61
Rahibə Əliyeva
memarlıq üzrə fəlsəfə doktoru, dosent
ŞİRVANŞAHLAR SARAYINDA BƏRPA VƏ
KONSERVASİYA İŞLƏRİ
Tarixi abidələrimizin qorunub saxlanması və bərpası məqsə-
dilə dövlət səviyyəsində silsilə kompleks tədbirlər həyata keçi-
rilir. Qədim İçərişəhərdə yerləşən abidələrin konservasiyası və
bərpası istiqamətində görülən işlər də bu tədbirlərin tərkib his-
səsidir. Maddi mədəniyyət nümunələrinin mühafizəsinə və təbli-
ğinə həssaslıqla yanaşan ölkə Prezidenti və Heydər Əliyev Fondu
Azərbaycanın tarixi memarlıq ənənələrini və irsini dolğun şəkil-
də əks etdirən İçərişəhərdə aparılan təmir və bərpa işlərinə də öz
dəstəyini əsirgəmir.
İçərişəhərin “üzük qaşı” olan Şirvanşahlar sarayı özünün
unikallığı, bədii-memarlıq xüsusiyyətləri, gözəl silueti, Şirvan-
Abşeron memarlıq məktəbi nümunəsinin həlli kimi digər
tikililərdən seçilir. Şirvanşahlar sarayı kompleksinin qorunub
saxlanılması ölkəmiz üçün, onun tarixinin əsrlərdən süzülərək
sabaha çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Sarayın başı
üstünü dəfələrlə qara buludlar alsa da, bu təhlükələr sovuşmuş,
tariximizin yadigarı bu gün renovasiya tədbirləri keçirilməklə
öz həyatını yaşamaqdadır.
Azərbaycanın Rusiyaya birləşdirilmə-
sindən sonra, 1850-ci illərdə çar höküməti Bakıda, İçərişəhərin
ərazisindəki ən hündür yerdə Aleksandr Nevski adına kilsə ucalt-
mağı qərara alır. İçərişəhərdə yüksək relyefdə Şirvanşahlar sarayı
yerləşdiyi üçün, kilsə məhz saray ərazisində tikilməli idi. Beləlik-
lə, saray daxilində kilsə inşası üçün torpaq işləri başlandı. Lakin
küllü miqdarda maddi-mədəniyyət nümunələri aşkar olunduğuna
görə iş dayandırıldı. Bu ərazidə arxeoloji tədqiqat işləri aparmaq
üçün akademik V.V.Bartold Bakıya dəvət olundu. O, Şirvanşahlar
sarayının ərazisində qısamüddətli, lakin geniş arxeoloji tədqiqat
işləri aparmış, kilsənin saray ərazisində inşasının məqsədəuyğun
olmadığını bildirmişdi. Beləliklə tariximiz xilas olunmuşdur.
62
31 may 1999-cu il tarixində Azərbaycan Respublikasının hö-
kuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış
Kredit Sazişinə əsasən, Dünya Bankı dörd memarlıq abidəmizin
– “Möminə xatın”, “Qarabağlar” türbələri, Şəki Xan Sarayı və
Şirvanşahlar Sarayının bərpasına kredit ayırmışdır. Həmin qurum
Şirvanşahlar Sarayının II mərtəbəsinin bərpası üzrə elan edilmiş
tenderdə qalib gəlmiş, bu işlərin görülməsi məqsədi ilə onunla
2002-ci ilin fevralında müddəti 2 il 3 ay olan kontrakt imzalan-
mışdır. Beynəlxalq İnkişaf Assosiasiyası bütün bu işlərin koordi-
nasiya edilməsi məqsədilə Mədəni İrsin Qorunması Layihəsinin
İşçi Qrupunu yaratmışdır. Bərpa işləri mərhum memar-professor
Niyazi Rzayevin tərtib etmiş olduğu layihə əsasında həyata keçi-
rilmişdir. 5 noyabr 2004-cü il tarixində XV əsr mədəni irsimizin
tacı olan Şirvanşahlar Sarayının II mərtəbəsinin başa çatmış bər-
pasının təqdimat mərasimi keçirilmişdir.
Əsrlərlə ətraf tikililərlə harmoniyada həllini tapmış saray
kompleksi məğrurluq sinvolu kimi bu gün də turistlərin diqqət
mərkəzindədir. Lakin saray kompleksi, onun mühafizə zonasında
müstəqillik illərində inşa olunmuş səfirlik binaları və yaşayış
tikililərinin təsiri ilə bu estetik dəyərini itirmişdir.
1. Hər şeydən əvvəl abidənin mühafizə zonası dəqiqləş-
dirilməklə ətrafda yalnız landşaft həllinə diqqət ayrılmalıdır.
2.Tarixən Şərq dünyasında “İç qalalar”ın müdafiə divarları ilə
əhatə olunması faktını əsas götürərək, saray kompleksi ətrafında
arxeologi qazıntıların aparılması mütləqdir.
3.Abidədə dağıdıcı xarici təsirləri nəzərə alaraq mütəmadi
olaraq monitorinqlər keçirilməklə təmir-bərpa işlərinin aparılması
nəzərdə tutulmalıdır.
63
Qənirə Pirquliyeva
tarix üzrə fəlsəfə doktoru
ŞİRVANŞAHLARIN BAKI SARAYI - KÜLLİYYAT,
YOXSA XANƏGAH?
(faktlar, arqumentlər və mülahizələr)
Şirvanşahlar dövlətinin memarlıq abidələrinin “şahı” sa yı
lan saray kompleksinin özünəməxsus xüsusiyyətləri –tikilmə
tarixi, üslubu, bəzək elementləri, epiqrafik yazıları hələ XIX əsrin
sonlarından başlayaraq, elm adamlarını, görkəmli şərqşünasları,
memarları, tarixçiləri özünə cəlb etməkdədir. Rusiya İmperiyalarının
işğalları prosesində hərbçilər buranı sadəcə saray, yaxud “Xan
sarayı” adlandırmışlar. Yerli insanlar bu gün də sevə-sevə buranı
saray adlandıraraq, məmnuniyyətlə ziyarət edirlər. Dediklərimizi
sübuta yetirmək üçün yüzlərlə elmi sitatlar, iqtibaslar göstərmək
olar. Onlardan ən dəqiqi mərhum alim Sara Aşurbəylinin qələmə
aldığı” Şirvanşahlar dövləti” və “ Bakı şəhərinin tarixi” adlı monoq
rafik xarakterli, akademik məzmunlu elmi əsərlərdir ( 3;4;).
Müstəqillik dövrünün elm aləminə gətirmiş olduğu “yeni
təsir”lərdən biri də keçən iki yüz ildə-XIX və XX sərlərdə
alimlərin yazmış olduqları tarxi əsərlərə şübhə ilə yanaşmaq və “bu
yazılanın səhv olması” kimi qorxulu ideyaların cəmiyyətimizdə
yaranması və yayılmasıdır. Sözsüz ki, mükəmməl ali təhsilli
tarixçilər bu cür, birdən birə hər yazılanların üstündən qələm
çəkmirlər. Amma sosial etnoloji baxımdan diqqətlə nəzər
yetirdikdə və məşhur alim Levi Stossun dediyi “ XXI əsr
humanitar elmlərin zamanıdır” kimi ifadəni yada saldıqda, belə
cərəyanların əsil məqsədinin xalqın tarixindən uzaqlaşdırılması
kimi cəhdləri görmək mümkündür. Bu proses yalnız ölkəmizə,
və ya təkcə Şirvaşahlar dövlətinin saray kompleksinə aid deyildir.
Keçmiş postsovet məkanında “yeni peyda olmuş”, tarixçilərdən
başqa, cürbəcür sənət və ixtisas sahibləri tarixə sanki “hücüma”
keçiblər.
Dostları ilə paylaş: |