Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə11/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   7   8   9   10   11   12   13   14   ...   231

 

25

 



Dəniz sakit, səma buludsuzdur. Ətrafda bir ins-cins gözə dəymir... 

 

– Əmri yerinə yetirirəm, – komandir soyuqqanlı tərzdə çiyinlərini çəkir. 



 

Sualtı qayıq dənizin dibinə enir. 

 

– Deyəsən, nədənsə narahatsınız, – Şults maşında soruşur. 



 

– Deməli, son dərəcə həssas intuisiyaya malik olan siz anlaya bilmirsiniz ki, köhnə dostunuzun 

ürəyindən niyə qara qanlar keçir? 

 

Çünki ona daha etibar etmirlər. Axı nəyə görə? Yox, yox, icazə 34 verin sözümü axıradək deyim. 



Sizə yaxşı bəllidir ki, gözümün ağıqarası bircə oğlum var. Onu nə qədər sevdiyimi də bilirsiniz. 

Onun canına and içirəm, əgər nə vaxtsa sizə xəyanət etməyi ağlıma belə gətirmişəmsə, qoy 

oğlum tikə-tikə doğransın. Əlbəttə, nə gizlədim, çətin dəqiqələrim olub, mən də hiyləyə əl 

atmışam, biclik işlətmişəm, müəyyən güzəştlərə getmişəm, kimlərisə qurban vermək lazım gəlib, 

nə etməli, işimiz belədir. Ancaq sizə ziyan vurmaq fikrinə düşməmişəm, sizə həmişə sadiq dost 

olmuşam. – Fərzani pıçıltı ilə danışır: həyəcandan səsi batıb. – Siz isə uzun illər əməkdaşlıq 

etdiyimizi unudub, məni rəzil bir cəsus kimi maşından düşürürsünüz, hələ üstəlik də sanki 

lağlağı edərək, guya hansısa təhlükəli adamdan gizlənmək lazım gəldiyini deyirsiniz... 

 

– Siz ki, bilirsiniz, hərdən mən lap mövhumatçı oluram. Biz sualtı qayıq heyətinin üzvləri ilə 



gələrkən mən qəflətən nəsə naməlum bir təhlükə hiss etdim. – Şults onun sözünü kəsib, 

inandırıcı tərzdə izahata başlayır. – Bəlkə də mənim hərəkətim bir az nəzakətsizlik təsiri 

bağışlayıb. Boynuma alıram, ancaq sizə etibar etməmək barədə heç bir söhbət ola bilməz. Həm 

də ki, biz ora ümumi işimizin xatirinə getmişdik. Sadəcə, sizin təhlükəli səfərinizdən sonra 

istəyirdim bir az dincələsiniz, işlərdən ayrılasınız. Hər şeyi sonra danışmağa hazırlaşırdım – 

həmişəki kimi, əməliyyata bir gün qalmış. Dostumun az qala məndən inciməsinə səbəb olan o 

“gizli” sirr həqiqətən boş şeydir. Özünüz fikirləşin: gələn həftə siz müşayiət reysi etməlisiniz. Və 

mən istəmirəm ki, ekipaj üzvlərindən kim isə sizi vaxtından əvvəl görsün. Mənim sizdən gizli 

başqa heç bir sirrim yoxdur. Heç olmasa, indi inandınız? 

 

Fərzani dinməzcə başı ilə təsdiq edir. 



 

Fərzani öz evinə girir. 

 

– Tevfiq hardadır? – deyə o, üz-gözündən biclik yağan qapıçıdan soruşur. 



 

– Ağayi Tevfiq bağdadır. Qonağı var. 

 

– Farslardı, almanlardı? Qadınlardı, kişilər? Kimlərdir qonaqları? 



 

– Fərzani hirslə soruşur. 

 

– Bayram xonçası kimi hamısından var. – Fərzaninin bağa sarı yönəldiyini görən nökər 



qondarma canfəşanlıqla məsləhət verir. 

 

– Getməyin ağa, onlar indi hamısı cənnət bağındadırlar. 



 

Bağdakı hovuzun qarşısına xalılar döşənib. Oğlunun qonaqları yaxşıca nahar etmiş qədim 

romalılıar sayaq, çıl-çılpaq uzanıblar. 



 

26

 



Fərzani bağın qapısında ayaq saxlayıb, bir neçə saniyə bu mənzərəni seyr edir, sonra işarə ilə 

nökəri yanına çağırır. 

 

– Get ona de ki, Tehrandan anası zəng vurur. 



 

Bu vaxt dostu Kurt dili dolaşa-dolaşa Tevfiqə izah edir: 

 

– Səninlə mən arilərik. Bax, Luiza da aridir, indicə sənə sübut edərəm. Əsas sübut döşlərin 



formasıdır, – o, arilərə məxsus döşlər sahibini arxası üstə çevirməyə cəhd göstərir, ancaq 

hovuzun kənarında bərk yuxuya getmiş qızı yerindən tərpədə bilmir. 

 

Nökər Tevfiqə yaxınlaşır: 



 

– Tehrandan ananız sizi telefona çağırır. 

 

Tevfiq səndirləyə-səndirləyə evə yollanır. Qapıdan girən kimi normal yerişi və üzünün adi 



ifadəsi özünə qayıdır. O, atasının kabinetinə keçir. 

 

– Bir saat əvvəl sualtı qayıq Abşerona – Ambur mayakına doğru istiqamət götürdü. Gecə beş 



sərnişini sahilə çıxarmalıdır. Beşi də təcrübəli qatillərdir. Səba onları ən mühüm tapşırıqlar üçün 

qoruyur. 

 

– Yaxşı fikirləşmisənmi, ata? – Tevfiq qayğılı halda soruşur. 



 

– Axı Səba yerin üstünü də görür, altını da. 

 

– O, yalan danışmağa başlayıb. Bu isə o deməkdir ki, artıq mənə etibar eləmir. 



 

– Sərnişinlər kimin işini bitirməlidir? 

 

– Rəhbər işçilərin. Əməliyyat kiminsə işarəsi ilə, təyin olunmuş vaxtda başlanacaq. Siyahı üzrə. 



 

– Nə vaxt? 

 

Bilmirəm, – Fərzani başını bulayır. – Bəli, oğlum, mən qəti qərara gəlmişəm. Bundan sonra 



səninlə mən bir yerdə olmalıyıq. 

 

Əbiyev eyvanda əyləşib qürub etməkdə olan günəşin zəif şəfəqləri işığında iki gəminin qəribə 



hərəkətinə tamaşa edir. 

 

Gəmilər paralel kursla sahil boyu üzürlər. Məmməd binokla narahatlıqla baxıb deyir: 



 

– Bəy məni bağışlasın, ancaq bu, çox ziyanlı şeydir. 

 

– Bayaqdan zəhləmi tökmüsən: zərərlidir, zərərlidir, – Əbiyev qəzəblənir. – Bu, çox gözəl Seys 



binokludur. Onun, axı nəyə ziyanı dəyə bilər? 

 

36 – Sağlamlığa. Adamın canının qənimidir. Mən boş yerə belə demirəm. İndiki kimi 



yadımdadır – 20 il bundan qabaq türklərlə ingilislər Bakıya girəndə, bax, o qayanın başında bir 

nəfər oturub, belə bir şeylə gəmilərə baxırdı. Sonra yıxıldı, bir də qalxmadı. Heç meyiti də 

tapılmadı. Bir həftədən sonra yenə bu cür – birisi düz axşamacan oturdu, axşamüstü o da öldü. 



 

27

 



Əbiyev gülür: 

 

– Məmməd, burada binoklluq bir şey yoxdur. Həmin o iki nəfər müşahidəçi kiminsə xoşuna 



gəlməyib, ona görə də öldürüblər. 

 

Özün dedin ki, hadisə 20 il bundan qabaq olub. O dövrdə aləm qarışmışdı, it yiyəsini tanımırdı. 



 

– Elə indi də buralarda nəsə baş verir, – Məmməd narahat halda ətrafa boylanıb: – Camaat 

danışır ki, bizim qonşunu gəlmələr yaralayıb. 

 

Bir ay əvvəl də Pirşağada milis rəisini öldürmüşdülər. Necə, nəyin üstündə – heç kəs bilmir. Heç 



nəyini götürməyiblər – nə pulunu, nə də tapançasını, – Məmməd diksinir; darvazanın qarşısında 

bir fayton dayanır. Şıq geyimli cavan oğlanla gənc qadın faytondan düşür. Onlar eyvanın 

bərabərində ayaq saxlayıb, çox ehtiramla Əbiyevlə salamlaşırlar. 

 

– Məni tanımadız, bəy? – Cavan oğlan mehriban təbəssümlə soruşur. – Təyyaram da, sizin 



dostunuz Fərhad bəy Gəncinskinin oğlu. Bu isə həyat yoldaşımdır. 

 

Əbiyev ayağa qalxıb, onlar qarşılayır: 



 

– Xoş gəlib, səfa gətirmisiz! Buyurun evə. Məmməd, süfrə hazırla, bu gün hörmətli qonaqlarımız 

gəlib. 

 

Təyyarın arvadı utancaq təbəssümlə əlini uzadır: 



 

– Sevda. 

 

– Fərhad bəyin kefi necədir? İndi haralardadır? 



 

Cavab verməzdən əvvəl Təyyar ətrafa göz gəzdirir ki, görsün Məmməd yaxınlıqda deyil ki... 

 

– Əvvəlki kimi Fransadadır. Sizə salamı var. Bir həftə əvvəl görüşmüşük. 



 

– Dayan, dayan, – Əbiyev qəflətən nəyisə xatırlayır. – Axı Fransa işğal edilib. Almanlar səni 

necə buraxdılar? 

 

– Almanların da arasında yaxşı adamlar var. 



 

Sevda gözlərini dənizdən çəkmir. 

 

– Orada nə olub? – deyə Təyyar saymazyana soruşur. 



 

– Heç nə, – arvadı nəzərlərini dənizdən ayırmadan dillənir. 

 

– Buxtanı da, bütün sahilboyunu da minalayırlar. 



 

Əbiyev gülümsünür: 

 

– Elə şey olmaz, qızım. Bu yerlərdə heç minanın nə olduğunu eşidən yoxdur. Yəqin dənizin 



dibini ölçürlər. Deyilənə görə, burada gələcək kurortlar üçün sahil bəndləri çəkəcəklər. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə