Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
167
arasında tətbiq edilməməsi, 5-ci maddəsində gömrük ərazisi üçün nəzərdə
tutulan malların ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması ilə bağlı
gömrük rüsumlarının tutulmaması, bu məqsədlə tərəflərin iqtisadi siyasətini
əlaqələndirən daimi İşçi Orqanın yaradılması kimi məsələlər nəzərdə
tutulmuşdu. Sənədin 8-ci maddəsində gömrük ərazilərindən gətirilən
mallardan birbaşa və dolayısı yolla milli əmtəə üçün nəzərdə tutulan
məbləğdən artıq olan vergi, fiskal xarakterli yığımların tutulmaması və
tranzit məsələləri ilə bağlı digər hüquqi proseduralar göstərilmişdi [24, 31
avqust 2003-cü il, №8, maddə 413].
GUAM üzv dövlətlərinin gömrük xidmətləri rəhbərlərinin 2003-cü il
fevralın 11-də Kiyevdə keçirilən görüşündə terrorizm, mütəşəkkil cinayət-
karlıq və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarət və
nəqliyyata yardım, sərhəd və gömrük nəzarətinin təmin edilməsi üzrə
GUAM-ABŞ Çərçivə Proqramı ilə əlaqədar qarşılıqlı anlaşma Memoran-
dumu qəbul edildi. “Ticarətə və nəqliyyata yardım” layihəsi üzrə görüləcək
işlərin ticarət və nəqliyyatın inkişafına və müdafiəsinə kömək, ümumi
prinsiplərin tətbiqi, dövlət sərhədlərində və daxili gömrük terminallarında
sərhəd və gömrük nəzarətinin təkmilləşdirilməsi sahəsində dövlətlərarası və
idarələrarası əməkdaşlığa yönəldilməsi nəzərdə tutulurdu.
2003-cü il iyulun 4-də “Gömrük işində qarşılıqlı yardım və əmək-
daşlıq haqqında Saziş” MDB çərçivəsində Yaltada imzalanmış hökumət-
lərarası bu sahədə dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələlərini
əhatə edirdi.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabatına
görə 2013-cü ildə Azərbaycan Respublikasının GUAM dövlətləri ilə ticarət
dövriyyəsinin həcmi 1519,36 mln., o cümlədən idxalın həcmi 724,38 mln.
ABŞ dolları, ixracın həcmi 794,98 mln. ABŞ dolları təşkil etmişdir. Bu dövr
ərzində xarici ticarət saldosu müsbət 70,60 mln. ABŞ dolları olmuşdur.
2013-cü ildə GUAM dövlətlərinin Azərbaycan Respublikasının xarici ticarət
dövriyyəsindəki payı 4,38 faiz, o cümlədən idxalda 6,76 faiz, ixracda isə
3,32 faiz təşkil etmişdir. 2012-ci il ilə müqayisədə, 2013-cü ildə GUAM
dövlətləri ilə ticarət dövriyyəsi 13,81 faiz, o cümlədən ixrac 20,96 faiz
artmışdır.
Azərbaycan Respublikasının Şərq ölkələri ilə üzrə iqtisadi-ticarət və
gömrük işi sahəsində əməkdaşlığı əsasən İslam Konfransı Təşkilatı (İKT) və
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
168
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) vasitəsi ilə həyata keçirilir. İKT
tərəfindən Azərbaycan Respublikasına iqtisadi yardım haqqında bir neçə
qətnamə qəbul etmişdi. Bu sənədlərdə üzv dövlətlər və islam qurumları
tərəfindən respublikamıza təcili maliyyə və humanitar yardımların göstəril-
məsi nəzərdə tutulurdu. Ölkəmiz İƏT daxilində regional iqtisadiyyatın libe-
rallaşdırılması, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat, ener-
getika, ticarət və investisiya üzrə iqtisadi layihələrdə aparılan danışıqlarda
iştirak edirdi. Respublikamızın İƏT dövlətləri ilə ticarət əlaqələri müvafiq
olaraq 2003-cü ildə 787 mln. ABŞ dollarından 2004-cü ildə 1247 mln. ABŞ
dollarına qədər artmışdı. 2004-cü ildə ölkənin xarici ticarət dövriyyəsinin
həcmində idxalın 20 faizi, ixracın 15 faizi İƏT dövlətləri ilə həyata keçiril-
mişdi.
2013-cü ildə İƏT ölkələri ilə ticarət dövriyyəsinin həcmi 6796,11 mln.
ABŞ dolları, o cümlədən idxalın həcmi 2234,16 mln., ixracın həcmi 4561,95
mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 2.327,79
mln. ABŞ dolları olmuşdur. 2013-cü ildə İƏT ölkələrinin Azərbaycan
Respublikasının xarici ticarət dövriyyəsindəki payı 19,59 faiz, o cümlədən
idxalda 20,86 faiz, ixracda isə 19,03 faiz təşkil etmişdir. Lakin 2012-ci il ilə
müqayisədə, 2013-cü ildə İƏT ölkələri ilə ticarət dövriyyəsi 7,69 faiz, o
cümlədən ixrac 13,66 faiz artmış, idxal isə 2,74 faiz azalmışdır ki, digər ölkə
qrupları ilə xarici ticarət əlaqələrinin daha sürətlə artması ilə əlaqədardır.
1995-2003-cü illər Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığında
keyfiyyətcə yeni bir mərhələ oldu. “Bir millət, iki dövlət” arasındakı strateji
əməkdaşlığın durumu və perspektivləri hələ 1991-ci ildən Heydər Əliyevin
daima diqqət mərkəzində olmuşdur. Ulu öndər 1994-cü ilin fevralında
Türkiyədə rəsmi səfərdə olarkən türk iş adamlarının böyük bir qrupu ilə
görüşündə bu əməkdaşlığın məqsədini bir daha qeyd edərək demişdi ki, “...
məqsədimiz Azərbaycan iqtisadiyyatının Türkiyə iqtisadiyyatı ilə daha sıx
əlaqədə olmasından ibarətdir. Bunun həm iqtisadi, həm mənəvi, həm də
siyasi əhəmiyyəti var” [6, 1994, 11 fevral].
Ötən yüzilliyin sonlarında Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin tarixi İpək yolunun yenidən dirçəldilməsi ideyasını irəli
sürməsi bütün dünyada, xüsusilə bu yolun üzərində yerləşən ölkələr
tərəfindən ciddi maraqla qarşılandı. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin
və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakı şəhərində
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
169
tarixi İpək yolunun bərpası üzrə keçirilmiş Beynəlxalq konfrans və burada
imzalanmış sənədlərin mühüm siyasi və iqtisadi əhəmiyyəti oldu.
Respublika Prezidentinin “Tarixi “İpək yolu”nun bərpası üzrə beynəlxalq
Bakı konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər
haqqında” 1998-ci il 26 oktyabr tarixli Fərmanında TRASEKA proqramı
çərçivəsində imzalanmış çoxtərəfli əsas sazişin həyata keçirilməsi üçün
Nazirlər Kabineti və müvafiq icra strukturları qarşısında duran vəzifələri
müəyyən etdi [58, 89-92].
2000-ci ildən İpək yolu layihəsinin hökumətlərarası komissiyası
Katibliyinin Bakıda yerləşməsi haqqında təklifin irəli sürülməsi Azərbaycan
Respublikasının TRASEKA layihəsində Avropa İttifaqının(Aİ) əsas
tərəfdaşlarından biri olmasını sübut etdi. 2001-ci ilin fevral ayının 21-də Aİ-
nin sədri Anna Lind və Baş katibi Xavyer Solananın iştirakı ilə bu təşkilatın
Bakıda daimi Katibliyinin ofisi açıldı. TRASEKA layihəsinin həyata
keçirilməsinin sosial-iqtisadi və siyasi mənfəətlərini və gömrük işi ilə bağlı
əhəmiyyətini konkret olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:
– İpək yolundan daşınan yüklər və xidmətlər dövriyyəsindən tranzit
rüsumlarının daxil olması;
– iştirakçı dövlətlər üçün nəqliyyat xərclərinin aşağı salınması nəticə-
sində ümumi yükdaşımaların həcminin artması;
– nəqliyyat və kommunikasiya şəbəkələrinin əlaqəli inkişafı;
– sosial infrastruktur sahələrinin (turizm sektoru) formalaşması;
– elmi-texniki informasiya mübadiləsinin güclənməsi;
– təhlükəsizliyin və siyasi sabitliyin əldə olunması, o cümlədən layihə
iştirakçıları ilə mənafe birliyinə nail olunması;
– Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılmasında
birbaşa fəaliyyət göstərmək imkanı və s.
1997-ci ilin fevralın 18-də Vaşinqtonda “Azərbaycan: kommunizmdən
demokratiyaya, neft istehsalının artmasına doğru” mövzusunda keçirilən
konfransın mühüm əhəmiyyəti oldu. Konfransda Azərbaycanı ARDNŞ-nin
vitse-prezidenti İlham Əliyev və Azərbaycanın ABŞ-dakı səfiri Hafiz
Paşayev təmsil edirdi. Konfransda ABŞ tərəfindən isə keçmiş müdafiə
naziri R.Çeyni, habelə “Yunokal”, “Britiş Eyryerz”, “Amerikan Telefon and
Teleqraf”, “Ekson”, “Oksidental”, “Şevron”, “Boinq” və digər iri şirkətlərin
rəhbərləri iştirak edirdi [6, 1997, 27 iyul].
Dostları ilə paylaş: |