Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

 
             
 
(frezerli-şırnaq  dəyirmanı),  MHQ  (məhlul  hazırlama  qurğusu),  FVD  (frezerli-vurma  dəyirmanı) 
hidromanitor qarışdırıcı da qazıma məhlulunun hazırlanması üçün istifadə edilir (şəkil 6.2). 
 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
Şəkil 6.2 Qazıma məhlulunun hazırlanmasının texnoloji sxemi: 
 
1-qəbul  qıfı;2-məhlul  ötürücüsü;3-təmizləmə  bloku;4,12-müvafiq  olaraq  hidravlik  və  mexaniki  qarışdırma 
qurğusu;5-aralıq  çəni;6,10-müvafiq  olaraq  yüksək  və  alçaq  təzyiq  pərdələri;7-yan  növlü  çən;8-qazıma  nasosları;9-
qəbul  çəni;11-hidravlik  xırdalayıcı;13-süzgəc;14-hazırlama  bunker  bloku;16-boşaldıcı  pnevmatik  qurğu;17-
meydança;18-hidravlik qarışdırıcı;19-qıf 
 


 
             
 
6.14. Qazıma məhlulunun təmizlənməsi 
 
Qazıma  prosesində  qazılan  süxur  hissələri  ilə  çirklənmiş  məhlul  təmizlənməli,  əvvəlki 
parametrləri  bərpa  edildikdən  sonra  yenidən  quyuya  vurulmalıdır.  Başqa  sözlə  desək,  qazıma 
prosesində quyudan çıxan məhlul təmizləyici qurğuların vasitəsilə qazılmış süxur hissəciklərindən 
təmizlənməlidir.  Tarixən  əvvəllər  quyudan  çıxan  qazıma  məhlulu  çökdürücü  ambarlara  axıdılırdı. 
Ambar  üsulu  ilə  təmizləmədən  tezliklə  imtina  edildi.  Onun  əvəzində,  quyudan  çıxan  qazıma 
məhlulunu  arakəsmələri  olan  nov  sistemi  ilə  axıtmaqla  təmizləməyə  başladılar.  Bu  üsulda  nov 
sistemi ilə hərəkət edən qazıma məhlulu 25 sm/san sürətilə hərəkət etməli (struktur axın rejimində), 
novun uzunluğu mümkün qədər uzun və nov ikicərgəli olmalı idi. Bu ona görə lazım idi ki, qazıma 
zamanı quyudan çıxan çirkli məhlulu ikinci cərgəyə yönəltməklə, qazıma prosesini dayandırmadan 
birinci cərgədə novun dibinə çökmüş süxur hissəciklərini təmizləmək mümkün olsun. Bu üsulun da 
ömürü  uzun  çəkmədi,  çünki  təbii  üsulla  çirkli  məhlulu  qazılmış  süxur  hissəciklərindən  yaxşı 
təmizləmək  mümkün  olmurdu,  odur  ki,  nov  sisteminin  yolu  üzərində  mexaniki  qurğular 
yerləşdirmək  və  qazıma  prosesi  zamanı  quyudan  çıxan  məhlulu  həmin  qurğularda  təmizlədikdən 
sonra  nov  sistemi  ilə  nasosların  qəbul  çəninə  göndərmək  təklif  edildi  (şəkil  6.3).  Bu  məqsədlə 
konveyer  ələyi  (KƏR  -  650),  özü  fırlanan  ayırıcı  (seperator),  titrəyən  ələk  (TƏ-1)  (şəkil  6.4), 
qoşalaşdırılmış  titrəyən  ələk  (QTƏ-2)  və  hidrosiklon  qurğuları  (şəkil  6.5)  yaradıldı.  Hazırda 
bunların köməyi ilə qazıma məhluluna qarışmış ən kiçik ölçülü hissəcikləri də qazıma məhlulundan 
ayırmaq mümkündür . 
 
 


 
             
 
              
 Qazıma 
məhlulunun 
üç 
pilləli təmizlənmə sxemi 
           1-quyu;2-titrəyən 
ələk;3,5-
nasoslar;4-qumayrıcısı;6-lil ayırıcısı; 
          7-quyu  nasosu;8-qəbul  çəni;9,10-
çənlər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
şlam
шлам 


 
             
 
       Titrəyən ələk (VS-1)  
                       Hidrosiklon 
1-vibrator;2-qəbuledici;3-əsas 
 
    1-hidrosiklonun gövdəsi; 
4-atlıq;5-amortizator;6-titrəyən 
 
 2-giriş borusu; 3-çıxış borusu; 
          çərçivə;7-tor 
  
                    4-süxur hissəciklərinin 
 
 
 
 
 
                 çıxış borusu. 
 
 
 
              Qazıma məhlulu ilə əlaqədar qazımada  
               baş verən mürəkkəbləşmələr 
 
Qazılmaqda  olan  quyuda  mürəkkəbləşmə  və  qəzaların  baş  verməməsi  üçün  çalışmaq 
lazımdır ki, qazıma məhlulunun intervallar üzrə keyfiyyət parametrləri, rəhbərlik üçün qəbul edilən 
və icrası məcburi olan geoloji texniki tapşırıqda göstərilən parametrlərə uyğun olsun. Əks təqdirdə 
mürəkkəbləşmə və qəzaların baş vermə ehtimalı çox realdır və bu işdə, ilk növbədə, qazıma ustası 
və  qazıma  briqadası  məsuliyyət  daşıyır.  İndi  isə  qazıma  məhlulu  ilə  əlaqədar  quyuda  baş  verə 
biləcək əsas mürəkkəbləşmələri nəzərdən keçirək. Bunlar quyu divarının uçulub tökülməsi, həmin 
divarı  təşkil  edən  gilli  süxurlarda  gillərin  şişməsi  və  nəticədə  quyu  divarının  daralması,  quyu 
divarını  təşkil  edən  süxurların  müəyyən  müddətdən  sonra  deformasiyaya  uğrayaraq  sürüşməsi, 
divarda novların əmələ gəlməsi, qazıma məhlulunun qismən, bəzən isə təmamilə udulması, quyuya 
qaz, neft, su daxil olmasının əlamətləri, sonra isə qaz, neft, su təzahürləri, qazıma kəməri qaldırılan 
zaman dartılmalarla, endirilmə zamanı isə oturmalarla hərəkət etməsi və sairə. 
Bu  mürəkkəbləşmələrdən  hər  hansı  birinin  vaxtında  qarşısının  alınmaması  ağır  qəzalarla 
nəticələnir  ki,  onların  da  ləğv  edilməsi  çoxlu  vaxt,  əmək  və  əlavə  vəsait  tələb  edir.  Odur  ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə