Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə77/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   73   74   75   76   77   78   79   80   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

216



dövriyyəsinə qarşı mübarizə” mövzusunda dünyanın 42 ölkəsindən yüksək 

səviyyəli agentliklərin rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçi-

rildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də 

konfransın işində iştirak edən Dünya Gömrük Təşkilatının baş katibi Kunio 

Mikuriyanı  və BMT-nin Vyana ofisinin rəhbəri, BMT-nin Narkotik və 

Cinayətkarlıq üzrə  İdarəsinin icraçı direktoru Yuri Fedotovu qəbul etdi. 

Görüşdə dövlətimizin başçısı Bakıda beynəlxalq konfransda dünyanın 

müxtəlif ölkələrindən olan nümayəndələrin iştirakını konfransa olan 

marağın göstəricisi kimi qiymətləndirdi [7, 2011, 18 oktyabr]. 

2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə  əlaqədar 87 

fakt aşkar olunmuş, 136 kq 876 qram narkotik, o cümlədən 107 kq 513 qram 

həşiş, 3 kq 869 qram heroin, 10 kq 540 qram tiryək, 0,216 qram kokain

102,17 qram marixuana, 9,42 qram metadon, 12 kq 613 qram metamfetamin 

və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılmışdı. Bu faktlar üzrə 

şübhəli bilinən 110 nəfər (103 kişi, 7 qadın) barəsində müvafiq tədbirlər 

görülmüş, narkotiklərin qanunsuz dövriyyəsi ilə  məşğul olan 15 qrup 

zərərsizləşdirildi. 2012-ci il ərzində gömrük-sərhəd keçid məntəqələrində 

xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş 

xidməti axtarış itlərinin tətbiqi nəticəsində 11 fakt üzrə 3 kq 537 qram 

narkotik, o cümlədən 71,13 qram həşiş, 2 kq 364 qram tiryək, 1 kq 86 qram 

heroin, 2,382 qram metamfetamin, 14 qram marixuana və 110 qutu müxtəlif 

dərman vasitələri aşkar olunmuşdu. Həmin ilin 11-14 sentyabrında Bakı 

şəhərində MDB üzv ölkələrinin gömrük xidmətlərinin kinoloji struk-

turlarının çoxnövçülük üzrə keçirilən sayca 2-ci çempionatda DGK-nın 

Kinoloji Mərkəzinin instruktor-kinoloqları 724 bal toplayaraq birinci yerə 

layiq görülmüşdü. 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə 

əlaqədar 133 fakt aşkar edilmiş, bütövlükdə 135 kq 376,674 qram narkotik 

vasitə  və psixotrop maddələr, o cümlədən 33 kq 185 qram həşiş, 18 kq 

233,834 qram tiryək, 37 kq 717,571 qramheroin, 198,5 67 qram kokain, 35 

kq 628,38 qram marixuana, 10 kq 159,986 qram metamfetamin, 217,723 

qram metadon və s. dövriyyədən çıxarılmışdı [153]. 

Milli gömrük xidmətinin fəaliyyətində xüsusi diqqət və peşəkarlıq 

tələb edən məsələlərdən biri də narkotiklərin qaçaqmalçılığında istifadə 

olunan xüsusi gizlətmə üsullarının aşkar edilməsidir. Gömrük işi təc-

rübəsində narkotik maddələrin qaçaqmalçılar tərəfindən istifadə edilən 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

217



gizlətmə üsullarının olduqca rəngarəng və çoxsaylı olması müəyyən 

edilmişdir. Narkotik maddələrin qanunsuz keçirilməsi məqsədi ilə avtomo-

billərin hava balonlarından, yanacaq çənlərindən, ehtiyat təkərlərində, yük 

yerlərindəki boşluqlardan, maqnitofonlarda xüsusi düzəldilmiş gizli 

yerlərdən, bədən daxili qarın və bağırsaq boşluqlarından, meyvələrin, 

yuyucu toz, alt paltarı, ayaqqabı dabanı, siqaret və kibrit qutularının 

içərisində gizlətmədən, ikiqat içlikli çamadanlardan, qaz balonlarından, 

tozsoran və musiqi mərkəzlərindəki boşluqlardan,  şampun və digər məişət 

qablarından, poçt göndərişlərindən, vaqonların tavan və havalandırma 

boşluqlarından, habelə digər gizlətmə üsullarından geniş istifadə edilir.  

Azərbaycanın gömrük xidmətinin narkotik vasitələrin qlobal təhlükə 

xarakter daşıyan qanunsuz dövriyyəsinə qarşı topladığı  təcrübə bir daha 

təsdiq edir ki, bu sahədə daha səmərəli işlərin görülməsi bütün ölkələrin 

müvafiq qurumlarının və beynəlxalq təşkilatların səylərinin birləşdirilməsini 

tələb edir. Fikrimizcə, aşağıdakı  tədbirlərin həyata keçirilməsi narkotiklərə 

qarşı mübarizə işini daha da gücləndirə bilər: 

– gömrük postlarının beynəlxalq standartlara uyğun qurulması, 

gömrükxanaların fəaliyyət zonalarında müvafiq laboratoriyaların yaradıl-

ması; 

– narkotiklərin gömrük orqanları  tərəfindən  əməliyyat-axtarış  tədbir-



lərini tənzimləyən normativ-hüquqi aktların və qaydaların qəbulu və tətbiq 

edilməsi; 

– inkişaf etmiş ölkələrin gömrük orqanları ilə təcrübə mübadiləsinin, 

əməkdaşların ixtisasartırma kurslarında təlim keçməsinin təmin edilməsi; 

– bu sahədə metodik və  əyani dərs vəsaitlərinin hazırlanması, DGT-

nin tədris modulları sistemindən geniş istifadə olunması; 

– kinoloji xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması, 

narkotiklərin axtarışı üzrə itlərin hazırlanması işinin təkmilləşdirilməsi və s. 

– qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizənin 

informasiya təminatının təkmilləşdirilməsi və on-line rejimində  işləyən 

vahid korporativ şəbəkəyə qoşulan gömrük məntəqələrinin sayının artırıl-

ması. 


Azərbaycan Respublikasının gömrük orqanlarının hüquq-mühafizə 

fəaliyyəti  əsasən qabaqcıl dünya təcrübəsinə  əsaslanan metodların tətbiqi, 

əməliyyat-axtarış  və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

218



habelə hüquqpozmalara qarşı mübarizədə  əməkdaşlığın genişləndirilməsi 

yolu ilə iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq kanal-

larının aşkar və  ləğv olunmasına, hüquqpozma törətmiş  şəxslərin müvafiq 

məsuliyyətə  cəlb edilməsinə yönəldilir. 2012-ci il ərzində 14606 hüquq-

pozma faktı aşkar edilmişdi. 272 halda saxlanılan qaçaqmalçılıq əşyalarının 

və digər cinayət predmetlərinin dəyəri 3 milyon 855 min 085 manatdan çox 

təşkil etmişdi. Bu əməllərin törədilməsində  şübhəli bilinən 312 nəfər (237 

nəfər Azərbaycan, 75 nəfər xarici vətəndaş) barəsində müvafiq tədbirlər 

görülmüşdü.  

Təkcə 2012-ci ildə qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı 

mübarizə istiqamətində 14334 gömrük qaydaları  əleyhinə inzibati xəta 

faktları üzrə 373 hüquqi şəxs (o cümlədən 165 xarici hüquqi şəxs) və 13945 

fiziki  şəxs (o cümlədən 8827 xarici) inzibati məsuliyyətə  cəlb edilmiş, 

göstərilən  şəxslərə qarşı 1 milyon 172 min 525 manat cərimə  tətbiq olun-

maqla, dəyəri 182 min 352 manat olan mallar müsadirə edilmişdi. Valyuta 

qanunvericiliyini pozan şəxslərdən 337972 ABŞ dolları, 12738 avro, 

18516100 rus rublu, 4 kq 651 qram qızıl, 1391745 manat dəyərində 38 ədəd 

qızıl  əşya, 10 kq 218 qram gümüş, 63565 manat dəyərində 3716 ədəd 

gümüş əşya, 334 karat qiymətli daşlar tutulmuşdu. Alkoqollu içkilərin, etil 

(yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və 

aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq 

üçün müvafiq tədbirlər həyata keçirilmiş, aksiz markasız və ya digər 

qanunsuz yollarla keçirilməsinə  cəhd göstərilən 818728 ədəd xaricdə 

istehsal olunan siqaret, 1240 litr və 26646 ədəd spirtli içki saxlanılmışdı. 

Gömrükdən qanunsuz keçirilməsinə  cəhd edilən 13 min 322 ədəd mobil 

telefon götürülmüşdür. Bundan əlavə, gömrük orqanları  tərəfindən hüquq-

pozma predmeti kimi 4 odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov 

silahı, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar 

tutulmuşdu [161]. 

Gömrük statistikasına görə, 2013-cü ildə valyuta qanunvericiliyinin 

tələblərini pozan şəxslərdən 343380 ABŞ dolları, 59035 avro dəyərində 9 kq 

115 qram qızıl, 4946 manat dəyərində 27 ədəd qızıl  əşya, 77 kq gümüş, 

22920 manat dəyərində 2191 ədəd gümüş əşya, 14238 manat dəyərində 86 

karat qiymətli daşlar, həmçinin 675 min ədəd pirotexnika məhsulları, 9 ədəd 

elektroşok cihazı, 3 ədəd ov silahı, ov silahları üçün 85978 ədəd sursat və 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə