Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə79/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   75   76   77   78   79   80   81   82   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

222



Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli 

istifadə edilməsi və onların qorunması üzrə dövlət siyasətinin hazırlanıb 

həyata keçirilməsində iştirak edir, öz səlahiyyətləri daxilində bioloji sərvət-

lərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi zamanı 

mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində  nəzarəti 

təmin edir”.  Əsasnamənin 5.8-ci bəndində  “hava” sözündən sonra “və 

dəniz” sözləri əlavə edildi [24, 2002, 31 mart, №5, maddə 270].  

Azərbaycanda saxta məhsullara, o cümlədən saxta dərmanlara qarşı 

mübarizə iqtisadi təhlükəsizliyin təmin olunmasının tərkib hissələrindən 

biridir.  İstehlak bazarının saxta məhsullardan qorunması, istehlakçıları 

hüquqlarının müdafiəsi və insanların sağlamlığının təmin olunması dövlət 

orqanlarının nəzarətində saxlanılır. Gömrük statistikası göstərir ki, saxta 

dərmanlar  əsasən kiçik həcmdə  nəql edilir, bu onların gömrük baxışında 

aşkar edilməsində çətinlik yaradır. 

2007-ci il fevralın 8-9-da Gülüstan sarayında “Saxta dərmanlara 

qarşı mübarizə”  adlı Beynəlxalq Konfrans keçirildi. Azərbaycan Respub-

likasının Prezidenti İlham  Əliyevin Beynəlxalq Konfrans iştirakçılarına 

ünvanlanan məktubunda deyilirdi: “Müvafiq dövlət orqanları saxta dərman-

ların ölkəyə idxalının qarşısının alınması, belə preparatların dövriyyədən 

çıxarılması, saxta dərman istehsal edən şəxslərin aşkar edilərək, məsuliyyət 

cəlb olunması üçün daim iş aparır, bu sahədə  tərəfdaş ölkələrlə, Dünya 

Gömrük Təşkilatı, Ümumdünya Səhiyyə  Təşkilatı,  İqtisadi  Əməkdaşlıq 

Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı,  İnterpol və digər nüfuzlu 

beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir”.  

Ümumilikdə beynəlxalq tədbirdə 10 beynəlxalq təşkilat, 21 dövlətin 

gömrük xidməti orqanları və 17 əczaçılıq şirkəti iştirak edirdi. Konfransda 

bildirilmişdi ki, bir çox ölkələrdə saxta dərmanlara qarşı mübarizə lazımı 

səviyyədə aparılmır, qanunlardakı boşluqlardan istifadə edən işbazlar 

mənfur əməllərini asanlıqla həyat keçirirlər. 

 Ümumdünya  Səhiyyə  Təşkilatının  Şura sədrinin nümayəndəsi 

A.Kartillanın məruzəsində qeyd olunmuşdu ki, ilk növbədə saxta dərman-

ların daşınması  və ya tranzitin qarşısının alınmasında ayrı-ayrı ölkələrin 

səyləri birləşdirilməlidir. Konfransda saxta dərmanların yaratdığı  təhlükə-

lərə qarşı qlobal gömrük nəzarəti mövzusunda DGT-nin Baş katibi Mişel 

Danenin məruzəsində göstərildi ki, indiyədək hətta dünyanın  ən böyük 8 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

223



dövlətinin rəhbərləri keçirdikləri görüşlərdə saxta dərmanlara qarşı müba-

rizə  məsələsini gündəmə  çıxarmamışlar, Halbuki Almaniya və Yaponiya 

kimi ölkələrdə belə saxta dərmanlar başlıca problemlərdən birinə çevril-

məkdədir.  

İqtisadi  Əməkdaşlıq Təşkilatının Baş katibi Xurşud  Ənvər öz məru-

zəsində qeyd etmişdi ki, saxta dərmanlar problemi humanitar bir böhrana, 

geniş miqyaslı bəlaya çevrilmişdir. Ekspertlərin hesablamasına görə, dünya 

üzrə  dərmanların 10, bəzi ölkələrdə isə 50 faizinin saxta olması müəyyən 

edilmişdir. Təcrübə göstərir ki, ən bahalı  və  ən mürəkkəb kimyəvi tərkibə 

malik dərmanlar belə saxtalaşdırıla bilər. Hər il 200 mindən çox insan saxta 

dərmanların qurbanı olur. Bu problem qlobal xarakter daşıdığı üçün onunla 

mübarizə də qlobal səviyyədə aparılmalıdır. Saxta dərmanların yayılmasına 

qarşı mübarizə DGT-yə daxil olan ölkələrin gömrük orqanlarının  əsas 

fəaliyyət istiqamətlərindən biri olmalı, saxta dərmanların daşınması  və ya 

tranzitinin qarşısının alınmasında səylər birləşdirilməlidir. 

 Konfransın keçirildiyi müddətdə Bakıda bir sıra sosial tədbirlərdə 

təşkil olunmuşdu. Konfransda iştirak edən  əczaçı  şirkətlər tərəfindən və 

DGK-nın təşkilatçılığı ilə keçirilən xeyriyyə konsertlərindən toplanan vəsait 

hesabına ağır xəstəlikdən  əziyyət çəkən vətəndaşlarımız üçün xeyli 

miqdarda dərman preparatları yardım edilmişdi.  İƏT-in Baş katibi Xurşud 

Ənvər, Türkiyə Cümhuriyyəti Gömrük Müstəşarlığının xarici əlaqələr üzrə 

Baş direktoru Rza Mehmet Korkmaz, DGT-nın  əməkdaşları Kristoff 

Zimmerman və Mark Derklunder Azərbaycan Respublikası DGK sədrinin 

əmri ilə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı 

ilə  təltif olunmuşdular. Konfrans iştirakçılar, xüsusilə DGT-nin Baş katibi 

bundan Azərbaycan hökuməti, eləcə də DGK ilə əməkdaşlığa mühüm əhə-

miyyət verdiklərini və bu əməkdaşlığın davamlı olacağını qeyd etmişdilər 

[122, 2007, №2(35), 28-48]. 

Azərbaycan Respublikasının gömrük orqanlarının  ən ümdə  vəzifə-

lərindən biri də milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən qədim tarixi 

və incəsənət əşyalarının, nadir fauna və flora nümunələrinin qaçaqmalçılıq 

yolu ilə ölkədən çıxarılmasının qarşısını almaqdır. Tarixi-mədəni əhəmiyyət 

daşıyan əşyaların qanunvericiliyə zidd qaydada daşındıqda gömrük xidməti 

tərəfindən saxlanılır, məhkəmə və gömrük orqanlarının müvafiq qərarları ilə 

müsadirə olunur. 1990-cı illərin birinci yarısından etibarən Azərbaycan 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

224



sərhədlərindən tarixi-mədəni  əşyaların qanunsuz aparılması  cəhdlərinin 

qarşısının alınması  nəticəsində DGK-da mədəniyyət və incəsənət  əsərlə-

rindən ibarət dəyərli kolleksiya yaradılmışdır. Gömrük xidməti tərəfindən 

ölkənin muzey, kitabxana, elm və  mədəniyyət mərkəzlərinə elmi, bədii və 

tarixi dəyəri olan 578 adda incəsənət əşyası təhvil verilmişdi. Məsələn, təkcə 

1995-2003-cü illərdə gömrük orqanları  tərəfindən gizli yolla keçirilməsinə 

cəhd edilən 5635 ədəd tarixi əhəmiyyət daşıyan arxeoloji və  mədəni irs 

nümunəsi, o cümlədən qədim xalça nümunələri, ikonalar, kitab və sikkələr 

müsadirə edilmişdi. Azərbaycan Dövlət  İncəsənət Muzeyinə 22 əşya, 

M.F.Axundov adına Milli Kitabxanaya IX-XX yüzillikləri  əhatə edən 14 

ədəd nadir kitab, Azərbaycan Xalça Muzeyinə 67 ədəd qədim xalça və xalça 

məmulatları, AMEA Əlyazmalar İnstitutuna 60 ədəd əlyazmalar, Azərbay-

can Milli Tarix Muzeyinə 410 ədəd numizmatika nümunələri, Qafqaz 

Müsəlmanları  İdarəsinə VIII-XIX yüzilliklərə aid Quran və digər dini 

xarakterli kitablar, Rus Pravoslav kilsəsinə 22 ədəd qədim ikona və kitablar 

verilmişdi. Azərbaycan Respublikası DGK-nın bu sahədəki missiyası 2004-

cü ildə  nəşr olunmuş 4 cildlik “Xilas edilmiş  şedevrlər” kitabında  əks 

olunmuşdur . 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 23 iyun 

2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikasının Mədəniyyət və 

Turizm Nazirliyi ilə razılaşdırmaqla “Mədəniyyət sərvətlərinin Azərbaycan 

Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları”  təsdiq 

edilmişdir. “Qaydalar”da göstərilir ki, Azərbaycan Respublikasının qanun-

vericiliyi ilə müəyyən edilmiş  və Azərbaycan Respublikasının Mədəniyyət 

və Turizm Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniy-

yət sərvətləri xüsusi rejim əsasında verilmiş mühafizə  dərəcəsinə müvafiq 

surətdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ixra-

cın mümkünlüyü barədə verdiyi şəhadətnamə Azərbaycan Respublikasının 

gömrük orqanına təqdim edildiyi və komissiyon dəyərinin 100 faizi məblə-

ğində gömrük rüsumu ödənildikdən sonra ölkənin gömrük ərazisindən 

çıxarıla bilər.  

Mədəni sərvətlər Azərbaycan Respublikasının gömrük ərazisində 

gömrük eyniləşdirilməsinin aparılması üçün şəhadətnamədə  və  sərbəst 

istifadəyə dair icazədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır: 

– mədəni sərvətin adı; 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə