Burada, baltanın dağıtdığı süxur hissəcikləri quyuya vurulan hava, yaxud qazın köməyi ilə
quyudan çıxarılır, başqa sözlə desək, qazıma məhlulunun vəzifələrindən birini, yəni qazılmış süxur
hissəciklərinin yerin üstündə qaldırılmasını quyuya böyük sürətlə vurulan qaz, yaxud hava yerinə
yetirir. Üfürmə ilə qazımada qazıma məhlulu ilə qazımaya nisbətən daha böyük mexaniki sürət əldə
edilir. Odur ki, hazırda bu sahənin inkişafına daha çox fikir verilir. Yüksək mexaniki effekt əldə
etmək üçün quyuya vurulan havanın, yaxud qazın sürəti 10
40 m/san olmalıdır (10
15
40
m/san ).
Üfürmə ilə qazımada quyu ağzı qapalı olur və xüsusi avadanlıqla təchiz edilir.
Üfürmə ilə qazımanın nöqsan cəhətləri:
-
su layına rast gəldikdə əksər hallarda üfürmə ilə qazıma mümkün olmur;
-
qarmağa düşən yük artır;
-
qazıma qıfılları daha çox abraziv yeyilməyə məruz qalır;
-
partlayış və yanğın baş verməsi ehtimalı artır.
Qazıma məhlullarının kimyəvi emalı
və kimyəvi reagentəlr
Neft və qaz çıxarılması məqsədilə qazılan quyuların dərinliklərinin durmadan artması,
yüksək təzyiq və temperatur, digər texnoloji və geoloji çətinliklər şəraitində öz keyfiyyət
parametrlərini itirməyən qazıma məhlulları yaradılmasını tələb edir. Adi, normal qazıma məhlulu
bu tələbləri ödəyə bilmədiyindən hər bir konkret şərait üçün qazıma məhlulunun resepti hazırlanır.
Bu məqsədlə qazıma məhlulunu müxtəlif kimyəvi reagentlərlə işləyirlər, ona bəzi maddələr və
materiallar əlavə etməklə, qazıma məhlulunun keyfiyyət parametrlərini dəyişdirməyə nail olurlar.
Qazıma məhlulunun kimyəvi emalı iki mərhələ üzrə aparılır: ilkin emal və təkrar emal. İlkin
emalda dövran sistemi üzrə hərəkət edən qazıma məhluluna nəzərdə tutulan kimyəvi reagent az
həcmdə əlavə edilir. Təkrar emal zamanı isə əlavə edilən kimyəvi reagentin həcmi hesablanmış
həcmə çatdırılır. Su əsaslı qazıma məhlullarını kimyəvi emal etmək üçün istifadə olunan kimyəvi
reagentlərin təsnifatı belədir:
1.
stabilləşdirici reagentlər (bunlar qazıma məhlulunun su verməsini və özlülüyünü azaldır);
2.
qazıma məhlulundakı kalsium ionlarını əlaqələndirən reagentlər;
3.
qazıma məhlulunu kalsium ionları ilə təmin edən reagentlər;
4.
struktur əmələ gətirən reagentlər;
5.
qələviliyi tənzim edən reagentlər;
6.
emulqator reagentlər;
7.
köpüksöndürən reagentlər;
8.
qazıma məhlulunun temperatur təsirinə qarşı davamlılığını artıran reagentlər;
9.
səthi aktiv maddələr;
10) yağlayıcı əlavələr.
Stabilləşdirici reagentlər kimi, kömür qələvi yaxud torf qələvi reagentlərindən istifadə
edilir. Bunların tərkibində 35-50% qumin turşuları olur və belə işarə edilir: – KQR-13-2,5. Burada
birinci rəqəm boz kömürün, ikinci rəqəm isə quru kaustik sodanın miqdarını göstərir. Bunlar
məhlulun özlülüyünü və suverməsini azaldırlar.
Karboksimetilsellüloza (KMS) stabilləşdirici reagentdir. Bu reagent qazıma məhlulunun
əsasən su verməsini azaltmaq üçün istifadə edilir, 130
0
-140
0
S temperatur şəraitində dözümlü olur,
məhlulun özlülüyünü isə cüzi azaldır.
Poliakrilatlar (gipan, K-4, RS-2, metas, poliakrilamid) – Bunlardan əsasən məhlulun su
verməsini azaltmaq üçün istifadə edilir. KMS-ə nisbətən fəallığı və temperatura daha davamlılığı ilə
seçilirlər. Bu reagentlər 120
0
S-ə qədər temperaturada öz keyfiyyət parametrlərini qoruyub saxlaya
bilir. Metas hətta 200
0
S temperatura davamlıdır.
Nişasta reagenti (KR) də suverməni azaldan reagentlərdəndir, 100-110
0
S-yə qədər
temperatur şəraitində işlədilə bilər.
Sulfit spirt cecəsi (SSC). Əgər qazıma məhlulu kalsiumlu gillərdən ibarətdirsə, yaxud
əhənglə emal edilmişsə, onda SSC-dən məhlulun özlülüyünü azaltmaq üçün istifadə olunur.
SSC məhlulun su verməsini zəiflədir, kondensə edilmiş SSC isə məhlulun su verməsini
aşağı sala bilir (KSSC).
Məhlulun özlülüyünü aşağı salmaq üçün SSC-nin modifikasiyalarından, məsələn,
xromliqnosulfonat, okzil və sairədən istifadə edirlər.
Həmin reagentlərin ümumi qüsur cəhətləri qazıma məhluluna əlavə edildikdə köpük əmələ
gətirmələridir ki, bu da əlavə olaraq köpüksöndürənlərdən istifadə edilməsini tələb edir.
Nitroliqnin – məhlulun özlülüyünü azaltmaq üçün istifadə edilir. Bu reagent də köpük
əmələ gətirir.
Polifenol, Sulkor, Sintan – 5 küknar ağacı ekstraktının reagentlərindən qazıma məhlulunun
özlülüyünü azaltmaq üçün istifadə olunur.
Kalsiumlaşdırılmış soda. Bu reagentin qazıma məhluluna əlavə edilməsindən məqsəd
kalsium ionlarını natrium ionları ilə (Na
2
CO
3
) əvəz etməklə, qazıma məhlulunun stabilliyini
artırmaqdır. Kalsiumlaşdırılmış sodanın lazım olduğundan çox əlavə edilməsi məhlulun
koaqulyasiyasını, özlülüyünü və statik sürüşmə gərginliyini artırır.
Natrium fosfatları – fosfatlardan qazımada ən çox natriumun polifosfatlarından istifadə
edilir. Bu tripolifosfat və heksametafosfatlardır. Bunlar qazıma məhlulunun özlülüyünü azaltmaq
üçün işlədilir. Fosfatların da çox əlavə edilməsi məsləhət deyil, çünki koaqulyasiyaya səbəb olur.
6.9. Kalsuim ionları əmələ gətirən reagentlər:
Söndürülmüş əhəng Ca(OH)
2
– əhəng südü adlanan sulu suspenziya şəklində işlədilir.
Qazıma məhlulunun özlülüyünü azaltmaq lazım gəldikdə, əhənglə işlənmiş qazıma məhluluna SSC,
nitroliqnin və s., suverməni azaltmaq lazım olduqda isə KQR, KSSB, KMS və s. əlavə edilir.
Gips (CaSO
4
) – 130
0
s temperaturdan yuxarı əhənglə işlənmiş qazıma məhlulunun
keyfiyyəti pisləşir, belə ki, bu zaman həll olunmayan kalsiumun alümosilikatları əmələ gəlir və
məhlul qatılaşmağa başlayır. Bu hadisənin qarşısını almaq üçün əhəng əvəzinə gipsdən istifadə
edirlər. Özlülüyü azaltmaq üçün məhlula SSC-nin törəmələrindən olan xromliqnosulfanatlardan
birisi əlavə edilir.
Kalsium xlorid (CaCl
2
) – bu reagent çoxlu sayda kalsium ionları əmələ gətirə bilir. Qazıma
məhlulunun filtratında daha çox kalsium ionları əldə etmək üçün xlorlu kalsiumdan istifadə edirlər.
Bu reagent stabilləşdiricilər olan KSSB yaxud KMS ilə birlikdə işlənir.
Dostları ilə paylaş: |