Sudan qazıma məhlulu kimi o hallarda istifadə etmək olar ki, onun çatışmazlıqları
qazımanın gedişinə mənfi təsir göstərməsin.
Bununla belə suyun qazıma məhlulu kimi üstün cəhətləri də vardır. Məsələn,
- su başqa qazıma məhlullarına nisbətən baltanı və qazıma alətinin fırlanan hissələrini daha
yaxşı soyudur;
- halqavari fəzada yüksək sürət yaradılarsa, qazılmış süxur hissəciklərini baltanın işçi səthinin
altından tamamilə kənar edər və quyu lüləsini təmiz saxlaya bilər;
- su tərəfindən yaradılan hidrostatik təzyiq lay təzyiqindən yüksək olarsa, laydan quyuya neftin,
qazın və suyun daxil olmasının qarşısını ala bilər;
-
su qazılmış süxur hissəciklərini özündə saxlaya bilmədiyi üçün onu süxur hissəciklərindən
təmizləmək çox asan olur və bu məqsədlə ən sadə təmizləmə üsullarından istifadə etmək olar;
-
su porşenlər, silindr oymaqları, nasosun klapanları və turbin qazıyıcısının hissələrinin abraziv
yeyilməsi intensivliyini azaldır;
-
su qazıma məhlulu ilə müqayisədə kiçik xüsusi çəkiyə malik olduğundan, onun dövranı üçün
nasos nisbətən az yük altında işləyir;
-
su ilə qazımada texniki-iqtisadi göstəricilər qazıma məhlulu ilə qazımanın göstəricilərinə
nisbətən yüksək olur;
-
su ilə qazımada qazıma briqadası üzvlərinin iş şəraiti yaxşılaşır, belə ki, qazıma məhlulu
hazırlamağa ehtiyac olmur və fəhlələr əlavə fiziki işdən azad olurlar;
-
su ilə qazımada gilə və kimyəvi reagentlərə ehtiyac olmur, onların daşınması və
hazırlanmasına əlavə fiziki güc, maddi vəsait sərf edilmir;
-
su ilə qazımada qazıma alətinin dartılmalarla hərəkti və tutulması ehtimalı azalır.
Bununla belə, su universal qazıma məhlulu deyildir və onun bir çox çatışmayan cəhətləri
vardır ki, bunlar da su ilə qazıma işi aparmağa imkan vermir. Belə ki:
-
bəzi dağ süxurları (gillər,argillitlər) ilə təmasda olduqda su onların mexaniki xassələrini
dəyişdirir, nəticədə süxurlar dayanıqlığını itirir, axma meylləri artır və quyu daxilinə
sıxışdırılır. Su nəinki bu hala mane ola bilmir, əksinə, həmin mürəkkəbləşmənin növünün tez
baş verməsinə kömək edir;
-
su quyu divarında möhkəm və nazik gil qabığı əmələ gətirə bilmədiyi üçün quyu divarını
uçulmadan qoruya və laya süzülmənin qarşısını ala bilmir;
-
suyun, yüksək axıcılıq xassəsi olduğu üçün, o, süxürün xırda məsamələrinə asanlıqla hopur ki,
bu da xoşa gəlməz haldır və layın neft verimini azaldır;
-
su yüksək dərəcədə məsaməliyə və çatlara malik, xüsusilə də lay təzyiqi çox kiçik olan
süxurlarda böyük sürətlə udula bilər; bu isə, öz növbəsində, quyu dibinin və quyu lüləsinin
təmizlənməsinə mənfi təsir göstərir, istifadə edilən suyun məsrəfini xeyli artırır;
-
dövran sistemində suyun hərəkətini dayandıranda su qazılmış süxur hissəciklərini asılı
vəziyyətdə saxlaya bilmədiyi üçün quyu dibinə külli miqdarda süxur hissəcikləri çökür ki, bu
da mürəkkəbləşmələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır;
-
su bir çox süxurları asanlıqla özündə həll edərək bu və ya digər dərəcədə duzlu məhlula
çevrilir. Bu səbəbə görə avadanlıqların və qazıma alətinin korroziyaya uğramasına güclü
kömək edir.
-
su neftli layların açılmasına mənfi təsir göstərir, odur ki, sudan istifadə qətiyyən məsləhət
görülmür, belə ki, maye layın məsamələrinə asanlıqla daxil olaraq neft üçün effektli
məsaməliyi kəskin surətdə azaldır. Nəticədə quyudan istifadə olunmasında çətinliklər yaranır
və neft verimi azalır.
-
təcrübələr göstərir ki, su qazıma məhlulu kimi istifadə edilirsə, onun sərfi adi qazıma
məhlullarına nisbətən 6
8 dəfə çox olur. Odur ki, buruqda çoxlu sayda su çənləri qoyulmalı,
su təhciz etmək üçün mənbə tapıb su xətti çəiklməlidir ki, buruq fasiləsiz olaraq su ilə təmin
edilsin.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sudan qazıma məhlulu kimi yalnız kəsilişi bərk
süxurlarda su ilə təmasda onların öz xassələrini dəyişmədiyi və dayanıqlığını itirmədiyi
təqdirdə istifadə etmək olar.
Emulsiyalı qazıma məhlulları
Emulsiyalı qazıma məhlulları elə məhlullara deyilir ki, kimyəvi işlənmiş qazıma məhlulu
içərisində neft və ya neft məhsulları bərabər yayılmış olsun və onların həcmi qazıma məhlulu
həcminin 10-25%-ni təşkil etsin. Neftin və neft məhsullarının qazıma məhlulu içərisində bərabər
yayılması üçün emulqatorlardan, detergentlərdən və yaxud qazıma məhlulunun kimyəvi
işlənməsində istifadə edilən stabilləşdiricilərdən istifadə olunur. Ən fəal və yaxşı emulqator kömür
qələvi reagentidir. Emulsiyalı qazıma məhlulu, qazıma məhlulunun dövranı zamanı neftin və neft
məhsullarının məhlula əlavə edilməsi ilə əldə edilir. Bu məqsədlə qazıma məhluluna xam neft, sulu
neft, dizel yanacağı və s. əlavə edilir. Emulsiyalı məhlul əldə etmək üçün qazıma məhlulu çox kiçik
suverməyə malik olmalıdır.
Susuz, gilsiz yaxud neft əsaslı qazıma məhlulları
Neft əsaslı məhlullarda dizel yanacağı dispers sistemi, oksidləşdirilmiş bitum isə dispers
fazanı təşkil edir. Bu məhlulun struktur əmələgətirmə qabiliyyəti zəif olduğu üçün ona struktur
əmələ gətirən maddələr (yağlı qələvi sabunu və ya kalsium oksidi) əlavə edirlər. Bu məhlullarda
bitum dizel yanacağında qızdırıldıqda həll olaraq həqiqi məhlul əmələ gətirir, soyuq halda bu proses
çox vaxt tələb edir.
Lazım gəldikdə, neft əsaslı məhlullara hidrofoblaşdırılmış gil, yaxud su da əlavə etmək olar.
Neft əsaslı məhlulun tərkibi: 1) dizel yanacağı (70-85%), oksidləşdirilmiş bitum (15-20%),
oksidləşdirilmiş parafin (1%) və kaustik sodadan (1%) ibarətdir. 2) qazıma məhlulu dizel yanacağı
mazut, solyarka, yağlı turşunun natrium duzu və sönmüş əhəngdən ibarət olur.
Kiçik xüsusi çəkiyə malik qazıma məhlulları
Belə məhlulları əldə etməyin ən sadə yolu yüksək kolloidli gilli qazıma məhlullarına su
əlavə etməkdir. Bu yolla xüsusi çəkisi
1,05 q/sm
3
olan qazıma məhlulları əldə etməyə imkan
var. Neft əsaslı qazıma məhlullarında
= 0,9 q/sm
3
xüsusi çəkiyə nail olmaq mümkündür.
Bundan da kiçik xüsusi çəkiyə malik qazıma məhlulu hazırlamağa ehtiyac olarsa, xüsusi
çəkisi
= 0,5
0,6 q/sm
3
olan aerizə edilmiş məhlullardan istifadə edirlər.
Hava yaxud qaz halında olan işçi agentlər
Dostları ilə paylaş: |