Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
172
dəstəklənməsi və dünya iqtisadiyyatına fəal qoşulmaları üçün prioritet
məsələlərin maliyyə təminatı idi.
Beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində qarşıda duran əsas vəzifə-
lərdən biri xarici iqtisadi fəaliyyətin, o cümlədən ixracın milli iqtisadiyyatın
maraqlarına səmərəli uzlaşdırılmasıdır. Müstəqillik illərində görülən işlər
bazar iqtisadiyyatına malik olan ölkələrdə olduğu kimi ölkəmizin təcrü-
bəsində də xarici ticarətin inkişaf etmiş geniş tətbiq olunan vasitə və
üsullarına əsaslanan liberal dövlət tənzimlənməsi sistemini formalaşdırdı.
Qısa zaman kəsiyində Azərbaycan dövlətinin dünya ölkələri ilə ticarətinin
inkişafında irəliləyiş özünü göstərdi, onun coğrafiyası ciddi şəkildə dəyişdi.
Əgər müstəqillik əldə etdikdən sonrakı ilk illərdə idxal və ixracın böyük
hissəsi əsasən Türkiyə, İran və MDB ölkələri ilə aparılırdısa, sonrakı illərdə
xarici ticarət dövriyyəsində inkişaf etmiş ölkələr üstünlük təşkil etməyə
başladı. Ölkəmizlə ticarət əməliyyatlarına cəlb edilən ölkələrin sayı daha da
artdı. Daha çox ixrac potensialına malik olan, bizim məhsullara daha
əlverişli qiymət ödəyən, çoxsaylı ticarət əlaqələri aparan və çatdırılma
prosesinə əlverişli şəraiti təmin edən ölkələri seçmək imkanımız genişləndi.
Heydər Əliyev 90-cı illərin birinci yarısında ticarətdə idxalla ixracın
nisbətini təhlil edərək idxalın ixracdan çox olmasını tənqid edirdi. Belə ki,
ixrac və valyuta nəzarətinin dövlət sisteminin formalaşması hələ sonadək
başa çatmamışdı, bəzi strateji əhəmiyyət daşıyan xammallara, ərzaq malları
və dərman vasitələrinə, aralıq məhsullara və avadanlıqlara görə idxaldan
asılılıq makroiqtisadi balansı pozurdu. Ölkənin ixrac potensialının artırılma-
sı və idxala maliyyə, təşkilati və informasiya dəstəyinin infrastrukturu zəif
idi. Ölkədən çıxarılan valyuta, strateji əhəmiyyətli xammal və digər mallar-
dan dövlət büdcəsinə çox az maliyyə gəlirləri daxil olurdu. Xarici iqtisadi-ti-
carət əlaqələrinin idarə edilməsinə məsul olan dövlət orqanları tərəfindən
ciddi nöqsanlar və çatışmazlıqlar bu sahədə islahatlar aparılmasını tələb
edirdi. Respublika Prezidentinin müvafiq sərəncamları ilə 1999-cu ildə Xa-
rici İqtisadi Əlaqələr Nazirliyi, 2001-ci ildə isə Ticarət Nazirliyi ləğv edildi.
Bununla yanaşı, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin
11-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdəki nitqində xarici ticarət
sahəsində qazanılmış müvəffəqiyyəti dəyərləndirərək iqtisadiyyatımızın in-
kişafında böyük rol oynadığını qeyd edirdi. Onun çıxışında xarici ticarətin
liberallaşmasının böyük nəticə verməsi faktlarla göstərilir: “Məsələn, 5-6 il
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
173
bundan öncə Azərbaycana hər şey xaricdən gətirilirdi. Biz xarici ticarət sa-
həsində daha çox idxal edirdik, nəinki ixrac...1996-2001-ci illərdə xarici ti-
carət dövriyyəsi 2,4 dəfə artaraq 2,2 milyard dollara çatıbdır. Həm də ixra-
cın həcminin daha sürətlə artması müşahidə olunur” [121, 2002, 18
oktyabr].
Azərbaycan iqtisadiyyatına həm yerli, həm də xarici sərmayələrin cəlb
olunması məqsədilə əlverişli investisiya mühiti də yaradıldı. Xarici biznes-
menlərin iş görməsinə əngəl törədən problem və çətinliklər qalmaqda idi.
Bu sahədə qanunvericiliyin, vergi və lisenziya sisteminin təkmilləşdirilməsi
tələb olunurdu. Heydər Əliyev Azərbaycanda biznes mühitinin sağlamlaş-
dırılması üçün mövcud bürokratik əngəllərin aradan qaldırılmasını, bu
sahədə şəffaflığın təmin edilməsini, korrupsiyaya qarşı qəti mübarizə
aparılmasını müvafiq dövlət qurumları qarşısında bir vəzifə kimi irəli
sürürdü. Düzdür, 1994-cü ildən başlayaraq xarici ticarət dövriyyəsi mənfi
saldoya malik olmuş və bu proses 2000-ci ilədək davam etmişdi. Lakin
Azərbaycanın iqtisadi əlaqələri ilbəil genişlənir və inkişaf edirdi. Neft və
neft məhsulları ixracın aparıcı sahəsinə çevrildi. 1995-ci ildə neft və neft
məhsullarının ümumi ixracda payı 45,8 faiz, 2001-ci ildə 91,1 faiz, 2002-ci
ildə isə 87,7 faiz olmuşdu. Lakin 1995-2001-ci illərdə kimya məhsullarının
ümumi ixracda xüsusi çəkisi 3,5 faizdən 0,9 faizə, elektrik enerjisi 4,1
faizdən 0,2 faizə, pambıq və mahlıc ipliyi 20,8 faizdən 0,8 faizə, qara və
əlvan metallurgiya məhsulları 3,2 faizdən 1,7 faizə, maşın və avadanlıqlar
10,6 faizdən 1,7 faizə, alkoqollu içkilər 1,2 faizdən 0,1 faizə düşmüşdü.
1995-ci ildən Azərbaycan Respublikasında bütün ölkələrlə qarşılıqlı
faydalı əməkdaşlığın inkişafına yönəldilmiş xarici iqtisadi siyasət forma-
laşdırıldı, düzgün aparılan qiymət və vergi siyasətinin, xarici ticarətin
artımına rəvac verən tədbirlərin həyata keçirilməsi sonrakı illərdə bu sahədə
dönüş əldə edilməsinə imkan verdi. Məsələn, Azərbaycan Respublikası
Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi
qaydalarının təkmilləşdirilməsi haqqında” 2002-ci il 2 sentyabr tarixli 782
nömrəli Fərmanı ilə lisenziyalaşdırılmaya məruz qalan bütün fəaliyyət
növlərinin siyahısı tətbiq edildi.
2003-cü ildə 1995-ci ilə nisbətən xarici ticarətin həcmi 4,0 dəfə, o
cümlədən ixrac 4,1 dəfə, idxal isə 3,9 dəfə artdı. Azərbaycanın xarici ticarət
dövriyyəsinin getdikcə artması iqtisadi inkişafın dinamik xarakter alma-
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
174
sının, daxili bazarın imkanlarının düzgün qiymətləndirilməsi, həmçinin
xarici ticarətin liberallaşdırılması və ölkədə əlverişli investisiya mühitinin
yaradılmasının nəticəsi idi. Artıq 2003-cü ildə xarici iqtisadi əlaqələr 5216
mln. ABŞ dolları, o cümlədən ixrac 2591,7 mln., idxal isə 2626,4 isə mln.
ABŞ dolları təşkil etmişdi. 2003-cü ilin yekunlarına əsasən xarici ticarət
dövriyyəsi 1993-cü ilə nisbətən 3,9 dəfə, o cümlədən ixrac 3,6 dəfə, idxal
əməliyyatları üzrə isə 3,9 dəfə artmışdı. Bu illər ərzində xarici ticarət
əlaqələrinin strukturu da dəyişmişdi: idxalın ümumi həcmində respublikaya
gətirilən ərzaq məhsullarının xüsusi çəkisi 1993-cü ildə 21,2 faiz, 1995-ci
ildə 41,6 faiz olduğu halda, 2000-ci ildə bu göstərici azalaraq 19,0 faiz,
2003-cü ildə isə 16,0 faiz təşkil etmişdi. 2003-cü ilin xarici ticarət dövriyyə-
sinin 77,3 faizi uzaq xarici dövlətlərin, 22,7 faizi isə MDB ölkələrinin payı-
na düşürdü. Azərbaycanın xarici ticarət əlaqələrində İtaliya (27,2 faiz), Ru-
siya (7,0 faiz), Fransa (5,8 faiz), (Türkiyə (5,6 faiz), Birləşmiş Krallıq (3,8
faiz), ABŞ (3,7 faiz) və Almaniya (2,9 faiz) öncül yer tuturdu. İdxal-ixrac
əməliyyatlarında İran, İsrail, İsveçrə, Gürcüstan, Qazaxıstan və Türkməni-
stan da yüksək xüsusi çəkiyə malik idilər. Azərbaycandan ixrac olunan məh-
sulların 65,7 faizi, idxalın isə 32,0 faizi Avropa Birliyi ölkələrinin payına
düşürdü. Bütövlükdə, Azərbaycan Respublikası 124 ölkə ilə ticarət əlaqələri
yaratmışdı, halbuki 1996-cı ildə bu ölkələrin sayı cəmi 55 idi [32, 666-675].
Aşağıdakı cədvəl bu dəyişiklikləri təhlil etməyə imkan verir:
Cədvəl 3.3
Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin
dinamikası (min ABŞ dolları)
İllər Dövriyyə
İdxal
İxrac Saldo
1991
4002234,3 1881266,2 2120968,1 239701,9
1992
2423835,0 939862,0 1483973,0 544111,0
1993
1353467,1 628806,0 724661,1 95855,1
1994
1430644,7 777910,5 652734,2 -125176,3
1995
1304856,5 667657,2 637199,3 -30457,9
1996
1591881,8 960636,3 631245,5 -329390,8
1997
1575652,9 794343,2 781309,7 -13033,5
1998
1682647,9 1076497,4 606150,5 -470346,9
Dostları ilə paylaş: |