6.10. Struktur əmələ gətirən reagentlər
Xörək duzu (NaCl) – qazıma məhlulunun struktur-mexaniki xasslərini gücləndirmək üçün
istifadə edilir. Bu reagent məhlulun suverməsini bir qədər artırır.
Maye şüşə (Na
2
SiO
3
) – struktur əmələ gətirir. Bu reagent əsasən qazıma məhlulunun
udulması ilə mübarizə aparmaq məqsədilə istifadə olunur.
11. Səthi aktiv maddələr
Bu maddələrdən istifadə olunmasında məqsəd: məhsuldar qatın keçiriciliyinə qazıma
məhlulunun filtratının zərərli təsirini və qazıma zamanı süxurların dağılmağa göstərdiyi müqaviməti
azaltmaq, qazıma məhlulunun yağlama qabiliyyətini artırmaq, qazıma məhlulu tərkibində olan nefti
emulsiyalaşdırmaq, qazıma məhlulunu aerizələşdirmək və qazsızlaşdırmaqdır.
Səthi aktiv maddələr – qazıma məhlulunun filtratı ilə neft sərhəddində səthi gərilməni
azaltmaq və bununla da məhsuldar qatların açılması və onlardan istifadəni yaxşılaşdırmağa xidmət
edir. Bunlardan OP-7, OP-10, NÇK, UFE-8, DS-RAS, Sulfanol, M-20 katapi, karbozalin və
başqalarını göstərmək olar.
Biz Azərbaycan və MDB ölkələrində geniş istifadə edilən reagentlər haqqında qısa məlumat
verdik. Kimyəvi reagentlərin ümumi sayı 200-dən çoxdur. Onların hamısı barədə ətraflı məlumat
əldə etmək üçün «Qazıma məhlulları» kitabına
1
müraciət etməyinizi məsləhət görürük.
6.12. Yağlayıcı əlavələr
Quyu dibində işləyən baltanın ən zəif hissəsi olan dayaqlarının tez sıradan çıxmaması,
qazıma məhlulu tərkibində abraziv hissəciklərin zərərli təsirinin azaldılması və kəmərlərin quyu
divarına sürtünərək hərəkəti nəticəsində metalın yeyilməsinin qismən də olsa qarşısının alınması
məqsədilə qazıma məhluluna ilk növbədə yağlayıcı əlavələr daxil edirlər. Bu əlavələri nəzərdən
keçirək:
SMAD-1 – bütün növ qazıma məhlullarına əlavə edilə bilər. Bundan korroziyaya qarşı, bəzi
hallarda köpüksöndürücü kimi də istifadə edilir.
Petroyıl ER – yüksək təzyiq şəraitinə davamlıdır. Onun maye halında olması qazıma
məhluluna əlavə edilməsini tezləşdirir və asanlaşdırır.
Petroyil X – tutulmuş kəmərləri azad etmək üçün istifadə edilir, qısa müddətdə su-neft
emulsiyası yarada bilir.
OPXB – kimyəvi aşqarların tullantısıdır, SMAD-1-ə nisbətən daha effektlidir. Qazıma
məhluluna əlavə etdikdə onun xüsusi çəkisi və PH-ı artır, suverməsi, gil qabığının qalınlığı və SNS-
i isə azalır.
Karpatol – qazıma məhlulunun yağlama qabiliyyətini artırır, qazıma alətinin qaldırıb
endirilməsi zamanı kəmərin dartılmalarla gəlməsini və endirmə zamanı oturma hallarını aradan
qadırır. Turbin qazıyıcısının və qazıma nasoslarının təmirarası müddətini də artırır.
Dodilube – qazıma alətinin tutulma ehtimalını azaldır, ətraf mühiti çirkləndirmir və qazıma
məhlulunun filtrasiyasını azaldır.
6.13. Ağırlaşdırıcılar və onlardan istifadə
Neft və qaz quyularının qazılması prosesində ləğv edilməsi çətin, mürəkkəb, çoxlu vəsait və
insan əməyi tələb edən mürəkkəbləşmələrdən biri də qaz, neft və su təzahürləri, quyu divarının
uçulması və ovulub tökülməsidir. Bu xoşagəlməz hadisələrlə mübarizə əsasən qazıma məhlulunun
yarada biləcəyi hidrostatik təzyiqin düzgün tənzim edilməsindən ibarətdir. Bu məqsədlə qazıma
məhlulunun udulması gözlənən intervallarda hidrostatik təzyiqi azaltmaq, təzahürlər baş verə
biləcək intervallarda isə hidrostatik təzyiqi artırmaq lazım gəlir. Sonuncu halda, əsasən qazıma
məhlulunun xüsusi çəkisini artırmaq yolu ilə təzahürlərə qarşı mübarizə aparırlar. Bunun üçün
müxtəlif ağırlaşdırıcılardan istifadə olunur. Bu ağırlaşdırıcıların xüsusi çəkiləri əsasən 4,10
5,10
q/sm
3
arasında dəyişir: Gəncə, Kutaisi və Belov baritləri, (BaSO
4
), qallenit (Pb S), hematit (F
2
O
3
),
pirolüzit (MnO
2
), pirit (FeS
2
), KMA (maqnetit konsentratı), Koloşnikov tozu (Fe
2
O
3
, Fe
3
O
4
),
ilmenit (FeO.TiO
2
) adlı ağırlaşdırıcılar mövcuddur. Həmin ağırlaşdırıcılar içərisində baritlər çox
geniş yayılmışdır. Onların üstünlükləri aşağıdakılardır: asan hazırlanması, materiallara qənaət
edilməsi, qazımaya sərf edilən vaxtın qısaldılması, qazıma məhlulunun ağırlaşdırılması, kimyəvi
emalı və təmizlənməsinə sərf olunan vaxtın xeyli azalması və nəticədə qazımanın kommersiya
sürətinin yüksəlməsi.
Təcrübə göstərir ki, baritlərdən istifadə etdikdə başqa ağırlaşdırıcılarla müqayisədə
qazımanın mexaniki sürətinin 50%-dən çox artması, bir baltanın gedişinin isə 26%-dən çox olması,
avadanlıqların təmirinə sərf edilən vaxtın xeyli azald0ılması və nəhayət, istifadə edilən
ağırlaşdırıcının miqdarının təxminən 2 dəfə azalması müşahidə edilir, 1 m qazımanın maya dəyəri
də xeyli azalır. Qazımada nisbətən kiçik xüsusi çəkiyə malik ağırlaşdırıcılardan da istifadə olunur.
Məsələn, dəmir arsenatı – bu ortofosfat turşusunun duzudur, xüsusi çəkisi 3,2 q/sm
3
-dir.
Dolomit, Ca və Mq(CO
3
)
2
-ın, xüsusi çəkisi 2,8 – 2,9 q/sm
3
; əhəngin xüsusi çəkisi 2,70 q/sm
3
(çökmə süxurdur); mergelin – xüsusi çəkisi 2,65 q/sm
3
-dir (çökmə süxurdur). Qalenitin – PbS
xüsusi çəkisi 7,4 – 7,6 q/sm
3
-dir; Bu ağırlaşdırıcıdan çox böyük xüsusi çəkiyə malik qazıma
məhlulları hazırlamaq üçün istifadə edilir.
6.13.1. Qazıma məhlulunun hazırlanması
Əgər quyunun kəsilişi qazıma məhlulu hazırlamaq üçün yararlı gillərdən təşkil olunubsa,
qazıma məhlulunu bilavasitə quyunun içərisində əldə etmək olar. Belə qazıma məhluluna təbii
qazıma məhlulu deyilir. Əgər quyunun kəsilişində qazıma məhlulu hazırlamaq üçün yararlı gil
növləri olmazsa, yaxud az olarsa, onda quyu ərazisində yerləşdirilmiş xüsusi avadanlığın köməyi ilə
qazıma məhlulu hazırlayırlar. Bunun üçün bir və iki valı olan mexaniki gil qatağından (gil
qarışdırıcısından) və hidravlik gil qarışdırıcısından istifadə olunur. Mərkəzləşdirilmiş şəkildə isə
qazıma məhlulunu gil zavodlarında hazırlayırlar. Quyu ərazisində yerləşdirilən MQ2-4 mexaniki gil
qarışdıranının həcmi 4 m
3
, elektrik mühərrikinin gücü 14 kvt, valının dövrlər sayı dəqiqədə 95
dövr/dəq-dir. Mexaniki gil qarışdıranın içərisinə su və gil parçaları töküb, 0,5
1,0 saata qədər
qarışdırırlar. Qarışdırma əməliyyatı gil qatağının valına geydirilmiş pərlər fırlanmaqla yerinə
yetirilir. Əgər, quyu ərazisinə gil toz şəklində gətirilibsə, onda hidravlik gil qarışdırıcısından istifadə
etmək məsləhətdir. Əgər qazıma məhlulu zavod şəraitində hazırlanıbsa, onu böyük tutumlu
avtosisternlərlə yaxud boru kəməri vasitəsilə buruğa çatdırırlar. Deyilənlərdən əlavə, FŞD-3, FŞD-7
Dostları ilə paylaş: |