Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə53/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   49   50   51   52   53   54   55   56   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

147



göstərilən Konvensiyaya düzəliş protokoluna qoşulması barədə” 2000-ci il 

2 may tarixli 872-IQ nömrəli Qanun

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 

2001-ci il 8 iyun tarixli 138-IIQ nömrəli Qanunu. 

“QDİƏT regionunda malların yol daşımalarının asanlaşdırılması 

haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan 

Respublikasının 13 may 2003-cü il tarixli 441-IIQ nömrəli Qanunu. 

“QDİƏT regionunda malların yol daşınmasının asanlaşdırılması 

haqında Anlaşma Memorandumu”na Azərbaycan Respublikası  tərəfindən 

aşağıdakı qeyd şərt daxil edilmişdir: 

1. Azərbaycan Respublikası  bəyan edir ki, “QDİƏT regionunda 

malların yol daşınmasının asanlaşdırılması haqında Anlaşma Memoran-

dumu”nda göstərilmiş hüquq, öhdəlik və müddəaların heç biri Azərbaycan 

Respublikası tərəfindən Ermənistan Respublikasına tətbiq edilməyəcəkdir.  

2. Azərbaycan Respublikası hazırkı qeyd-şərtin 1-ci bəndinin müddəa-

larını istənilən an dəyişmək və ya ləğv etmək hüququnu özündə saxlayır və 

digər tərəflər hər hansı belə  dəyişikliklər və  ləğv barədə yazılı  şəkildə 

xəbərdar ediləcəkdilər [24, 31 avqust 2003, №8, maddə 401]. 

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2001-ci l tarixində 

imzaladığı 457 nömrəli “Qara və əlvan metal qırıntı və tullantıları ixracının 

müvəqqəti dayandırılması barədə”  Fərmanına uyğun olaraq qara və  əlvan 

metal qırıntı  və tullantılarının ölkədən çıxarılması 2001-ci il 18 apreldən 

dayandırıldı.  

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 



ticarətin tənzimlənməsi sahəsində  əlavə  tədbirlər haqqında” 1999-cu il 23 

iyul tarixli 160 saylı  Fərmanında yaxın gələcəkdə idxalın səmərəliliyin 

artırılmasının  əsas istiqamətlərindən biri kimi müasir texnologiyanın və 

avadanlığın tətbiqi ilə istehsalın və  məhsulun keyfiyyətini artırmaqla 

potensialı yüksək olan sahələrin prioritet inkişafı, yerli sənaye üçün zəruri 

olan bəzi xammal və yarımfabrikatların idxal qiymətlərinə nisbətən daha 

ucuz başa gələn istehsalının təşkil olunması, xarici kreditlər və büdcə vəsaiti 

hesabına satınalmaların səmərəli mexanizminin təşkili, tenderlərin və 

müsabiqələrin keçirilməsi başlıca vəzifələrdən hesab edilirdi. Bu məqsədlə: 

əhalinin və müəssisələrin iqtisadi vəziyyəti nəzərə alınmaqla dünya təcrü-

bəsində geniş istifadə olunan idxalın müxtəlif rejimlərinin tətbiqi; xarici 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

148



investisiyaları istehsal və xidmət sahələrinə yönəldilməsi; xarici ticarətin 

səmərəliliyin artırılması, beynəlxalq iqtisadi təşkilatlarla, o cümlədən DTT 

ilə  əməkdaşlığın genişləndirməsi və bu təşkilata qəbul prosesini sürətlən-

dirməsi; iqtisadi təhlükəsizliyin təmin olunması üçün ilk növbədə konsiq-

nasiyaya ixrac, kreditlə ixrac və barter əməliyyatlarında maliyyə  vəsaitlə-

rinin və malların qanunla müəyyən edilmiş müddətlərdə  gətirilməsinə 

nəzarətin gücləndirilməsi, keyfiyyətsiz malların idxalından müdafiə siste-

minin işlənib hazırlanması və bütün əlaqədar təşkilatlar tərəfindən sistemli 

şəkildə həyata keçirilməsi; xarici ticarət fəaliyyəti və onunla bağlı sahələri 

tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi; Azərbaycan 

Respublikasının ticarət siyasətini daxildə  və beynəlxalq aləmdə yüksək 

səviyyədə təbliğ etmək məqsədi ilə əlaqələrin geniş və etibarlı şəbəkəsinin 

yaradılması və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu.  

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası dövlət sərhədinin 



buraxılış-keçid məntəqələrində  Sərhədyanı bazarların yaradılması  və 

fəaliyyəti Qaydaları” haqqında 1995-ci il 13 fevral tarixli 26 nömrəli və bu 

sənədə əlavə və dəyişikliklər edilməsi haqqında 1996-cı il 31 iyul tarixli 162 

nömrəli qərarları xarici ticarət əlaqələrinin genişlənməsini nəzərdə tuturdu. 

Gömrük xidmətinin daha da gücləndirilməsinə yönəldilən mühüm sənədlər 

sırasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi strukturunun 

və  Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1998-ci il 27 oktyabr tarixli 

sərəncamı göstərmək olar. Adı  çəkilən sənəddə gömrük strukturlarının 

fəaliyyət mexanizmini hərəkətə  gətirən bütün elementlər nəzərdən 

keçirilmişdir [81, 67-68]. 

“Azərbaycan Respublikasında ticarətin tənzimlənməsi sahəsində əlavə 

tədbirlər haqqında” 1999-cu il 23 iyul tarixli Fərmanı ilə  təsdiq edilmiş 

1999-2002-ci illərdə Azərbaycan Respublikasında ticarətin inkişafı üzrə 

Dövlət Proqramında göstərilirdi ki, ölkə böyük təbii sərvətlərə, münbit 

torpaqlara malik olduğu halda onun valyuta ehtiyatının xeyli hissəsi əhalinin 

ilkin tələbat malları ilə  təchiz olunmasına sərf edilir. İxracın  əsasını enerji 

daşıyıcıları və xammal məhsulları, idxalın isə əsasını ərzaq məhsulları, ilkin 

tələbat məhsulları  təşkil etdiyindən xarici ticarətin strukturu iqtisadi 

baxımdan səmərəli deyildir. Bu Proqramın  əsas istiqamətlərindən birini 

ixrac potensialının artırılması, ixracın strukturunun təkmilləşdirilməsi və 

ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi təşkil edirdi. Daimi 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

149



fəaliyyət göstərən Tarif şurasının yaradıldı, əsaslandırılmış vergi və rüsum-

ların tətbiq edilməsi, alternativ valyuta mənbələrinin axtarılması  işlərinə 

rəvac verildi. İxracat sahəsində beynəlxalq təcrübədə geniş istifadə olunan 

konsiqnasiya, kreditə ixrac, lizinq və s. müxtəlif formaları ilə  bərabər 

ixracın müasir tipli infrastrukturunun (nəqliyyat, sığorta, anbarlar, infor-

masiya sistemi və s.) və ixracın həvəsləndirilməsi mexanizminin yaradıl-

ması kimi tədbirlərin həyata keçirildi. Bu işlərin görülməsi bir sıra dövlət 

qurumları ilə bərabər Dövlət Gömrük Komitəsinə tapşırıldı. 

 Sərhədyanı ticarətin təşkili və tənzimlənməsi, xarici ticarət əməliyyat-

larının qüvvədə olan qaydalara uyğun şəkildə həyata keçirilməsi, istehsal və 

idxal olunan malların keyfiyyətinə  səmərəli nəzarət mexanizminin 

qurulması, mal, iş  və xidmətlərin ixracı  və idxalına texniki tələblərin 

müəyyənləşdirilməsi və  tətbiqi, ticarət sahəsində dövlət siyasətinin forma-

laşdırılması  və  aşkarlığın bütün formalarından (görüşlər, yığıncaqlar, 

seminarlar, televiziya və  mətbuat və s.) istifadə edilməsi, KİV-lə  əlaqənin 

geniş şəbəkəsinin yaradılması gömrük orqanlarının vəzifələrinə daxil edildi. 

Ticarət münasibətlərinin beynəlxalq aspektləri ilə bağlı  qəbul edilmiş 

sənədlərin məzmunu və mahiyyəti daha müasir səciyyə aldı [24,31 iyul 

1999-cu il, №7, maddə 422]. 

1995-2003-cü illər  ərzində xarici ticarət fəaliyyətinin tənzimlənməsi 



sahəsində bir çox qanunlar və digər hüquqi-normativ aktlar aktlar qəbul 

edildi. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”, “Gömrük Tarifi 

haqqında”, “Valyuta tənzimi haqqında”, “Xarici investisiyanın qorunması 

haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Sahibkarlıq fəaliyyəti 

haqqında”, “Mülkiyyət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, 

“Haqsız rəqabət haqqında” və s. qanunlar bu qəbildəndir. Bu hüquqi sənəd-

lər ötən dövr ərzində bazar münasibətlərinə  əsaslanan milli iqtisadiyyatın 

formalaşdırılması  məqsədilə aparılan islahatlar çərçivəsində idarəetmənin 

inzibati-amirlik metodlarından iqtisadi metodlarına keçirilməsi, xarici 

iqtisadi  əlaqələr üzərindən dövlət inhisarının götürülməsi və bu əlaqələrin 

daha da liberallaşdırılmasına  şərait yaratdı.  İnvestisiya mühitinin yaxşılaş-

dırılması, xarici iqtisadi fəaliyyətdə sağlam rəqabət  şəraitinin yaradılması 

respublika iqtisadiyyatına xarici investisiyalar qoyuluşunu daha da artırdı. 

Respublikanın xarici iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılmasında, bu 

sahədə qanunvericilik bazasının formalaşmasında Milli Məclis və Nazirlər 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə