58
canlanma baş verdi. Artıq XI əsrin sonunda isə Şirvanda siyasi
yüksəlişin başlanğıcı nəzərə çarpırdı. Bu yüksəliş XII əsrədək
davam etdi. XII yüzildə Şirvanşahlar dövləti özünün çiçəklənmə
dövrünə qədəm qoydu. Şirvanşahlar dövləti XII əsrin sonunadək
Azərbaycan ərazisində mövcud olmuş ən güclü siyasi qurum
olmuşdur (bir sıra hallarda qonşu dövlətlərdən formal asılıqda
olmasına baxmayaraq). Bu dövlət ölkənin müəyyən qisminin
mədəni, ictimai-iqtisadi, siyasi təkamülü prosesinin fasiləsizliyini
təmin etmişdir.
XI-XII əsrlərdə Azərbaycanda ictimai-siyasi, dini,
dini-fəlsəfi və elmi-fəlsəfi baxışlar keçmiş ideyalar zəminində
yaranıb formalaşmışdır. İslam dini burada hakim ideologiya olsa
da, digər dini əqidələr tamamilə aradan qalxmamışdı. Arranın
bəzi yerlərində xristianlıq rəsmi şəkildə fəaliyyət göstərirdi.
Bu kiçik məqalə ilə Şirvanşahlarda dini həyatı təqdim etmək
mümkün deyildir. Təbii ki, min illik tarixi olan Şirvanşahları
dini həyatını bir məqalə ilə təqdim etmək mümkünsüzdür. Lakin
müəyyən aydınlıq gətirməyə çalışdıq. Sonda ona da vurğulayaq ki,
Şirvanşahlarda daima dini tolerantlıq olmuş və qədim inanclara,
adət-ənələrə sayğı ilə yanaşılmışdır. Bu gün ərazilərdə insanların
dinlərə və dini inanclara layiqli münasibəti yazdıqlarımızı
təsdiqləyir.
59
Fəxrəddin Miralay
memar
ŞİRVANŞAHLAR SARAYI KOMPLEKSİNİN
MEMARLIĞINDA HUMANİZM ELEMENTLƏRİ
Bəlli olduğu kimi, bütün xalqların memarlığında kompleks-
lərin və memarlıq ansambllarının yaranmasında müəyyən hən-
dəsi qaydalar mövcud olub. Bu qaydalar başlıca olaraq domi-
nant elementdən (yəni, ansambl yaradan faktordan) və ona
tabe olan simmetriya oxundan, həmçinin, tərtib elementlərindən
ibarət olublar.
Bir çox hallarda müxtəlif vaxtlarda tikilmiş memarlıq
abi dələrinin toplusu ansambllar kimi təqdim edilir. Lakin, an-
sambl o vaxt yaranır ki, onu tərtib edən elementlər arasında
kom pozisyon (miqyas, mütənasiblik və s.) və stilistik əlaqə
ol sun. Antik və orta əsr komplekslərinin yaranmasında hən-
də sədən və astrologiyadan geniş istifadə olunurdu.
Bununla belə, heç bir halda ansamblların yaranmasında
insan faktoru nəzərə alınmırdı. Doğrudur, bəzi avropalı alimlər
Roma-Yunan memarlığında insanın bədən ölçülərinə mütənasib
olan formalardan bəhs edirlər. Klassik dövr abidələrində
mütənasiblik insan vücuduna bağlı olsa da, onların miqyası
insani deyildi. Sanki, həmin tikililər Tanrılar və Titanlar üçün
tikilmişdir. Hətta, bəzi Avropa abidələrinin tikilmə müddəti də
bir insan ömründən qat-qat çoxdur. Bəzən abidə 250-300 ilə
tikilə bilirdi. Əslində isə həmişə istər sifarişi, istərsə də icraçı
yaratdığı abidəni görmək və ondan istifadə etmək arzusunda
olur.
XX əsrin ortalrında isə Le Korbuzye özünün «Modulor»
əsəri ilə müasir erqonomikanın əsasını qoydu. Onun memarlıq
yaradıcılığında demək olar ki, hər şey (bütün həcmlər və
fəzalar) insanın anatomik ölçülərinə tabe idi. Qürur vericidir
ki, Avropanın XX əsrdə anladığını Azərbaycan memarları artıq
60
XV əsrdə həyata keçirmişdilər. Bunu Şirvanşahlar Sarayının
timsalında daha aydın görmək olar. Bilindiyi kimi, qapılar
iki fərqli məkanın əlaqələndirilməsi funksiyasını daşıyırlar.
Odur ki, onların ölçüləri də uyğun olaraq ondan istifadə
edənin (İnsanın) anatomik və psixofizioloji xüsusiyyətlərinə
tabedirlər. Şirvanşahlar Sarayı qapılarının həndəsi quruluşuna
baxsaq, insanın silueti və qapı boşluğunun abrisi arasında
miqyas və erqonomik bənzərlik görərik.
Sarayın memarı qapılardan o qədər məharətlə istifadə
edib ki, onları vizual qavram nöqtələrinə çeviə bilib. Qavram
nöqtəsi abidə barəsində maksimum informasiya əldə edilən
yerdir. Aşağı həyətin giriş qapısından keçən anda, (yəni, tam
qapının içində) Şah türbəsi bütöv olaraq qavranır. Burada
görmə bucağı 57 dərəcəyə bərabər olur ki, bu da insanın
horizontal görmə və qavrama bucağına bərabərdir. Bu nöqtəyə
əsasən memar darvazanın yan divarlarının qaborit ölçülərini
elə təyin etmişdir ki, türbənin silueti darvaza tağının abrisinə
ideal dəqiqliklə otursun.
Eyni hala türbənin portalı altında da rast gəlirik. Burada
isə portalın tam ortasından baxarkən Şah məscidi 57 dərəcə
bucaq altında tam bütövlüyü ilə görünməkdədir. Məscid
portalının altında isə türbə 57 dərəcəlik qavram fəzası içərisinə
daxil olur. Eyni görüş bucağı Divanxananın həyətində qərb
tərəfdəki qapıdan baxarkən baş verir.
Memar Şirvanşahlar Sarayınin memarlığında hər şeyi
İnsana tabe etsə də, Allahın adını da unutmamışdir. O, Şah
məscidinin mehrabına batini dillə (həndəsə və əbcəd vasitəsi
ilə) «Allah» yazmışdir. Əbcəd hesabına görə ALLAH sözü
rəqəmsal anlamda 66-ya bərabərdir. Mehrabın hündürlüyü 11
gəz, eni isə 6 gəzdir. Sahəsi 66 kvadrat-gəzdir.
Dostları ilə paylaş: |