Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə83/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   79   80   81   82   83   84   85   86   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

234



(Kioto Konvensiyası) 1974-cü ildə qüvvəyə minmiş və özündə 70-dən artıq 

dövləti birləşdirir. ÜTT-nin 1999-cu il 26 may tarixli sessiyasında Kioto 

Konvensiyası yeni redaksiyada qəbul edildi. Yeni redaksiya aşağıdakı 

müddəalara əsaslanır: gömrük orqanlarından şikayət verilməsi qaydalarının 

daha aydın və dəqiq ifadə olunması; sadələşdirilmiş standart gömrük qayda 

və qanunlarının qəbul edilməsi; gömrük proseduralarında informasiya 

sistemləri və texnologiyalarından maksimum dərəcədə istifadə; gömrük 

nəzarətinin metodlarının təkmilləşdirilməsi; elektron məlumat bazasından 

istifadə; gömrük orqanlarının digər dövlət orqanları ilə  hərtərəfli  əmək-

daşlığı  və  hərtərəfli  əməkdaşlığı; xarici iqtisadi fəaliyyət iştirakçıları ilə 

tərəfdaş münasibətlərinin müəyyən olunması və s. Bu sahədə digər mühüm 

beynəlxalq standart kimi Gömrük Əməkdaşlığı Şurasının (GƏŞ)hazırladığı 

və qəbul etdiyi (1971-ci il) “Yüklərin beynəlxalq tranziti haqqında Gömrük 

Konvensiyası”nı göstərmək olar. Bu Konvensiyaya müvafiq olaraq, gömrük 

orqanları yüklərin yoxlanılmasının sadələşdirilmiş proseduru üzrə fəaliyyət 

göstərir. Beynəlxalq ticarətdə 1970-ci ildən başlayaraq malların yeni 

nomenklaturasının işlənib hazırlanmasına başlandı.  “Malların təsvirinin və 



kodlaşdırılmasının harmonizasiya olunmuş sistemi haqqında Beynəlxalq 

Konvensiya”(Brüssel, 1983-cü il) 1988-ci ilin yanvarın 1-də qüvvəyə 

minmişdi. 1990-cı ildə İstanbulda imzalanmış “Müvəqqəti idxal haqqında” 

Konvensiya gömrük rejimlərinin sadələşdirilməsi və harmonizasiyasını, 

müvəqqəti idxal barədə qaydaların asanlaşdırılmasını, beynəlxalq ticarətə və 

beynəlxalq mübadiləyə səmərəli yardım göstərilməsini nəzərdə tutur. 1972-

ci il Konteynerlərə aid Gömrük Konvensiyası müvəqqəti idxal şərtləri, 

müvəqqəti idxal proseduru, müvəqqəti ixrac proseduruna uyğun olaraq ixrac 

edilən konteynerlərdən istifadə olunma şərtlərini və xüsusi hallar kimi 

məsələləri  əhatə edir. “Gömrük hüquqpozmalarının qarşısının alınması, 

təhqiqatının aparılması  və aradan qaldırılmasına dair qarşılıqlı inzibati 

yardım haqqında” 1977-ci il Beynəlxalq Konvensiyası gömrük sahəsində 

meydana çıxan pozuntuların qarşısının alınmasında dövlətlərin  əməkdaş-

lığının formalaşmasına yönəlmişdir. 1984-cü il tarixli “Sərhəddə yüklərə 

nəzarətin həyata keçirilməsi şərtlərinin razılaşdırılması haqqında” Beynəl-

xalq Konvensiyanın  əsas məqsədini isə beynəlxalq yük daşımalarının 

asanlaşdırması təşkil edir. 

MDB üzv dövlətləri arasında gömrük işi sahəsində beynəlxalq əmək-




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

235



daşlığın hüquqi əsaslarının yaradılması da mühüm əhəmiyyət daşıyır. 1992-

ci il martın 13-də Moskvada MDB üzv dövlətləri arasında gömrük 

münasibətlərinin prinsipləri barədə imzalanmış saziş ümumi gömrük tari-

finin hazırlanması və iştirakçıların öz aralarında gömrük maneələrini ləğvini 

nəzərdə tuturdu. Bu sənəd vahid iqtisadi məkanın saxlanması, onun hüdud-

larında malların sərbəst hərəkətinin təmin olunması, üçüncü dövlətlərlə 

münasibətdə ümumi siyasətin işlənilib hazırlanması, gömrük qanunvericiliyi 

və gömrük proseduralarının unifikasiyasını, o cümlədən gömrük ittifaqının 

yaradılması  məsələləri  əhatə edirdi. 1992-ci il fevralın 8-də imzalanmış 

MDB üzvü dövlətlərinin  ərazisindən yüklərin tranzit daşınması qaydaları 

barədə sazişə əsasən bir MDB üzv-dövlətinin ərazisindən tranzit keçən digər 

MDB üzv-dövlətinə  məxsus yüklər tranzit dövlətin gömrük rəsmiləş-

dirməsinə görə gömrük rüsum və vergilərindən, eləcə də tranzit keçid üçün 

icazədən azad olunur. Tranzit qaydaları haqqında sazişin davamı kimi MDB 

dövlətləri 1992-ci il aprelin 2-də Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi 

qaydaları barədə saziş imzaladılar. Lakin Azərbaycan Respublikası DGK 



“Gömrük  Şurası haqqında  Əsasnamə”yə qoşulmaqdan imtina etmişdir. 

Bunun əsas səbəblərindən biri torpaqlarımızın 20 faizdən çoxunu işğal edən 

təcavüzkar Ermənistan üçün əlverişli ticarət-iqtisadi və gömrük-tarif 

şəraitinin yaradılmasına imkan verməməkdir.  

Məlum olduğu kimi, Azərbaycan Respublikası 1993-cü il sentyabrın 

24-də MDB-yə daxil olmuşdur və bir çox sahələrdə olduğu kimi, üzv 

dövlətləri ilə gömrük işi sahəsində əməkdaşlıq edir. Azərbaycan Respubli-

kası DGK-nın  əməkdaşları MDB üzv dövlətlərinin Gömrük Xidməti 

Rəhbərlərinin  Şurası  çərçivəsində keçirilən ekspert iclaslarında mütəmadi 

iştirak edirdi. Gömrük mütəxəssislərimiz həmin görüşlərdə hazırlanan 

sənədlərin müzakirəsində, həmçinin layihələr üzrə  təkmilləşdirmə  işlərinin 

aparılmasında, gömrük işinin qarşılıqlı  fəaliyyətini tənzimləyən saziş 

layihələrinin hazırlanmasında fəal iştirak edirdi. Respublikamız 1995-ci il 

fevralın 10-da Alma-atada imzalanmış  “MDB ölkələrinin gömrük qanun-



vericiliyinin əsasları haqqında” Sazişə qoşulmuşdur.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1993-cü ildə 



Azərbaycan Respublikası  və MDB-yə daxil olan dövlətlər, Baltikyanı  və 

Gürcüstan respublikaları arasında ticarət-iqtisadi  əməkdaşlıq haqqında 

dövlətlərarası sazişlərin yerinə yetirilməsinin təmin edilməsi ilə  əlaqədar 


Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

236



gömrük vergi və rüsumlarının tənzimlənməsi tədbirləri haqqında” adlı 

1993-cü il 25 avqust tarixli 459 nömrəli qərarı bu sahədə atılan ilk addım 

idi. Nairlər Kabinetinin “Azərbaycan Respublikası ilə  İran  İslam Respub-

likası dövlət sərhədinin Biləsuvar buraxılış-keçid məntəqəsinin neytral 

zonasında müştərək bazar yaradılması haqqında” 1993-cü il 2 noyabr 

tarixli 552 nömrəli qərarına  əsasən buraxılış-keçid məntəqəsinin neytral 

zonasında müştərək bazar təşkil edildi [10,82]. 

1993-cü il oktyabrın 28-də Bakı  şəhərində  “Azərbaycan Respublika-



sının Ticarət nazirliyi ilə  İran  İslan Respublikasının Ticarət Nazirliyi 

arasında ticarət  əməkdaşlığı barədə” Müqavilə  və  “Azərbaycan Respub-

likası ilə İran İslam Respublikası arasında tranzit barədə” Saziş imzalandı. 

1994-cü il yanvarın 1-dən qüvvəyə minən və 10 maddədən ibarət ticarət 

Müqaviləsinin 1-ci maddəsinə görə tərəflər arasında əmtəə mübadiləsi “A” 

(İİR-dən Azərbaycan Respublikasına malların ixrac edilməsi haqqında) və 

“B” (Azərbaycan Respublikasından  İİR-ə malların ixrac edilməsi haq-

qında)siyahıları üzrə  həyata keçirilirdi. Sazişin tranzit daşımalara aid 8-ci 

maddəsində göstərilirdi:  “tərəflər razılığa gəldilər ki, dövlətlərin gömrük 

orqanları arasında gömrük işinin müxtəlif sahələri üzrə müvafiq 

müqavilələr imzalasınlar” [11, 99-101]. 

1994-1995-ci illərdə Respublikamızın bazar iqtisadiyyatı sisteminə 

keçidi prosesində hüquqi təminat bazasının yaradılması üçün bir sıra 

qanunlar qəbul edildi. Bu qanunların reallaşdırılması ölkəmizdə gömrük 

işinin inkişafına və  xarici  iqtisadi  fəaliyyətin canlanmasına güclü təkan 

verdi. Ölkə iqtisadiyyatının təhlükəsizliyinə  zərər vuran cinayətlərin və 

hüquqpozmaların aşkar olunması  və qarşısının alınması, xarici ticarət 

əməliyyatları üzərində effektiv nəzarətin təşkili, gömrük brokeri institutunun 

inkişaf etdirilməsi, gömrük orqanları  və  işgüzar dairələr arasında  əmək-

daşlıq  əlaqələrinin inkişafı, gömrük orqanı  əməkdaşlarının, xüsusi ilə 

gömrük sərhədindən keçirilən mallara tarif dərəcələrini tətbiq edən mütəxəs-

sislərin ixtisaslarının müntəzəm artırılması  və s. işlərin həyata keçirilməsi 

milli gömrük xidmətinin qarşısında duran ən mühüm vəzifələrdən idi. Bütün 

bunlar gömrük işi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsini, 

gömrük rəsmiləşdirilməsi və  nəzarəti proseduralarının sadələşdirilməsini, 

xarici ticarət əməliyyatlarının gömrük rəsmiləşdirilməsi üçün xüsusi, yalnız 

bu iş üçün ixtisaslaşmış  mərkəzlərin yaradılmasını, yeni texnologiyaların 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə