Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
88
3. 2030-cu ilədək Gələcək Təhsil və Öyrənmə (Tədris) İmkanları
2030-cu ilə 23 ül qalıb. 23 il bundan öncəyə nəzər salmaqla biz o vaxt yaşadığımız
dəyişikliklərin sürətliliyini və əhəmiyyətliliyini görmüş olarıq. 23 il bundan qabaq 1984-cü il
idi. O vaxt kim inanardı ki, 2007-ci ildə Koreya Respublikası daşınma, məlumat və
kommunikasiya sənayelərinin bəzi sahələrində ABŞ-la uğurla rəqabət aparacaq? Və ya
kim inanardı ki, milyonlarla insan əlavə pul ödəmədən dəfələrlə 1 saniyədən də az vaxt
ərzində milyardlarla kompüter istinadları axtarmağa qadir olacaq? 23 il əvvəl hansı Təhsil
Nazirliyinin şagirdləri İnternetə qoşulmaq məqsədi var idi? Son 23 il ərzində baş verən
dəyişiklərin tempi bəzi insalar üçün çox sürətli görünür. O dəyişikliklərə səbəb olan amillər
özləri isə hələ də sürətlənməkdədirlər. Nəticə etibarilə növbəti 23
ildə dəyişikliklər daha
böyük olacaq. Bəs təhsil və öyrənmədə (tədrisdə) hansı dəyişikliklər baş verə bilər?
Koreya Respublikası Təhsil üzrə Prezident Komissiyasının xahişi və Təhsil Nazirliyinin
dəstəyi ilə, Minillik Layihəsi, Layihənin Bölmələri tərəfindən seçilmiş 213 mütəxəssisin
rəylərini toplamış Real Time Delphi-ni layihələşdirmək haqqında futurist bir ideya
nəzərdən keçirib. Onların nəzərdə tutduqları 19 imkan (Cədvəl 3-ə baxın), çoxlu sayda
strategiya alternativləri və siyasət quruculuğu prosesini məlumatlandıracaq
imkanlar
təqdim edir. Beynəlxalq paneldən 2030-cu ilədək bu imkanların meydana çıxma
ehtimallarını qiymətləndirməyi xahiş olunub. 19 ehtimaldan yanız 5-i 50%-dən az
meydana çıxma ehtimalı ilə qiymətləndirilib. Qrafik 23 imkanların ortalama ehtimalları ilə
siyahısını təqdim edir.
Bu imkanların bir-biri ilə qarşılıqlı əlaqəsi bugünkündən kəskin şəkildə fərqlənən bir təhsil
mənzərəsi yaradır. Əgər Mur Qanunu növbəti 23 il üçün qüvvədə olsa, 2030-cu ilədək
kompüter insan beyninin emal etmə gücünə yiyələnəcək. Fərdlər Şəbəkə 17.0 tərəfindən
“vaxtında bilik və öyrənmə” məqsədilə birləşdirilmiş dünya biliklərinə çıxış əldə edəcək, və
onların həyatları boyu mövcud olan nadir tələblərinə uyğunlaşmış virtual reallıq
interfeyslərinə malik simulyasiyalardan istifadə edəcəklər. İnsanların qeyri-stabil
yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq
üçün layihələşdirilmiş fərdi
öyrənmə (tədris) prosesinin davamlı təkamülü ilə birgə xürafatı və nifrəti aradan
qaldırmağa yönəldilmiş proqramlar daha gözəl, sevgi dolu dünyaya gətirib çıxara bilər.
Paralel olaraq, beynin funksiyası təkmilləşdirilmiş fərdi qidalandırma və beynin
genişləndirilməsi üçün nəzərdə tutulmuş dərman preparatlarının köməyilə əsaslı şəkildə
artmalıdır. İnsan beyninin qismən xəritələşdirilməsi və digər metodlar 2030-cu ilədək şəxsi
intelektin əsaslı şəkildə artmasına və uzunömürlülüyünə səbəb ola bilər. Yaxın gələcəkdə
beyinlər irsi cəhətdən genişlənə bilər və dizaynedici mikro-orqanimləər
beyin hücüyrələrini
daha effektiv işləməyə vadar edə bilərlər. Elmin arxasınca qaçmağı gücləndirən ictimai
əlaqələr sistemindən və bu öyrənmə yeniliklərindən və maarifləndirici konsepsiyalardan
istifadə etməklə fərdi və kollektiv intellekt inkişaf etdirilə bilər.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
89
Cədvəl 3.
Qrafik 23. 2030-cu ilədək Təhsil İmkanları Ehtimalı
2030-cu ilədək Təhsilə təsir edən Imkanlar
1. Kollektiv intellekti inkişaf etdirmək
üçün milli proqramlar
2. Vaxtında təhsil və tədris
3. Fərdiləşdirilmiş təhsil
4. Simulyasiyalardan istifadə
5. İnsanların qeyri-stabil yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün
layihələşdirilmiş fərdi öyrənmə prosesinin davamlı qiymətləndirilməsi
6. Təkmilləşdirilmiş fərdi qidalandırma
7. İrsi yüksək intellekt
8. İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal onlayn simulyasiyalarından istifadə
9. Elmin arxasınca getməyi gücləndirən
ictimai əlaqələr sistemi
10. Portativ süni intellekt cihazları
11. Öyrənmənin necə meydana çıxdığını aşkar etmək və bunun vasitəsilə öyrənməni
təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın sinir hüceyrələrinin
əlaqələrinin (sinaps) tam şəkildə xəritələşdirilməsi
12. Yetkin şəxslərin beyinlərini uzun müddət üçün daha sağlam saxlamaq üçün vasitələr
13. Beynin genişləndirilməsi üçün Kimya
14.
Veb
17.0
15. Inteqrə edilmiş ömürlük
öyrənmə
sistemləri
16. Xürafatı və nifrəti aradan qaldırmağa
yönəldilmiş proqramlar
17.
E-Tədris
18. İnsanlardan ağıllı kompüterlər
19. İntellekti artıran süni mikroblar
Ehtimal
Web 17.0
İnteqrə edilmiş ömürlük öyrənmə sistemləri
Beynin genişləndirilməsi üçün kimya
Vaxtında təhsil və tədris
Elmin arxasınca getməyi gücləndirən ictimai əlaqələr sistemi
Simulyasiyalardan
istifadə
E-tədris
Yetkin şəxslərin beyinlərini uzunmüddətə daha sağlam saxlamaq üçün vasitələr
Fərdiləşdirilmiş təhsil
Təkmilləşdirilmiş fərdi qidalandırma
On-layn simulyasiyalardan istifadə
Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar
Portativ süni intellekt cihazları
İnsanlardan ağıllı kompüterlər
Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
Fərdi öyrənmə prosesinin davamlı qiymətləndirilməsi
İnsan sinapsının tam şəkildə xəritələşdirilməsi
İrsi yüksək intellekt