Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

 
             
 
Quyu  lüləsi  lazımi  istiqamətdə  süni  olaraq  inhiraf 
etdikdən  sonra  müvafiq  qazıma  rejimində  və  uyğun  seçməklə 
qazımanı  davam etdirirlər. 
Yönəldicilər çıxarılmayan, yəni quyuda qalan və lazımi 
istiqamətdə  15m  yeni  lülə  qazıldıqdan  sonra  quyudan  çıxarıl-
maqla tətbiq edilir. 
Quyu  diametrinə  bərabər,  2,5-4,5m  uzunluqda  çıxarıl-
mayan  yönəldicilər  qoruyucu  kəmər  buraxılmış  quyularda 
tətbiq olunur. Yönəldicilər yuxarı hissədə baltanı istiqamətlən-
dirmək üçün ağzı geniş boruya və quyuda bərkidilməkdən ötrü 
tərtibata malikdir. 
 
 
 Şəkil 7.9.Ekssentrik nipel  
   1-turbin qazıyıcısı;2-halqavari  lövhə; 
3-balta 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
 
Şəkil8.10 Elastik inhirafetdirici           Şəkil 8.11 Elektrik qazıyıcısının 
1-turbin qazıyıcısı;2-inhirafetdirici  
       əyrilik mexanizmi 
3-rezin resor; 4-balta                                1-elektrik qazıyıcısı;2-əyrilik  
                                                                     mexanizmi(ƏM);3-şpindel 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.12 Rotor qazıma üsulunda işlədilən  
inharfetdirici alətlər 
a-paz 
şəkilli  inhirafetdirici  ilə  iş  şəraiti;1-paz  şəkilli 
inhirafetdiricinin  lülədə  yerləşdirilməsi;2-maili  lülənin  qazılması;3-
inhirafetdiricinin 
çıxarılması;4-lülənin 
genişləndirilməsi;b-şarnirli 
inhirafetdirici  ilə  iş  şəraiti;1-inhirafetdiricinin  quraşdırılması;2,3-  maili 
lülənin qazılması;4-lülənin genişləndirilməsi 
 


 
             
 
Çıxarılan  yönəldicilər  yuxarı  hissədə  diametri  baltanın 
aşağı hissəsinin diametrinə  bərabər olan muftaya aşağı hissəsi 
isə,  yönəldicinin  fırlanmasına  mane  olan  quyudibi  süxura 
batırılan  itiuclu  çıxıntıya  malikdir.  Yönəldici  quyudan  mufta-
nın  köməyilə  qaldırılır.  O  diametri  25mm  olan  yivli  deşiyə 
malikdir.  Buraya  bağlanmış  ştift  qazıma  kəmərini  quyuya 
endirən zaman yönəldicini balta ilə birləşdirmək üçündür.  
Maili  və  üfqi  quyu  qazılmasının  layihələndirilməsinə, 
profilin  tipinin  və  konfiqurasiyasının  seçilməsi,  quyu  lüləsinin 
trasının hesabı və qurulması daxil olan quyu profilinin layihə-
ləndirilməsindən başlamaq lazımdır. 
 
8.2 Maili quyu profillərinin layihələndirilməsi 
 
Profilin layihələndirilməsi maili quyuların (MQ) inşası-
nın texniki layihəsinin əsas tərkib hissələrindən biridir. Profilin 
layihələndirilməsində  məqsəd  profilin  tipinin  və  konfi-
qurasiyanın  düzgün  seçilməsi,  MQ  lüləsinin  hesablanması  və 
qurulmasıdır. 
 
Maili quyu profillərinin tipləri 
Maili quyuların qazılmasında istifadə olunan profillərin 
tipləri iki qrupa bölünür. Birinci qrupa aid olan müstəvi profil-
lər bir şaquli müstəvi üzərində yerləşən əyri xətlərlə ifadə olu-
nur.  İkinci  qrupa  aid  olan  profillər  isə  fəza  əyriləri  ilə  ifadə 
edilir. 
Müstəvi  profilin  tipi  ən  geniş  yayılmışdır  və  ondan 
maili quyuların qazılmasında daha çox istifadə etmək lazımdır. 
Bu profillər  əsasən  yataqların qazılması zamanı quyu lüləsinin 
özü-özünə  əyilməsinə  geoloji  şəraitlərin  təsiri  nisbətən  az 
olanda,  həmçinin  az  öyrənilmiş  rayonlarda  maili  quyuların 
qazılması  zamanı  quyu  lüləsinin  təbii  əyilməsinin  qanuna-
uyğunluqları məlum olmayanda tətbiq edilir. 


 
             
 
Maili  quyuların  profilləri  intervalların  sayına  görə  iki, 
üç,  dörd  və  beş  –  intervallı  olurlar.  Maili  quyuların  profilinin 
intervalları aşağıdakılardır: 

 şaquli (Ş); 

 zenit bucağının artırılması (ART); 
 

 zenit bucağının sabit saxlanılması (ST); 

 zenit bucağının azaldılması (AZ). 
Maili  quyuların  profillərinin  əsas  tipləri  şək.8.13  –  də 
göstərilmişdir. 
A. İkiintervallı profil (şək.8.13.a) Ş+ART intervalların-
dan  ibarətdir.  Bu  profil  təcrübədə  çox  az  tətbiq  olunur  və 
əsasən  azdərinliyə  malik  olan,  inhirafı  nisbətən  böyük  
quyuların qazılmasında istifadə edilir. 
B. Üçintervallı profil (şək.8.13.b) Ş+ART+ST interval-
larından  ibarətdir.  Bu  profilin  tətbiqi,  qazıma  kəmərinin  əyici 
aşağı  hissəsi  (QKAH)  ilə  istiqamətləndirilmiş  reyslərin  sayını 
minimuma endirməyə, quyu lüləsinin süni əyilməsi üçün yerinə 
yetirilən  əməliyyatlara  sərf  olunan  vaxta  qənaət  etməyə,  zenit 
bucağının kiçik qiymətlərində quyu dibinin şaquldan ən böyük 
inhirafına və quyu lüləsinin minimum uzunluqda olmasına nail 
olmağa  imkan  verir.Bu  tipli  profildə  bir  əyri,  və  xeyli  maili-
düzxətli  hissələrin  olması  quyunun  qazılması  və  istismarını 
xeyli asanlaşdırır. 
C. Üçintervallı profil (şək.8.13.c) Ş+ART+AZ interval-
larından  ibarətdir.  Bu  tpili  profili  zenit  bucağının  sabit 
saxlanılması  çətin  və  təbii  əyilməsi  az  olan  rayonlarda  tətbiq 
etmək mümkündür. 
Ç.  Dördintervallı  profil  (şək.8.13.ç)  Ş+ART+ST+AZ 
intervallarından ibarətdir. Bu profil neft–qaz çıxarılan müxtəlif 
rayonlar  üçün  maili  quyular  layihələşdirilərkən  geniş  tətbiq 
olunur. 
D. Beşintervallı profil (şək.8.13.d) Ş+ART+ST+ AZ+Ş 
intervallarından  ibarətdir.  Bu  profildən  geoloji  səbəblər 
üzündən  məhsuldar  laya  şaquli  daxil  olmaq  lazım  gəldikdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə