Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
158
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı”nda Dövlət Gömrük Komitəsi
qarşısında qoyulmuş tədbirlər uğurla həyata keçirildi. “Dövlət Proqra-
mı”ndan irəli gələn və gömrük orqanlarının səlahiyyətlərinə aid məsələlərin
həlli məqsədi ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12
sentyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq Tədbirlər Planı hazır-
lanaraq Komitə sədrinin müvafiq əmri ilə təsdiq edildi. Nəzərdə tutulmuş
müddət ərzində Komitənin Mərkəzi Laboratoriyasının yeni Gəncə və
Biləsuvar regional bölmələrinin, həmçinin Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının yaradılması üçün
təşkilati işlər həyata keçirildi.
Azərbaycan Respublikasında son zamanlarda sürətlə inkişaf edən
istehsal sahələrinin təşkilinə və genişləndirilməsinə əlverişli şəraitin yaradıl-
ması, idxalın əmtəə strukturunun səmərələşdirilməsi, idxaldan asılılığın
azaldılması, idxal yönümlü malların istehsalının stimullaşdırılması və yerli
istehsalın xarici rəqabətin mənfi təsirindən qoruması məqsədilə Azərbaycan
Respublikasında tətbiq olunan gömrük tariflərinin təkmilləşdirilməsi
zərurəti yarandı. Bunu nəzərə alaraq, idxal mallarına münasibətdə gömrük-
tarif mexanizminin təkmilləşdirilməsi, lüzumsuz tarif güzəştlərinin ləğvi,
güzəştlərin konkret sahəni və dövrü əhatə etməsi, həmçinin beynəlxalq
təşkilatların Azərbaycan Respublikasında hazırda tətbiq olunan gömrük
idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi ilə bağlı
verdiyi tövsiyələr əsasında “Azərbaycan Respublikası ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin siyahısı hazırlanaraq
Nazirlər Kabinetinə təqdim edildi.
Belə nəticəyə gəlmək olar ki, gömrük nəzarətinin iqtisadi göstəri-
cilərinin yüksəldilməsi sahəsində fəaliyyət, fəal və çevik gömrük tənzim-
ləmə mexanizminin həyata keçirilməsi Azərbaycan Respublikasının iqtisadi
maraqlarının təmin edilməsinin əsas şərtidir. Bütövlükdə, Respublikanın
sosial-iqtisadi həyatında baş verən əhəmiyyətli dəyişikliklər və gömrük
gəlirlərinin artması hesabına ölkənin büdcə imkanları genişlənir. Dövlət
büdcəsində investisiya və sosial yönümlü proqramlara maliyyə dəstəyinin
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
159
təmin edilməsi səmərəli gömrük-tarif tənzimlənməsinin həyata keçirilməsini
zəruri edir.
3.3. Azərbaycanın yaxın və uzaq ölkələrlə iqtisadi-ticarət
əlaqələri (1993-2003-cü illər)
Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının prioritet
istiqamətini milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiya olunması
müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın qurulmasında asılıdır. Bu
əməkdaşlıq əsasən aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir: çoxtərəfli
iqtisadi əlaqələr (MDB, Qara Dəniz İqtisadi Təşkilatı, GUAM, yaxın
perspektivdə Dünya Ticarət Təşkilatı və s.); beynəlxalq maliyyə institutları
və beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq (Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s.); ikitərəfli
iqtisadi əlaqələr ( ayrı-ayrı ölkələrlə), tranzit ölkə olaraq (Böyük İpək Yolu);
neft hasilatı və ixracatçısı kimi qurulan əlaqələr.
Ölkəmizin beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı iki əsas
istiqamət üzrə aparılır: regional təşkilatlar və BMT-nin müxtəlif təşkilat və
proqramları. Regional təşkilatlarla əməkdaşlıq şimal, şərq və qərb istiqa-
mətlərinə ayrılmaqla bərabər, hər bir istiqamət üzrə milli maraqların təmin
edilməsi bu əlaqələri şərtləndirən əsas prioritetlərdir.
Şimal istiqaməti üzrə əməkdaşlıq əsasən MDB və GUAM ilə
əməkdaşlığı əhatə edir. Keçmiş ittifaq dağıldıqdan sonra bütün respub-
likaların ticarət əlaqələrini xarakterizə edən xarici ticarət dövriyyəsinin
həcmi kəskin surətdə azaldı. Keçmiş sovet respublikalarının xarici
ticarətinin coğrafi quruluşunda baş verən dəyişikliklər, xüsusilə 90-cı
illərdən başlayaraq, dövlətlərarası əlaqələrdə üçüncü ölkələrin prioritet təşkil
etməsi xarici ticarətin məzmununa mənfi təsir göstərmişdi. Uzun müddət
keçmiş SSRİ-nin tərkib hissələrini təşkil edən respublikalar arasında
çoxistiqamətli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin mövcudluğu
xarici iqtisadi əlaqələr və gömrük işi sahəsində də əməkdaşlıq münasibət-
lərinin yeni bir istiqamətdə qurulmasını tələb edirdi. Tədqiq olunan dövrdə
Azərbaycan Respublikası MDB-yə daxil olan dövlətlərlə normal əməkdaşlıq
münasibətləri yaratmağa çalışırdı. 1993-cü ilin sonlarında MDB-yə daxil
olan 11 ölkənin qoşulduğu “İqtisadi ittifaqın yaradılması haqqında” sazişin
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
160
imzalanması ilə bu əlaqələrin bünövrəsi qoyuldu. Bir il sonra isə MDB üzvü
olan ölkələr arasında Azad ticarət zonası, Gömrük birliyi, Ümumi mal və
xidmət bazarı, Dövlətlərarası valyuta komitəsinin yaradılması haqqında
sazişlər imzalandı. Lakin bu saziş və qərarların əksəriyyətinin işlək
mexanizmi olmadığından elə kağız üzərində də qaldı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1993-cü ildə
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ən mühüm məhsul
növlərinin göndərilməsi barədə” 1993-cü il 22 fevral tarixli 115 nömrəli
Qərarı hər iki ölkə arasında ticarət əlaqələrinin normal əsaslar üzərində daha
da genişləndirilməsi məqsədini daşıyırdı. Keçid dövrünün əvvəllərində
MDB-yə daxil olan ölkələrin, o cümlədən Azərbaycan Respublikasında
ictimai-siyasi və iqtisadi vəziyyətin xeyli mürəkkəb olması üzündən xarici
ticarət balansı pozulmuşdu. Bununla bərabər, Rusiya Federasiyasında 1990-
cı illərin ortalarında həyata keçirilən valyuta-pul islahatı Rusiya bazarında
Azərbaycan Respublikasının aqrar-sənaye məhsullarının rəqabət qabiliyyət-
liyini aşağı salmışdı. Azərbaycanın aqrar-sənaye kompleksi məhsullarının
MDB ölkələri bazarına ixracını artırılması önündə ciddi əngəllər yaran-
mışdı.
Bütün bu amilləri nəzərə alan Heydər Əliyev Azərbaycanın MDB
ölkələri ilə iqtisadi münasibətlərinin perspektivləri haqqında Moskvada nəşr
olunan “Nezavisimaya qazeta”nın 1995-ci il 21 noyabr tarixli nömrəsinə
verdiyi müsahibəsində demişdi: “Biz MDB-nin tərkibinə daxilik, onun
fəaliyyətində iştirak edirik və istəyirik ki, iqtisadi əməkdaşlıq inkişaf etsin.
Təəssüf ki, bu əməkdaşlıq inkişaf etmir. Artıq xeyli vaxtdır ki, MDB
mövcuddur. Lakin axı başlanğıcda Azərbaycan MDB-yə daxil deyildi. Mən
respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycanın MDB-yə daxil
olmasına ictimaiyyət tərəfindən, parlament tərəfindən dəstəklənməsinə nail
olmaq üçün bir neçə ay iş aparmalı oldum. 1993-cü ilin sentyabr ayında biz
MDB-yə daxil olduq, bir çox sənədlər imzaladıq. Artıq iki ildir ki, biz onun
tərkibindəyik. Çox istərdim ki, iqtisadi inteqrasiya səmərəli olsun. Mövqe-
lərimizi yaxınlaşdırmaq üçün, birgə fəaliyyət göstərmək üçün biz konkret
məsələlər üzərində diqqəti cəmləşdirməli və var qüvvəmizlə çalışmalıyıq”.
Azərbaycanın əlverişli geosiyasi mövqeyi, zəngin təbii ehtiyatları,
kapital qoyuluşlarının perspektivli gələcəyi ABŞ iş adamlarını tədricən
Azərbaycana cəlb edirdi. Heydər Əliyevin işləyib hazırladığı xarici iqtisadi
Dostları ilə paylaş: |