2.5 ßt xþrÿklÿri
● 125
Nəticə
Bağırbeyin hər iki rayonda fərqlidir. Xocavənd rayonunda bağırbeyini
hazırlarkən quzunun qara ciyəri, quyruğu, başı ayrı-ayrılıqda qaynadılır. Amma
Laçın rayonunda isə tək quzu başı ayrı, quyruq və qara ciyəri birlikdə qaynadı-
lır. Laçın rayonunda birinci quyruqla, qara ciyər əzilir
və sonra quzunun bişmiş
beyni ilə qarışdırılır. Xocavənd rayonunda isə qaynadılmış başın beyni, quyruq
və qara ciyərlə bir yerdə əzilir. Bağırbeyin Xocavənd rayonunda süfrəyə keşniş
vurularaq və soyuq halda verilir. Laçın rayonunda isə bağırbeyin aşın qarası
kimi də istifadə edilir.
Şuşa
Bozartma
Tərkibi:
Ət – 500 qr.(mal əti ilə)
Soğan – 300 qr
Tomat – 20 qr
Kartof – 300 qr
Duz
Hazırlanması:
Ət qaynadılaraq üzərinə yağ, soğan əlavə edilir. Sonra tomatla sogan yağda
qızardılaraq ətin üzərinə tökülür. Kartof qaynadılaraq ətə əlavə olunur və
süfrəyə verilir.
Bozartma (quzu wti ilw)
Tərkibi:
Quzu əti – 500 qr
Su – 500 qr
Soğan – 100 qr
Yağ – 100 qr
Qatıq – 200 qr
Sarımsaq – 20 qr
Duz, istiot
Qarabaü mÿtbÿxi
126 ●
Hazırlanması:
Quzu əti doğranılır, duz, istiot əlavə olunur, üzərinə su, soğan əlavə olunaraq
vam odun üstündə bişirilir. Yağa düşəndə hazır şəkildə süfrəyə verilir. Sarımsaqlı
qatıqla yeyilir.
Xocalı
Toyuq bozartması
Tərkibi:
Toyuq – 1 kq.
Kartof – 600 qr.
Yağ – 200 qr.
Soğan – 200 qr.
Keşniş – 40 qr.
Şüyüd – 40 qr.
Kəklikotu – 5 qr. (qurusu)
Toyuq ətinin suyu – 800 qr.
Duz, istiot.
Hazırlanması:
Təmizlənmiş toyuq 35-40 qramlıq tikələrə doğranılır və yağda bir az qızardılır.
Ayrıca olaraq soğan yarımhalqalara doğranılıb yağda qızardılır. Kartof
təmizlənərək uzununa 2 və ya 4 hissəyə bölünür. Qızardılmış toyuğun üzərinə
kartof, qızardılmış soğan və 4 stəkan toyuq ətinin suyu əlavə edilib, ağzı bağlı
qazanda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış üzərinə doğranmış göyərti
və kəklikotu tozu səpilir.
Xocalı rayonu
Meşwli kwndi
Toy üçün.
Bozartma (qoyun wti)
Tərkibi:
Ət (qoyun) – 1 kq.
Kərə yağı – 200 qr.