Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

 
             
 
 
                                   Qazıma məhlulları haqqında 
 
Həll olunan maddə (maddələr) və həlledici mühitdən ibarət qarışıq məhlul adlanır.Məsələn, 
qəndin,  şəkər  tozunun,  yaxud  duzun  suda  həll  edilməsi  nəticəsində  məhlul  alınır.  Qazımada  həll 
olunan  maddə  dispers  faza,  həlledici  mühit  isə  dispers  mühit  adlanır.  Qazımada  əsasən  dispers 
fazanı  gil,  dispers  mühiti  isə  su  təmsil  edir.  Məlumdur  ki,  gil  suda  həll  ola  bilməz,  o  daha  xırda 
hissəciklərə ayrıla bilər. Odur ki, qazıma məhlulu dedikdə, gillə suyun qarışığı başa düşülməlidir. 
Qazıma şəraitinin dəyişgənliyi müxtəlif növ qazıma məhlullarından istifadə olunmasını tələb 
edir.  Müxtəlif  qazıma  şəraitləri  üçün  qazıma  məhlulunun  seçilməsini  asanlaşdırmaq  məqsədilə 
onların  təsnifatı  tərtib  edilir.  Məsələn,  PH-ın  qiymətinə  nəzərən,  dispers  fazaların  növləri  və 
tərkibinə  görə,  kimyəvi  reagentlərdən  istifadəyə  görə  və  s.  ölkəmizdə  qazıma  məhlullarının 
təsnifatını tərtib etməyə ilk dəfə professorlar S.M.Quliyev və B.S.Filatov cəhd etmişlər: 
1)
 
su əsaslı qazıma məhlulları; 
2)
 
neft əsaslı qazıma məhlulları; 
3)
 
hava və ya qaz halında işçi agentlər. 
Amerika neft institutunun bu sahəyə aid təsnifatı 10, V.F.Rocersin təsnifatı isə 9 növ qazıma 
məhlulundan  ibarətdir.  Bunlar  içməli  suda,  dəniz  suyunda,  duzlu  suda  hazırlanmış  qazıma 
məhlulları,  PH-ın  miqdarı  nəzərə  alınmaqla  hazırlanan  məhlullar,  əhəng,  fosfat,  kaustik  soda, 
kvebraxo,  xromliqnosulfanat,  kalsium,  silikat,  natrium  və  s.  ilə  işlənmiş  qazıma  məhlullarıdır.  Bu 
təsnifatları ümumiləşdirməklə elmin müasir səviyyəsini təmin edən və müasir tələblərə cavab verə 
bilən qazıma məhlullarının növləri aşağıda verilmişdir: 


 
             
 
1)
 
su əsaslı; 
2)
 
neft əsaslı; 
3)
 
gilsiz;  
4)
 
az gilli (10%-ə qədər); 
5)
 
gilli; 
6)
 
susuz; 
7)
 
zəif (3%), orta (10%) və yüksək dərəcədə minerallaşmış; 
8)
 
duzlu:  NaCl-lu,  CaCl
2
-lu,  MgCl
2
-lu,  maqneziumsulfatlı,  xlorkalsiumlu,  gipsli,  əhəngli, 
silikatlı və s. 
9)
 
aerizə  edilmiş,  emulsiyalı  (neftdə  su,  yaxud  suda  neft)  ağırlaşdırılmış,  karbonatlı, 
yüksək, orta və zəif PH-lı 
10)
 
kimyəvi  işlənmiş,  normal  (kimyəvi  işlənməmiş)  və  təbii  (quyu  kəsilişində  qazıma 
məhlulu hazırlamaq üçün yararlı gillərin olması) məhlullar. 
 
6.2. Qazıma məhlulunun keyfiyyət parametrləri 
 
Quyuların dərinliyinin artması, geoloji kəsilişdə olan süxurların müxtəlifliyi, layın hidravliki 
yarılması,  müxtəlif  mürəkkəbləşmə  və  qəzaların  baş  vermə  ehtimalının  olması,  quyunun  gələcək 
istismarı  zamanı  layın  neft  veriminə  təsir  edə  biləcək  reagentlərin  düzgün  seçilməsi,  ən  əsası  isə 
quyunun  normal  qazılmasının  təmin  edilməsi  üçün  qazıma  məhlulunun  keyfiyyətini  xarakterizə 
edən parametrlər düzgün seçilməli və asan idarə olunmalıdır. Bu parametrlər aşağıdakılardır. 
Qazıma məhlulunun: 


 
             
 
1)
 
xüsusi çəkisi və ya sıxlığı; 
2)
 
özlülüyü; 
3)
 
suverməsi və gil qabığının qalınlığı; 
4)
 
statik sürüşmə gərginliyi; 
5)
 
dinamik sürüşmə gərginliyi; 
6)
 
stabilliyi; 
7)
 
tərkibində qumun miqdarı; 
8)
 
tərkibində qazın miqdarı; 
9)
 
tərkibində həll olunmuş maddələrin miqdarı; 
10)
 
tərkibində bərk faza konsentrasiyasının miqdarı; 
11)
 
tərkibində hidrogen ionlarının miqdarı; 
12)
 
qazıma məhlulunun elektrik cərəyanına müqaviməti; 
13)
 
qazıma məhluluna temperaturun təsiri. 
Uzun  illərdir  ki,  qazıma  məhlulu  kimi  «gilli  məhlullar»  terminindən  istifadə  edilirdi.  Bu 
termin son vaxtlaradək yəni müxtəlif qazıma şəraitləri üçün yeni qazıma məhlulları  yaranana kimi 
öz  əhəmiyyətini  qoruyub  saxlayırdı.  Hazırda  və  gələcəkdə  isə  biz  daha  ümumi  məhfum  olan 
«qazıma  məhlulu»  terminindən  istiffadə  edəcəyik.Qazıma  məhlulu  ilə  qazıma  işləri  aparmazdan 
əvvəl  yüksək  qazıma  sürətləri  və  keyfiyyəti  əldə  etmək  üçün  hazırlanacaq  qazıma  məhlulunun 
komponentlərinin kimyəvi, fiziki və mexaniki xassələri dərindən öyrənilməlidir. 
Bütün  bunlarla  yanaşı,  qazıma  məhlulunun  düzgün  üsulla  hazırlanması,  saxlanması  və 
təmizlənməsinə  ciddi  yanaşılmalıdır,  qazıma  zamanı  onun  keyfiyyəti  (parametrləri)  daim  nəzarət 
altında olmalıdır. 


 
             
 
Qazıma  briqadası  qazıma  məhlulunun  parametrlərini  geoloji-texniki  tapşırıqda  göstərilmiş 
qiymətlər  həddində  saxlamağa  borcludur.  Əgər  bu  məsələdə  uyğunsuzluq  aşkar  edilərsə,  qazıma 
işləri  dayandırılmalıdır.  Yalnız  qazıma  məhlulunun  layihə  parametrlərini  bərpa  etdikdən  sonra 
qazıma prosesinə başlamağa icazə verilir. 
Ən  sadə  və  normal  qazıma  məhlulu  su  və  gildən  ibarət  olur.  Sudan  qazıma  məhlulu  kimi 
istifadə edilməsi haqqında sonrakı hissədə danışılacaq. 
 İndi  isə  gillər  haqqındakı  məlumatlarla  tanış  olaq.  Yer  qabığının  70%-ni  gilli  süxurların 
təşkil etməsinə baxmayaraq, bütün gillər heç də qazıma məhlulu hazırlamaq üçün yararlı deyildir. 
 
         
Qazıma  məhluluna  xas  olan  bir  xüsusiyyəti  qeyd  etmək  lazımdır.  Onu  sakit  vəziyyətdə 
saxladıqda gil hissəcikləri bir-birinə yapışaraq struktur əmələ gətirir, qatılaşır və «axmaz» halında 
olur.  Qazıma  məhlulunu  mexaniki  vasitələrlə  qarışdırdıqda  isə  gil  hissəcikləri  arasındakı  əlaqələr 
dağılır və o, axıcılıq qabiliyyətini bərpa edir. Qazıma məhlulunun sakit vəziyyətdə struktur əmələ 
gətirməsinə  və  mexaniki  yolla  qarışdırma  nəticəsində  axıcılıq  qabiliyyətini  bərpa  etməsinə 
tiksotropluq deyilir. Tiksotropluq qabiliyyəti qazıma məhlulu içərisində gilin miqdarının təqribən 1-
3%-dən çox olduğu hallarda müşahidə edilir. 
Yüksək  dispersliyə  malik  bentonit  gillərindən  istifadə  edilərsə,  gilin  miqdarı  0,3-0,5% 
olduqda belə, tiksotropluq müşahidə edilə bilər. 
 
 
           Su əsaslı qazıma məhlulları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə