Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
92
Təhsil sistemi kökündən dəyişdirilə  və  təhsil inkişaf etdirilə bilər. Tədqiqatlar göstərir ki, 
öyrənmə prosesi mahiyyətcə sosial bir prosesdir. Açıq-mənbə, bilik əmələ gətirən birliklər 
və kütləvi  əməkdaşlıqlar, geniş istifadə olunan informasiya ilə sosial paylaşmayla və 
“Wikipedia”, “YouTube”, “MySpace”, “FaceBook”, və “SecondLife” kimi tədqiqi mənbələrin 
yaranması ilə  nəticələndi. Yeni strukturlaşdırılmış biliklərin davamının  şəbəkədə 
Wikipedia kimi proqramların vasitəsilə işlənib hazırlandığı üçün, öyrənmə prosesi əsasən 
Şəbəkədə  həyata keçirilərdi. Bu da insanlara öz ilkin biliklərini qiymətləndirməyə  və 
onların öz öyrənmə templəri ilə, idarə olunan öyrənmə təcrübəsi qazanmaq üçün girməli 
olduqları xüsusi bilik mühitində yerləşdirilməyə imkan verərdi. 
 
 
Bunun baş verməsinə nə mane olur?  
 
Bəzi ideologiyalar siyasi cəhətdən ziddiyətli olan idraka müdaxilə edirlər. Bura idraki 
fərqləri  əhatə edən məsələlər, idraki bacarıqların irsiliyi, keyfiyyətin artırılması üçün bio-
təbabətdən istifadə  və  fərd və dövlət arasındakı münasibətlər daxildir. Qlobalizasiyaya 
qarşı mübarizə aparan siyasətçilər, mühafizəkar fikirlərə malik dini qruplar və status kvo-
da dəyişikliklərin olunmasını istəməyən digər  şəxslər kimi qərar qəbul etmə prosesinə 
cəlb edilmiş  və ideyanı puça çıxaracaq insanların sayının artırılmasına meyl edən təhsil 
proqramlarının ortaq bir qərar nöqtəsinin olmaması.  
 
Bu imkana əngəl ola biləcək bəzi digər anlayışlar gələcəkdə “real” görünə biləcək 
faydalarla  əlaqədar artmaqda olan xərclərdən,  əsas diqqətin hisslərə yönəldilməsi ilə 
romantik anti-elm yönümlü geri reaksiya, tədris və  dəyərin formalaşdırılması prosesinin 
real olaraq necə baş verə biləcəyi ilə əlaqədar inanclarda əhəmiyyətli dəyişiklərin edilməsi 
potensialının olmaması  və artmaqda olan məlumatlılıq metodları ilə bağlı “məxfilik 
nəzəriyyələri”ndən ibarətdir. Müharibə, aclıq, epidemiyalar, iqtisadi tənəzzül, sosial 
iğtişaşlar, xəstəliklər, yoxsulluq, cəhalət, dini xürafatlar və digər fəlakətlər kollektiv 
intellekti inkişaf etdirməyə  əngəl ola bilər. Bu isə öz növbəsində qüsurlu bir dövrə  və 
özünüməhvə gətirib çıxara bilər.   
 
Hansı mənfi nəticələr ola bilər?  
 
İntellektin artırılmasını öz qarşılarna milli məqsəd kimi qoymayan ölkələr  əsasən,  
“intellekt fərqlərinə”, varlılar və kasıblar araısndakı  fərqlərin artmasına və kütləvi  şəkildə 
aşağı  səviyyədə olma komplekslərinə  və “geridə qalma” qorxusuna gətirib çıxaran zəif 
iqtisadiyyata malik ölkələrdir.  Əgər texniki üsullar məharətlə  həyata keçirilsəydi, bu 
qüsurlu rəqabətə,  əsas təhsilə  əhəmiyyət verilməməsinə, seçimlərə  nəzarət olunmasına 
və şəxsi həyata müdaxiləyə və fikirlərin idarə olunmasına gətirib çıxara bilərdi. Fərdiliyin 
və müəllifliyin azaldılmasının psixoloji təsirləri tələbələrin “kollektivin” bir hissəsi olmamaq 
üçün üsyana qalxmalarına səbəb ola bilərdi.  Əgər təkmilləşdirilmiş idrak ənənəvi 
dəyərlərin qəbul olunmasını azaltsaydı, bu siyasi pozuntulara gətirib çıxarardi, idrakın 
artırılmasının digər formaları isə ideoloji məqsədlərə doğru yönəldilmiş nəzərə çarpan və 
ya çox da nəzərə çarpmayan manipulyasiya cəhdləri ilə təchiz oluna bilərdilər.   
 
 
 
 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
93
2. Vaxtında bilik (elm) ə öyrənmə (tədris) 
 
Mexaniki yaddaş üsulu ilə öyrənmə 2030-cu ilədək öz əhəmiyyətini itirib. Qlobal 
hesablamalar və ömürlük təhsil sayəsində, “vaxtında bilik” normaya çevrilib
2
.  
 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Bu, mexaniki yaddaş üsulu ilə öyrənmənin təhsil məqsədlərinə nail olmaması ilə, 
fərdiləşdirilmiş öyrənməyə olan istəyin olması, süni intellektdə davamlı irəliləyişlərin 
mövcudluğu və bunun bütün sahələrdə sürətlə dəyişən biliklə ayaqlaşmanın yeganə yolu 
olduğunu anlamaqla baş verə bilər. Həyat çox mürəkkəbdir və  məhz buna görə insanın 
nəyi bilməli olduğunu və nə zaman bilməli olduğunu bilmək çətindir. Ona görə baş vermə 
səbəbi zərurət olduqca ortaya çıxacaq. Dünyada müəllimlər və tələbələr üçün həftədə 7 
gün, gün ərzində 24 saat istifadə oluna bilən infrastrukturlar tikiləcək.  
 
Nanotexnologiya, nevrologiya, süni intellekt və interaktiv obyektə  əsaslanan süni onlayn 
dünyalarda baş verən irəliləyişlərin birləşməsi 2030-cu ilədək təhsili daha da 
empirikləşdirəcək və  cəlbedici edəcək. Mexaniki yaddaş üsulu ilə öyrənmə davam 
edəcək, çünki o beyni “məşq” etdirir, “vaxtında bilik” isə bizə istədiyimizi çatdırmaq üçün 
fəaliyyət göstərir. Yeni bilklərin və hadisələrin daim yeniləndirilməsi zərurəti, tədrisin 
sürətli, praktiki öyrənmə prosedurları  və yeni tədris metodları sayəsində xüsusi 
subyektlərdən, xüsusi məqsədlər üçün lazım olan subyektlərə keçirilməsini tələb edəcək. 
Biz necə öyrənmək, və informasiyadan necə istifadə etmək haqqında biliklər toplamalı 
olacaq və xüsusi məlumatların və ya subyektlərin öyrənilməsinə daha az vaxt sərf 
edəcəyik.  
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Hər kəs bu proqamın həyata keçirildiyi istədiyi yerdə təhsil alma imkanına malik olacaq. 
İnsanlar daha özünəinamlı  və daha səlahiyyətli, kommersiya fəaliyyəti daha səmərəli 
məşğul olacaq, ölkələr öz iqtisadi inkişaflarını  təkmilləşdirəcək və  cəmiyyətlər daha 
bacarıqlı, effektiv və ahəngdar olacaqlar. Təhsil və  təlim xərcləri azaldılacaq.  İnsan 
qaynaqlarından daha çox faydalanmaq mümkün olacaq və  işi dəyişmək asanlaşacaq. 
Mexaniki yaddaş üsulu azalmağa davam edəcək və öz yerini zəruri öyrənmənin  əsası 
olan reflektiv düşünməyə verəcək.  
 
Vaxtında bilik və öyrənmə, insan rəqabətini və intellekti geniş şəkildə artıra, daha təhsilli 
ictimaiyyət yaratmaqla demokratiyanı genişləndirə, məsul qlobal vətəndaşların sayını 
artıra, qabaqcıl bilik və öyrənmə  şəbəkələrinin yaradılmasını sürətləndirə, elmi 
təkəbbürün “gücünü” azalda, və növbəti bir intibah dövrünün başlanmasına səbəb ola 
bilər. Bir çox ənənəvi təhsil sistemləri İnternet-əsaslı sistemlərlə əvəzlənəcək, idarəolunan 
tədrisi açıq mənbə  əsaslı birliklər və ya ödənişlərinin  əsası sürət və effektivlik olmaqla, 
qiymətləndirilə bilən biliyin qazanılması  və saxlanılmasını  təmin edilməsi üzrə  rəqabət 
aparan tərəflər həyata keçiriləcəkdir. Müəllimlər və  tələbələr, müəllimin məlumatlar 
məcmusunun koordinatoru olduğu komandanın bir hissəsi olmalıdırlar. 
 
 
 
                                                 
2
 RT Delphi istinadları:  Monica Sambataro, “Vaxtında Tədris,” Computerworld, 3 April 2000-ci il; Vaxtında Təhsil: 
Qlobal  İnformasiya  Əsrində  Tədris, 2000-ci il; “Vaxtında Tədris: Zərurət yarandıqca Bilik və ya Bacarıqların  əldə 
olunması,” Word Spy, 1 iyun 1998-ci il. 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə