verilmiş bucaq altında lülənin məhsuldar laya düşməsini təmin
edən əyrilik intensivliyi (əyrilik radiusu), profilin uyğun
intervallarının uzunluğu, onların üfqi və şaquli proyeksiyaları
da təyin edilir .
Bütün üç tip profillərin hesablanması üçün üfqi hissənin
başlanğıc nöqtəsinin yerləşdiyi dərinliyin (H
0
) verilməsi
lazımdır. Bu kəmiyyət aşağıdakı ifadədən tapılır (şəkil 8.15):
yni qazıma şəraitində məhlulun sıxlığı
, məhlulda
bərk hissəciklərin olması C
a.f
və şərti özlülüyün artması
qazımanın mexaniki sürətinin azalmasına, suvermənin artması
isə mexaniki sürətin düz xətt üzrə artmasına səbəb olur.
9.4. Qazımanın rejim parametrlərinin texniki iqtisadi
göstəricilərə təsiri
Məlumdur ki, qazıma zamanı baltanın gedişi, süxurun
dağıdılma sürətindən və baltanın quyu dibində işləmə müd-
dətindən asılıdır.
Rotor üsulu ilə qazımada baltanın dövrlər sayının sabit
qiymətində n=const, qazımanın mexaniki sürətinin
m
, baltanın
gedişinin h
b
və baltanın quyu dibində işləmə müddətinin,
baltaya verilən oxboyu yükdən asılılıq qrafiki şəkil 9.7
göstərilmişdir. Buradan görünür ki, n-in sabit qiymətində
baltaya verilən oxboyu yükün elə bir optimal qiyməti var ki, bu
qiymət konkret süxur üçün baltanın quyu dibində ən böyük
gedişini təmin edir. Yenə də həmin qazıma üsulu üçün baltaya
verilən oxboyu yükün sabit qiymətində P
b
=const, qazımanın
mexaniki sürətinin, baltanın gedişinin h
b
və baltanın quyu
dibində işləmə müddətinin
b
, baltanın dövrlər sayından asılılıq
qrafiki şəkil 8.8 göstərilmişdir. Şəkildən göründüyü kimi P
b
-
nın sabit konkret qiymətində n-in elə bir optimal qiyməti var
ki, bu qiymət baltanın quyu dibində ən böyük gedişini təmin
edir.
Qazımanın mexaniki sürətinin
m
, və baltanın gedişinin
h
b
, baltaya verilən oxboyu yükdən P
b
asılılıq qrafikinin
görünüşü aşağıdakı kimidir (şəkil 9.9). Bu qrafiklər göstərir ki,
bütün hallarda fırlanma üsulu ilə qazımada, baltaya verilən
oxboyu yükün istənilən həddə dəyişməsi qazıma göstərici-
lərinin dəyişməsinə səbəb olur.
Rotor qazıma üsulunda qazımanın rejim parametrləri
bir-birindən asılı deyil. Qazıma prosessində bu parametrlərin
hər birinin qiymətini digər ikisindən asılı olmayaraq dəyişmək
olar.
Turbin qazıma üsulunda isə qazımanın rejim para-
metrləri içərisində qazıma məhlulunun sərfi əsas göstəricidir.
Baltaya verilən oxboyu yük P
b
, qazıma məhlulu sərfindən Q,
asılı olaraq tapılır.
P
b
= f (Q)
Baltanın dövrlər sayı n, turbin qazıma üsulunda qazıma
məhlulunun sərfindən Q və baltaya verilən oxboyu yükdən P
b
asılı olaraq dəyişir.
n = f (Q, P
b
)
Başqa sözlə desək turbin qazıma üsulunda qazıma
məhlulunun sərfinin Q, dəyişməsi baltanın dövrlər sayının və
baltaya verilən oxboyu yükün P
b
dəyişməsinə səbəb olur.
Elektrik qazıma üsulunda baltanın fırlanma sürəti
həmişə sabitdir. Burada baltanın fırlanma sürətini dəyişmək
üçün ancaq mühərriki başqası ilə əvəz etmək lazımdır.
10. QUYULARIN MÖHKƏMLƏNDİRİLMƏSİ.
Qazıma prosesi zamanı litoloji tərkibi, fiziki-mexaniki
xassələri, doyma dərəcəsi, doyduran mayenin növü və lay
təzyiqləri müxtəlif olan dağ suxurlarına rast gəlinir. Quyu
divarı dəyanətli suxurlarla yanaşı dəyanətsiz suxurlardan da
təşkil olunur. Belə suxurlar çox hallarda tektonik pozğunluqlar
baş vermiş zonalarda yerləşirlər. Bu cür suxurlar asanlıqla
uçulmağa meylli olurlar, dağılıb tökülürlər. Lay suları bir
horizontdan digərinə axa bilir ki bu da yol verilməzdir. Çünki
layların təbii enerjisi azalır, onların kollektorluq xassələri
dəyişir, açıq tullanışlar və qrifonların əmələ gəlməsi üçün
əlverişli şərait yaranır, müalicə suları çirklənir, avadanlıqların
korroziyası artır. Bundan başqa məhsuldar laydan neft və qazın
yer üzərinə çixarılması üçün möhkəm, hermetik və etibarlı bir
kanalın olması çox vacibdir.
Bütün bunların qarşısını almaq və quyu divarının
dəyanətli olmasını təmin etmək məqsədilə quyuya qoruyucu
kəmərlər buraxıb kəmər arxası fəzanı sementləyirlər.
Beləliklə quyunun möhkəmləndirilməsində əsas
məqsəd:
1. Quyunun istismarı dövründə qaz və mayenin
maniəsiz hərəkəti üçün uzun müddətli, etibarlı və hermetik
kanalın yaradılmasıdır;
2. Quyunun bütün işləmə dövrü üçün quyu divarının
dəyanətli olmasını təmin etməkdir;
Dostları ilə paylaş: |