Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
193
2010-cu il noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin
təməl qoyma mərasimi və kompleksin layihəsinin təqdimatında iştirak etdi.
Prezident İlham Əliyev həmin mərasimdə demişdir: “Limanın bu ərazidə
yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik
məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və
böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı
əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliy-
yat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaq idi... Ən başlıcası
bu layihə Azərbaycanın nəqliyyat imkanlarını böyük dərəcədə artıracaq,
regional nəqliyyat mərkəzi kimi rolumuzu daha da gücləndirəcək, Avropanı
Asiya ilə etibarlı və keyfiyyətli dəmir yolu ilə birləşdirəcəkdir. Yəni, bütün
bu amillər bizə diktə edirdi ki, mütləq Azərbaycanda yeni, müasir dəniz
ticarət limanı tikilməlidir”. 2014-cü ildə istifadəyə veriləcək Dəniz Ticarət
Limanının fəaliyyətə başlaması nəticəsində 3 min nəfər işlə təmin olunması
nəzərdə tutulub.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ba-
rədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli
499 nömrəli Fərmanının 1.3.17-ci yarımbəndinin icrasını təmin etmək məq-
sədi ilə verilən “Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçi-
rilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın
təsdiq edilməsi haqqında 2012-ci il 30 dekabr tarixli 331 nömrəli Qərarı
gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar
üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsini nəzərdə
tuturdu. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən
malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri müvafiq sənədlərdə olan
məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə aparılan uçot məlumatları
əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin
“Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində
gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi
haqqında 2012-ci il 30 dekabr tarixli 332 nömrəli Qərarına əsasən
Azərbaycan Respublikasının gömrük sərhədindən boru kəməri vasitəsi ilə
aparılan və ya bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim
edildikdən və gömrük nəzarəti qaydalarına uyğun olduqdan sonra gömrük
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
194
sərhədindən keçirilməsinə icazə verilir. Gömrük sərhədindən boru kəməri
vasitəsi ilə keçirilən malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri
müvafiq sənədlərdə olan məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə
aparılan qeydlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.
Xarici iqtisadi fəaliyyətdə mövcud vəziyyət gömrük statistikası
məlumatları ilə aşkarlanır. Bu mənada, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 2 may tarixli 92 nömrəli qərarı ilə təsdiq edilən
“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın təsdiq
edilməsi haqqında Qərarı mühüm elmi-metodiki və praktik əhəmiyyəti
vardır. Bu Qaydalar xarici ticarətin gömrük statistikasının nəşr olunması
qaydasını müəyyən edir və digər ölkələrlə ticarət-iqtisadi münasibətlərinin
vəziyyətini xarakterizə etməklə, aşağıdakı məsələlərin həyata keçirilməsi
məqsədini daşıyır: xarici ticarət axınının əsas tendensiyasının, strukturunun
və dinamikasının təhlili; xarici iqtisadi fəaliyyətin tənzimlənməsində tarif və
qeyri-tarif tədbirlərinin tətbiq edilməsinin nəticələrinin təhlili; xarici ticarət
siyasəti və xarici ticarətin dövlət tənzimləməsi sahəsində qərarların qəbul
olunması üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası
Milli Məclisinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin,
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası
Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin,
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Res-
publikası Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Mərkəzi Ban-
kının və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin XTGS ilə
təmin edilməsi; gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasına
nəzarətin həyata keçirilməsi; makroiqtisadi göstəricilərin proqnozlaşdırıl-
ması; miqdar, dəyər və orta qiymət indekslərinin hesablanması; xarici iqti-
sadi-ticarət fəaliyyətin inkişafına və genişləndirilməsinə yardım edilməsi;
dövlətin həyata keçirdiyi xarici iqtisadi siyasət tədbirlərindən irəli gələn
digər məsələlər.
2012-ci ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər
dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43813,2 milyon ABŞ
dollar təşkil etmiş, onun 9652,9 milyon dollar idxalın, 34160,3 milyon
dollar ixracın payına düşmüş, 24507,4 milyon dollarlıq müsbət saldo