Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə59/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   55   56   57   58   59   60   61   62   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

164



sabitlik yaranmış, kənd təsərrüfatı istehsalı üzrə artım 3 faiz, ÜDM üzrə isə 

1,2 faiz olmuşdu. Görüşdə  iştirak edən amerikalı  iş adamları  və 

maliyyəçilərinə həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi ÜDM-nin 

artımının qısa müddət  ərzində 5,2 faizə çatacağı bildirilmişdi [6, 1997, 31 

iyul; 6, 1997, 2 avqust]. 

1998-ci il may ayının 21-22-də Vaşinqtonda keçirilən “Azərbaycan 

XXI  əsrdə. Ticarət və investisiya imkanları” adlı konfrans ABŞ  və  Qərbi 

Avropanın maliyyə  və analitik təhlil  şirkətlərinin, mətbuatın böyük mara-

ğına səbəb oldu. Konfrans iştirakçıları Azərbaycan iqtisadiyyatının müxtəlif 

sahələrinə xarici investisiya yönəldilməsi barədə ilk mənbədən  ətraflı 

məlumat (xammal resursları, vergi dərəcələri, gömrük tarifləri, nəqliyyat 

infrastrukturu və s.) almağa imkan verdi [6, 1998, 2 iyun]. 

Azərbaycan Respublikasının qərb istiqaməti üzrə iqtisadi əməkdaşlığı 

Aİ  və Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv ölkələrini 

əhatə edirdi. Azərbaycan Respublikası QDİƏT-in yaradılmasının ilk mər-

hələsindən başlayaraq təşkilatın fəaliyyətində, Bosfor Qətnaməsi və İstanbul 

Bəyannaməsinin hazırlanmasında iştirak etmişdir. Ölkəmiz 1992-ci ildən bu 

təşkilatın üzvüdür. Azərbaycan Respublikası Albaniya və Ermənistan istisna 

olmaqla digər QDİƏT üzv ölkələri ilə ticarət-iqtisadi  əməkdaşlıq müqavi-

lələri imzalamışdır. Bu sazişlərdə gömrük rüsumlarının tətbiq edilməməsi, 

ixrac-idxal  əməliyyatlarının qeyri-tarif yollarla məhdudlaşdırılması vasitə-

lərinin ləğvi nəzərdə tutulur. Azərbaycanın xarici ticarət siyasəti prioritetləri 

sırasında qərb ölkələrinin təmsil olduğu Avropaya inteqrasiya mühüm yer 

tutur.  


1996-cı ilin aprelin 22-də Lüksemburq şəhərində imzalanmış  “Bir 

tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən 

Azərbaycan Respublikası arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” adlı 

sənəd bu təşkilatla münasibətləri hüquqi cəhətdən  əsaslandırdı. Saziş 

Azərbaycan ilə  Aİ arasında  əməkdaşlığın həm siyasi, həm də ticarət sahə-

lərini  əhatə edirdi. Aİ-nin TASİS Proqramı, Fövqəladə Yardım Proqramı, 

ECNO Humanitar Təşkilatı, FEOGA Ərzaq Yardımı Proqramı,  Ərzaq 

Təhlükəsizliyi Proqramı, Bərpa Proqramı çərçivəsində Azərbaycanda müx-

təlif layihələrin həyata keçirilməsinə  vəsait ayırmağa başladı. Bu sistemə 

daxil olmaqla Azərbaycan həm özünün mövcud resurslarından  əhalinin 

həyat səviyyəsini yüksəltmək üçün daha səmərəli, təhlükəsiz və itkisiz 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

165



istifadə etmək imkanı  əldə edir, həm də qabaqcıl dünya texnologiyalardan 

istifadəyə, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daha sürətli 

axınına nail olur.  

Azərbaycan Respublikasının MDB ölkələri ilə ticarət-iqtisadi  əlaqə-

lərinin get-gedə dərinləşməsi hər iki tərəf üçün əhəmiyyətli hesab edilir. Bu 

əlaqələrin inkişaf etdirilməsi məqsədilə dövlət və hökumət başçıları, 

müvafiq nazirliklər, dövlətlərarası iqtisadi komissiyalarla yüksək səviyyədə 

baş tutan rəsmi görüşlər keçirilirdi. Məsələn, 2003-cü ilin yanvar ayının 28-

29-da MDB ölkələri dövlət başçılarının Kiyev şəhərində keçirilmiş qeyri-

rəsmi görüşündə MDB məkanında iqtisadi inteqrasiyanın sürətləndirilməsi 

məqsədilə MDB üzvü ölkələrinin  ərazisində Azad Ticarət Zonası  və 

transmilli korporasiyaların yaradılması barədə dövlət başçıları  tərəfindən 

nümayəndə heyətlərinə müvafiq tapşırıqlar verilmişdi. 

2004-cü ildə MDB ölkələri ilə idxalın həcmi 1200,6 mln. dollar, 

ixracın həcmi isə 614,3 mln. dollar təşkil etmişdi. MDB ölkələri ilə ticarət 

dövriyyəsində saldonun mənfi qalması müşahidə olunsa da, üzv dövlət-

lərdən altısı ilə (Moldova, Özbəkistan, Qazaxıstan, Rusiya, Türkmənistan, 

Ukrayna) ölkəmizin ixrac həcmində irəliləyiş olmuşdu. Bunu Azərbaycanda 

istehsal olunan məhsulların  ənənəvi bazarların bərpasının nəticəsi kimi 

qiymətləndirmək olar. Belə ki, sözügedən ölkələrə meyvə-tərəvəz, fındıq, 

çay, pambıq mahlıcı və yağı, kimya məhsulları, təyyarə yanacağı, geofiziki 

alət və cihazlar ixrac olunmuşdu [85, 2006, №5, 38].  

Ümumiyyətlə, 1991-ci ildən 2004-cü ilədək Azərbaycan Respublikası 

ilə MDB üzv dövlətləri arasında xarici iqtisadi əlaqələr məsələlərinə aid 141 

sənəd imzalanmışdı. Tədqiq edilən dövrdə Azərbaycan Respublikasının 

MDB ölkələrinə ixracı bütövlükdə dinamik inkişaf edirdi. Bunu iqtisadiy-

yatın qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracında MDB 

dövlətlərinin payının yüksək templə artması da sübut edir. 1995-2003-cü 

illərdə  həmin göstəricinin xüsusi çəkisi 6,0 faizdən 53,6 faizə yüksəlmişdi 

[42, №7, 2006, 19-20; 64, 2006, №7, 43].  

Rusiya Federasiyasının  əksər iqtisadi regionları, xüsusilə Moskva və 

Sankt-Peterburq  şəhərləri, Tatarıstan və Dağıstan Respublikaları, Sverd-

lovsk, Saratov, Həştərxan vilayətləri ilə iqtisadi əlaqələr daha da inkişaf 

etdirilməkdə idi. Azərbaycan Respublikası ilə Başqırdıstan hökuməti, Sankt-

Peterburq, Novosibirsk, Kemerovo, Tomsk və Voronej vilayət administra-



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

166



siyaları arasında ticarət-iqtisadi  əlaqələrin genişləndirilməsi haqqında 

layihələr razılaşdırılmış, çoxlu sayda iri şirkətlərlə sıx iqtisad-ticarət əlaqə-

ləri qurulmuşdu.  

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2001-ci ilin 

yanvarında Bakıya rəsmi səfərində Azərbaycanla Rusiya arasında 2010-cu 

ilədək dövrü əhatə edən uzunmüddətli iqtisadi əməkdaşlıq və ticarət-iqtisadi 

münasibətlərin prinsipləri barədə imzalanan sazişin böyük əhəmiyyəti oldu. 

Rəsmi qəbuldakı  çıxışında V.Putin Rusiya-Azərbaycan ticarət-iqtisadi 

əməkdaşlığının perspektivini nəzərə alaraq demişdi:  “Biz artıq dəfələrlə 

yəqin etmişik ki, Rusiya-Azərbaycan kooperasiyasının dərinləşməsi real 

iqtisadi fayda verir və əhalinin sosial problemlərinin həllinə kömək edir” [6, 

2002, 8 fevral].  

GUAM təşkilatı  çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və 

Moldova zəngin təbii, maliyyə  və insan ehtiyatlarına malikdir. Bu ölkə-

lərdən hər biri MDB çərçivəsində həlli mümkün olmayan məsələləri həmin 

təşkilat çərçivəsində  həyata keçirirlər.  Əslində Azərbaycanın neft və qaz 

ehtiyatlarının bütün Qafqazın iqtisadi mənzərəsini dəyişməyə imkan yarat-

ması çox mühüm siyasi əhəmiyyət daşıyırdı. Həmin illərin təcrübəsi sübut 

edir ki, MDB-dən fərqli olaraq GUAM çərçivəsində  əməkdaşlıq iqtisadi 

problemləri həll etməyə, ziddiyyətlər və qarşıdurma məngənəsində  sıxılan 

bir bölgədə dövlətlərin maraqlarını  təmin etmək mümkündür. 90-cı illərin 

əvvəllərində üzv ölkələr arasında  əsasən siyasi xarakter daşıyan bu əmək-

daşlıq getdikcə daha çox iqtisadi inteqrasiyanın konkret çərçivələrini əhatə 

edirdi. Azərbaycan Respublikasının həm MDB, həm də GUAM üzv 

dövlətləri ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı milli gömrük işinin hüquqi-

normativ bazasının təkmilləşməsinə əhəmiyyətli təsiri oldu.  

2002-ci il iyulun 20-də Yalta şəhərində GUAM iştirakçıları olan 

dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Saziş 

imzalandı və Azərbaycan Respublikası Milli Məclisinin 10 iyun 2003-cü il 

tarixli 469-IIQ saylı Qanunu ilə qüvvəyə  mindi.  Bu  sazişdə  sənaye, kənd 

təsərrüfatı, nəqliyyat və maliyyə, investisiya və sosial sahələrdə  nəzərdə 

tutulan məqsədlərə nail olmaq üçün ticarət şərtləri və gömrük işi sahəsində 

əməkdaşlığın inkişaf etdirilməsi son dərəcə  zəruri sayılırdı. Sazişin 3-cü 

maddəsində gömrük rüsumları, habelə onlara ekvivalent təsirdə olan vergi 

və  yığımlar və qarşılıqlı ticarətdə  kəmiyyət məhdudiyyətlərinin tərəflər 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə