Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

 
             
 
mürəkkəbləşmələrin  ilk  əlamətlərini  aşkar  edən  kimi,  baş  verə  biləcək  mürəkkəbləşmələrin  və 
qəzaların qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. 
  
 
 
 
 
 
                      
          QUYULARIN TƏBİİ ƏYİLMƏSİ 
 
Hal-hazırda  (şaquli,  maili,  üfiqi)  quyuların  istənilən  üsulla  qazılma  prosesində  qazılma 
dərinliyinin artması ilə əlaqədar olaraq, eləcə də digər səbəblərdən quyu lüləsi layihə istiqamətindən 
kənara çıxmağa meyilli olur və nəticədə yatağın işlənmə şəbəkəsi planı ciddi şəkildə pozulur. Təbii 
əyilmə  nəticəsində  şaquli  quyuların  dibi  layihə  nöqtəsindən  yüz  metrlərlə  uzaqlaşa  bilir  ki,  bu  da 
arzu edilməzdir. 
Bir çox hallarda quyu lüləsinin təbii əyilməsi nəticəsində quyu gövdəsində çıxıntılar və sərt 
əyintilər  (dirsəklər)  əmələ  gəlir  ki,  bunlar  da  quyunun  sonrakı  qazılması,  möhkəmləndirilməsi  və 
istismarını çətinləşdirir. Bu səbəbdən bəzi hallarda quyunun qazılması zamanı ciddi mürəkkəbləş-
mələr və qəzalar baş verdiyindən və quyu lüləsinin uzanması nəticəsində qazılmaya nəzərdə tutulan 
xərclər  artdığından  layihə  dərinliyinə  çatmamış  quyuların  qazılmasını  dayandırmaq  məcburiyyəti 
yaranır. 


 
             
 
Ona  görə  də,  qazıma  işlərinə  başlamazdan  əvvəl  quyu  lüləsinin  təbii  əyilməsinin  qarşısını 
almaq  üçün  onun  əyilmə  səbəbləri  aşkarlanmalı  və  onlara  qarşı  mübarizə  tədbirləri  işlənib 
hazırlanmalıdır. 
Quyuların  qazılması  zamanı  lülənin  layihə  istiqamətindən  kənara  çıxması  iki  halda:  ya 
qazılmaya  başlayan  zaman  quyu  oxunun  düzgün  istiqamətləndirilməməsi  nəticəsində  (başlanğıc 
əyilmə), ya da qazıma prosesinin düzgün aparılmaması nəticəsində baş verir.  
Quyu  lüləsinin  təbii  əyilməsi  bir  çox  səbəblərdən  baş  verə  bilər,  onlardan  əsasən  geoloji, 
texniki və texnoloji amilləri göstərmək olar. 
 


 
             
 
7.1. Quyu lüləsinin təbii əyilməsinə geoloji amillərin təsiri 
 
Quyuların  qazılması  prosesində  lülənin  əyilmə  qanunauyğunluqları  araşdırılarkən  əsasən 
geoloji amillərin təsiri nəzərdə tutulur. Bunlar aşağıdakılardır: 
-
 
layların yatım bucaqları; 
-
 
layları təşkil edən süxurların mexaniki xassələrinin dəyişgənliyi; 
-
 
süxurların anizotropluğu; 
-
 
kəsilişdə rast gəlinən mürəkkəb tektonik pozulmalar; 
-
 
quyu divarında müxtəlif çatlar və boşluqların olması; 
-
 
süxurların çox yumşaqlığı. 
Çox  miqdarda  faktiki  mədən  materiallarının  və  quyuların  əyilməsinə  təsir  edən  səbəblərin 
öyrənilməsi  və  təhlili  bu  prosesin  əyilmə  qanunauyunluqlarını  təyin  etməyə  imkan  verir.  Belə  ki, 
fırlanma və vurma – fırlanma qazıma üsulları üçün ümumi olan bu qanunauyğunluqlar bəzən müx-
təlif geoloji-texniki şəraitdən asılı olaraq fərqlənir. 
Məlumdur  ki,  quyu  lüləsi  oxunun  layın  yatım  müstəvisi  ilə  görüş  bucağı 

  0 

 

 

  90
0
 
intervalında  dəyişə  bilər.  Əgər  quyu  lüləsi  layın  yatım  müstəvisinə  perpendikulyar  və  ya  paralel 
keçərsə, (

1
 = 90
0


1
 = 0) onda quyu müəyyən dərəcədə texniki və texnoloji səbəblərdən əyilə bilər 
(şəkil 7.1a.ç). 
Quyu  lüləsi  layları  iti  bucaq  (

2
)  altında  kəsirsə  onda  quyu  lay  yatımının  əksinə  əyilməyə 
meyl edəcək, (şəkil 7.1.b.c) görüş bucağı (

kr
) kritik qiymətdə olanda quyu lüləsi ya layın yatımına 
perpendikulyar,  ya  da  yatım  istiqamətində  irəliləyəcək  (şəkil  7.1d.e).  Nəhayət  quyu  mürəkkəb 


 
             
 
quruluşlu layları keçdikdə görüş bucağından asılı olaraq istiqamətini dəyişə bilər (şəkil 7.1j). Onda 
belə nəticəyə gəlmək olar ki, quyuların təbii əyilmə intensivliyi layların yatım müstəvisi ilə görüş 
bucağından asılıdır. Görüş bucağı 

1
 = 90
0


1
  =  0
0
 olduqda  əyilmə  intensivliyi  minimum, 

kq
=45
0
 
olduqda intensivlik maksimum qiymət alacaq. 
Quyu lüləsi müxtəlif bərklikli lay süxurlarını iti bucaq altında kəsdikə əyilməyə səbəb olan 
əsas amil süxurun baltaya göstərdiyi müqavimət qüvvəsinin qeyri – bərabər paylanmasıdır. 
Balta dişlərinin yumşaq süxurdan bərk süxura keçən halına baxaq. Bu halda, baltaya verilən 
oxboyu yükü P
b
 ilə işarə etsək, onda baltanın bir dişinin kəsən hissəsinə düşən yük 
,
м
С
о
С

olar. 
Burada m – kəsən hissələrin sayıdır. 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 7.1.Şaquli müstəvidə quyuların əyilmə sxemi 
1-quyu  oxunun  layihə  vəziyyəti;2-quyu  oxunun  qanunauyğun  əyilmə  vəziyyəti;3-quyunun  əyilə  biləcək  istiqamətinin 
vəziyyəti 
 
Baltanın kəsici hissəsinin bərk süxura daxil olma dərinliyi aşağıdakı kimi ifadə olunur. 


тэ
б
о
С
щ



1
 
 
burada: 

 - balta tiyəsinin itilənmə bucağı; 
  
 b – tiyənin kəsici ağzının uzunluğu; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə