Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
190
dolları çox olmuşdu [135, 2007, №1, 73].
Ölkəyə idxal edilən mal və nəqliyyat vasitələrinə tətbiq olunan
gömrük ödənişlərinin alınması və vergilərdən yayınma hallarının qarşısının
alınmasına nəzarətin artırılması, maliyyə intizamının möhkəmləndirilməsi
ən vacib məsələlər hesab edildi. Bu baxımdan 1993-cü ildən başlayaraq illik
ticarət dövriyyəsi və büdcə proqnozunun dinamikasına nəzər yetirsək
görərik ki, əgər 1993-cü ildə ticarət dövriyyəsi cəmi 863,7 mln. ABŞ dolları
həcmində idisə, həmin göstərici 1994-cü ildə 1038,4 mln. dollar, 1996-cı
ildə isə 1681,04 mln. dollar təşkil etməklə 1993-cü illə müqayisədə 194,6
faiz artdı. Bu dövrlər ərzində ticarətin asanlaşdırılması məqsədilə normativ-
hüquqi aktlar qəbul edilməklə illik ticarət dövriyyəsinin daha da artmasına
nail olundu. Məsələn, 2000-ci ildə illik ticarət dövriyyəsi 2923,1 mln., 2001-
ci ildə 3751,9 mln. dollar təşkil etdi. Sonrakı illərdə, o cümlədən 2003-cü
ildə bu göstərici 5200,5 milyon, 2005-ci ildə 8567,5 mln., 2007-ci ildə
11771,8 mln. dollara qədər artmaqla 1993-cü və 1994-cü illərlə müqayisədə
böyük artım əldə edildi.
Dünya iqtisadiyyatına sürətli inteqrasiya və milli gömrük xidmətinin
modernləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində 2008-ci ildə
Azərbaycanın idxal-ixrac əməliyyatları üzrə illik ticarət dövriyyəsi artaraq
54925,5 mln. dollara çatdı. Beş il sonra, 2010-cu ildə Azərbaycan Respub-
likasının xarici ticarət dövriyyəsi 27924,1 mln. ABŞ dollarını ötüb keçdi,
bunun 6599,3 mln dolları ( 23,6 faiz) idxalın, 21324,8 mln. dolları (76,4
faiz) ixracın payına düşürdü. MDB ölkələri ilə ticarət dövriyyəsi 4034,8
mln. manat (ümumi ticarət dövriyyəsinin 14,5 faizi) təşkil etmişdi ki, burada
idxalla ixracın nisbəti demək olar ki, bərabər olmuşdu. 2011-ci il ərzində isə
bu göstərici 36326,9 milyon dollar məbləğində olmaqla 1994 və 1995-ci
illərin göstəricilərini müvafiq olaraq 35288,5 mln. və 35239,8 mln. dollar
üstələdi [31, 123; 104, 2012, 25 yanvar].
Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2013-cü ildə
Azərbaycan Respublikasının MDB dövlətləri ilə ticarət dövriyyəsinin həcmi
4062,88 mln., o cümlədən idxalın həcmi 2553,24 mln. ABŞ dolları, ixracın
həcmi isə 1509,64 mln. ABŞ dolları təşkil etmişdir. 2013-cü ildə MDB
dövlətlərinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində payı
11,71 faiz təşkil etmişdir. 2012-ci il ilə müqayisədə, 2013-cü ildə MDB
dövlətləri ilə ticarət dövriyyəsi 11,84 faiz, o cümlədən ixrac 20,58 faiz
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
191
artmışdır [150].
Məlum olduğu kimi, Azərbaycanda dəniz nəqliyyatı böyük tarixə və
ənənələrə malikdir. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin
genişlənməsində Bakı gömrükxanasının əsas əməliyyat ərazisinə daxil olan
dəniz limanı mühüm rol oynayır. Əsası hələ 1564-cü ildə qoyulan Bakı
Dəniz Ticarət Limanı ötən əsrin 30-cu illərində tikilmiş və sonralar burada
müəyyən mərhələlərdə rekonstruksiya işləri aparılsa da, müasir tələblərə
cavab vermirdi. Düzdür, 1996-cı ildə 485 min, 1997-ci ildə 1, 570 min ton
və 1998-ci ildə 3,063 min ton yük daşınmışdısa, limanın texniki imkanları
Azərbaycanın nə indiki, nə də ki, gələcək inkişafının tələblərinə uyğun
deyildi [74, 214].
Azərbaycanın tranzit potensialının artırılması üçün Respublika
Nəqliyyat Nazirliyi Hollandiyanın “Royal Haskoning” şirkəti ilə müqavilə
imzalamış və bu şirkət tərəfindən müvafiq layihələndirmə işləri aparılmışdı.
Yeni liman Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində inşa
edilir. Liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. İlkin
mərhələdən sonra liman kompleksinə ildə 10 milyon tona qədər yük və TEU
standartlarında 40 min konteyner daxil olacaqdır.
İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 mln. tona və 150
min konteynerə çatdırılmalıdır (1998-ci ildə Limanda cəmi 1000 konteyner
işlənilmişdir).
Hesablamaya görə, üçüncü mərhələdə Limanın yük qəbul etmə gücü
ildə 25 milyon tona və 1 milyon konteynerə çatmalıdır. Layihə çərçivəsində
avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük
terminalı, konteyner sahəsi olunması nəzərdə tutulur. Aşağıdakı cədvəl
Azərbaycan Respublikasının xarici ticarət əlaqələrində ayrı-ayrı gömrük-
xanaların fəaliyyətini təhlil etmək olar. Cədvəldən göründüyü kimi, bütün
gömrük idarəsindən keçən malların ümumi dəyəri 11639811,1 min ABŞ
dolları təşkil etmişdi. İdxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin
ümumi həcmində gömrük idarələrinin xüsusi çəkisi müxtəlif idi. Bu
göstərici Enerji gömrükxanası üzrə 51,3, Bakı Baş Gömrük İdarəsi 26,0,
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 5,9, Sumqayıt Gömrük İdarəsi 4,3,
Avtonəqliyyat Gömrük idarəsi 3,5, Gəncə gömrük İdarəsi 2,5, Şirvan
Gömrük İdarəsi 1,3, Xaçmaz Gömrük İdarəsi 1,2, Xudafərin Gömrük
İdarəsi 1,0, Naxçıvan MR ərazisindəki gömrük idarələri i cəmi 0,78 faiz
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
192
olmuşdu.
Cədvəl 3.6
2006-cı ildə gömrük idarələri üzrə idxal və ixracın quruluşu
(min ABŞ dolları)
Gömrük
idarələri
İdxal
İxrac
s/s
Cəmi Uzaq
xarici
dövlətlər
MDB
ölkələri
Cəmi Uzaq
xarici
dövlətlər
MDB
ölkələri
1 Aksiz GI 101046,5
49608,6
51437,9
260,4
260,4 -
2 Astara GI 33946,2
28334,7
5611,5
31597,6
26228,6
5369,0
3 Avtonəqliy
yat GI
402884,5 244421,6 158462,9 676,9
366,2 310,7
4 Bakı BGI 2632157,5 1730331,3
901826,2 356716,0
89359,9
267356,1
5 Balakən
GI
4268,2 3518,5 749,7 26722,4
14357,2
12365,2
6 Biləsuvar
GI
20016,7 7464,9 12551,8 7278,6 1770,9 5507,7
7 Culfa
GI 5662,8
5656,5
6,3
-
-
-
8 Enerji GI 581968,5
19822,9
562145,6 5389961,5 5100835,8 289125,7
9 Şirvan GI 104016,8
62561,7
41455,1
41630,1
20233,2
21396,9
10 Gəncə GI 144468,1
101269,0
43199,1
143777,3
2112,9
141664,4
11 Hava nəql.
BGI
675110,1 568856,7 106253,4 13928,8 9715,9 4212,9
12 Xaçmaz
GI
48647,8 25632,0 23015,8 86647,4 841,5 85805,9
13 Xudafərin
GI
75709,1 70581,0 5128,1 29220,1 1708,3 27511,8
14 Naxçıvan
BHL GI
498,2 290,0 209,2 3,6
- 3,6
15 Naxçıvan
GI
66265,2 60495,4 5769,8 56,4
27,8 28,6
16 Sədərək
GI
14246,7 13763,2 483,5 1182,9 1182,9
-
17 Sumqayıt
GI
287569,1 149332,8 138236,3 212620,3 160727,2 51893,1
18 Tovuz GI 27869,2
2367,6
25501,6
2072,0
171,5
1900,5
Yevlax GI 41293,9
25169,4
16124,5 27812,7 12547,3 15265,4
19
Cəmi
5267646,1 3169477,8 2098168,3 6372165,0 5442447,5 929717,5
Mənbə: Azərbaycanın statistik göstəriciləri. Bakı: Səda, s.558-559.
Dostları ilə paylaş: |