Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

 
             
 
 
quyuların  qazılmasında  kəmərin  aşağı  hissəsini  quyu  mər-
kəzində  saxlamağa  imkan  verir  və  eyni  zamanda  quyu  divar-
larının  kələ-kötürlüyünü  aradan  qaldırmaq  və  quyu  diametrini 
nominal  diametrə  qədər  bərpa  etmək  məqsədilə  lüləni 
genişləndirmək  üçün  lazım  olur  (şəkil  5.8).  Mərkəzləşdiricilər 
qazıma  kəmərini  quyu  mərkəzində  saxlamağa  xidmət  edir. 
Bunların hər ikisi baltadan və ya qazıma turbinindən yuxarıda 
turbin  qazıyıcısından  bağlanır  və  iş  şəraitindən  asılı  olaraq 
müxtəlif sxemlər üzrə yığılır  
Son  zamanlar  maili  qazımada  quyu  əyriliyini  sabit 
saxlamaq məqsədilə sabitləşdiricilər geniş tətbiq edilir . 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
                                     Qəlibləyicilər 
 
a – pərli; b – şaroşkalı; c – kürə dayaq üzərində  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
                              Mərkəzləşdiricilər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                        Sabitləşdirici tərtibatlar 
                           a – sabitləşdiricilər  
 
                             
 
 


 
             
 
 
 
                  QUYULARIN YUYULMASI 
 
Quyuların  yuyulması  dedikdə  əsasən  quyunun  və 
qazıma  məhlulunun  təmizlənməsi  və  dövran  sistemində 
məhlulun sabit xüsusi çəkiyə nail olması istəyi başa düşülür. 
Quyuların  yuyulmasında  düz  və  tərs  yuma 
məvhumları  işlənir.  Normal  qazımada  həmişə  düz  yumadan 
istifadə  olunur.  Bu  halda,  qazıma  məhlulu  qəbul  çənindən 
nasos  vasitəsilə  atqı  xəttinə  (manifold  xəttinə),  şaquli  boruya, 
qazıma  şlanqına,  fırlanğıca,  işlək  boruya,  qazıma  kəməri 
içərisinə  vurulur.  Sonra  qazıma  məhlulu  balta  deşiklərindən 
çıxaraq  qazılmış  süxur  hissələri  ilə  qarışır,  əmələ  gələn  şlam 
(çirklənmiş  məhlul)  halqavari  fəza  ilə  quyu  ağzına  qaldırılır, 
təmizləyici  qurğularda  qazılmış  süxur  hissəciklərindən 
təmizlənir,  nov  sistemi  ilə  nasosun  qəbul  çəninə  tökülür, 
yenidən nasos vasitəsilə atqı xəttinə vurulur. 
Beləliklə,  qazıma  məhlulunun  dövranı  əldə  edilir 
(şəkil  6.1.).  Əks  yumada  isə  qazıma  məhlulu  qazıma 
fırlanğıcından  sonra  halqavari  fəzaya  yönəldilir,  quyu 
dibindəki süxur hissəciklərinə qarışır, əmələ gələn şlam qazıma 
baltasının deşiklərindən keçib qazıma kəmərinin daxili ilə quyu 
ağzına qaldırılır. Sonra isə qazıma məhlulu əvvəldə qeyd edilən 
yol  ilə  hərəkət  edir.  Şəkil  6.1.  Əks  yumadan  hidravlik 
müqavimətlərin çox olduğu, layın hidravlik yarılması ehtimalı 
və  boru  arxası  fəzanın  sementlənməsi  zərurəti  olan  hallarda, 
quyu  divarının  uçulub  tökülməsi  baş  verdikdə  və  başqa 
hallarda istifadə edilir. 
Neft və qaz quyularının yüksək texniki iqtisadi göstəricilərə 
uyğun  qazılıb,  istismara  təhvil  verilməsində  qazıma 
məhlulunun  müstəsna  əhəmiyyəti  vardır.  Belə  ki,  o  qazıma 
baltasının  quyu  dibində  dağıtdığı  süxur  hissəciklərini  fasiləsiz 
və ani olaraq baltanın işçi səthinin altından kənar edərək, şlam 
şəklində  quyu  ağzına  qaldırır,  sonra  isə  nov  sistemində 


 
             
 
 
quraşdırılmış  təmizləyici  qurğularda  təmizlənən  məhlul 
yenidən quyuya vurulur və aramsız olaraq dövran edir.  
        Bu  zaman  o,  qazıma  baltasını  yağlayır  və  soyudur,  quyu 
dibinə  və  divarına  əks  təzyiq  yaradır,  hidravlik  mühərriklə 
qazımada  turbin  qazıyıcısının  valını  fırladır,  quyu  divarında 
nazik  qabıq  əmələ  gətirir,  qazıma  zamanı  su,  qaz,  neft  təza-
hürlərinin  qarşısını  alır,  bir  çox  qəza  və  mürəkkəbləşmələrin 
erkən aşkar edilməsinə və qarşısının alınmasına yardımçı olur, 
quyudibi süxurların dağıdılmasında iştirak edir və sair. 
        Bir  sözlə,  müasir  dövrdə  neft  və  qaz  quyularının  qazıl-
masını  qazıma  məhlulu  işlətmədən  təsəvvür  etmək  mümkün 
deyil.  Bununla  yanaşı,  müasir  dövrdə  qazıma  məhlulu  bir  çox 
tələbləri ödəməlidir. Qazıma məhlulu: 
- yüksək qazıma gedişini təmin etməli; 
- yaxşı axıcılığa malik olmalı; 
-  dövran  kəsildikdə  quyu  içərisində  olan  qazılmış  süxur 
hissəciklərini asılı vəziyyətdə saxlaya bilməli: 
- quyu divarında nazik və möhkəm qabıq yaratmalı; 
-  qazılmış  süxur  hissəciklərini  quyu  dibindən  dərhal  kənar 
edib, halqəvi fəza ilə quyu ağzına qaldırmalı; 
-  statik və dinamik  vəziyyətlərdə  quyudibi laylara və quyu 
divarlarına  kifayət  qədər  əks  təzyiq  yaratmalıdır  ki, 
təzahürlər və quyu divarının uçulması baş verməsin; 
-  qazılmış  süxur  hissəciklərini  özündə  həll  etməməli  və 
tərkibinə qəbul etməməlidir (duzlu laylar, ovulub tökülən 
süxurlar nəzərdə tutulur); 
- quyudibi süxurların dağıdılmasında iştirak etməli; 
-  qazıma  avadanlığının  korroziyasına  səbəb  olmamalı, 
abraziv olmamalı və məhsuldar layı çirkləndirməməli; 
- özünün keyfiyyət parametrlərini sabit saxlamalı (müxtəlif 
təsirlərə, temperatur və təzyiqlərə davamlı olmalı); 
-  quyuda  elektrometrik  ölçü  işlərinin  aparılmasını  təmin 
etməli;
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə