Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə74/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   70   71   72   73   74   75   76   77   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

207



mətində qarşılıqlı hüquqi və inzibati yardım göstərilməsi kimi prinsiplər 

əsas götürüldü. 

SCAD proqramı digər hüquq-mühafizə orqanları ilə bərabər, gömrük 

xidməti ilə sıx əməkdaşlıq edirdi. Bu istiqamətdə Bakı dəniz limanında və 

Heydər  Əliyev adına Beynəlxalq Hava limanında hüquq-mühafizə orqan-

larının fəaliyyətini  əlaqələndirən xüsusi bölmələr yaradıldı. Gömrük 

məntəqələri zəruri texniki, metodoloji və treninq yardımları almışdı. SCAD 

proqramının 2005-ci ildən başlayan 4-cü layihəsinə hüquqi yardım, hava və 

dəniz limanlarında, sərhəd ərazilərində narkotiklərə nəzarət, axtarış sistemi, 

narkotiklərdən istifadənin monitorinq sistemi, orta və ali məktəblərdə ma-

arifləndirmə səviyyəsinin yüksəldilməsi kimi mini layihələr daxil edilmişdi. 

4-cü mərhələ uğurla həyata keçirildi və 2006-cı ildə tam başa çatdırıldı. 

Azərbaycan dövləti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 

mübarizəni ümumdövlət vəzifəsi hesab edir və beynəlxalq təşkilatların bu 

sahədə bütün səylərini dəstəkləyir. Lakin Azərbaycan torpaqlarının bir 

hissəsinin Ermənistanın hərbi təcavüzü nəticəsində  işğal olunması  və bu 

ərazidə  işğalçı rejimin mövcudluğu transmilli mütəşəkkil cinayətkarlığa, o 

cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, silah 

alverinə rəvac verir, beynəlxalq terrorçuluq üçün münbit zəmin yaratmaqla 

hər bir dövlətin təhlükəsizliyini təhdid edir. Ermənistan DGT-nin 

beynəlxalq tədbirlərində çox passiv iºtirak edən tərəf olmaqla bu təºkilatın 

heç bir rəhbər orqanına üzv seçilməmişdir. Bu faktlar üzdəniraq qonşu-

muzun təcavüzkar və terrorçu dövlət olduğunu bir daha sübut edir. 

Gömrük axtarış-əməliyyat məlumatları  və  aşkar olunmuş faktların 

təhlili qaçaqmalçıların  ən çox İran - Azərbaycan - Rusiya marşrutundan 

istifadəyə cəhd göstərdiklərini təsdiq edir.  

2005-ci ilin noyabr ayında Sankt-Peterburqda keçirilən beynəlxalq 

elmi-praktik konfransda MDB Parlamentlərarası Assambleyasının mənzil 

qərargahında “MDB ərazisində narkotəcavüzə qarşı  fəaliyyətin qanun-

vericilik təminatı: harmonikləşdirmə  məsələləri”, “MDB iştirakçı dövlət-

lərinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə antinarkotik və 

antiterror tədbirlərində qarşılıqlı  fəaliyyəti” və  “Əfqanıstandan Avropaya 

narkotrafik təhlükəsi” mövzuları  ətrafında geniş müzakirələr aparılmış, 

gömrük orqanlarının bu sahədə birgə  əməkdaşlığının genişləndirilməsi 

qərara alınmışdı. 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

208



 Narkotik  vasitələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı 

informasiyanın toplanması və təhlilinin aparılması, bu sahədə strategiya və 

taktikanın müəyyənləşdirilməsi, elmi-tədqiqat və informasiya-analitik 

fəaliyyətin gücləndirilməsi gömrük işində mühüm istiqamətlərdən birini 

təşkil edirdi. 1994-2004-cü illərdə gömrükçülər tərəfindən saxlanılan 244 

nəfərin daşıdıqları narkotik maddələrin strukturu və miqdarının dinamikası, 

həmçinin daşıyıcıların milli və cinsi tərkibinin təhlili aparılmış  və  aşkar 

edilmişdi ki, bu faktla əlaqədar saxlanılanların 122 nəfəri (50 faizi) 

Azərbaycan Respublikası, 94 nəfəri (38 faizi) İran, 9 nəfəri Rusiya Federa-

siyası, 5 nəfəri Gürcüstan, qalanları  İngiltərə, Mərakeş  və Özbəkistan 

vətəndaşları idi. Qeyd edilən cinayət faktlarına görə gömrük məntəqələrində 

saxlanılanlardan 11 nəfərini (0,5 faiz) qadın qaçaqmalçılar idi [70, 2004, 

№2, 71-72]. 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünyanı ciddi narahat 

edən ümumbəşəri problemlərdən biri olmaqla dövlətin və  cəmiyyətin 

mənafelərinə, mənəvi-əxlaqi dəyərlərə böyük zərbə vurur, sosial-iqtisadi 

inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına təhlükə 

yaradır, cinayətkarlığın artmasına və digər təhlükəli təzahürlərə səbəb olur. 

Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, narkotiklərin “isteh-

salçısı” olan Asiya və “istehlakçısı” olan Avropa ölkələri arasında yerləş-

məsi, geniş quru, dəniz, hava və  dəmir yolları  şəbəkəsinə malik olması, 

Azərbaycanın dünyanın hər il orta hesabla 140-a yaxın ölkəsi ilə ticarət 

əlaqələrinin ilbəil genişlənməsi və respublikada uğurla həyata keçirilən 

çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində bu yollarla daşınan 

yüklərin həcminin, nəqliyyat vasitələrinin və  sərnişinlərin sayının ildən-ilə 

çoxalması narkoqaçaqmalçıları da özünə  cəlb edir və onlar bu nəqliyyat 

infrastrukturundan öz çirkin məqsədləri üçün bəhrələnməyə  və ölkə 

ərazisindən narkotiklərin daşınmasında “ötürücü məntəqə” kimi istifadə 

etməyə cəhd göstərirlər [143]. 

Məhz bu amili nəzərə alan Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev “Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz 

dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfrans 

(Bakı, 21 yanvar, 2004-cü il) iştirakçılarına ünvanlanan məktubunda yazırdı: 

“Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyə-

sindən, mədəni və tarixi ənənələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

209



ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz 

dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes 

insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-

iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına 

təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir” [6, 2004, 

22 yanvar]. 

Bütün dünyada, eləcə də Azərbaycanda narkotik şəraitə təsir edən əsas 

amillərdən biri də  Əfqanıstan  ərazisindəki gizli plantasiyalardır. BMT-nin 

Narkotiklər və Cinayətkarlıq  İdarəsinin proqnozuna görə 2009-cu ildə bu 

ölkədə xaş-xaş  əkininin miqyasının 22 faiz, qanunsuz narkotik istehsalının 

həcminin 10 faiz azaldığı barədə  məlumatlara baxmayaraq 2009-cu ildə 

dünya üzrə tiryəkin 90 faizdən çoxunu istehsal etmiş Əfqanıstanda narkotik 

istehsalı 6900 ton təşkil etməklə ağır nəticələrə səbəb olmuş, digər ölkələrə 

də geniş yayılmasına zəmin yaratmışdır. Həmin İdarənin məlumatına görə, 

əvvəlki illərdə qanunsuz istehsal edilmiş tiryək ehtiyatlarının həcmi 10 min 

ton olmuşdu ki, bu 2 il ərzində bütün dünyada heroindən asılı olan narko-

manların tələbatını ödəməyə kifayət edərdi. Qaçaqmalçıları şirnikləndirib bu 

işə sürükləyən  əsas səbəb  şübhəsiz ki, kriminal biznesin ən gəlirli 

növlərindən biri olan narkobiznesdən əldə edilən fantastik gəlirlərdir.  

Ekspert rəylərinə görə, Əfqanıstanda 1 kiloqramı 2500 ABŞ dollarına 

əldə edilən heroin Avropa qara bazarında 200 min ABŞ dollarına 

reallaşdırılır. Bu gəlirlər isə sonradan terrorçuluğun maliyyələşdirilməsi

çirkli pulların yuyulması  və digər cinayətkar fəaliyyət növləri üçün 

hərəkətverici qüvvəyə çevrilir. Narkotiklərin ölkə  ərazisindən tranziti 

onların bir hissəsinin ölkədə “çöküb” qalmasına, narkotik istifadəçilərinin 

sayının çoxalmasına, narkomanlıqla bağlı cinayətlərin, xəstəliklərin və digər 

sosial bəlaların artmasına səbəb olur. Qeyd olunanlar narkotik vasitələrin 

qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümummilli-bəşəri vacibliyini və 

əhəmiyyətini aydın göstərir. 

2007-ci ildən isə SCAD proqramının yeni, 5-ci mərhələsi üzrə nəzərdə 

tutulmuş layihələrin icrasına başlanıldı. Gömrük orqanlarının həyata 

keçirdiyi tədbirlər nəticəsində 2006-cı ildə 5326 hüquqpozma faktı  aşkar 

edilmişdi, Bu faktlardan 181-i cinayət xarakterli faktlar olmuş, 185 nəfər, 

(123 nəfər Azərbaycan Respublikası, 62 nəfər xarici ölkə vətəndaşı) şübhəli 

şəxs qismində saxlanılmışdı. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə