Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə65/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   61   62   63   64   65   66   67   68   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

181



ABŞ dolları olmaqla ümumi ixracda həcmi cəmi 3 faiz təşkil etmişdi. 

Gömrük statistikası  məlumatlarına görə, 2000-ci ildə idxal edilən yeyinti 

məhsullarının 42 faizini buğda təşkil etmişdi. Bu məhsulun 1 tonunun 

qiyməti 124,40 ABŞ dolları, ixrac edilən buğdanın ümumi dəyəri 87908,3 

min ABŞ dolları olmuşdu. Respublikamıza buğda Qazaxıstan (58 faiz) və 

Rusiyadan (36 faiz) gətirilirdi. 2000-ci ildə idxal olunan yeyinti məhsulları 

içərisində şəkər və şəkər tozu (10,6 faiz), ət və ət məhsulları (9,3 faiz), tütün 

(4.8 faiz), çay (4 faiz), kərə yağı (3 faiz) və s. tuturdu. 2000-i ildə ixrac 

edilən yeyinti məhsullarında  ən çox pay fındıq,  şabalıd, püstə  və  fıstığa 

aiddir (34,5 faiz). Tütün (19 faiz), spirtli içkilər (11,3 faiz), təzə meyvə (7,3 

faiz), bitki yağı (6,7 faiz), meyvə  və  tərəvəz  şirələri (5, 1 faiz) və çay (5 

faiz) yeyinti məhsullarının ixracında mühüm yer tutmuşdu [30, 330-331] . 

2003-cü il yanvarın 10-da MDB üzv dövlətləri gömrük xidmətləri 

rəhbərləri Şurasının Moskva şəhərində keçirilən 37-ci yığıncağında “Meyvə-



tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin tətbiq 

edilməsi haqqında 21 may 1998-ci il tarixli Sazişin müddətinin on il uza-

dılması haqqında Moldova Respublikası, Ukrayna, Belorus Respublikası, 

Rusiya Federasiyası  və Azərbaycan Respublikasının gömrük xidmətləri 

arasında Protokol” imzalanması ölkəmizin aqrar sahəsində ixrac poten-

sialını artırdı [6, 2003, 26 oktyabr]. 

Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına 

dair 20 sentyabr 1994-cü il tarixində imzalanmış  “Əsrin müqaviləsi” və 

imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə 

inteqrasiyasının genişlənməsi və beynəlxalq mövqelərinin möhkəmlənməsi 

işinə güclü təkan verdi. Yeni neft strategiyasının reallaşması dövlətimizin 

iqtisadi siyasətinin prioriteti oldu. Bu strategiya özündə  Xəzər dənizinin 

Azərbaycan sektorunda mövcud karbohidrogen ehtiyatlarının qabaqcıl Qərb 

texnologiyası  və investisiya imkanlarını  səmərəli istifadə etməklə hasil 

edilərək dünya bazarlarına çıxarılması, satışdan  əldə edilən vəsaitlə qeyri-

neft sektorunun inkişafının sürətləndirilməsi, bugünkü və gələcək nəsillərin 

firavan həyatının təmin edilməsini ehtiva edir. Xəzər dənizinin Xəzəryanı 

ölkələr arasında sektorlara bölgüsü, neft kəmərlərinin çəkilişi və 

təhlükəsizliyi, investisiya təminatı, dünya neft bazarlarında yer tutmaq kimi 

problemlərin aradan qaldırılması xarici ölkələrin imkanlarından səmərəli 

istifadə edilməsini tələb edirdi.  



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

182



Nazirlər Kabinetinin “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, 

Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə 

işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 1994-cü il 20 sentyabr 

tarixli Saziş üzrə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsində 

gömrük xidməti ödənclərinin dərəcələri haqqında”  1996-cı il 10 oktyabr 

tarixli 140 nömrəli qərarı bu sahədə gömrük orqanlarının üzərinə düşən 

vəzifələri müəyyənləşdirdi. 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 584 

nömrəli Fərmanı ilə  təsdiq edilmiş  “2003-2005-ci illər üçün Azərbaycan 

Respublikasında yoxsulluğun azaldılması  və iqtisadi inkişaf üzrə Dövlət 

Proqramı”nda gömrük xidmətinə  aşağıdakı  məsələlərin həll edilməsi 

tapşırılmışdı: a) gömrük proseduralarının sadələşdirilməsinə aid təkliflərin 

hazırlanması; b) gömrük rüsumları  səviyyəsinin və tarif güzəştlərinin 

sayının azaldılması  və  təkmilləşdirilməsi məsələlərinin təhlil edilməsi; c) 

gömrük sahəsində çalışan işçilərin peşəkarlığının artırılması [24, 3 mart 

2003-cü il, №3, 579-581]. 

Xarici ölkə rəhbərləri və beynəlxalq qurumların nümayəndələri, xarici 

iş adamları  və yerli sahibkarlar ilə görüşlərində, müxtəlif beynəlxalq 

tədbirlərdə etdiyi çıxış  və nitqlərində ulu öndər Heydər  Əliyev iqtisadi 

əlaqələrdə  bərabərhüquqlu, qarşılıqlı-faydalı  əməkdaşlığın, ortaq maraq və 

mənafelərin qorunması, faydalı əməkdaşlıq üçün perspektivli yollar axtarıl-

ması  və  həyata keçirilməsi və qarşılıqlı  təhlükəsizliyə riayət edilməsinin 

zəruriliyini göstərirdi. Azərbaycan Respublikasının əldə etdiyi tarixi təcrübə 

bir daha təsdiq edir ki, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkələrin 

bir-birindən asılılığının getdikcə güclənməsi, bazar iqtisadiyyatına keçidlə 

əlaqədar olaraq meydana çıxan problemlərin mürəkkəbləşməsi, hər  şeydən 

əvvəl milli iqtisadiyyatın formalaşması  və ölkənin beynəlxalq  əmək 

bölgüsündə  iştirakı xarici iqtisadi fəaliyyətinin konseptual əsaslarının 

işlənilib hazırlanmasından asılı idi [48, 3-4].  

2003-cü ildə Azərbaycan Respublikası 124 dövlətlə ticarət  əməliy-

yatları aparırdı. Xarici ticarət dövriyyəsinin həcmi 5218,1 mln. ABŞ dolları 

səviyyəsinə yüksəlmiş, o cümlədən idxal 2626,4 mln. dollar (50,3 faiz), 

ixrac 2591,7 mln. dollar (49,7 faiz) təşkil etmişdi. Xarici ticarət əlaqələrinin 

77,3 faizi, o cümlədən idxalın 67,6, ixracın 87,1 faizi uzaq xarici dövlətlərlə 

aparılmışdı. 2003-cü ilin nəticələri təsdiq edirdi ki, Azərbaycanın xarici 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

183



ticarət dövriyyəsində İtaliya (27,2 faiz), Rusiya (10,2 faiz), Fransa (7,0 faiz), 

Türkiyə (5,8 faiz), Birləşmiş Krallıq (5,6 faiz), ABŞ (3,8 faiz), Türk-

mənistan (3,7 faiz), Almaniya(3,4 faiz) və Qazaxıstan (2,9 faiz)paya malik 

olmuşdu [32, 666]. 

Beləliklə, Ümummilli lider Heydər  Əliyevin rəhbərliyi ilə müstəqil 

Azərbaycan Respublikasında həyata keçirilən xarici iqtisadi siyasətinin 

formalaşması prosesini 4 əsas dövr kontekstində qiymətləndirmək olar:  

1) 1991-1993-cü illərin 1-ci yarısı - iqtisadi böhran və xarici ticarət 

əlaqələrində “anarxiya” dövrü;  

2) 1993-1995-ci illər - iqtisadi islahatlara hazırlıq və  dəyişikliklər 

dövrü – bu illərdə Azərbaycanın xarici ticarət siyasətinin və beynəlxalq 

iqtisadi münasibətlər sistemində  təmsilçiliyinin strateji və cari vəzifələri, 

xarici aləmlə iqtisadi əlaqələrinin prioritet istiqamətləri müəyyən edildi;  

3) 1996-2000-ci illər - xarici iqtisadi əlaqələr sahəsində hüquqi 

islahatların həyata keçirilməsi və sabitləşmə dövrü;  

4) 2001-2003-cü illər - xarici iqtisadi-ticarət  əlaqələrinin intensiv 

inkişaf dövrü. Sonuncu mərhələni iki əsas inkişaf meyli səciyyələndirirdi. 

Onlardan birincisi, ölkənin ixrac potensialının xeyli artması, digəri isə xarici 

ticarətin nizamlanmasına yönəlmiş  tədbirlər sistemi və gömrük nəzarətinin 

daha da gücləndirilməsi istiqaməti idi. 1996-2003-cü illərin təcrübəsi bir 

daha təsdiq edir ki, dövlətin beynəlxalq iqtisadi əlaqələr sahəsində yönəl-

dilən tədbirləri sistemi ümumi iqtisadi siyasətin tərkib hissəsi olmuşdur və 

bu sahədə  qəbul edilən qərarlar ölkənin sosial-iqtisadi həyatının bütün 

sahələrinə müsbət təsiri göstərmişdir.  

Ulu öndərin xarici iqtisadi əlaqələr sahəsində irəli sürdüyü strategiya 

yalnız təsərrüfat-ticarət fəaliyyətinin və ölkələr arasında kommunikasi-

yaların genişləndirilməsi demək deyildi. Bu strategiyanın  əsas xüsusiyyət-

lərindən biri də Azərbaycan dövlətinin bu sahəyə yeni yanaşma tərzinin, 

xarici iqtisadi fəaliyyətin iqtisadi və hüquqi mühitinin daha da yaxşılaş-

dırılması, dünya ticarətində bizim rolumuzun yeni prinsiplər əsasında dəqiq-

ləşdirilməsi idi. Ulu öndər tərəfindən işlənib-hazırlanmış iqtisad strategi-

yanın ardıcıl surətdə  həyata keçirilməsi nəticəsində Azərbaycan Respub-

likası dünya iqtisadi birliyinin mühüm həlqəsinə çevrildi, beynəlxalq aləmdə 

mövqeyini möhkəmləndirmiş müstəqil bir dövlət kimi dünya siyasətində 

fəallığı ilə seçilməyə başladı.  İqtisadi islahatların həyata keçirilməsi üçün 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə