Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə58/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   54   55   56   57   58   59   60   61   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

161



siyasət xətti ABŞ Konqresində  və Senatında Azərbaycanı  dəstəkləyən 

qüvvələrin fəaliyyətini canlandırdı. Hələ 1994-cü ilin iyulun 16-da Senatın 

büdcə komissiyası 1995-ci il üçün MDB ölkələrinə maliyyə yardımı 

məsələlərini müzakirə edərkən Azərbaycana da humanitar yardımın göstə-

rilməsini təmin etmək məqsədi ilə “907-ci düzəliş”i yumşaltmağı  təklif 

etmişdi.  

Türkiyə Cümhuriyyəti Azərbaycan Respublikasının beynəlxalq iqtisa-

di təşkilatlarda və müqavilələrdə  ən yaxın müttəfiqidir. Tərəflər arasında 

ticarət  əlaqələrinin kəmiyyət və keyfiyyət strukturunda əhəmiyyətli dəyi-

şiklik olmuşdur. Əgər 1990-1995-ci illərdə ixracımızın əsas hissəsini kimya, 

metal və pambıq məhsulları təşkil edirdi. Azərbaycandan Türkiyəyə ixracın 

70 faizini neft məhsulları təşkil edirdi. Ticarət əlaqələri ilə bərabər, qarşılıqlı 

investisiya və elmi-texniki əməkdaşlıq da güclənirdi. 1996-cı ildə 

ixracımızın 6,2 faizi, idxalın isə 22,5 faizi Türkiyənin payına düşürdü və bu 

sonrakı illərdə  də yüksək olmuşdur. Lakin 1999-cu ildən başlayaraq 

Azərbaycanın xarici ticarət dövriyyəsində Türkiyənin payı azalmağa doğru 

getdi. Həmin ildə Türkiyənin payı idxalda 13,8 faiz, ixracda – 7,4 faiz, 

2003-cü ildə müvafiq olaraq idxalda 6,4 faiz, ixracda isə 5,1 faiz olmuşdu 

[33, 220; 89, 25; 88, 40-41; 32, 675, 720]. 

Neft müqavilələrinin imzalanması, neftin ixrac marşrutları  və  Xəzər 

dənizinin statusuna aid bir sıra problemlərin müzakirəsində Azərbaycan 

Respublikası bir növ ABŞ-ın strateji partnyoruna çevrildi. ABŞ-Azərbaycan 

münasibətlərində  əsaslı dönüş  məhz 1996-cı ilin yanvarından özünü 

göstərməyə başladı. Heydər  Əliyevin ABŞ prezidenti B.Klinton, nüfuzlu 

konqresmen və senatorlarla görüşləri, iki ölkə arasında parlamentlərarası 

əlaqələrin genişlənməsi, Azərbaycanın islahatlar yolu ilə irəliləməsi, ABŞ-ın 

neft kompaniyalarının neft müqavilələrində  fəal iştirakı  və s. amillər 

Azərbaycanla iqtisadi əlaqələrin genişlənməsinə  səbəb oldu. 1996-cı ilin 

yanvarında ABŞ Konqresi “Vilson düzəlişi” adlanan yeni sənəd qəbul etdi. 

Düzəlişə görə ABŞ prezidenti Azərbaycandakı qaçqın və köçkünlərə qeyri-

hökumət təşkilatlarının vasitəsilə edilən yardımları qeyri-qənaətbəxş etsə 

idi, “907-ci düzəliş”in fəaliyyətini dayandıra bilərdi. 

Ulu öndər Heydər Əliyev 1996-cı il mayın 14-də Aşqabadda keçirilən 

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının IV 

zirvə toplantısındakı  çıxışında demişdi:  “Dünya təcrübəsi göstərir ki, heç 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

162



bir ölkə beynəlxalq  əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və 

ehtiyatlar birləşdirmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz 

buna görə  də  təşkilatınızda fəal iştirak etmək təkcə iqtisadi maraqlarda 

deyil, həm də tarixi köklərin,  ənənələrin, mədəniyyətin eyniliyi ilə bağlı 

olduğumuz qardaş ölkələrlə  sıx  əməkdaşlıq Azərbaycan Respublikasının 

xarici siyasətinin üstün istiqamətidir” [55, 279].  

 1990-cı illərin sonları  və 2000-ci illərin  əvvəllərində MDB ölkə-

lərinin  əksəriyyətində ictimai-siyasi vəziyyətin sağlamlaşması  və makro-

iqtisadi sabitliyin təmin edilməsi respublikamızın aqrar sahədəki ixracatında 

MDB-nin payını  əhəmiyyətli dərəcədə yüksəldi. 1996-cı ildən başlayaraq, 

Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimi 

yaratdı. Həmin dövrdə, üzv dövlətlər arasında həll edilməmiş qalan başlıca 

məsələ azad ticarət zonaları  və gömrük rüsumlarının eyniləşdirilməsi 

haqqında müqavilənin bütün ölkələr tərəfindən ratifikasiya olunmaması idi. 

MDB ölkələri ilə iqtisadi əlaqələrin təhlili göstərir ki, 2000-ci ildə ölkə-

mizdən ixrac olunan məhsulların 90 faizi üç respublikanın – Rusiya Federa-

siyası, Ukrayna və Qazaxıstan respublikalarının, ixracın isə 92 faizi Rusiya 

Federasiyası, Gürcüstan və Ukrayna respublikalarının payına düşürdü. MDB 

ölkələrinə ixrac olunan mal və  məhsulların həcminə görə Rusiyadan sonra 

ikinci tərəfdaş ölkə Gürcüstan idi və bu ölkənin payı ixracatda 33, 41 faiz 

olsa da, idxalda cəmi 1,20 faiz təşkil edirdi [109, 38; 129, 2004, №9, 29-32]. 

Müxtəlif ölkələrlə xarici ticarət  əməliyyatlarının inkişafının özünə-

məxsus xüsusiyyətləri vardır. Heydər  Əliyev çox yaxşı bilirdi ki, yaxın 

qonşumuz olan Rusiya Federasiyası ilə yeni tipli iqtisadi əlaqələrin 

yaradılması və xarici ticarət balansının tarazlaşdırılması bu problemə dövlət 

qayğısının artırılmasını zəruri edir. Azərbaycanın Rusiya ilə iqtisadi əlaqə-

ləri kifayət qədər uzun tarixə malikdir və respublikanın idxal və ixracının, 

demək olar, bütün sahələrini əhatə edir. Xarici ticarətdə hər iki dövlət vahid 

iqtisadi məkana daxildir, bu ölkələri ümumi texnologiya və istehsal 

kooperasiyası birləşdirir. Ümummilli lider Heydər  Əliyev MDB üzv döv-

lətləri arasında iqtisadi inteqrasiyanın inkişafı, qarşılıqlı etimadın möh-

kəmləndirilməsi həm Rusiyanın qonşularının, həm də Rusiyanın özünün 

mənafelərinə uyğun olmasını qeyd edərək demişdi ki, “...birlik ölkələrini 



hər biri bundan böyük fayda götürə bilər, xüsusən də iqtisadiyyat sahə-

sində” [59, 138].  


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

163



Ölkəmizin xarici iqtisadi əlaqələrində Rusiya Federasiyasının strateji 

əhəmiyyətini aşağıdakı amillərlə qiymətləndirmək olar: bu ölkə  dəmir 

yolları, avtomobil yolları, qaz və neft kəmərlərinin sıx şəbəkəsinin mövcud 

olması; Azərbaycanın kənd təsərrüfatı  məhsullarına Rusiyanın bir sıra 

regionlarında  əlverişli bazarın olması; dəniz qonşuluğu; iki ölkə arasında 

miqrasiyanın yüksək səviyyədə olması və s.  

Ulu öndərin ölkəyə  rəhbərlik etdiyi dövrdə Rusiya rəhbərliyi ilə 

aparılan diplomatik danışıqların iqtisadi aspekti, imzalanan müqavilə  və 

sazişlər Azərbaycan dövlətinin xarici iqtisadi siyasətinin həyata keçiril-

məsinə əlavə stimul verdi. Bunun ardınca, 1996-cı ildən iqtisadi əməkdaşlıq 

üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Daimi Komissiya fəaliyyətə baş-

ladı. Komissiya iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə mövcud prob-

lemlərin tədqiqi və iqtisadi əlaqələrin inkişafı üçün zəruri layihələrin, 

təkliflər paketinin hazırlanması ilə  məşğul idi. İqtisadi göstəricilərə görə, 

2000-ci ildə respublikanın Rusiya Federasiyasından idxal etdiyi idxal 

mallarının dəyəri 249,3 mln. ABŞ dolları, həmin ölkəyə ixrac edilən 

məhsulun həcmi isə 98,3 mln. ABŞ dolları olmuşdu. 2003-cü ildə isə iki 

ölkə arasında ticarət dövriyyəsinin həcmi 532,9 mln. ABŞ dolları  təşkil 

etmişdi ki, bu da 2000-ci ilin səviyyəsindən 1,5 dəfə çox idi [30, 115; 109, 

44; 145, 22, 23; 64, 2006, №7, 27]. 

1997-ci il iyulun 29-da Heydər  Əliyev ABŞ-a ilk səfərində 

“C.P.Morqan” bankında Amerika-Azərbaycan Ticarət Palatası  və Anlaşma 

Təşkilatı işgüzar şurasının üzvləri, ABŞ-ın Ticarət nazirliyinin əməkdaşları 

ilə görüşü çox faydalı oldu. Ulu öndər Azərbaycanda son illər aparılan 

iqtisadi islahatların nəticələri haqqında  şərh verərək göstərmişdi ki, 

iqtisadiyyatımız bazar yolu ilə inkişaf etdirilir, özəlləşdirmə proqramı ardıcıl 

surətdə həyata keçirilir və xarici ölkə vətəndaşları bu prosesdə Azərbaycan 

vətəndaşları  və  şirkətləri ilə  bərabər  əsaslarla iştirak edə bilirlər.  İşgüzar 

görüşün iştirakçılarına məlumat verilmişdi ki, Azərbaycanda xarici ticarət 

və gömrük siyasətində liberallaşma həyata keçirilir. Nəticədə xarici ticarət 

dövriyyəsinin həcmi 40 faiz artmışdır.  Əgər 1989-cu ildən başlayaraq 

Azərbaycanın sənaye, kənd təsərrüfatı istehsalı, ümumən iqtisadiyyatı get-

gedə  aşağı düşürdüsə  və 1995-ci ildə  sənaye istehsalı 25-26 faiz, ümumi 

daxili məhsulun miqdarı 10-15 faiz aşağı düşmüşdüsə, 1996-cı ilin yekun-

larına görə, aparılan islahatların ilkin nəticəsi olaraq sənaye istehsalında 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə