
sahəsində elmi tədqiqatlar aparmağıma icazə
verildi. Çünki mən mərhum professorumuz
Әhməd müəllimin tövsiyəsinə müvafiq olaraq
Sovet İ ifaqı haqqında heç bir siyasi fikir
bildirməmişdim.
R.İlyasov: – Türk dili və ədəbiyyatı
sahəsindəki tədqiqatları ilə bağlı nə deyə
bilərsiniz?
O.F.Sərtqaya: – Әhməd bəy, həqiqətən,
ciddi şəkildə türk mədəniyyətini, dilini və ədə ‐
biyyatını tədqiq edən bir alim idi. O bu elm
sahəsində parçalayıcı fikirlər irəli sürmürdü.
Ümumtürk mədəniyyətini bir bütov şəkildə
qiymətləndirirdi. Məsələn, bizim buradakı bəzi
türkoloqlar, xüsusilə sovet rejimindən qaçaraq
buraya gəlmiş bəzi türkoloq alimlər belə
istiqaməti qəbul etmir, tatar, başqırd və s.
ədəbiyyat və dastanlarının ayrı qrupda təsnif
edilməsini istəyirdilər. Halbuki Әhməd müəl ‐
lim bütün bunları daha yüksək prizmadan,
yəni Ümumtürk mədəniyyəti rakursundan
56
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014