Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
100
Nevrologiya və genetika elmləri arasında gələcək müştərək fəaliyyət (sinerji), öz uşaqları 
üçün daha firavan həyat istəyən valideynlər və dərman preparatları vasitəsilə təfəkkürün 
artırılmasının ilkin uğuru bunun baş verməsinə səbəb ola bilər. Yaxın gələcəkdə genetik 
əqli inkişafın  əsas forması Preimplantasiya Genetik Diaqnozu olacaq. Bu üsul pataloji 
cəhətdən aşağı olan intellektə cavab verən genləri seçərək kənarlaşdırır. Bu, aşağı 
fəaliyyətin sayının azaldılmasına və orta hesabın artırılmasına gətirib çıxaracaq, lakin 
PGD daha da ümumiləşdirilməlidir. Bu isə, texnologiyanın təkmilləşməsini, qiymətləri 
aşağı salmaq üçün prosesin avtomatlaşdırılmasını, müxtəlif müalicələrin müqayisəsinə 
imkan verən standartların yaradılmasını  və  ən  əsası, genetik seçməni daha da məqbul 
edən vəziyyət dəyişikliklərini tələb edir. İdrakın genetik cəhətdən artması, həmçinin 
cinayətkar davranışlara cavab verən genlərə  təsir göstərən tək bir prosedurda 
birləşdirilməlidir. Biz görmə qabiliyyətimizi eynəyin köməyilə “düzəltdiyimiz” kimi, həmçinin 
zəif intellektimizi də düzəldə bilərik.  İntellektin artırılması üçün təhlükəsiz bir prosedur 
mümkün olan kimi valideynlər öz uşaqlarını bu proseduru ilk təklif edən ölkəyə 
aparacaqlar. Sosial əxlaqi prinsiplərin inkişaf etdirilməsi, müxtəlifliyin qəbul edilməsi və 
digərlərinə hörmət və ya genetik cəhətdən artırılmış intellektlə müşaiət olunmalı, ya da 
ondan əvvəl mövcud olmalıdırlar. 
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu, əqli cəhətdən geri qalmış uşaqları sağalda bilər. Bütün irəliləyişlər kimi bu proqram da 
ilk  əvvəl varlı insanlar tərəfindən öz uşaqları üçün təmin ediləcək, lakin vaxt keçdikcə, 
gələcək nəsilləri daha ağıllı etmək məqsədilə qiymətlər aşağı düşəcək. 
 
Bunun baş verməsinə nə mane olur? 
  
Genetikanın kifayət qədər irəliləməsi, baha qiymətlər və genetik texnologiyadan yalnış 
istifadə etməyin genetik mutasiyalara səbəb olacağı qorxusu və bu həyatın ALLAH 
tərəfindən verilən dəyişilməz bir hədiyyə olduğuna inanmaq bu ideyanın həyata keçməsini 
çətinləşdirəcək. 
 
Hansı mənfi nəticələr ola biər? 
 
Adi seçim meyarı bir neçə  aşkar oluna bilən “ağıl genlərinə” gətirib çıxara bilər, 
baxmayaraq ki, bu genlər insanın bütün bacarıqlarını  təmsil etmir (digər tərəfdən, bu 
texnologiyanın geniş  şəkildə  təsdiqini tapması  və istifadəsi mümkün olsa da, bu 
məhdudiyyət 2030-cu ilədək çətin ki, çox sayda insana təsir göstərsin). Bu, varlı-kasıb 
fərqlərini artıra və ola bilsin ki, ağıllı menecerlər və nisbətən az ağıllı istehlakçıların olduğu 
parçalanmış  cəmiyyətə  gətirib çıxarsın və ya insanları idarə etmək arzusunda olan 
gələcək diktatorlar tərəfindən istifadə oluna, ya da “super yarışa (irqə)” və yaxud da 
“dünya liderlərinin” meydana gəlməsinə  səbəb ola bilər. Uşaqların daha uşaq olmağa 
“vaxtları” olmaya bilər.  
 
8.  İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal onlayn (internet şəbəkə) 
simulyasiyalarından istifadə 
 
2003-cü ildə açılmış  və 2007-ci ilin ortasına kimi təqribən 7 milyon sakini olan “İkinci 
Həyat” kimi virtual reallıqlar, sosial davranış üçün təbii hüquqların ekvivalentini və yeni 
tele-virtual təhsil simulyasiyalarını    təkmilləşdirmək  məqsədilə aparıcı  təfəkkür alimləri
təhsil planı mütəxəssisləri və davranışların tədqiqi ilə  məşğul olan alimlər tərəfindən 
istifadə olunur. Bu elektron universitetlərdə insanlar özlərini cəmiyyət kimi aparır, yeni 
mədəniyyətlər qurur və insan eksprementlərində müşahidə oluna biləcək narahatçılıqlar 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
101
olmadan cəmiyyətin birləşdirici elementləri üzrə eksprementin həyata keçirilməsinə zəmin 
yaradırlar.
8
 
 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
İlkin istifadə iş bazarı araşdırması və siyasi porqnozlaşdırma məqsədi daşıya bilər. Lakin 
qiymətlər aşağı düşdükdən sonra bu proqram sosiologiyanın tədrisində istifadə oluna 
bilər. Bu, “İkinci Həyat” kimi fenomendən təbii şəkildə təkamül edəcək.  
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu, tədqiqat xərclərini azalda, müqayisəli təhlil üçün əla bir “müqəvva” rolunu oynaya bilər 
və yaradıcı mədəniyyətlərin inkişafını təşviq etmək üçün fantaziyalara təkan verər. Hamı 
hər yerdə qabaqcıl sosialogiya araşdırma təhsilindən istifadə etmək imkanına malik 
olacaq.  
 
Bunun baş verməsinə nə mane olur? 
 
Real sosial vəziyyətləri kiber məkanda yenidən qurmaq demək olar ki, mümkün deyil. 
İnsanlar simulyasiyalar üçün kifayət qədər dəqiq məlumatları  təqdim etməyə bilərlər, 
nəticə etibarilə onların dəyərini azaldarlar. Bu vasitələrdən istifadə edən məqbul 
idarəetmə elementləri də bu proqramın həyata keçməsində rol oynaya bilər. 
Eksperimentatorların keçmişdə  tədqiqatlar üçün insanlardan sui-istifadə etdikləri kimi
kiberməkanda da insanlardan sui-istifadə etmək mümkündür. Əgər nəticələr siyasi 
istiqamətlərin “səhv” yöndə olduqlarını göstərirsə, o zaman gələcəkdə bu proqramın tətbiq 
olunmasına əngəl yaranır.   
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Virtual reallıqlar şəxsiyyətin parçalanmasına – birinin diqqətinin kiber dünyada, digərinin 
isə ənənəvi dünyada cəmləşməsinə - gətirib çıxara bilər. Bu isə insan cəmiyyətinin 
təkamülünə zidd ola bilər. “İkinci həyat” mədəniyyət, əxlaqi prinsiplər, mənəviyyat və digər 
aspektlərdə real həyatla münaqişəyə girə bilər.  
 
9. Elmin arxasınca qaçmağı gücləndirən ictimai əlaqələr sistemi 
 
2030-cu ildə öyrənmə konsepsiyalarının və ya stereotiplərinin sosial marketinqi geniş 
şəkildə yayılmış olacaq. Mövzulardan bəziləri artıq yayılıb:  İntellekt Cazibədardır, Bilik 
Gözəldir, Bilik Əhəmiyyətlidir, və  Cəhalət Yoxsulluğa Bərabərdir.  İctimai KİV rəhbərləri 
tez-tez təhsil rəhbərləri, təfəkkür alimləri, və artistlərlə görüşür ki, öyrənmənin həyatın 
əsas işi olduğunu yaymaq üçün müzakirələr aparsınlar.

 
Bunun baş verməsinə nə səbəb ola bilər?  
 
Qarşıdan gələn elm-tutumlu iqtisadiyyatlar sayəsində biliyin (elmin) və intellektin 
əhəmiyyəti xüsusi olaraq nəzərə çarpacaq, KİV və  əyləncə  sənayeləri biliyin arxasınca 
gedən yolda, məsələn QİÇS  əlayehinə “Yu-tu” qrupunun iştirakı ilə  həyata keçirilən 
“Qırmızı Layihə” kimi proqramlarda mühüm bir rol oynamaq üçün cəlb oluna bilərlər. Bu 
                                                 
8
 RT Delphi istinadları: Baş  səhifə, at secondlife.com; Annali Nyuits, “Sizin İkinci Həyatınız Hazırdır”,  “Məşhur 
Elm”, sentyabr 2006; “Həqiqi İnsan Əlaqələrinin Sirlərini Açmaq üçün İstifadə olunan Süni Dünyalar”, Kornel Nyus, 
14 Fevral 2003. 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə