Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
108
Müsbət nəticələrə  təhsilin islahatlaşması, marağın artması, özünütəkmil, öyrənmənin 
həyatın daha çox hissəsinə çevrilməsi və cəmiyyətin təkamülünə kömək  daxildir. Körpə 
doğulmadan öncə onun qayğısına qalınmasına xüsusi diqqət yetiriləcək ki o doğulandan 
sonra daha yaxşı fiziki və əqli bacarıqlar nümayiş etdirsin.  
 
Bunun baş verməsinə nə mane olur? 
 
İqtisadi və mədəni tənəzzül, nəsillər arasında artan fərqlər və varlı və kasıblar arasındakı 
fərqlərin genişlənməsi bu təhsil proqramının təkamülünə  əngəl törədəcək münaqişələri 
çoxalda bilər.  
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Əgər insanlar mühafizəkardırlarsa və  təhsil rəhbərləri özlərindən razıdırlarsa, 
kompüterlərdən və öyrənmə sistemlərindən ifrat asılılıq mənfi nəticə ola bilər. Bu proqram 
həmçinin sistemləri istifadə edən və etməyənlər arasında boşluq yarada bilər. 
 
16. Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar 
 
Psixoloqlar güman edirlər ki 2030-cu ildə bir çoxmüharibələr və ekstremist fəaliyyətlər 
valideynlərin, həmyaşıdların və ya müəllimlərin açıq və gizli öyrədilmələrindən 
qaynaqlanacaq. Gənclərin maarifləndirilməsində bu təsirləri azaltmaq üçün mühüm 
addımlar atılıb
16

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
YUNESKO və ya Vikipedia 8.0. kimi beynəlxalq səviyyədə  qəbul olunmuş orqanları 
tərəfindən yaradılmış  tədris planının beynəlxalq səviyyədə  qəbul olunması  və  təhsil 
müqaviləsinin tərəfləri tərəfindən istifadə olunması ehtimalı daha çoxdur. Bu proqramlar 
həm Çikaqoda həm də Ciddədə tədris olunmaları firkri ilə işlənib hazırlanmalıdırlar. Tədris 
planına həm emosional həm də intellektual inkişaf, və  fərdin cəmiyyətə yardım etmə 
potensialının olduğunu dərk etmək, həmçinin mədəni müxtəlifliyə, “yumşaq” biliyin 
dəyərlərinə hörmət, və daha dəqiq tarix daxil edilməlidir. Bundan əlavə, psixoloji 
tedensiyaların daha yaxşı inteqrasiyası biliklərin itirilməsi prosesinin, tanınmanın və 
fikirlərin yeni əqidələrə  və emosional dəyişikliklərə olan ehtiyacının dərk edilməsinə 
kömək edə bilər. Gənclik dövründə meydana çıxan öyrənmə prosesinə xüsusi diqqət 
yetirilməlidir. Çünki məhz bu dövrdə  tələbələr öz şəxsi fəlsəfələrini və dünya görüşlərini 
formalaşdırırlar. KİV-də və əyləncə fəaliyyətlərində zorakılğın azaldılması, tədris planının 
effektivliyini daha da artırmağa yardım göstərəcək.  
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Cəmiyyət daha yararlı, hörmətcil, demokratik, azad, ədalətli, sülh dolu və sabit ola bilər. 
Bu cür proqramlar bəşəriyyətin yaşaması üçün həyati  əhəmiyyətə malikdir. Çünki gün 
keçdikcə kiçik qruplar və fərdlər məhvedici bacarıqlara daha çox yiyələnirlər.   
 
Bunun baş verməsinə nə mane olur? 
                                                 
16
 RT Delphi istinadları: ABŞ  Təhsil Departmenti, Gənclərin Nifrət səbəbilə Törətdikləri Cinayətlərin qarşısının alınması: 
Məktəblər və Birliklər üçün Dərsliklər, Vaşinqton, Kolumbiya Dairəsi, tarixsiz; Ketlin Kotton, “Məktəblərdə  Mədəniyyətlərarası 
Ahəngdarlığa Şəraitin yaradılması: Araşdırmanın Nəticələri, Şimali-qərbi Regional Təhsil Laboratoriyası, Portlend, Oreqona ştatı, 
Noyabr 1993; Kanadanın  İrsi Departamenti, Kanadanın Vətəndaş  və Siyasi Hüquqlarına dair Beynəlxalq Müqaviləyə müvafiq 
Dördüncü Hesabatı, Qatino, Kvebek Əyaləti, Kanada Noyabr 2003



Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
109
 
Əgər bu proqram “Sizə  uşaqlarınızı necə öyrətmək lazım olduğunu deyəcəm”  şəklində 
hazırlansa, onda o iflasa uğrayacaq. Hələ ki varlılar və kasıblar və  məhdud ehtiyatlar 
arasında böyük fərqlər mövcuddur, xürafat və nifrət ekstermistlər tərəfindən 
alovlandırılmağa davam edəcək. Bəzi hökumətlər insanların davranışına müdaxilə  və 
idarə etmək istəyəcəklər. “Dövlət hər şeydən üstündür” fikrinin hamılıqla qəbul olunması 
üçün ən az bir nəslin gəlib keçməsi lazımdır; nəticə etibarilə, cəmiyyətdə ziddiyətləri daha 
az vurğulayan təhsil vasitələri yaratmaq və təklif etmək məqsədilə ciddi səylər göstərmək 
üçün “fasilə” meydana gələ bilər.  
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Nifrəti və xürafatı azaltmaq və ya aradan qaldırmaq mümkün olsa, onda bu o demək 
olacaq ki insanların ağıllarının digərləri tərəfindən mənfi istiqamətdə idarə edilməsi də 
mümkün olacaq. Məsələn, etiqad rəhbərləri, totalitar hökumətlər, və ya ideoloji siyasi 
düzgünlüyün yeni formaları bu üsullardan və texnologiyalardan istifadə edərək ictimaiyyəti 
idarə edə bilər. Xürafatı və nifrəti aradan qaldırmaq üçün təkcə təhsil kifayət olmayacaq; 
proqramlara, sosial ədalətə nail olunması üçün xüsusi vasitələr daxil edilməlidir.   
 
17. E-Tədris  
 
2030-cu ildə nisbətən kasıb ərazilərin, həmçinin varlı ərazilərin çoxu elektron-müəllimlərə 
olan tələbatı qarşılamaq üçün xaricdən vəsaitlər cəlb edəcək. Bu elektron-müəllimlər canlı 
insanlardan çox süni intellektdən istifadə edən süni konstruksiyalardır.
17
 
 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Elektron-təlimin həm zəngin, həm də nisbətən kasıb regionlar üçün faydalı olduğunu, 
olduğu yerdən asılı olmayaraq bir çox insanları daha yaxşı müəllimlərlə  təmin edə 
biləcəyini və daha səmərəli ola biləcəyini dərk etmək bu proqrama təkan verə bilər. Bu 
proqram diqqəti həm təhsil sistemlərində bilik səviyəllərinin müxtəlifliyi və biliyi əldə etmə 
imkanının qeyri-müntəzəmliyinə yönəldə bilər.  Ən yaxşı elektron-müəllimlərin xaricdən 
cəlb olunması bu regionların mədaxilini artıracaq, və onlara dünyada daha çox insanı 
əhatə edən möhtəşəm proqramlar hazırlamaq üçün kompüter proqramistləri, təfəkkür 
alimləri və digər mütəxəssisləri işə götürməyə imkan verəcək. Təhsil müəssisələri, 
hökumətlər, kommersiya fəliyyətləri və QHT-lər arasında virtual reallıq, avtonom kompüter 
proqramları  və tele-təhsil üzrə  əməkdaşlıqda davamlı  təkmilləşmələr və  xərclərin 
azaldılması da buna yardım ola bilər. Bu gün Hindistandan Homework Help adlı 
proqramla istənilən fənn üzrə xüsusi dərslərin keçirilməsi saatda 18 dollara başa gəlir. 
Biliklər pulsuz  payaşıla və qurula bilər. Komunikasiya sistemləri xərcləri sıfıra yaxın 
olacaq və hamı elektron-təlimlərin xərclərini ödəmək iqtidarında olacaq, xüsusən  əgər 
hökumət elektron-öyrənməyə pul ayırsa. Xüsusi maraqlar, sabit və müdrik hökumət 
strategiyaları vasitəsilə məğlub edilməli olacaq.  
 
 
 
 
Hansı müsbət nəticələr ola bilər? 
 
                                                 
17
 17 RT Delphi istinadları: Con M. Harris, Jr., “Niyə daha yaxşı elektron-öyrənməyə deyil, elektron-təlimə ehtiyac 
duyuruq?”, MELD (E-Tədris Diskursu), 6 May 2005; “e- tədri”, Vikipediya; “Təkmil Paylanmış Tədris”, Vikipediya. 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə