Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə71/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   67   68   69   70   71   72   73   74   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

198



 

 

 

 

 

 

IV FƏSİL.  AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK 

XİDMƏTİNİN HÜQUQ-MÜHAFİZƏ FƏALİYYƏTİ 

 

 

4.1.   Gömrük xidməti ölkənin iqtisadi  

təhlükəsizliyinin keşiyində 

 

Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyi dedikdə, sözsüz ki, milli 

iqtisadiyyatın müstəqilliyin, onun sabit və dayanıqlı olması, işgüzar iqtisadi 

fəallığın təmin edilməsi ilə  əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması 

başa düşülür. Dövlətin xarici iqtisadi, o cümlədən də xarici ticarət və 

gömrük siyasəti iqtisadi təhlükəsizliyin təmin edilməsinə yönəldilmişdir. 

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyin  əsas amillərindən biri 

enerji təhlükəsizliyinin təmin edilməsidir. Müasir qloballaşma  şəraitində 

enerji təhlükəsizliyinin təminatında gömrük tənzimlənməsinin rolu danıl-

mazdır. Qlobal enerji təhlükəsizliyi problemi 1990-cı illərin sonundan 

başlayaraq iqtisadi məsələlərlə məşğul olan bir sıra beynəlxalq təşkilatların 

əsas müzakirə obyekti olmaqdadır.  

Xəzər dənizi regionu mövzusunda keçirilən müzakirələrdə Azərbay-

can tərəfi fəallığı ilə seçilir. Xəzər dənizinin müxtəlif yataqlarında neft və 

qazın kəşfiyyatı, hasilatı, emalı  və  nəqli ilə ölkənin milli operatoru ilə 

yanaşı, “BP”, “Statoyl” və onlarla digər xarici neft şirkətləri ilə parlament 

səviyyəsində  təsdiqini tapmış sazişlər imzalandı. Lakin enerji təhlükə-

sizliyinin təmin edilməsinə yönəldilmiş enerji siyasətinin əsas məqsədi hasil 

edilən neft və qazın dünya bazarına çıxarılması idi. Neft və qazın boru 

kəmərləri vasitəsilə  nəql edilməsi nəinki regional, həm də dünya səviyyə-

sində enerji təhlükəsizliyinin təmin edilməsi və risklərin azaldılmasında 

mühüm rol oynayır. Fövqəladə vəziyyətlərdə boru kəmərlərinin fəaliyyətinə 

təhlükə yarandığı zaman operativ reaksiyanın göstərilməsi vacib şərtlərdən 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

199



biridir. Azərbaycanda bu problemin həlli məqsədi ilə müvafiq Dövlət 

Komissiyası yaradılmış  və onun işində DGK-nın da iştirakı  nəzərdə tutul-

muşdur.  

Göründüyü kimi, xarici iqtisadi əlaqələrin gömrük tənzimlənməsi 

vasitələri enerji təhlükəsizliyinin təminatında çox böyük rol oynayır və bu 

sahədə aparılan işlərin əlaqələndirilməsində gömrük xidməti ilə əməkdaşlıq 

zəruri sayılmalıdır. Hələ 2006-cı il noyabrın 28-30-da Cenevrədə BMT-nin 

Avropa  İqtisadi Komissiyası  tərəfindən keçirilən Dayanıqlı Energetika 

Komitəsinin 15-ci sessiyasında Azərbaycan Respublikası DGK-nin sədri, 

gömrük xidməti general-leytenantı Aydın Əliyevin məruzəsində Azərbaycan 

dövlətinin gömrük siyasətində enerji təhlükəsizliyi məsələlərinə  və ixrac 

potensialının artırılmasını stimullaşdıran meyarlara üstünlük verilməsi qeyd 

olunmuşdu. Bu amil nəzərə alınaraq investisiya layihələri üzrə neft-qaz və 

enerji sahələrini stimullaşdıran mallara və  əmlaka gömrük tariflərinin sıfır 

dərəcəsi tətbiq olunur. Azərbaycanda karbohidrogen və elektrik enerjisi 

sahələrində gömrük rəsmiləşdirilməsinin aparılması  və  nəzarət edilməsi 

məqsədi ilə xüsusi gömrük idarələri yaradılmış, həmçinin boru kəmərləri və 

elektrik xətləri vasitəsilə ötürülən enerji daşıyıcılarının rəsmiləşdirilməsi 

üçün xüsusi qaydalar hazırlanmışdır. 

XXI yüzillik bir tərəfdən tərəqqi və inkişaf, digər tərəfdən iqtisadi 

böhran və sosial kataklizmlər dövrü olmaqla yanaşı, həm də insan cəmiy-

yətinin mənəvi, demokratik və iqtisadi dəyərlərinə sarsıdıcı  zərbə vuran 

narkomaniya və narkobiznes təhlükəsinin artması dövrü kimi səciyyələnir. 

Narkotik maddələrin satışından qazanılmış külli miqdarda “çirkli” pullar 

çoxlu sayda ekstremist və terrorçu təşkilatlar, o cümlədən PKK, ASALA, 

İRA, ETA, “Qırmızı briqada” və s. gizli fəaliyyət göstərən qruplar tərə-

findən terror, təxribat xarakterli əməliyyatların həyata keçirilməsi və silah 

alınmasına sərf edilir. Hesablamaya görə, təkcə 2001-ci ildə dünya üzrə 

narkobiznesdən daxil olan gəlirin həcmi 400 mlrd. ABŞ dollarını ötüb 

keçmiş və bu rəqəm artmaqda davam edir. Azərbaycanın coğrafi mövqeyi, 

geniş quru, dəniz, dəmir yolu və hava nəqliyyatı  şəbəkəsinə malik olması 

narkotik vasitələrin Asiya ölkələrindən  ərazimizə  gətirilməsi və buradan 

ötürücü məntəqə kimi istifadə olunmaqla Avropa ölkələrinə aparılması, əks 

istiqamətdə isə prekursorların qanunsuz daşınması ehtimalını xeyli artırır. 

Azərbaycan dövlətinin “ağ ölüm”ə qarşı qlobal mübarizədə Azərbaycan 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

200



dövlətinin hüquq-mühafizə qurumları, o cümlədən MTN, DİN, Dövlət 

Sərhəd Xidməti, prokurorluq və  məhkəmə orqanları ilə yanaşı Dövlət 

Gömrük Komitəsi də fəal iştirak edir [86, 5-6].  

Elmi ədəbiyyatda qaçaqmalçılıq termininin bir neçə mənası göstərilir: 

1)  əmtəələrin (məhsulların), valyuta sərvətlərinin və digər  əşyaların dövlət 

sərhədindən qeyri-qanuni, yəni gömrük qanunvericiliyinin tələblərini 

pozmaqla keçirilməsidir; 2) dövlət sərhədindən gizli yolla aparılmış  və ya 

keçirilmiş əmtəədir (məhsuldur). Bundan əlavə, şəxsi istehlak normasından 

artıq xarici malların saxlanması, həmin mallarla alver etmək də qaçaq-

malçılıq hesab edilir. Qaçaqmalçılığa, onun bütün növlərinə, o cümlədən 

narkotik maddələrin qanunsuz daşınmasına qarşı mübarizə gömrük işi 

sahəsində beynəlxalq təşkilatlarla  əməkdaşlığın prioritet istiqamətlərindən 

birini təşkil edir. Elmi ədəbiyyatda narkotiklərə mübarizənin nəticələrinin və 

müasir narkosituasiyanın hüquqi-kriminoloji və sosioloji aspektlərdən təhlili 

göstərir ki, narkotiklərin qanunsuz daşınmasına qarşı dövlət qurumlarının 

topladığı  təcrübə  hərtərəfli öyrənilməli, daha səmərəli  əməkdaşlığın 

perspektivləri axtarılmalıdır [95, 1-2]. 

Ümummilli lider Heydər Əliyev 1997-ci il yanvarın 30-da Azərbaycan 

Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə 

və gömrük əməkdaşlarının peşə bayramına həsr edilmiş  təntənəli yığın-

caqdakı nitqində gömrük əməkdaşlarına müraciətlə deyirdi: “xarici 

ölkələrdən gizli yolla, yəni sərhədlərdən, gömrük məntəqələrindən keçən 

qaçaqmalçılıqla, ümumiyyətlə qaçaqmalçılıqla mübarizə aparmaq lazımdır. 

Qaçaqmalçılıqla mübarizə gömrük təşkilatının  əsas vəzifəsidir... Qaçaq-

malçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi 

cəhətdən zərbə vuran hallardan biridir. Ancaq qaçaqmalçılıq yolu ilə 

gömrük rüsumundan gizlətmək üçün mal keçirir, yaxud valyuta keçirirlər. 

amma bir də var ki, qaçaqmalçılıq yolu ilə narkotik maddələr keçirir, silah 

keçirir və cinayət məqsədilə istifadə olunması üçün başqa ləvazimatlar 

keçirirlər. Siz bu sahədə çox cavabdehsiniz. 

Şübhəsiz bizim Sərhəd Qoşunları ilə birlikdə, başqa hüquq mühafizə 

orqanları ilə birlikdə. Ancaq bütün malların keçirilməsinə birbaşa nəzarət 

edən orqan, bütün başqa orqanlardan fərqli olaraq, gömrük orqanlarıdır, 

gömrük xidmətidir. Ona görə  də bunu birinci növbədə biz sizdən tələb 

edirik” [57, 355]. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə