Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
48
6.
İnformasiya və kommunikasiya texnologiyalarının məcmusu hər kəs üçün
necə işləməlidir?
Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə gücünə
yiyələnəcək; ondan 25 il sonra, kompüter dünyadakı bütün insanların beyinlərinin emal
etmə gücünə yiyələnəcək. Eyni vaxtda milyarddan çox insan (dünyanın 17.5%-i) İnternetə
qoşuludurlar. Texnoloji bərabərsizlik aradan qalxır və davam edə də bilər, çünki 100
dollarlıq (XO-1) Massaçusets Texnologiyalar İnstitutunun təlqin etdiyi portativ kompüterlər
inkişaf edən ölkələrdə sifariş olunur. Bununla da Hər Uşağa
Bir Portativ Kompüter arzusu
reallığa daha bir addım yaxınlaşır, və Makedoniya, Venesuela və Hindistanda əlaqədar
cəhdlərə təkan verilir. İnternet, axtarış və oxu səhifələrindən ibarət olan sistemdən
multimediya mühitinə töhfə verən və bu mühitdə bir-biri ilə əlaqə yaradan istifadəçilərin
məkanına çevrilir. YouTube əsası qoyuladan cəmi 21 ay sonra 1.65 milyard dollara
satıldı; şirkətlər dünyadakı milyonlarla insanın diqqətini cəlb edərək ənənəvi reallıqla
rəqabət aparan “İkinci Həyat” adlı virtual reallıq sistemində və digər kiber-dünyalarda
ofislər tikirlər; Vikipedia qlobal kütləvi intellektə çevrilir; bir çox
ölkələr elektron hökumətlər
təsis edirlər; İnternet sistemi də həmçinin marketinq, təhlükəsizlik və ekoloji idaretmə
məqsədlərilə binaların və digər obyektlərin daxilində yerləşdirilən çox ucuz nanotex
sensorları, kameraları və transqəbulediciləri dəstəkləyəcək. Bəziləri təklif edir ki mövcud
sistemə olan həddən artıq tələb səbəbindən meydana gələn problemlərin
aradan
qaldırılması üçün yeni İnternet sistemi yaradılmalıdır. 2011-ci ilədək əlavə 1
milyard
istifadəçinin də meydana gəlməsi gözlənilir.
Hal-hazırda dünyada 70 milyon bloq mövcuddur və hər gün 120, 000-i əlavə edilir. Axtarış
sistemləri multimedia materiallarına, peyk vasitəsilə çəkilmiş təsvirləri və tərcümə
imkanlarına malik bir çox dilləri aşkar edir. İnsanlar əldə etdikləri məlumatları və
Şəbəkədə olan proqram təminatlarını daha çox idarə etməyə başlayırlar. Əvvəllər
istifadəçilər bunu ancaq öz şəxsi kompüterlərində edirdilər. Nəticə etibarilə proqram
təminatının yeniləndirilməsi və faylların arxivləşdiriləsi barədə narahatçılıqlar aradan
qalxır və məlumatların məxfiliyi məsələləri meydana çıxır.
İnternet artıq qlobalizasiyaya, demokratikləşməyə, iqtisadi artıma, və təhsilə təkan verən
ən güclü qüvvələrdən biridir. Və indi planetar kollektiv intellekt meydana çıxır. Şəbəkə
daha ağıllı olacaq, müxtəlif proqram təminatlarını əlaqələndirəcək, terminləri müxtəlif
kontekstlərdə başa düşəcək, və xidmətçidən çox yoldaş rolunu oynayacaq. Kiberməkan,
məlumatlar, təsvirlər və ideyalar üçün qlobal özül yaradır, və milli, linqvistik, dini və digər
sərhədləri
aşaraq fikirlərin, düşüncələrin və arzuların sərbəst mübadiləsinə imkan verir.
Biz artıq dünyada həyata keçirilən minlərlə geniş, faydalı layihələrin şahidi olmuşuq. Bu
layihələr, 20 il əvvəl onların keçirilməsini qeyri-mümkün edən məsafə və zaman
məhdudiyyətlərindən azaddırlar.
Elektron ticarət varlı-kasıb uçurumunu aradan qaldırmağa kömək edir. 2006-cı ildə 1
milyard mobil telefon daşınıb və 2007-ci ilin sonunadək 3 milyard mobil telefonun
istifadədə olacağı gözlənilir. Ay-Fon (iPhone) və əlaqədar cihazlar telefonlar, kompüterlər,
ay-Podlar (iPods) və televizorlar arasındakı fərqləri itirir. 2006-cı ildə Çində onlayn biznes
50% artaraq 127.5 milyard dollara çatıb; iqtisadi spektrin digər ucunda, Kinşasa sahibkarı
3 ictimai mobil telefondan ayda 100% qazanır.
Bu mənfəətlər bir çox mürəkkəb problemlərə yol açır. Qartnerin dəyərləndirmələrinə
əsasən, ABŞ istifadəçiləri şəxsi məlumatların oğurlanması (“fişinq”) səbəindən 2.8 milyard
dollar itirirlər. Spamlar getdikcə təhlükəliliyini itirir, çünki kiber cinayətlər çiçəklənən
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
49
beynəlxalq biznesə çevirilirlər. Bu cinayətlərin hədəfi iri şirkətlər və məlumatların kütləvi
şəkildə oğurlanmasıdır. Onlayn apteklər qeyri-qanuni və saxta dərmanlar təklif edirlər, və
hal-hazırda Şəbəkə qəddar ekstremistlərin əsas gücləndirilmə və təlimləndirmə alətinə
çevrilib. Hələ ki dünyada bütün iştirakçıları qane edəcək, və istifadəçilərə musiqi yazıları
kimi dəyərli intellektual mülkiyyətləri sərbəst şəkildə mübadilə etmə imkanı verən iqtisadi
model icad olunmayıb. Geniş diapazona malik şəbəkə daşıyıcıları “şəbəkə neytrallığı”
konsepsiyasına qarşı mübarizə aparırlar, çünki bu konsepsiya istifadəçi və ya məzmunun
tipi əsasında ödəniş tələb etmək imkanının qarşısını alacaq. Sosial şəbəkələşmə saytları
seksual yırtıcılar üçün gəlir yeridir. Şəbəkənin arxitekturası köhnəlmiş və təhlükəli olduğu
üçün tənqid atəşinə tutulub.
Bütün bu çətinliklər, Şəbəkənin özünün bacarıqlarını onlara
tətbiq etməklə ümumdünya kollektiv intellekti və sürətli və çevik layihə idarəetməsini
özündə əks etdirən qlobal “kollaborasiyalar” yaradaraq həll olunmalıdırlar. Maarifləndirici
proqram təminatına və çoxdilli səs müəyyən olunması proqramına və sintezə qoyulan
kütləvi sərmayələr kasıb çoxluq üçün zəruri olacaq. Biz hamıya təlim keçmək məqsədilə
təşviqedici vasitələr icad etməli, kasıb regionlara yardım göstərmək üçün tele-
könüllülərdən istifadə etməli və hücumlara və mühafizə sistemindəki zədələrə qarşı
kompüter və proqram təminatı baryerlərini təkmilləşdirməliyik.
6-cı Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki İnternetə çıxış və elementar tele-təhsil
bütün dünyada pulsuz əldə olunacaq və elementar tele-tibb (uzaqdan idarə olunan
təbabət) hər yerdə adi bir hal kimi qəbul olunacaq.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: 2006-cı ildə Afrikada internet istifadəçilərinin sayı 41% artıb,
lakin penetrasiya
cəmi 3.6%-dir və Misir, Mərakeş, Nigeriya və Cənubi Afrika ümumilikdə 59% təşkil edirlər.
Nigeriya havaya kommunikasiya peyki buraxıb və tezliklə Cənubi Afrikadan da bir peyk
buraxılacaq. “E-tədris Afrika 2007“ Keniyada keçirilib, və keçən ilki görüşdən 4 dəfə artıq
iştirakçıları özünə cəlb edib. Tele-təhsil, tele-tibb və elektron hökumət tezliklə böyük
əhəmiyyətə malik olacaq, çünki QİÇS-dən ölən Afrika mütəxəssislərinin sayı günü-
gündən artır.
A
SIYA VƏ
O
KEANIYA
: Dünyada ən çox İnternet istifadəçisi Asiyadadır, lakin burada da
penetrasiya cəmi 11% təşkil edir; nəticə etibarilə İnternetdən istifadənin artması burada
hələ təzə başlayıb. Çin dili İnternetdə istifadə olunan ikinci ən ümumi dildir, və 11%
penetrasiyaya malikdir (2007-ci ilin Aprelinədək 144 milyon istifadəçi). Çin 20
milyon
bloqa və 843, 000 internet-səhifəyə malikdir. Çin, televiziyanı, telefoniyanı və tək bir
şəbəkə hesabına geniş diapazonlu İnternetə çıxışı özündə birləşdirən dünyanın ən böyük
kabel-TV-şəbəkəsinə malikdir. Çin hökuməti „zərərli“ məlumatların qəbulunun qarşısını
almaq məqsədilə güclü nəzarət həyata keçirməyə davam edir və xarici şirkətlərin onlarla
əməkdaşlıq etikası üzrə mübahisələr yaranmışdır. 2007-cil ildə Hindistanda proqram
təminatı və xidmətlərinin ixracının 31 milyard dollara çatacağı gözlənilir. Bu göstərici
2006-cı ildəkindən 33% yuxarıdır, və 2010-cu ilədək 60 milyard dollara çatması gözlənilir.
Yapon dili bloqosferanın istifadə olunmasında ingilis dili ilə əlaqəlidir. Qlobal hesablamalar
Cənubi Koreya üçün milli məqsədə çevrilib, bu da dünyada geniş diapazonlu
penetrasiyanın mövcudluğuna gətirib çıxaracaq.
A
VROPA
: Avropada 319 milyon İnternet istifadəçisi var, penetrasiya səviyyəsi isə 39.4%
təşkil edir. Fransız namizədləri “İkinci Həyat” adlı virtual reallıq sistemində seçki
kampaniyası həyata keçiriblər. Estoniya bütün millətlərə qarşı yönəlmiş ilk kiber-
müharibənin obyekti olmuşdur. Rusiya öz KİV və telekomunikasiya xətləri/İnternet/Şəbəkə
dövlət idarəetmə orqanlarını birləşdirib.