Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə67/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   63   64   65   66   67   68   69   70   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

187



artım tempi ilə bağlı disproporsiyaların ortaya çıxma səbəblərindən ən əsası 

kimi xarici ticarətlə bağlı vahid konsepsiyanın hazırlanmaması idi. Bu da öz 

əksini ticarət əlaqələrinin düzgün qurulmamasında, müqavilə şərtlərinə əməl 

olunmamasında tapırdı. Son zamanlar avro-dollar paritetində baş verən 

hadisələrin ölkənin valyuta-kredit siyasətində sərf nəzər edilməsi də ticarətin 

vəziyyətini pisləşdirən əsas amillərdən biri idi. 

İkincisi, idxal-ixrac əməliyyatlarında barter qaydasında aparılan 

hesablaşmaların xüsusi çəkisi hələ də yüksək olaraq qalmaqda idi. Belə ki, 

barter  əməliyyatlarının xüsusi çəkisi 2000-2005-ci illərdə 20-25 faiz təşkil 

edirdi. 


Üçüncüsü, İqtisadi əlaqələrin mütləq əksəriyyətinin ticarət əlaqələrin-

dən ibarət olması; eyni məhsul qruplarının həm idxal, həm də ixracda güclü 

mövqe tutması, idxal-ixrac qiymətlərində qeyri-sabitlik və s. 

90-cı illərin ikinci yarısından ölkədə neft strategiyasının reallaşdırıl-

ması, xarici investisiyaların cəlb olunması, neft və onunla bağlı sahələrlə 

yanaşı, eyni zamanda qeyri neft bölməsinin inkişafı problemlərinə diqqətin 

artırılması, qloballaşan dünyanın inteqrasiya proseslərinə qovuşması xəttinin 

dərinləşməsi, xarici ticarət  əlaqələrinin həcminin genişlənməsi, ÜDM-nin 

orta artım tempinin əvvəllər 5-6, 10-15 faizə, 2005-ci ildə isə 35 faizə 

çatdırılması müstəqillik yolumuzun ciddi uğurudur. Bu iqtisadi-sosial 

inkişafın təsdiqi kimi ölkədə siyasi sabitliyin təmin edilməsi nəticəsində, 

2005-ci ildə ÜDM-nin istehsal həcmi son 15 ildə ilk dəfə 1989-cu il 

səviyyəsinə çataraq 12 mlrd. ABŞ dollar (11,87 mlrd. manat) təşkil etdi, 

investisiya qoyuluşlarının həcmi 30 mlrd. ABŞ dollarına çatdı (bunun 70 

faizdən çoxu xarici şirkətlərin payına düşdü), Bakı-Tbilisi-Ceyhan əsas neft 

boru kəmərinin istifadəyə verilməsi, Respublika əhalisinin həyat 

səviyyəsinin xeyli yaxşılaşması, inflyasiyanın nəzərdə saxlanması, işsizliyin 

aradan qaldırılması yolunda müəyyən addımlar atıldı. Bu sahədə 

Azərbaycanın mənafelərinə qorunması, geniş miqyaslı beynəlxalq iqtisadi 

əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə  əlaqədar neftin 

dünya bazarlarına çıxarılması  məqsədilə strateji əhəmiyyətli Bakı-Tbilisi-

Ceyhan (BTC) əsas ixrac neft boru kəməri layihəsi üzrə  işlər həyata 

keçirilmiş  və Ceyhan dəniz terminalından Azərbaycan nefti ilə yüklənmiş 

“Britiş Hosorn” adlı ilk tanker 2006-cı ilin 4 iyun tarixində  İtaliyaya yola 

salınmışdı. 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

188



Məsələn, Rusiya-Azərbaycan iqtisadi əlaqələri inkişaf etməkdə olsa 

da, tədqiqatlar göstərir ki, bu əlaqələr heç də hər iki ölkənin mövcud olduğu 

iqtisadi potensialı özündə tam əks etdirmir. 2006-cı ilin fevralında Rusiya-

Azərbaycan ikitərəfli  əməkdaşlığı  çərçivəsində keçirilən yüksək səviyyəli 

tədbirlərdə Rusiya-Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin yaxın 

iki il ərzində 2 mlrd. ABŞ dollarına çatdırılması perspektivləri qeyd 

edilmişdi. 2005-ci ilə qədər iki ölkə arasında 130-dan çox saziş imzalanmış 

və bunların 70-i hökumətlərarası, dövlətlərarası status daşıyır. Bundan 

başqa, Rusiyanın iri regionları ilə əməkdaşlıq sazişləri artıq təcrübədə özünü 

doğruldur və bu istiqamətdə Azərbaycan hökumətinin yeni layihələri 

mövcuddur. Tədqiqatlar göstərir ki, aşağıdakı istiqamətlər üzrə  tədbirlərin 

görülməsi Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin səmərəliliyinin artırıl-

masında xüsusi əhəmiyyət kəsb edə bilər. Rusiya Azərbaycanın idxalında ən 

böyük xüsusi çəkiyə malik ölkədir.  Əgər 2001-ci ildə respublikamızın 

idxalında Rusiyanın payı 10, 6 faiz, 2003-cü ildə 14,6 faiz idisə, 2005-ci 

ildə 17,0 faiz olmuşdu.  

Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında aşağıdakı istiqamətlər 

üzrə razılaşmalar  əldə edilmiş  və müvafiq sənədlər imzalanmışdır: ümumi 

iqtisadi  əməkdaşlıq məsələləri; elmi-texniki əməkdaşlıq; maşınqayırma 

əməkdaşlıq; yanacaq-energetika sahəsində  əməkdaşlıq; aqrar-sənaye kom-

pleks sahəsində  əməkdaşlıq; müdafiə  sənayesi və konversiya sahəsində 

sahəsində  əməkdaşlıq; nəqliyyat və rabitə sahəsində  əməkdaşlıq; səhiyyə 

sahəsində əməkdaşlıq və s.  

Cədvəl 3.5 



1999-2006-cı illərdə Azərbaycanın idxal və ixracında MDB-nin və 

RF-nin payı (mln. ABŞ dolları ilə) 

 

İllər 1999 

2000 

2001 2002 2003 2004 2005  2006 

İdxal 

1035.9 1172.1 1431.1 1665.6 2626.0 3515.9 4200.4  5267.6 



o cümlə-

dən MDB 

325.3 325.5 445.2  650.6  850.7 1200.5 1449.52 2098.2 



o cümlə-

dən RF 

226.5 249.3 153.0  280.9  383.9  569.4  717.2  1181,6 



İxrac 

929.7 1745.2 2341.2 2167.5 2592.0 3615.5 4346.8  6372.1 



o cümlə-

dən MDB 

211.1 235.2 222.8 243.72 333.9  614.3 905.39  929.7 



o cümlə-

dən RF 

83.0 98.3 77.5  95.7 147.8 209.8 258.4 344,2 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

189



2006-cı ilin göstəricilərinə görə, Azərbaycanda Rusiya kapitalının 

iştirakı ilə 400-dən çox şirkət, firma və müəssisələrdən 178-i birgə müəssisə 

kimi, 96-sı 100 faizli Rusiya kapitalı ilə  fəaliyyət göstərir, 126-sı isə 

müxtəlif müəssisələrin filialları və nümayəndəlikləri kimi qeydə alınmışdı. 

Azərbaycanla sıx əlaqələrə malik iri şirkətlərdən biri olan “Lukoyl” 2006-cı 

ildə Respublikamızdakı fəaliyyətinin 15 illik yubileyini qeyd etdi. Statistik 

məlumatlara görə bu şirkət 1995-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 

600 mln. ABŞ dolları investisiya qoyulmuşdu. 2006-cı il ərzində müxtəlif 

növ nəqliyyat vasitələrindən istifadə etməklə 25245,0 min ton yük 

daşınmışdı. Bu da 2005-ci ilin müvafiq dövrünə nisbətən 121,20 faiz təşkil 

etmişdir. Bunlardan 14260,8 min ton ixrac, 10984,2 min ton isə idxal 

əməliyyatlarının payına düşürdü.  İxrac  əməliyyatlarında  əsasən dəniz 

(8076,8 min ton), dəmiryolu (1453,3 min ton), avtomobil (529,9 min ton), 

hava (3,7 min ton) və stasionar nəql etmə (boru kəməri) (4190,3 min ton) 

nəqliyyatından istifadə olunmuşdu. İdxal əməliyyatlarında dəniz 9286,4 min 

ton), dəmiryolu (6331,8 min ton), avtomobil (1142,2 min ton), hava (27,7 

min ton) və stasionar nəql etmə (boru kəməri) (3150,2 min ton) nəqliyyatına 

üstünlük verilmişdi. 2006-cı il ərzində gömrük orqanlarında 193320 (əlavə 

vərəqlə birlikdə 2257323) ədəd yük gömrük bəyannaməsi (YGB) 

rəsmiləşdirilmişdi. Bunlardan 42115 (əlavə  vərəqlə birlikdə 48441) ədəd 

ixrac, 151205 (əlavə vərəqlə birlikdə 208882) ədəd idxal YGB-dir. 2006-cı 

ildə YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 113,0 

faiz təşkil etmiş  və ya 22247 ədəd bəyannamə çox olmuşdu. O cümlədən 

ixracda artım 4625 (112,34 faiz) ədəd, idxalda isə artım 17622 (113,19 faiz) 

ədəd YGB olmuşdu. Azərbaycan Respublikası  ərazisindən 6530,5 min ton 

tranzit yük keçirilmişdi. Tranzit yüklər  əsasən  İsveçrə (2091,2 min ton), 

İtaliya (1706,6 min ton), Gürcüstan (1161,0 min ton), Tacikistan (417,2 min 

ton), Rusiya (222,4 min ton), Türkiyə (188,5 min ton), İran (181,4 min ton), 

Türkmənistan (175,3 min ton) və Kipr (112,0 min ton) ölkələrinə gön-

dərilmişdi. Azərbaycan Respublikası  ərazisindən daşınan tranzit yükün 

miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 83175 faiz olmuş və ya 1267,5 

min ton azalmışdı. Bununla bərabər, fiziki şəxslər tərəfindən respublikaya 

gətirilən 218127,7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil order-

ləri (GMO) ilə  rəsmiləşdirilmişdi. 2005-ci ilə nisbətən GMO ilə  rəsmi-

ləşdirilən yüklərin dəyəri 163,81 faiz təşkil etmiş və ya 84966,2 min ABŞ 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə