Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə78/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   74   75   76   77   78   79   80   81   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

219



ləvazimatlar, 161 kq barıt, 19 ədəd pnevmatik silah və 4274 ədəd pnevmatik 

silah üçün sursat, 159 ədəd soyuq silah, 2414 ədəd mobil telefon, 61481 

manat dəyərində  dərman vasitələri və digər qaçaq mallar aşkar edilərək 

tutulmuşdu. Bir il ərzində gömrük qaydaları  əleyhinə inzibati xəta faktları 

üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11771 fiziki 

şəxs (o cümlədən 7477 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilmiş, 1 

mln. 255 min manat cərimə tətbiq olunmaqla, onlardan 199 min 108 manat 

dəyərində mallar müsadirə edilmiş, spirtin və tütün məmulatlarının idxalı 

zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozul-

ması halları, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə 

cəhd göstərilən 516520 ədəd xaricdə istehsal olunmuş siqaret, 1060 litr spirt 

və 1867 ədəd spirtli içki saxlanılmışdı [155]. 

2014-cü ildə “Valyuta tənzimi haqqında” qanuna və digər qanun-

vericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin 

gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanun-

vericiliyin tələblərini pozan şəxslərdən 514 min 500 ABŞ dolları, 72 min 

100 avro, 630 min rus rublu, 730,6 qram qızıl, 130 ədəd qızıl zinət əşyaları, 

62 kiloqram 429 qram gümüş  aşkar edilib. Komitənin Gömrük Sahəsində 

Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin hesabatına əsasən 127 ədəd 

bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən  əşya, 1 910 min ədəddən çox 

petarda və digər pirotexnika məhsulları, 38 ədəd elektroşoker, 12 ədəd odlu 

silah patronu, 2 ədəd ov silahı, 64 ədəd ov silahlarının sursat və 

ləvazimatları, 8 ədəd qaz silahı və 57 ədəd qaz silahı üçün patron, 27 ədəd 

pnevmatik silah və 2398 ədəd pnevmatik silah üçün sursat, 4 kiloqram 600 

qram civə, 772 ədəd soyuq silah, 979 ədəd televizor, 1643 ədəd məişət 

texnikası, 1054 ədəd mobil telefon və 2183 ədəd telefon aksesuarları, xeyli 

miqdarda dərman vasitələri, baytarlıq və bitki dərmanları, 4 kiloqramdan 

çox qara kürü, 9470 ədəd parfümeriya və kosmetika ləvazimatları və digər 

mallar tutulub [119, 2015, 10 yanvar].  

Gömrük orqanları tərəfindən 2014-cü ildə həyata keçirilmiş kompleks 

tədbirlər nəticəsində 428 cinayət xarakterli faktlar, 10382 inzibati xəta 

faktları aşkar edilmişdi: 

 

 

 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

220



Cədvəl 4.1 

Gömrük hüquqpozmalarına qarşı mübarizə haqqında məlumat 

(2014-cü il) 

 

Aşkar edilmiş cinayət xarakterli faktlar 

Qaçaqmalçılıq faktı 

241 


Narkotik vasitələrin və psixotrop maddələrin 

qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar 

158 


Tutulmuş narkotik vasitələrin miqdarı 

178144.620 



Tutulmuş psixotrop maddələrin miqdarı (qram) 

225.3120 



Gömrük ödənişlərindən yayınma 



Aksiz markası ilə markalanmalı olan məhsulları belə 



marka olmadan idxal etmə 



Digər cinayət xarakterli faktlar 

 

Təqsirləndirilən şəxslər 

 

Cəmi 

428 fakt 

Aşkar edilmiş inzibati xəta faktları 

Kənar keçirmə 



Gizli keçirmə 

231 

Bəyan etməmə 

262 


Malların, nəqliyyat vasitələrinin və onlara aid 

sənədlərin çatdırılmaması 

8564 


Geri aparmama (gətirilməmə) 

598 


Gömrük ödənişlərindən yayınma 



Aksiz markasız idxal 

15 

Digər xətalar 

757 


Cəmi 10382 

Mənbə: [157]. 

 

Həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cina-



yət predmetlərinin dəyəri 2 milyon 577 min 813 manatdan çox idi. Bu 

əməllərin törədilməsində  şübhəli bilinən 473 nəfərin barəsində müvafiq 

tədbirlər görüldü. 2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə 

əlaqədar 158 fakt aşkar olunaraq 178 kiloqram 369 qramdan çox narkotik 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

221



vasitə  və psixotrop maddə, cümlədən 35 kiloqram 926 qram tiryək, 27 

kiloqram 37 qram marixuana, 38 kiloqram 454 qram həşiş, 76 kiloqram 669 

qram heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin, 10 konvalyut 

diazepam, 30 ədəd alprazolam, 1,4 qram fenobarbital, 110 flakon və 10 

konvalyut klonazepam, 20 konvalyut xlordiazepoksid və digər maddələr 

qanunsuz dövriyyədən çıxarıldı. Azərbaycanın gömrük keçid məntəqə-

lərində yaradılan  şərait, tətbiq olunan müasir texniki vasitələr Cənubi 

Qafqazın digər ölkələrində mövcud deyil. Narkotik və partlayıcı maddələrin, 

həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi mad-

dələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış 

alətləri və digər müasir avadanlıqlar gömrük əməkdaşlarına işi  ən yüksək 

səviyyədə həyata keçirməyə imkan verir [72, 2015, 31 yanvar].  



 

4.2. Maddi və mənəvi sərvətlərin mühafizəsi 

 

Azərbaycan gömrük təşkilatı öz fəaliyyətində  əsas funksiyaları ilə 



yanaşı  cəmiyyət və dövlət qarşısında çox mühüm humanist missiyanı 

yüksək səviyyədə həyata keçirməkdədir. Bu missiya sosial-mədəni həyatın 

çox geniş sahələrini: nadir fauna və flora nümunələrinin, tarixi-mədəni irsin 

qorunması  və mühafizəsini, idman-sağlamlıq tədbirlərini, Azərbaycan 

gerçəkliklərinin dünya ictimaiyyətinə tanıdılması və təbliğini, xeyriyyəçilik 

və bir çox başqa humanist istiqamətləri əhatə edir.  

Azərbaycan Respublikası bitki və heyvan növlərinin qeyri-qanuni 

ticarətini tənzimləyən CİTES Konvensiyasının üzvü kimi gömrük orqanları 

nadir bitki və heyvan növlərinin ölkədən çıxarılmasına qarşı mübarizədə 

fəal iştirak edir. Gömrük Komitəsinin Ümumdünya Təbiəti Mühafizə 

Fondunun Azərbaycan nümayəndəliyi ilə  əməkdaşlığının nəticəsi olaraq 

CİTES Konvensiyasına daxil edilən bitki və heyvan növlərinin və onun 

nümunələrinin gömrük rəsmiləşdirilməsi qaydaları haqqında təlimat 

hazırlanmışdır. Bu sahədə Dövlət Gömrük Komitəsinin üzərinə mühüm 

vəzifələr qoyulmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası 

Dövlət Gömrük Komitəsi haqqında  Əsasnaməyə  əlavələr edilməsi barədə” 

2002-ci il 27 may tarixli 703 nömrəli Fərmanı ilə  Əsasnamənin 5.17-1-ci 

bəndinə  aşağıdakı  əlavə edildi: “Xəzər dənizinin (gölünün) Azərbaycan 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə