ABŞ-ın Kaliforniya körfəzində ölçüləri 60x60m olan süni ada
üzərindən 68 quyu qazılmışdır.
Quyuların qazılmasının texniki-iqtisadi səmərəsini
yüksəltmək üçün qabaqcıl üsullardan biri də çoxdibli quyuların
qazılmasıdır (şəkil 8.3). Bu üsulun mahiyyəti əsas quyu
lüləsindən bir və ya bir neçə əlavə lülənin qazılmasıdır ki, bu
da yerin üstündən bilavasitə həmin məqsəd üçün qazılmalı olan
bir neçə quyunun bir lülə ilə əvəz edilməsi deməkdir. Beləliklə,
qazılmış ilk əsas lülədən dəfələrlə istifadə etməklə, yuxarı
məhsuldar olmayan horizontların qazılmasını və bunun
nəticəsində, qazımanın həcmini ixtisar etmək mümkündür.
Çoxdibli neft və qaz quyularının qazılması zamanı
məhsuldar lay içərisində quyu lüləsinin əlverişli uzunluğu artır
və nəticədə drenaj zonası və süzülmə səthi də böyüyür.
Bəzi hallarda yatağın kəsilişinin aşağı hissəsində quyu
dibinin açıq şəkildə istismarına yol verilir. Bu halda əsas
lülənin məhsuldar lay üzrə bir-birindən kəskin surətdə yana və
müəyyən məsafəyə uzaqlaşmış lülələrin şaxələnməsi nəzərdə
tutulur.
8.1 İnhirafetdirici alətlər
İnhirafetdirici alətin təyinatı – quyunu əvvəlcədən
verilmiş və ya ixtiyari istiqamətdə əymək məqsədilə baltada
inhirafetdirici qüvvə, yaxud balta ilə quyu oxları arasında
müəyyən bucaq yaratmaqdır.
Turbin mühərriki ilə qazımada inhirafçı alət kimi-
əyrikeçirici, TI və ŞI tipli turbin inhirafçıları R-1 tipli, üzərinə
lövhə yerləşdirilmiş inhirafetdirici, ekssentrik nippel və s.
elektrik qazıyıcısı ilə qazımada – əsasən əyrilik mexanizmi
(Ə.M); rotor qazımasında – paz şəkilli və şarnirli
inhirafetdiricilər və s. tətbiq edilir.
Şəkil 8.2 Kut quyuların qazılma sxemi
Şəkil 8.3 Çoxdibli quyuların qazılma sxemi
İnhirafetdiricilər, əsasən maili istiqamətlənmiş quyu-
ların qazılmasında müxtəlif növ mürəkkəbləşmələrin, qəzaların
aradan qaldırılması məqsədilə şaquli quyulardan yeni lülənin
açılmasında tətbiq edilir. Onlar qazıma zamanı azimut və zenit
bucaqlarının eyni zamanda dəyişməsinə və ya bucaqlardan
birini sabit saxlamaqla digərini, dəyişməyə imkan verir.
Əyri keçirici (şəkil. 8.4.). Maili quyuların qazılmasında
geniş yayılmış, hazırlanması və tətbiq edilməsi asan olan
inhiraf yaradan alətdir. O, yiv birləşmələri oxlarının müəyyən
bucaq altında kəsişdiyi, uzunluğu adi keçiricinin uzunluğuna
bərabər olan AQB-dən hazırlanmış borudur.
1
0
4
0
əyriliyi olan yiv əsasən nipeldən, bəzi hallarda isə
muftadan açılır. Böyük sərtliyi olan əyri keçirici alətin əyilmiş
kəsiyində müəyyən qiymətə malik elastiki qüvvə momenti
yaradır, bu isə nəticədə baltada inhirafetdirici qüvvə əmələ
gətirir.
Əyri keçiricidən istifadə edilərkən nəzərə alınmalıdır ki,
quyunun əyrilik intensivliyi – əyici alətin elementlərinin
ölçülərindən, turbin qazıyıcısının, əyri keçiricinin və onların
yuxarı hissəsində yerləşdirilmiş AQB-nin sərtliyi və çəkilərin-
dən, quyunun diametrindən, qazıma rejimindən, qazıma
baltasının quyu divarını frezerləmə qabiliyyətindən və qazılan
süxurun fiziki-mexaniki xassələrindən asılıdır.
Əyri keçirici birseksiyalı turbin qazıyıcısı ilə istifadə
edilərsə, onda zenit bucağını 40-45
0
-yə qədər, qısaldılmış
turbin qazıyıcısı ilə 50-55
0
-yə qədər, qısa turbin qazıyıcısı ilə
isə 85
0
-90
0
–yə qədər yığmaq olar.
İnhirafetdirici R-1 (şəkil 8.5.). AQB parçasından hazır-
lanmış, öz oxuna nisbətən bir müstəvidə və bir istiqamətdə
birləşdirici çəp yivlərə malik inhiraf yaradan alətdir.
İnhiraf etdirici oxu ilə aşağı birləşdirici yiv oxunun
əmələ gətirdiyi bucaq 2-3
0
, inhirafetdirici oxu ilə yuxarı
birləşdirici yiv oxunun əmələ gətirdiyi bucaq isə 2-2,5
0
təşkil
edir. Bu inhirafetdirici elastiki yığıma malik QKAH-də 6-8m,
sərt yığımlı QKAH-də isə 3-4m uzunluğunda olur.
İnhirafetdirici R-1 zenit bucağını 90
0
-ə qədər yığmaq,
quyunun azimutunu dəyişmək, sement körpüsündən və açıq
lülədən yeni lülənin açılması və qazılması üçün istifadə edilir.
Üzərinə lövhə yerləşdirilmiş inhirafetdirici (şəkil 8.6.).
Bu inhirafetdirici əyri keçirici ilə gövdəsinə lövhə yer-
ləşdirilmiş turbin qazıyıcısından ibarətdir. Bu tip inhirafetdirici
birseksiyalı turbin yığmaq üçün tətbiq edilir. Lövhə təxminən
sistemin mərkəzində və ya bir az aşağıda yerləşdirilir.
Dostları ilə paylaş: |