97
Qazax bölgəsinin Şıxlı kəndində toy mərasimləri zamanı güləş
nümayiş etdirildiyini etnoqraf T.Bünyadov da təsdiq edir (68).
Qax bölgəsinin Almalı kəndində XX əsrin ortalarına kimi qalan
belə bir toy adəti mövcud idi ki, məhəllənin ortasına xalça sərirdilər
və onun ustünə qız tərəfi güclü birisini uzadırdı. Həmin adamı bəy
tərəfindən gəlmiş güclü bir nəfər çiyninə qaldırmalı idi, əks təqdirdə
qaldıra bilmədikdə qızı verməzdilər. Oğlan evinin adamları çalışırdı
ki, güclü bir nəfəri ortaya çıxarsınlar ki, pərt olmasınlar. Ümumiy-
yətlə, qızı almaq çox çətinliklə başa gəlirdi. Bundan əlavə, Qaxın
Qorağan kəndində isə toy günü artıq gəlin bəy evinə gətirildikdən
sonra bəyi papaqlı ortaya çıxarıb hər gələn papağının altına pul
qoyardılar. (66) Bu qeyd olunanlar onu göstərir ki, bəy tərəfi bir sıra
əngəlləri aşmalı olurdu. Orta əsrlərdə güclü
birisi ilə bəyin özü gülə-
şirdisə, sonrakı dövrlərdə bu adətin şəkli dəyişir, hər iki tərəfdən
daha güclü adamlardan istifadə olunurdu.
Arif Ərdəbilinin «Fərhadnamə» əsərinin məzmununu şərh edən
N.Araslı yazır: «Fərhadın atası ölür. Onun əmisi təxtə sahib olub,
ölən qardaşının arvadı, yəni Fərhadın analığı ilə evlənir. Bu hadisə
Fərhadı çox mütəəssir edir.» (19, 62) Göründüyü kimi, burada şair
nəinki orta əsrlərə, eləcə də sonrakı dövrlərdə xalqımızın mənəvi
dəyərlərinə xarakterik olmayan və nadir rast gəlinən nikah növü
kimi levirat haqqında söz açmışdır.
Bu nikah növünü qayına getmə kimi də izah etmək olar. Belə
ki, bu nikah əri ölmüş qadının subay qaynı ilə evlənməsinə deyilir.
Şairin də münasibətindən bəlli olur ki, əsərdə bu
məsələ təqdir olun-
mayan bir hal kimi yer almışdır. Burada nəzəri cəlb edən isə sadəcə
levirat kimi nikah növünün mövcud olduğunu qeyd etməsidir.
Cavan vaxtı əri ölüb dul qalmış qadınların başqa evə yenidən gəlin
getməsini qəbul edə bilməyən və bunu istəməyən nadir ailələrdə
onu evlənməmiş qaynına almaq kimi az-az rastlanan hallar da möv-
cud olumuşdur. Burada əsas məsələ həmçinin dul qalanın uşaqı ol-
duğu təqdirdə onun ata ocağından ayrılmasına razılıq verilməməsi
ilə bağlıdır. Təqdirəlayiq hal olmadığı onun nadir görüldüyü ilə də
əlaqədardır və keçmişin ən pis, geridəqalmış nikah növü kimi əhali