Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə66/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   62   63   64   65   66   67   68   69   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

184



münbit şəraitin yaradılması, neft müqavilələrinin imzalanması, xarici inves-

tisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi və dünyanın qabaqcıl ölkələri 

ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi Ümummilli lider Heydər Əliyevin bu 

sahədə məqsədyönlü fəaliyyətinin nəticəsi idi.  

Azərbaycan Respublikasının Prezidentinin “Sahibkarlığın inkişafına 

mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 

sentyabr tarixli 790 nömrəli Fərmanı da gömrük orqanlarının işini yenidən 

qurmaq üçün strateji xətt olaraq müəyyən edildi [24, 30 sentyabr 2002-ci il, 

№9, maddə 563]. 

 

3.4. Gömrük siyasəti davamlı iqtisadi inkişaf şəraitində  

 

2003-cü il oktyabrın 3-də keçirilən Prezident seçkilərində xalqın 



yekdil qərarı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən  İlham 

Əliyev Heydər  Əliyev tərəfindən müəyyən edilən siyasi və iqtisadi kursun 

davam etdirilməsini bəyan etdi. Bununla bərabər, iqtisadi strategiyanın ayrı-

ayrı istiqamətlərinin yeni dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi 

həyata keçirildi. Davamlı iqtisadi inkişaf strategiyasının  əsas cizgiləri 

Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətlən-



dirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli 

Fərmanında öz əksini tapdı. Dövlət orqanları qarşısında istehsal müəs-

sisələrində beynəlxalq standartlara cavab verən məhsul istehsalını və dünya 

bazarına çıxarılmasını  təmin edən mühüm vəzifələr qoyuldu. Fərmanın 

icrasını təmin etmək məqsədilə Respublika Nazirlər Kabinetinin 2003-cü il 

27 noyabr tarixli 243/S nömrəli Sərəncamı ilə Dövlət Gömrük Komitəsinə 

də bu istiqamətdə müvafiq tədbirlərin görülməsi tapşırıldı [24, 30 noyabr 

2003-cü il, №11, maddə 669]. 

Gömrük işi haqqında obyektiv təsəvvür  əldə etmək üçün bütöv bir 

dövr  ərzində ölkənin xarici iqtisadi fəaliyyətinin vəziyyəti, xarici ticarətin 

dinamikası, idxal-ixrac əməliyyatlarının nəticələri kimi məsələlər  ətraflı 

təhlil olunmalıdır. Xarici ticarət  əlaqələrinin normal əsaslar üzərində 

qurulmasında gömrük xidmətinin üzərinə mühüm vəzifələr düşür. Dövlətin 

gömrük ərazisinin və gömrük siyasətinin vahidliyi, xarici iqtisadi fəaliyyətin 

tənzimlənməsində gömrük-tarif metoduna üstünlük verilməsi, xarici iqtisadi 

fəaliyyət subyektlərinin fəaliyyətinə dövlət orqanlarının  əsasız müdaxi-




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

185



lələrinin qarşısının alınması, bu fəaliyyətin bütün iştirakçılarının bərabər-

liyinin təmin edilməsi, hüquqlarının və maraqlarının müdafiəsi xarici 

iqtisadi fəaliyyətin tənzimlənməsinin əsas istiqamətlərini təşkil edir.  

Azərbaycan Respublikasının son illərdə xarici iqtisadi əlaqələrinin 

təhlili göstərir ki, idxal və ixracın coğrafi quruluşunda və əmtəə tərkibində 

əsaslı  dəyişikliklər olmuşdur. Bu sahədə dönməz meyl və  ənənələrin 

yaranmasını qeyd etmək olar. Azərbaycan Respublikasının son illər ərzində 

ardıcıl olaraq mühüm iqtisadi islahatların keçirilməsi, milli iqtisadiyyatın 

ayrı-ayrı prioritet sahələrində dinamik inkişafa nail olunması, bazar 

iqtisadiyyatı mexanizminin işlək bir mexanizm kimi formalaşması, dünya 

iqtisadiyyatına inteqrasiya prosesləri, beynəlxalq və regional iqtisadi 

qurumlarla real əməkdaşlığın səmərəli təşkili, strateji tərəfdaş ölkələrlə 

ikitərəfli  əlaqələrin yeni keyfiyyət müstəvisinə yönəldilməsi istiqamətində 

görülən  əməli tədbirlər Azərbaycanın xarici ticarət dövriyyəsinin  əsaslı 

şəkildə artmasını, xarici iqtisadi əlaqələrin coğrafiyasının genişlənməsini və 

strateji tərəfdaş ölkələrlə aparılan ticarət əməliyyatlarında sıçrayışlı inkişafı 

təmin etdi. Belə ki, beynəlxalq iqtisadi münasibətlər məcmusundan 80-85 

faizi xarici ticarətin payına düşürdü. 2004-cü ildə Azərbaycanın rezident və 

qeyri-rezidentləri tərəfindən 123 ölkə ilə aparılmış ticarət  əməliyyatlarının 

həcmi 7119,04 mln. ABŞ dolları olmuş, bu müddət  ərzində 1297 adda 

3614,46 mln. ABŞ dolları həcmində mal ixrac edilmiş, 5351 adda 3504,58 

mln. ABŞ dolları həcmində isə idxal olunmuşdu.  

Statistik məlumatlara əsasən, 2005-ci ildə Azərbaycanın 137 ölkəsi ilə 

ticarət əlaqəsi olmuşdur. Ticarət dövriyyəsinin ümumi dəyəri 8547,27 mln. 

ABŞ dolları təşkil etmişdi ki, bunun da 4346,66 mln. ABŞ dolları ixracın, 

4200,39 mln. ABŞ dolları isə idxalın payına düşmüş, ticarət dövriyyəsinin 

müsbət saldosu 147 mln. ABŞ dolları təşkil etmişdi. Azərbaycan dünyanın 

137 ölkəsi ilə ticarət  əlaqəsi yaratmışdı. Həmin il ərzində 2102 adda mal 

ixrac, 5740 adda mal isə idxal olunmuşdu. Ölkəmizə  gətirilən məhsulların 

33,3 faizini maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 15,3 faizini 

mineral məhsullar, 10,6 faizini ərzaq malları, 11,6 faizini az qiymətli metal-

lar və onlardan hazırlanmış  məmulatlar, 10,0 faizini yerüstü, hava və su 

nəqliyyatı vasitələri, 4,4 faizini kimya sənayesi məhsulları, 3,9 faizini 

müxtəlif sənaye malları, 2,5 faizini polimer materiallar, plastik kütlə, 

kauçuk, rezin və ondan hazırlanmış mallar təşkil etmişdi. Xarici ölkələrə 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

186



göndərilən malların 76,8 faizini mineral məhsullar, o cümlədən 76,1 faizini 

neft və neft emalı  məhsulları, 6,3 faizini yerüstü, hava və su nəqliyyatı 

vasitələri, 3,0 faizini kimya sənayesi məhsulları, 2,4 faizini az qiymətli 

metallar və onlardan hazırlanmış məmulatlar, 1,0 faizini digər mallar təşkil 

etmişdi. Xarici ticarət dövriyyəsinin 6195,3 mln. ABŞ dolları  və ya 72,5 

faizi, o cümlədən ixracın 79,2, idxalın 65,6 faizi uzaq xarici dövlətlərin 

payına düşmüşdü. MDB üzvü ölkələrlə ticarət dövriyyəsinin həcmi 2531,9 

mln. ABŞ dolları, o cümlədən idxal 1446,5 mln., ixrac 995,4 mln. ABŞ 

dolları olmuşdu [134, 2006, №2, s.18-19] 

2006-cı il ərzində Azərbaycan Respublikasının xarici ticarət 

dövriyyəsinin həcmi 11,64 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 

5,27 mlrd. ABŞ dolları, ixracın həcmi isə 6,37 mlrd. ABŞ dolları  təşkil 

etmişdi. Bu dövr ərzində Azərbaycan Respublikası 140 ölkə ilə ticarət 

sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmişdir. İxrac-idxal əməliy-

yatlarının 45 faizi Avropa Birliyi, 26,0 faizi MDB ölkələri ilə, 28,7 faizi isə 

digər dövlətlərlə aparılmışdı. 2007-ci ildə adı  çəkilən dövlət qruplarının 

xüsusi çəkisində Avropa Birliyinin payı azalaraq 28,5 faizə, MDB ölkələri 

üzrə 25,5 faizə enmiş,  əksinə, digər dövlətlərin payı artaraq 46,0 faizə 

yüksəlmişdi [149]. 

Xarici ticarət  əlaqələrinin statistik təhlili göstərir ki, 2000-ci illə 

müqayisədə 2006-cı ildə Azərbaycan Respublikasına idxal olunan yeyinti 

məhsulları təqribən 3 dəfə artaraq 553,1 min ABŞ dolları həcminə çatmışdı. 

Bu göstərici ümumi idxalın 10,5 faizini təşkil etmişdi. 2006-cı ildə idxal 

olunan yeyinti məhsullarının ən çox hissəsi buğda məhsullarına (33,8 faiz) 

aid olmuşdur. 2006-cı ildə Azərbaycan Respublikasının 6372165,0 min 

ABŞ dolları  həcmində olan ümumi ixracının 237684,5 min ABŞ dollarını, 

başqa sözlə, cəmi 4 faizini yeyinti məhsulları  təşkil etmişdi. Bu məhsullar 

əsasən Rusiya, Ukrayna, İtaliya, Almaniya və Türkiyəyə ixrac olunmuşdu. 

İxrac edilən məhsullarda neftin payı yüksək olduğuna görə ümumi ixracın 

həcmində yeyinti məhsullarının xüsusi çəkisi az olmuşdur [126, 2008, №12, 

s.24]. 

Bununla yanaşı xarici iqtisadi əlaqələrinin  ətraflı  təhlili bir sıra 



çatışmazlıqların da olduğunu göstərdi. Ticarət balansındakı mənfi meyllərin 

əsasən aşağıdakı səbəblərdən yaranmışdı: 

Birincisi, istər xarici ticarət  əməliyyatlarının strukturunda, istərsə  də 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə