Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

2.5 ßt xþrÿklÿri
● 137
Laçın rayonu
 

Wtli xwngwl (qoyun wti)
Тяркиби:_İspanaq_–_400_qr._Düyü_–_100_qr._Yağ_–_100_qr._Qatıq_–_200_qr._Baş_soğan_–_3_ədəd_Duz_–_zövqə_görə__Hazırlanması'>Тяркиби:
Qoyun əti – 300 qr.
Buğda unu – 300 qr.
Yumurta – 1 ədəd
Baş soğan – 1 ədəd 
Ərinmiş yağ – 250 qr.
Qatıq – 250 гр.
Sarımsaq – 2 diş 
İstiot – 0,2 qr.
Duz
Hazыrlanmaсы:
Qoyun  əti 10 – 15 qramlıq tikələrə doğranılır, istiot, duz vurulub soğanla 
birlikdə qızardılır. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5×5 sm 
ölçüdə paxlava şəklində doğranılır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə 
verilən zaman süzmə xəнgəlin üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış 
qiymə qoyulur, yanında sarımsaqlı qatıq verilir.
Kwlbwcwr
 

Xwngwl
Tərkibi:
Un – 350 qr
Yumurta – 2 ədəd
Yağ – 200 qr
Sarımsaq – 2 diş
Qurut – 200 qr
Duz və istiot
Hazırlanması:
Unu ələyib bir az duz, 2 ədəd yumurta və su əlavə edilib bərk xəmir yoğrulur. 
Xəmir kündələrə ayrılır. Qaynayan suya duz əlavə edilir. Xəmir nazik yayılıb, 
xırda-xırda doğranılıb, suya tökülüb qaynadılır. Qaynadıqdan sonra süzülür. 


Qarabaü mÿtbÿxi
138 ●
Süfrəyə üzərinə yağda qovrulmuş soğan və sarımsaqlı qatıq və ya qurutla 
verilir.
Nəticə
Xəngəlin hazırlanması Xocavənd və Şuşa rayonlarında eynidir. Xocavənd 
rayonunda xəngəli bir başqa cürdə hazırlayırlar. Bu xəngəl süzmə xəngəl ad-
lanır və başqa rayonlardan fərqli olaraq çolpa ilə hazırlanır. Süzmə xəngəlin 
fərqi bundan ibarətdir ki, xəngəl azcana dəmə qoyulur və taxtadan düzəlmiş 
çətəndən süzülür. Xəngəlin bişirilməsində Xocalı rayonunda mal ətindən, La-
çın rayonunda isə qoyun ətindən istifadə olunur. Kəlbəcər rayonunda xəngəl 
ətsiz hazırlanır. Xəngəl hər dörd rayonda süfrəyə sarımsaqlı qatıqla verilir. Tək 
Kəlbəcər rayonunda süfrəyə qurutla verilir.
 


2.6 Tÿrÿvÿz vÿ gþyÿrtidÿn xþrÿklÿr
● 139
2.6 Tÿrÿvÿz vÿ gþyÿrtidÿn xþrÿklÿr
Cwbrayıl
 

Göywrti buğlama 
Тяркиби:
İspanaq – 400 qr.
Düyü – 100 qr.
Yağ – 100 qr.
Qatıq – 200 qr.
Baş soğan – 3 ədəd
Duz – zövqə görə
Hazırlanması:
Düyü qaynayan duzlu suda bişirilir və süzülür. Doğranmış ispanaq 1 buğum 
qaynadılır və suyu süzülür. Soğan doğranıb yağda qovrulur, üzərinə ispanaq 
və düyü tökülür, 0,5 stəkan su əlavə edilib bişirilir. Süfrəyə verildikdə yanında 
qatıq verilir.
Göy qovurması    
İspanaq – 4 dəstə
Çuğundur yarpağı – 3 dəstə
Soğan – 200 qr.
Yağ – 200 qr.
Duz
Hazırlanması:
İspanaq və çuğundur yarpağı qaynadılır, süzülür sonra soğanla bir yerdə yağda 
qovrulur, üzərinə yumurta əlavə edilir. Hazırlanmış göy qovurması sarımsaq 
qatıqla süfrəyə verilir.                            


Qarabaü mÿtbÿxi
140 ●
Gicitkwn qovurması 
Тяркиби:
Gicitkən – 3 dəstə
Kərə yağı – 20 qr.
Soğan – 100 qr.
Duz, istiot
Hazırlanması:
Təmizlənmiş gicitkən suda qaynadılır. Sonra soğan yağda qovrulur qaynadılmış 
gicitkən də ora əlavə edilir, üzərinə bir qədər su, duz, istiot, turşu əlavə edilərək 
bişirilir.
Şuşa
 

Balba 
Тяркиби:
Soğan – 2 ədəd 
Ət suyu -700 qr
Yumru düyü – 200 qr.
Kəvər – 2 dəstə
Şüyüd – 2 dəstə
Dağkeşnişi -2 dəstə
Cəfəri – 1 dəstə
Nanə – 1 dəstə
Zoğal axtası – 50 qr.
Duz, istiot
Hazırlanması:
Soğan yağda qızardılır, üzərinə ət suyu əlavə edilir. Qaynara düşəndə 1 stəkan 
yumru düyü əlavə edilir. Düyü bişənə yaxın kəvər, şüyüd, cəfəri, dağ keşnişi, 
nanə doğranır, ət suyuna tökülür. Balba hazır olanda içərisinə zoğal axtası, 
istiot, duz tökülür. Yazda alça da tökmək olar. 


2.6 Tÿrÿvÿz vÿ gþyÿrtidÿn xþrÿklÿr
● 141
Xocavwnd
 

Balba 
Тяркиби:
İspanaq – 2 dəstə
Keşniş – 2 dəstə 
Əməköməci – 2 dəstə
Dağ keşnişi – 1 dəstə
Yumru düyü – 400 qr
Su – 800 qr
Alça qurusu – 50 qr
Kərə yağı – 40 qr
Əzilmiş qırmızı istiot – 5 qr
Duz, istiot
Hazırlanması:
Keşniş, ispanaq, nanə, şüyüd, əməköməci təmizlənərək doğranır. Sonra soğan 
yağda qızardılır. Hazırlanmış soğançaya su əlavə edildikdən sonra 2 stəkan 
düyü və göyərtilər, duz, istiot, əzilmiş qırmızı istiot əlavə edilərək 20 dəqiqə 
vam odda bişirilir. Sonra zövqə uyğun sarımsaq qatıqla süfrəyə  verilir.                     
Nəticə
Balbanın hazırlanması  hər iki rayonda fərqlidir.  Şuşa rayonundakı  fərq 
ondan ibarətdir ki, balba ət suyunda bişirilir və balbaya zogal axtası  əlavə 
olunur. Xocəvənd rayonundaki fərq isə ondan ibarətdir ki, balbaya ispanaq, 
əməköməci, dağ keşnişi, əzilmiş qırmızı istiot əlavə olunur və süfrəyə sarım-
saqlı qatıqla verilir.
           
Xocalı
 

Göywrtili qutab
Göywrti qutabı
Tərkibi:
İspanaq – 600 qr.
Baş soğan – 200 qr.


Qarabaü mÿtbÿxi
142 ●
Keşniş – 300 qr.
Pendir – 60 qr.
Şüyüd – 200 qr.
Dağ keşnişi – 300 qr.
Yabanı halda bitən quzuqulağı – 100 qr. (turşəng)
Un – 600 qr.
Yağ – 100 qr.
Lavaşa – 20 qr.
Qatıq – 200 qr.
Duz.
Hazırlanması:
Göyərtilər yuyulur, doğrandıqdan sonra xırdalanmış pendir və ya şor, duz 
və istiot qatılaraq qarışdırılır. Xırda halda doğranılmış soğan  əlavə olunur. 
Ələnmiş una su, duz qatılıb bərk xəmir yoğrulur və  xəmir yayılıb dairələr 
şəklində kəsilir. Göyərti dairələrin bir tərəfinə qoyulur, o biri tərəfi isə üstünə 
qatlanır, aypara şəklində bükülür və hər iki üzü tavada qızardılır. Süfrəyə verilən 
zaman qutabın üstünə yağ çəkilir və ayrıca olaraq yanında qatıq verilir.
Cwbrayıl 
 

Göywrti qutabı 
Tərkibi:
İspanaq – 1 dəstə
Keşniş – 1 dəstə
Şüyüd – 1 dəstə
Buğda unu 500 qr.
Yağ – 200 qram
Qatıq – 200 qr.
Duz
Hazırlanması:
Göyərti yuyulur, xırda doğranır. Ələnmiş un, su, duz qatılıb bərk xəmir yoğrulur 
və  xəmir yayılır, dairələr  şəklində  kəsilir. Göyərti dairələrin bir tərəfinə 
qoyulur, o biri tərəf isə üstünə qatlanır, aypara şəklində bükülür, hər tərəfi 
sacda qızardılır. Süfrəyə verilən zaman yağ və qatıqla verilir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə