Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
90
Tarix boyu irəliləyişlər, ilkin yüksək xərcləri ödəməyə imkanı olan və olmayan erkən
uyğunlaşanlar arasında uçurum yaradıb. Bu araşdırmada iştirak edən bir çoxları, təhlükəli
biliyin və qeyri-sabit şəraitə gətirib çıxaran intellekt boşluqlarının qarşısını almaq üçün
ciddi səylərin həyata keçirilməli olduğu haqqında xəbərdarlıq ediblər. Siyasət qurucuları
bəziləri tərəfindən sui-istifadənin çoxlarına zərər vurmasına imkan vermədən bu yeni
qüvvələrin demokratik şəkildə İstifadəsini təşviq etməyin yollarını işləyb hazırlamalıdırlar.
Son
bir neçə il ərzində, texnoloji boşluqlar daralmağa başlayıb. Bu isə öz növbəsində,
böyük əks-əlaqə mexanizmlərinin desentralizasiyası, onlardan istifadə imkanı, onların
şəffaflığı və yayılmasının bu narahatçılıqlara cavab verə biləcəyi fikrini doğurur.
Baxmayaraq ki, beynəlxalq panel tərəfindən edilmiş şərhlər fərdi öyrənmə (tədris) və ya
qrup şəkilndə öyrənmə (tədris) kimi qruplaşdırıla bilər, gələcəyin ümumi mənzərəsi o
qədər zəngin və mürəkkəbdir ki, hər iki yanaşma tətbiq oluna bilər.
Əgər təhsil üzrə qərar qəbul edicilər bu nəticələrə inanırsa, bəs onlar bugün hansı
addımlar atmağı nəzərdə tutmalıdırlar? Bu suala cavab vermək üçün, respondentlər, bu
imkanlara yardım göstərəcək və ya əngəl törədəcək amillər haqqında
mühakimələr irəli
sürməyə və bu imkanların meydana gəlməsini təxmin etdikdə ortaya çıxacaq nəticələri
nəzərdən keçirməyə təşviq olunublar. Bu Fəsil, anketdə olduğu sıralanma ilə düzülmüş
imkanların siyahısını (anketdə iştirakçılara təqdim olunmuş istinadlarla (tövsiyyələrlə)
bərabər) və bu imkanların müsbət və mənfi səciyyələrinin modelinin distillyasiyasını
təqdim edir. Cavabların tam mətni Kompakt Disk versiyasının 5-ci, 2030-cu ilədək Təhsil
və Öyrənmə (Tədris) Fəslində təqdim olunub.
Hər bir imkan aşağıdakılar əsasında qiymətləndirilib:
Bunun baş verməsinə səbəb nə ola bilər? Bunun baş verməsinə nə mane olur?
Hansı müsbət nəticələr ola bilər?
Hansı mənfi nəticələr ola bilər?
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
91
1. Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar
Bəzi yüksək, həmçinin bəzi aşağı gəlirə malik ölkələr 2030-cu ilədək kollektiv intellekti
artırmağı milli məqsədə çeviriblər; bura həm fərdi bacarıqların, həm də bütövlükdə xalqın
intellektinin artırılması daxildir
1
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Kollektiv məlumatlılığın günü-gündən inkişaf edən elmə və yaradıcılıq-yönümlü
qloballaşmış iqtisadiyyata siyasi və iqtisadi fayda verməsini hamı tərəfindən başa
düşülməsi bu milli məqsədin qəbul olunmasına gətirib çıxaracaq. Bundan əlavə, ölkə
həmçinin cəmiyyətin ümumi fəaliyyətini və sosial rifahı inkişaf etdirməli və geridə qalma
qorxusunu azaltmalıdır. Bəzi respondentlər bunu labüd hesab edirlər,
çünki informasiya
və komunkiasiya texnologiyalarının davamlı olaraq irəliləyir, Mur Qanunu qüvvədə qalır və
ictimaiyyət İnternetdən asanlıqla istifadə edir. “kollektiv məlumat” ən çox işlənən sözə
çevriləcək və əsas elmi institutlar ondan strateji araşdırma obyekti kimi istifadə edəcək və
onun sosial-texnoloji təkamüldə növbəti addım olduğunu nümayiş etdirəcəklər.
Masaçusets Texnoloji İnstitutu və bənzər digər institutların kollektiv intellekt üçün
yaratdığı yüklənəbilən açıq mənbə prototipləri və “Wikipedia” və “Google” kimi uğurlu
proqramların inkişaf etdirilməsinin də böyük köməyi dəyə bilər.
Liderlərinin söz azadlığına və fərdin hüquqlarına
hörmət etdiyi, və onları təşviq etdiyi
ölkələrdə, xüsusilə yüksək hörmətə və iqtisadi gücə malik olmaq istəyən Asiya ölkələrində
bu məqsəd birinci olmalıdır. Lakin “kollektiv məlumat“ -ın milli məqsəd kimi qəbul
olunması üçün çox mürəkkəb və mühüm milli və beynəlxalq problemlər və fəlakətlərlə
üzləşmək olar. Ölkələr arasında günü-gündən artan intensiv beynəlxalq rəqabət də
həmçinin milli təhsil proqramları çərçivəsində rəqabətli insan kapitalı konsepsiyasının
işlənib hazırlanmasına səbəb ola bilər.“Kollektiv məlumat“-ı qəbul
etməyin digər yolu aya
enmək kimi dövlət əhəmiyyətli layihələrin izlənməsidir. Əgər proses çoxlu sayda insanları
kollektiv həmrəyliyi təmin etmək üçün səfərbər etməkdə obyektivlik göstərirsə, onda
nəticə daha yaxşı olacaq. Nəhayət, biliyin həcmini və mürəkkəbliyini artırmaq, dünyanı
kollektiv intellekt konsepsiyalarına doğru hərəkət etdirməyə davam edəcək.
Hansı müsbət nəticələr ola bilər?
İnsanlar problemləri həll etmək üçün birləşə bilərlər. Geniş-miqyası intellekti-artıran
proqramlar mümkün ola bilər. Bu da milli iqtisadiyyatları inkişaf etdirə və varlı-kasıb
fərqlərini azalda bilər. Bu, vətəndaş cəmiyyətinin milli məlumatlılıqda daha yaxından
iştirakına təkan verə, təkrarı, və üst-üstə düşməni azaldavə və informasiya çirklənməsi və
həddən artıq yükləmə kimi narahatçılıqları azalda bilər. Virtual öyrənmə və qərar qəbul
etmə birlikləri, milli dövlətləri, sosial stabilliyi artıran effektiv
qərar qəbul etmə prosesindən
tədricən sıxışdırıb çıxara bilər. İnsan həyatı daha mədəniləşə və Yerdəki resurslar daha
da zənginləşə, ətraf mühit daha da yaxşı mühafizə oluna bilər.
Ağıllı cəmiyyət az-şüurlu fərdlərin (cinayət, əbəs yerə sərf olunan təhsil cəhdləri, puça
çıxmış sosial layihələr mənasında) törtədiyi xərcləri azalda, daha mürəkkəb işlərin
öhdəsindən gələ bilən insanların sayını artıra, və daha yaradıcı insanları cəlb edə bilər.
1
RT Delphi istinadları: 13 oktyabr 2006-cı il, MTİ Kollektiv Məlumatlılıq üzrə yeni Mərkəz açmışdır; “Kollektiv
Məlumatlılıq Nümunələri”, Kollektiv Məlumatlılıq
üzrə Tədris Vəsaiti; “Kollektiv İnsani Mexanizm Məlumatlılığı
Sistemində Artım 25 il ərzində realdırmı? Bəli – 70%” Minilliyin Layihəsi Delphi, ACUNU, 2003-cü il.