Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə72/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   68   69   70   71   72   73   74   75   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

201



Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 

mübarizədə ölkəmiz beynəlxalq birliyin bütün səylərini dəstəkləyir. BMT 

Təhlükəsizlik  Şurasının beynəlxalq terrorizmə qarşı mübarizəyə  səsləyən 

1373 (2001) saylı  Qətnaməsində müvafiq olaraq Respublika Hökumətinin 

təqdim etdiyi “2001-2002-ci illərdə Azərbaycan Respublikasında beynəlxalq 

terrorizmlə mübarizənin nəticələri” haqqında sənəddə beynəlxalq hüququn 

subyekti kimi Azərbaycan dövlətinin beynəlxalq sahədə cinayətkarlığın  ən 

təhlükəli təzahürü olan narkotiklərin qanunsuz dövriyyəsinə  və narko-

maniyaya qarşı qlobal mübarizədə öhdəliyin yüksək səviyyədə  həyata 

keçirilməsi barədə hesabat verilmişdi. Sənəddə göstərilirdi ki, Azərbaycan 

bu məqsədlə bir sıra beynəlxalq müqavilə  və konvensiyalara: BMT-nin 

1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasına (1 

dekabr 1998-ci ildən), 1971-ci il tarixli “Narkotik vasitələrin və psixotrop 

maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyasına 

(28 oktyabr 1992-ci ildən) qoşulub [112, 2010, 9 fevral].  

Azərbaycan dövləti BMT-nin müvafiq konvensiyalarına müvafiq 

olaraq, qısa müddət  ərzində bu sahədə beynəlxalq standartlara uyğun 

normativ-hüquqi baza yaradılması, beynəlxalq təcrübənin mənimsənilməsi 

və tətbiq edilməsi ilə bağlı işlər həyata keçirildi. Azərbaycan Respublikası 

Prezidentinin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə 

qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanında ayrı-ayrı 

nazirliklər qarşısında duran vəzifələr müəyyənləşdirildi. Bu məsələ ilə bağlı 

yaradılan xüsusi komissiyaya rəhbərlik Gömrük Komitəsinin sədrinə 

tapşırıldı. Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi “Narkotik 



vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi 

ilə mübarizə haqqında” 1999-cu il 18 iyun tarixli Qanunu qəbul edildi. Bu 

məqsədlə yaradılan Dövlət komissiyasında narkotiklərlə bağlı  vəziyyət 

hüquq-mühafizə orqanlarının iştirakı ilə geniş müzakirə  və  təhlil olunurdu 

[116, 1996, 27 avqust; 117, 1999, 15 avqust]. 

1997-ci ildən başlayaraq, BMT-nin “Cənubi Qafqazda Narkotiklərə 

Nəzarət” adlı regional yardım Proqramı (SCAD) çərçivəsində  həyata 

keçirilən tədbirlər gömrük əməkdaşlarının bu sahə üzrə peşəkarlıq və ixtisas 

səviyyəsinin yüksəldilməsinə, maddi-texniki resursların gücləndirilməsi 

istiqamətində layihələrin həyata keçirilməsinə  təkan verdi. Azərbaycan 

gömrükçüləri həmin mərhələdə 140 min ABŞ dolları  həcmində yeni cihaz 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

202



və texniki avadanlıqlar aldı. Gömrük əməkdaşlarının texniki nəzarət 

cihazlarından düzgün istifadə etmələri üçün kurslar təşkil edildi [70, 2005, 

№11, 53, 70]. 

Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə istiqa-

mətində görülən tədbirlər nəticəsində gömrük orqanları  tərəfindən 1997-ci 

ilin 12 ayı  ərzində 2050-dən artıq hüquqpozma faktı  aşkar edilmişdi. 

Bunların 234-ü cinayət xarakterli olmuşdu. Bu müddət  ərzində gömrük 

orqanları  tərəfindən aşkar edilmiş faktlarla əlaqədar tutulmuş, müsadirə 

edilmiş mal və  əşyaların dəyəri, habelə alınmış  cərimənin ümumi məbləği 

1.5 milyard manatdan artıq olmuş, 1,5 milyondan artıq ABŞ dolları, 169 

milyondan artıq Azərbaycan manatı, 122 milyondan artıq Rusiya rublu, 

5130 Alman markası, 630 kiloqramdan artıq qara kürü, 189 ədəd mədəni 

sərvət olan xalça və xalça məmulatı  və eləcə  də digər malların 

respublikadan qanunsuz çıxarılmasının qarşısı alınmışdı. Belə ki, 21 yanvar 

1997-ci ildə Bakı-Dubay reysi ilə uçan təyyarələr saxlanılmış və təyyarəyə 

təkrar gömrük nəzarəti zamanı  təyyarəyə ümumi çəkisi 240 kq-dan artıq 

olan qara kürünün yüklənməsi aşkar edilmişdi. 1997-ci il 18 mart tarixində 

Bakı-Dubay reysi ilə uçan vətəndaş Abdulla Zair Məhəmməddən 869550 

ABŞ dolları, 2 iyul 1997-ci il tarixdə isə vətəndaş Qoh Poup Cu Pohupdan 

200 min ABŞ dollarının, Balakən rayonu Meşə  Şanbul kənd sakinləri 

Murtuzov Ramazan Muxtar oğlu və Əsliyev Ömər Abdulla oğlu tərəfindən 

”QAZ -53” markalı 06-01 AQM dövlət nömrə nişanlı avtomaşınla Gür-

cüstan Respublikası  ərazisinə qeyri-qanuni yolla bir ton tütün məhsulunun 

çıxarılmasının qarşısı alınmışdı. Bununla bərabər, saxta valyuta dövriyyəsi 

ilə bağlı qanun pozuntularının da qarşısı alınmışdı. Belə ki, Astara göm-

rükxanasında  şəxsi yoxlama zamanı  İran vətəndaşı Qadir Məstənabadinin 

pencəyinin astarından 8800 saxta ABŞ dolları, Binə hava limanında Bakı-

İstanbul-Frankfurt reysi ilə uçan Türkiyə vətəndaşı Aydın Dərviş Şeneldən 

Binə gömrük idarəsi və polis əməkdaşlarının birgə keçirdiyi tədbirlər 

nəticəsində şəxsi yoxlama zamanı üstündə gömrük nəzarətindən gizli yolla 

keçirmək istədiyi 90.000 saxta ABŞ dolları  aşkar edilmişdi. 1997-ci ildə 

narkotik vasitələri qaçaqmalçılığına aid 24 fakt aşkar edilmiş, bu faktlar 

üzrə 4 kq-a yaxın narkotik vasitə tutulmuşdu. Eyni zamanda 4 fakt üzrə 11 

tondan artıq çətənə kolu və 29,6 kq çətənə toxumu aşkar edilərək məhv 

edilmişdi.  



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

203



29 sentyabr 1997-ci ildə Bakı-Brest reysinə minik zamanı Azərbaycan 

vətəndaşı Müşfiq Aftandil oğlu Kərimov gömrük nəzarətindən kənar yolla 1 

saylı xidməti keçiddən Binə hava limanın  ərazisinə daxil olduqda sonra 

Bakı-Brest təyyarəsinin yanında Sərhəd Qoşunları  və Binə Gömrük 

İdarəsini  əməkdaşları  tərəfindən  şübhəli  şəxs kimi saxlanılmış  və  şəxsi 

yoxlama zamanı  vətəndaşın üst paltarının cibindən 198975 ABŞ dolları, 

Beynəlxalq sektorun polis əməkdaşları ilə birlikdə keçirilən tədbirlər 

nəticəsində 3 yanvar 1997-ci ildə Bakı-Təbriz reysi ilə uçan vətəndaş 

Məhəmməd  Əli Salehdən 21523 ABŞ dolları, 13 mart 1997-ci ildə Bakı-

İstanbul reysi ilə uçan vətəndaş Aytən Günaydan 20000 ABŞ dolları aşkar 

edilmişdi. 1997-ci ilin yanvar ayının 18-dən 19-na keçə gecə Azərbaycan 

Respublikası  Hərbi Prokurorluğu ilə keçirilən birgə  tədbirlər nəticəsində 

Türkiyənin “ÇENEL” firmasına məxsus, Bakı-İstanbul istiqamətində  hərə-

kət edən 34 VF 687 nömrəli avtobus “Sınıq körpü” gömrük məntəqəsində 

saxlanılmış  və onu içərisində gizlədilmiş 230 kiloqramdan artıq qara kürü 

aşkar edilmişdi. Tədbirlər planına müvafiq olaraq noyabr-dekabr aylarında 

Bakı  şəhəri  ərazisində  DİN DYP əməkdaşları ilə birgə keçirilən reydlər 

nəticəsində fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilmiş, 

lakin gömrük nəzarətində müvafiq qaydada qeydiyyata alınmayan xarici 

dövlət nömrə nişanlı 100-dən artıq nəqliyyat vasitəsi aşkar edilmiş  və 

nəticədə 50000 ABŞ dollarından artıq vəsait dövlət büdcəsinə köçürül-

müşdü [108, 1998, №2]. 

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il tarixli 

Fərmanına  əsasən  “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, 



narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz 

dövriyyəsinə qarşı mübarizə” üzrə Ümummilli Proqramın həyata keçi-

rilməsinə başlanıldı [118,2000, 29 iyul]. 

2001-ci ildə Respublika Prezidentinin 2000-ci ilin 15 iyul tarixli 

müvafiq Fərmanı ilə  təsdiq edilmiş  “Narkotik vasitələrin, psixotrop 



maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın 

yayılması ilə mübarizə üzrə Proqram”ın icrasını  təmin etmək məqsədilə 

kinoloji xidmətin təchizatı, kadrlarla komplektləşdirilməsi başa çatdırılmış, 

gündəlik işdə tətbiq edilən xidməti itlərin normal fəaliyyəti və təlimi üçün 

əlverişli şərait yaradılmışdı. Azərbaycan Respublikasında Narkomanlığa və 

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə