Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
82
GDİ-lər qlobal, milli, regional və ya sektoral səviyyədə hesablana bilər. Milli GDİ-lər,
bütövlükdə ölkəni inkişaf etdirmək məqsədi daşıyan strateji və sərmayə qərarları üçün
prioritetlər qurmağa kömək edə bilər. Bu ölkələri, yaxın 10 ildə özlərindən xalqın daha
yaxşı və daha pis təmin olunmasının nə olduğunu soruşmağa – və bu suala daha
obyektiv və kəmiyyətli şəkildə cavab verməyə təşviq edə bilər.
2004-cü ildə Minillik Layihəsi Venesuela Bölməsi Deloitte & Touche C.A. şirkəti ilə birlikdə
milli GİD-lərin hesablanması təşəbbüsünü həyata keçiriblər. Onlar Amerikanın seçilmiş
ölkələri –
Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Ekvador, Meksika, Peru, ABŞ və
Venesuela üçün GDİ-ləri hesablayıblar. Bu təşəbbüs məlumatların əldə olunmasının və
müqayisə oluna bilməsinin qiymətləndirilməsinə, həmçinin hər ölkədə əlverişli və ya
əlverişsiz dəyişiklikləri hansı amillərin müəyyən etməsinin təhlilinə imkan verib.
Milli GDi-lərin hesablanması həmçinin müxtəlif ölkələrin perfrormansları arasında
müqayisə aparmağa imkan verir.
Bundan əlavə, milli GDİ-lər problemə qlobal GDİ-ylə
yanaşırlar: regionlar və xalqlar arasında dəyişilmələr. Qrafik 20, Amerikanın 10 ölkəsinin
GDİ-lərinin müqayisəsini əks etdirir.
Milli GDİ-lər yaratmaq marağı geniş şəkildə yayılıb; Kanada, Çin, Misir, Macarıstan,
Küveyt, Cənubi Koreya və Türkiyə milli məlumatlardan istifadə edərək öz şəxsi
indekslərini işləyib-hazırlamaqda maraq göstəriblər.
Qrafik 20. Ölkələrin Tənzimlənməyən GDİ Mütləq Dəyərləri
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
83
Türkiyə üçün ilk GDİ 2006-cı ildə, Türkiyənin Bütün Futuristləri Assosiyasiyasında
Minillik
Layihəsinin Türkiyə Bölməsi tərəfindən hesablanıb. Növbəti il, onlar hesablamada nəzərə
alınmış dəyişənləri yenidən qiymətləndiriblər və metodolgiyanı təkmilləşdiriblər.
2007-ci il üçün GDİ-yə daxil edilən 11 dəyişən (2006-cı ildəkindən 3 dəyişən çox),
məlumatların 20 il üçün əldə oluna bilinməsinə və Türkiyənin gələcəyinə aidiyyatı olan 15
Qlobal Dəyişənə olan münasibətə əsasən seçilib.
Türkiyənin Bütün Futursitləri Assosiasiyasının 28 üzvü Delfi araşdırmasından istifadə
edərək, Türkiyə GDİ-nə daxil edilmiş dəyişənlər üçün ən yaxşı və ən pis dəyərləri
qiymətləndiriblər. Qrafik 21 onların hesablamalarının nəticələrini göstərir.
Aşağıdakı dəyişənlər daxil edilib:
• Qida
ehtiyatları
• Adambaşına düşən ÜDM
•
Körpə ölümü
• Su
mənbələrinə çıxış
• Hər ÜDM-yə düşən xarici borc
• Meşə torpaqları
• Savadsızlıq
• İşsizlik
• Səhiyyə xidmətlərindən istifadə imkanı
• Həyat davamlılığı
• Orta
məktəblərə qəbul
Türkiyənin GDİ-si 2016-cı il üçün 1.62 indeks dəyərinə malik daha yaxşı gələcəyi təsvir
edir – müqayisə üçün, 2006-cı ildə bu göstərici 1 olub. 2001-2005-ci illər arasında GDİ
qrafikləri arasındakı güclü dəyişiklik 90-cı illərdə olan koalisiya-əsaslı hökumətlərlə
müqayisədə, o dövrün tək-partiyalı hakimiyyəti ilə əlaqəli ola bilər. Türkiyə GDİ-si
həmçinin 1999-2001-ci il maliyyə böhranlarının qarşısını almağa qadir idi.
Ən həssas və ən mühüm dəyişənlər hər ÜDM-yə düşən xarici borc, İşsizlik, və meşə
torpaqları olub. Hər ÜDM-yə düşən xarici borcun azalması Türkiyənin Sabit İnkişafının
2013-cü ilədək ÜDM-nin 7% artmasına nail olması üçün mühüm əhəmiyyət kəsb edir.
Meşə torpaqları iqlim dəyişikliyi ucbatından günü-gündən daha da mühümləşən bir
mülkiyyətdir. Dünyada işsizlik son 3 ildə təqribən 10%
sabit olub, lakin fəaliyyət planları
bu göstəricini 6-7%-ə endirmək üçün layihələşdirilməlidir ki, Türkiyənin 2015-ci ildə
Avropa Birliyinə üzv olma ehtimalından öncə o iqtisadi və sosial cəhətdən sağlam bir
formaya düşsün.
Türkiyə öz GDİ hesablamalarını təkmilləşdirməyə davam edir. 2008-ci il üçün Türkiyə
GDİ-sinə daha bir neçə dəyişənlərin daxil edilməsi gözlənilir: Parlamentdə qadınlar (2007-
ci il seçkilərindən sonra yniləndirilib), Tədqiqat və Təkmilləşdirmə xərcləri, İnternet
penetrasiyası, və CO
2
emissiyaları. Türkiyənin Bütün Futursitləri Assosiasiyası da
həmçinin, GDİ-yə daxil edilmiş dəyişənlərin qiymətləndirilməsi prosesində iştirakını
genişləndirmək üçün müvafiq Türkiyə QHT-ləri ilə əməkdaşlıq aparacaq.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
84
Qrafik 21. Türkiyə üçün GDİ (2006=1 olaraq tənzimlənmiş)
2006-cı ildə, Cənubi Koreya üçün GDİ hesablanıb. Daxil edilən
dəyişənlər əvvəllər digər
GDİ araşdırmalarında istifadə olunmuş dəyişənləri əks etdirir və 20 il üzrə məlumatların
olduğu çoxluq silsiləsi seçilmişdir. Bu hesablamada istifadə olunmuş ən yaxşı və ən pis
dəyərlər 30 Koreyalı mütəxəssis arasında aparılmış yeni Delfi araşdırması yolu ilə əldə
olunub. Cənubi Koreya üçün ikinci GDİ birincidə olan eyni dəyişənlərdən və o dövrdə əldə
olan qlobal GDİ üçün əvvəllər müəyyən olumuş ən yaxşı və ən pis dəyərlərdən istifadə
etməklə hesablanıb. Bu hesablama digər ölkələrin də GDİ-ləri ilə bilavasitə müqayisə
oluna biləcək bir GDİ əldə etmək üçün aparılıb.
Qrafik 22 nisbi şərtlərdə qlobal və Cənubi Koreya normalizasiya dəyərlərini istifadə edən
Cənubi Koreya GDİ-sinin müqayisəsini göstərir.
Cənubi Koreya GDİ hesablamalarında nəzərə alınmış dəyişənlər aşağıdakılardır:
• Körpə ölümü
• adambaşına
düşən ÜDM
• təmiz su mənbələrindən istifadə imkanı olan əhali təsərrüfatların faizi
• Atmosferik
CO
2
emissiyaları
• İllik əhali əlavələri
• İşsizlik
• Həyat davamlılığı
• Meşə torpaqları
• Azadlıq İndeksi
Cənubi Koreya GDİ-si Cənubi Koreyalıların gözləntilərini və ölkənin konkret situasiyasını
özündə əks etdirir. Məsələn, bütün dünyada əhalinin sayının azalması mübət bir
tendensiya kimi qəbul olunur, Koreya isə bunun əksini düşünür (Bu Cənubi Koreya Delfi
araşdırmasında aydın olub. Bu araşdırmada “illik əhali əlavəsi” üçün ən yaxşı dəyişən ən
pis dəyərdən böyükdür).
İki GDİ versiyası ayrı-ayrılıqda hesablanıb, çünki təhlilin məqsədi təkcə Cənubi Koreyanı
digərləri ilə müqayisə etmək yox, həmçinin Cənubi Koreyalıların gözündə gələcəyin nə
qədər yaxşı və nə qədər pis göründüyünü ölçməkdir. Xüsusi
olaraq qurulmuş Cənubi