Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə52/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   48   49   50   51   52   53   54   55   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

144



təmir işləri aparıldı.  

Həmin dövrdə gömrük işi sahəsində bir-birini tamamlayan və respub-

likanın iqtisadi inkişaf xüsusiyyətlərini nəzərə alan aşağıdakı  əsas vəzifə-

lərin həlli qarşıya qoyuldu: 

– gömrük sərhədinin tam qurulması və maddi-texniki təchizatı, göm-

rük sərhədindən keçirilən yüklərin qeydiyyatının təkmilləşdirilməsi; 

– gömrük qanunvericiliyi pozuntularının və başqa hüquq-mühafizə 

orqanları ilə birlikdə qaçaqmalçılıq hallarının qarşısının alınması, respubli-

kanın gömrük ərazisi vasitəsilə onların qeyri-qanuni keçirilməsinə yol 

verilməməsi; 

– gömrük ödənişləri texnologiyasının təkmilləşdirilməsi və onların 

büdcəyə daxil olmasına nəzarət, valyuta nəzarətinin gücləndirilməsi, idxal 

vergiləri və rüsumlarını vaxtaşırı  nəzərdən keçirməklə mövsümü dəyişik-

liklər aparılması; 

– gömrük orqanları  tərəfindən strateji xammalın ixracına və valyuta 

əməliyyatlarına nəzarət etməklə ölkənin iqtisadi təhlükəsizliyinin daha 

etibarlı surətdə təmin olunması; 

– gömrük sənədlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması, göm-

rük proseduralarının sadələşdirilməsi və rəsmiləşdirmə müddətinin qısaldıl-

ması, təhvil vermə üsulundan asılı olmayaraq bütün malların gömrük 

rəsmiləşdirilməsinin təmin olunması, yüklər və yük göndərənlər haqqında 

ilkin məlumatların əldə edilməsi; 

– gömrük nəzarəti işlərinin təkmilləşdirilməsi, bu sahədə mütərəqqi 

texnologiyaların tətbiqi; 

– tarifdən kənar tənzimləmə  tədbirlərinə  nəzarət texnologiyasının 

təkmilləşdirilməsi, tarif üsulları kompleksində effektivliyin təhlili üzrə 

təkliflərin hazırlanması; 

– boru kəməri nəqliyyatı  və elektrik enerjisi ötürücü xətləri ilə 

keçirilən mallara gömrük nəzarətinin təşkili,  əqli mülkiyyət obyektlərinin 

bir yerdən başqa yerə keçməsinə  nəzarətin təşkilati-hüquqi  şərtlərinin 

yaradılması; 

– xarici iqtisadi fəaliyyət məlumatların düzgünlüyünün və keyfiyyə-

tinin artırılması üzrə  işlərin sistemləşdirilməsi və bu əsasda gömrük 

xidmətinin və onun struktur bölmələrinin işinin səmərəliliyinin təhlili və s. 

[81, 240-242]. 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

145



Azərbaycanın xarici iqtisadi siyasətinin  əsas istiqamətləri Heydər 

Əliyevin 1996-2003-cü illərdə imzaladığı çoxsaylı  Fərman və  sərən-

camlarda, dövlət proqramlarında öz konkret əksini tapmışdır. Ulu öndər bir 

çox belə  sənədlərə imza atmaqla xarici iqtisadi siyasətimizin strategiya və 

taktikasının formalaşması və iqtisadi qüdrətimizin artmasına bu və ya digər 

dərəcədə müsbət təsir edən qərarlar qəbul etmişdir. Söhbət, həm də bununla 

əlaqədar dövlət başçısının təşəbbüsü ilə respublikanın Milli Məclisi 

tərəfindən qəbul edilmiş qanunlardan gedir. Bunlara misal olaraq, Azərbay-

can Respublikasının Prezidentinin aşağıdakı Fərmanlarını göstərmək olar: 

 “Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin 



artırılması  tədbirləri haqqında” 1994-cü il 10 yanvar tarixli 91 nömrəli 

Fərman; 


 “Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi 

haqqında” 1994-cü il 5 aprel tarixli 125 nömrəli Fərman; 

 “Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi 



haqqında” 1996-cı il 6 avqust tarixli 481 nömrəli Fərman (bu Fərman 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xari-



ci ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” 520 nömrəli 17 

dekabr 1996-cı il tarixli Fərmanı ilə əvəzlənmişdir); 

 “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, 

saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” 1996-cı il 20 

dekabr tarixli 527 nömrəli Fərman. 

Azərbaycan Respublikası Prezidentinin “Bəzi sahibkarlıq fəaliyyəti 

növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” 1997-ci il 27 yanvar 

tarixli 543 nömrəli Fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan 

fəaliyyət növlərinin və onları verən müvafiq icra hakimiyyəti orqanlarının 

siyahısının hazırlanmasını Nazirlər Kabinetinə tapşırmışdır. Fərman, bəzi 

fəaliyyət növləri üçün tələb olunan xüsusi razılığın (lisenziyanın) verilməsi 

haqqında Əsasnaməni qəbul etmişdir. Bu Fərman Azərbaycan Respublikası 



“Sahibkarlıq fəaliyyəti haqqında”  Azərbaycan Respublikasının Qanununa 

əlavələr və  dəyişikliklər edilməsi barədə” 1996-cı il 24 dekabr tarixli 

Qanunun tətbiqi məqsədi ilə  qəbul edilmişdi və Azərbaycan Respublikası 

Prezidentinin  “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi 



qaydalarının təkmilləşdirilməsi haqqında” 2002-ci il 2 sentyabr tarixli 782 

nömrəli Fərmanı ilə qüvvədən düşmüşdür.  




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

146



Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında 

xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun 

tarixli 609 nömrəli Fərmanı imzaladı. Bu Fərmanla Azərbaycan Respub-

likası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 520 nömrəli Fərmanı  ləğv 

edildi. Bu Fərmanla ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin 

daha da liberallaşdırılması  məqsədi daşıyan və bazar iqtisadiyyatının 

tələblərinə cavab verən müasir qaydalar müəyyənləşdirildi.  “Qaydalar”

əsasən ixrac əməliyyatları əsasən 5 növə ayrılırdı: istehsal, emal, təkrar emal 

olunan malların ixracı; kreditə ixrac; təkrar ixrac; konsiqnasiya yolu ilə 

ixrac və müvəqqəti ixrac əməliyyatları. “Qaydalar”ın ikinci bölməsi idxal 

əməliyyatlarının tənzimlənməsini, üçüncü bölməsi Nazirlər Kabineti 

tərəfindən aparılan və müvafiq dövlət orqanlarından rəy alınmaqla aparılan 

idxal-ixrac  əməliyyatlarını, barter əməliyyatları  və kooperasiya əməliy-

yatlarını, sərhədyanı ticarət məsələlərini nəzərdə tuturdu. Fərmanın dör-

düncü bölməsində dövlətlərarası sazişlərə  əsasən ticarət  əməliyyatlarının 

yalnız Nazirlər Kabinetinin müvafiq qərar və  sərəncamları ilə gömrük 

orqanlarında bəyan edilməklə  həyata keçirilməsi, beşinci bölmədə xarici 

ticarətdə hesablaşma qaydaları; altıncı bölmədə xarici ticarət  əməliyyat-

larının gömrük rəsmiləşdirilməsi; yeddinci bölmədə isə xarici ticarət 

əməliyyatlarında malların gömrük ərazisindən çıxarılması  və  gətirilməsinə 

nəzarət edilməsi gömrük orqanlarının, hesablaşmaların aparılması müvəkkil 

bankların nəzarətində olması göstərilirdi. 

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 oktyabr tarixli 



“Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının 

təsdiq edilməsi haqqında” 637 nömrəli Fərmanı alkoqollu içkilərin, etil 

(yeyinti) spirtinin, tütün məmulatlarının və ozon dağıdıcı maddələrin 

idxalına lisenziyalar tələb edirdi. Fərmanda lisenziya verməyə cavabdeh 

olan dövlət orqanlarının siyahısı verilmişdi. Fərman Azərbaycan Respub-

likası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə 

ləğv edilmişdir. 

Azərbaycan Respublikasının Milli Məclisi xarici iqtisadi əlaqələrinin 

və gömrük münasibətlərinin tənzimlənməsi məqsədilə  aşağıdakı qanunları 

qəbul etdi: 

“Azərbaycan Respublikasının Malların Təsviri və Kodlaşdırılması 



üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiyaya və 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə