Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə85/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   81   82   83   84   85   86   87   88   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

240



1996-cı ildə DGK-nın rəhbər vəzifəli  şəxsləri Moskva, Vyana, Brüssel, 

London,  İstanbul,  Ədirnə, Dubay, Honq-Konq və Daşkənddə keçirilən bir 

çox beynəlxalq simpozium, seminar və yığıncaqlarda iştirak etmişdi. Bakıda 

İİR-in Gömrük idarəsi, Birləşmiş Krallığın Gömrük və Aksiz İdarəsinin 

səlahiyyətli nümayəndələri, ölkəmizə  gələn Avropa Gömrük Birliyinin 

mütəxəssisləri ilə TASİS Proqramı  çərçivəsində gömrük işinin müxtəlif 

məsələlərini əhatə edən danışıqlar aparılmışdı. 

BMT-nin Yaxın və Orta Şərq ölkələrinin narkotik maddələrə nəzarətə 

dair Yardımçı Komissiyasının 1997-ci ilin fevralında Bakıda keçirilən 32-ci 

sessiyasında BMT-nin İnkişaf Proqramının ölkəmizdəki  əlaqələndiricisi 

Paolo Lembo gömrük orqanlarına maliyyə yardımı göstərilməsi məsələsini 

bəyan etmişdi. 

1997-ci il iyulun 7-də Londonda Azərbaycanla Böyük Britaniya və 

Şimali  İrlandiya Birləşmiş Krallığı arasında gömrük xidmətləri arasında 

qarşılıqlı inzibati yardım haqqında razılaşma Memorandumu imzalanmışdı. 

Memorandumun tətbiq edilmə dairəsinə daxil idi: a) Gömrük qanun-

vericiliyinə düzgün əməl edilməsinin təmin edilməsi; b) Gömrük qanun-

vericiliyinin pozulmasının qarşısının alınması, təhqiq edilməsi və  ləğv 

edilməsi; v) Gömrük qanunvericiliyinin tətbiqinə aid sənədlərin göndəril-

məsində qarşılıqlı yardım [20, 673-679] 

Azərbaycan Respublikası MDB dövlətləri (Rusiya Federasiyası, 

Gürcüstan, Qazaxıstan, Moldova, Türkmənistan, Özbəkistan və Ukrayna) ilə 

azad ticarət haqqında ikitərəfli sazişlər, həmçinin gömrük birlikləri, iqtisadi 

inteqrasiya və azad ticarət zonası üzrə tənzimləyici sənədlər imzaladı. MDB 

üzv dövlətlərinin gömrük orqanları ilə  əməkdaşlıq sahəsində konkret işlər 

görülürdü. Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmə-

nistan, Gürcüstan Respublikasının gömrük orqanlarından gömrük tarifləri, 

idxal-ixrac rüsumları,  əlavə  dəyər vergisi, aksizlər haqqında məlumatlar 

alınırdı. Azərbaycan Hökuməti ilə Ukrayna Hökuməti arasında bağlanmış 

azad ticarət Sazişin həyata keçirilməsinin mexanizminin yaradılması üçün 

Respublika DGK-si Nazirlər Kabinetinə müraciət etmişdi. Azərbaycan Res-

publikası Hökuməti və Ukrayna Hökuməti arasında Kiyev şəhərində 

imzalanan 1997-ci il 24 mart tarixli “Gömrük işi sahəsində  əməkdaşlıq 

haqqında Saziş”də öz tətbiq sahəsinə görə yuxarıdakı sənədlə eynilik təşkil 

edirdi. 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

241



1997-ci il 10 iyun tarixində Almaatı şəhərində “Azərbaycan Respub-

likası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gömrük işi 

sahəsində  əməkdaşlıq haqqında Saziş”  tərəflər arasında sərnişin və yük 

daşımalarının inkişafına və sürətləndirilməsinə imkan yaradılması, həmçinin 

gömrük qanunvericiliyinə riayət edilməsi və gömrük hüquqpozmaları ilə 

mübarizə aparılması sahəsində milli gömrük xidmətləri arasında ikitərəfli 

əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tuturdu [24, 30 noyabr, 1997, 

№5, maddə 407; 31 dekabr 1997-ci il, №6, maddə 474]. 

1997-ci il iyulun 7-də London şəhərində  “Azərbaycan Respublikası 

Hökuməti və Böyük Britaniya və  Şimali  İrlandiya Birləşmiş Krallığı 

Hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardım haqqında 

Memorandum” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr 

tarixli 702 nömrəli Sərəncamı ilə  təsdiq edildi. Memoranduma əsasən 

tərəflər: a) gömrük qanunvericiliyinə düzgün əməl edilməsi; b) gömrük 

qanunvericiliyinin pozulmasının qarşısının alınması, təhqiq edilməsi və ləğv 

edilməsi; c) gömrük qanunvericiliyinin tətbiqinə aid sənədlərin göndərilməsi 

sahəsində qarşılıqlı yardım göstərilməsinə  tərəfdar olduqları haqqında 

razılığa gəlmişdilər [6,1997, 4 dekabr, №265]. 

1998-ci ilin sentyabrında MDB üzv ölkələrinin Gömrük Xidməti 

Rəhbərləri Şurasının 20-ci iclası Bakıda keçirildi. İclasda gömrük orqanları 

arasında informasiya mübadiləsi, xarici iqtisadi fəaliyyət iştirakçılarının 

maliyyə işlərinin təftiş edilməsi prinsipləri, gömrükdə hüquq pozuntularının 

qarşısının alınması, üzv dövlətlərin  ərazisindən keçirilən aksiz vergisinə 

cəlb edilmiş mallara gömrük nəzarətinin təmin edilməsi, MDB ölkələri 

vətəndaşlarının sərhəd-buraxılış məntəqələrindən keçidinin sadələşdirilməsi 

haqqında işgüzar danışıqlar aparılmışdı [81, 101-102]. 

1999-cu ildə İİR-in Baş Gömrük İdarəsinin rəisi Mehdi Kərbasian və 

Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Gömrük müstəşarı Ramazan Uludağın 

ölkəmizə işgüzar səfərləri oldu. İİR-in Baş Gömrük İdarəsinin rəisi Mehdi 

Kərbasianın 30 sentyabr 2014-cü ildə ölkəmizə  işgüzar səfəri gömrük işi 

sahəsində əməkdaşlığı daha da möhkəmlənməsinə xidmət etdi. 

Gömrük tarifləri sahəsində  məlumat mübadiləsi ilə  əlaqədar 

müddəalar dövlətlər arasında imzalanmış ikitərəfli müqavilələrdə  də  əks 

etdirilir. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan 

Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

242



haqqında Saziş”in (2000-ci il Saziş 8 fevral tarixli Azərbaycan Respublikası 

Qanunu ilə  təsdiq edilmişdir) 3-cü maddəsində göstərilir ki, gömrük 

idarələri bir-birini istər sorğu, istərsə  də öz xüsusi təşəbbüsləri ilə gömrük 

tarifi ilə bağlı məsələlərin dəqiqliyinin təmin edilməsinə kömək edə biləcək 

məlumatlarla təmin etməlidir.  

Tranzit ölkə kimi Azərbaycan Respublikasının dünya dövlətləri və 

beynəlxalq təşkilatlarla gömrük əməkdaşlığının genişlənməsi xüsusi əhə-

miyyət kəsb edir. DTT, DGT və başqa təşkilatlarla sıx  əməkdaşlıq edən 

Azərbaycan Respublikasının gömrük siyasətinin bu istiqamətdə qurulması 

olduqca  əhəmiyyətlidir. Dövlət Gömrük Komitəsi müxtəlif beynəlxalq 

təşkilatların – Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankının və 

Dünya Gömrük Təşkilatının (DGT) yaxından köməyi ilə modernləşmə işləri 

apardı. Nəticədə müstəqil gömrük brokerləri sistemi formalaşdırıldı, ölkə-

dən tranzit keçən yüklər üzrə gömrük ödənişlərinin sığortalanması, gömrük 

rüsum və vergilərinin ödənilməsində müvafiq bankların veksellərindən 

istifadə qaydasının təsdiq edilməsi, bütün gömrük orqanlarını  əhatə edən 

informasiyanın ötürülməsinin “on-line” sisteminin qurulması  həyata keçi-

rildi. Bir tərəfdən, ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə 

gömrük nəzarəti daha da gücləndirildi, digər tərəfdən isə, ticarət  əməliy-

yatlarının gömrük rəsmiləşdirilməsi proseduralarının sadələşdirilməsi, iş 

adamlarına sağlam şərait yaradıldı. 

DGT-nin Baş Katibi Mişel Danenin 1999-cu ilin sentyabr ayında 

keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycana etdiyi rəsmi səfər və 

Ümummilli lider Heydər  Əliyevlə keçirdiyi görüşlər ölkəmizlə bu təşkilat 

arasında ikitərəfli  əlaqələrin yaradılması  və inkişaf etdirilməsində  əlverişli 

şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevə 

beynəlxalq gömrük əlaqələrinin inkişafında xüsusi səylərinə görə dünya 

gömrük təşkilatının Baş katibi tərəfindən xüsusi xatirə medalı təqdim edildi. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1999-cu il iyunun 

24-də DGT-nın Maliyyə Komitəsinə, 2000-ci il iyunun 6-da isə bu təşkilatın 

Siyasi Komissiyasına üzv seçilməsi beynəlxalq təşkilatlarla gömrük işi 

sahəsində əməkdaşlığına yeni istiqamət verdi. Respublika gömrükçülərinin 

nümayəndə heyəti 2001-ci ilin dekabrında Brüsseldə DGT-nin Siyasi 

komissiyasının 46-cı sessiyasında iştirak etdi [4, 2001, 11 dekabr]. 

Məlumdur ki, qloballaşma  şəraitində dünyanın ÜTT üzvü olan 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə